Məhkəmə qərarları › İş №2-1(112)-12577/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12577/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12577/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “iddiaçı xx.xx.1979 – xx.xx.1992-ci il tarixlərində “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC” – də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçı xx.xx.1979 – xx.xx.1992-ci il tarixlərində “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC” – də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana pensiyanın təyin edilməsi ilə barədə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixdə 3-17-1/2-14-112561/2023 saylı məktubla imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, o xx.xx.1979-cu il tarixində keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də 1 saylı sürükləmə sexinə sürükləyici şagirdi işinə qəbul edilmiş, daha sinra xx.xx.1983-cü il tarixində 2 saylı sahəyə 2-ci dərəcə ilə sürükləyici vəzifəsinə keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205 r saylı Qətnaməsinə əsasən, X3 üzrə Bakı Zavodu və Bakı Alüminium Prokat Zavodu birləşdirilib və onların əsasında “Azərrənglimetal” İdarəsinin Bakı Rəngli X4 yaradılıb. SSRi Metallurgiya Nazirliyinin xx.xx.1989-cu il tarixli 118 saylı Əmrinə əsasən, Bakı Rəngli X4, Bakı Rəngli X4 və Bakı Alüminium Prokat Zavoduna ayrılıb. Sonra isə, xx.xx.1992-ci il tarixdə, Azərbaycan SSR ƏQM 36-cı maddəsinə əsasən işdən azad edilmişdir. “Altun” Müstəqil Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Limonad sexində fəhlə qismində işə qəbul edilmişdir. “MetalMədəniMəişət” Səhmdar Cəmiyyətinin Quraşdırıcı sahəsinin 1-ci dərəcəli əl ilə düzəldici işinə qəbul edilmişdir. Azərbaycan Respublikası ƏM 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə), xx.xx.2008-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqların, əmrləri və T 12 kartoçkaları da yanmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 2 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilər 60 yaşına, qadınlar 58.5 yaşına çatmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 İİ sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalıdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün yuxarıda qeyd edilən şərtlər ödənilməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. iş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2 nömrəli güzəştli arayışına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Alüminium Prokat zavodunda işləmişdir. Lakin sözügedən sənədlər araşdırılarkən əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaradacaq məqamlar müəyyən edilmiş, güzəştli arayışa nəzər yetirdikdə isə, qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.Göründüyü kimi, iddiaçının əmək kitabçasının 4-5-ci səhifələrinin 6 və 7-ci qeydləri qanunvericilik normalarının tələblərinə uyqun tərtib olunmamışdır. Belə ki, 6-cı qeydə əsasən xx.xx.1990-cı il tarixdə iddiaçının bir vəzifədən başqa bir vəzifəyə keçdiyi qeyd olunsa da həmin qeydi təsdiq edən əmr xx.xx.1990-cı il tarixdə verilmiş, qanunvericiliyin normasının tələbinə əsasən 5 gün müddət ötürülmüşdür. Əlavə olaraq 7-ci qeydə münasibətdə nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının xx.xx.1992-ci il tarixdə işdən azad edildiyi müvafiq qeyd Azərbaycan Sovet Sosialist Respublikasına aid möhürlə təsdiq edilmiş olsa da, 18 oktyabr 1991 -ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilmiş, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibindən çıxmışdır. Bu halda xx.xx.1992-ci il tarixdə iddiaçının işdən azad edildiyi qeydin Azərbaycan SSR-ə aid möhürlə təsdiq edilməsi mümkünsüzdür. Qeyd olunanlardan məlum olduğu kimi, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

İİ. İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-112561/2023 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1979-cu il tarixli NT-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.1979-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Bakı Alüminium Prokat zavodunda işlədiyi qeyd olunub. Lakin əmək kitabçasının 4-5-ci səhifəsinin 7-ci qeydi həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edilib. Araşdırma zamanı adıçəkilən müəssisənin sənədlərinin baş verən yanğın səbəbindən məhv olduğu müəyyən edilib. Buna görə də həmin dövrə dair müvafiq məlumatları dəqiqləşdirmək mümkün olmamışdır. Göstərilən səbəbdən də iddiaçının ümumi və güzəştli iş stajı yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2013-cü il tarixli Qərara əsasən, 1-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Telman Göyçayev "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı K-1-209 sayda qeydiyyata alınmış toplanmış materialı nəzərdən keçirərək,, AR CPM-nin 86, 39.1.2 və 212-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: cinayət işinin başlanması rədd edilsin. "xxxx" ASC-nin 09 mart 2023-cü il tarixli, 2 nömrəli “Güzəştli arayış”na əsasən bildirilmişdir ki, X2 xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixə kimi istimetal hazır məftillərin çəkicisi vəzifəsində işləmişdir. "xxxx" ASC-nin 09 mart 2023-cü il tarixli, 1 nömrəli arayışına əsasən bildirilmişdir ki, X2 xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş. “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. "xxxx" ASC-nin 09 mart 2023-cü il tarixli, 2 nömrəli arayışına əsasən bildirilmişdir ki, X2 xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixə kimi istimetal hazır məftillərin çəkicisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən siyahı İİ, bölmə Vİİ, kod 2092304a- 11487. ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək “Şüvəlan ASC”-də 1 saylı sürükləmə sexinə sürükləyici şagirdi işində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 2 saylı sahəyə 2-ci dərəcə ilə sürükləyici vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1992-ci ilədək 1 saylı sahəyə ikinci dərəcə ilə sürükləyici vəzifəsində, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək çilingər vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək “Altun” Müstəqil Səhmdar Cəmiyyəti Limonad sexində fəhlə, "xxxx" ASC-də xx.xx.2008-dən xx.xx.2008-ci ilədək əlilə düzəldici peşələrində çalışmışdır. Mübahisə ilə bağlı iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

5.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. 6.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 7.Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 8.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik otduqda, müddətin azı 12 il 6 ayını həmin İşlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə ahnmrş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. 9.Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 il ümumi iş stajına və həmin müddətin 12 il 6 ayı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmalıdır.

10. Lakin işin faktiki hallarına əsasən iddiaçı nə 25 il ümumi iş stajına malik olmamışdır. 11.Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud deyildir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur və iddiaçının subyektiv hüquqlarının pozulması halı baş verməmişdir. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.1979 – xx.xx.1992-ci il tarixlərində “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC” – də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. 16.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar