Məhkəmə qərarları › İş №2-1(112)-12577/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12577/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12577/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X1 Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamda adın, soyadın və ata adının dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamında qeyd olunan adın, soyadın və ata adının, yəni X3 İddiaçı ilə dəyişdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamına əsasən X5 fərdi yaşayış evinin tikintisi məqsədilə ilə Lökbatan qəsəbəsində 600,0 kv.metr torpaq sahəsi ayrılıb verilmiş, sərəncamda yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması, fərdi yaşayış evinin tikintisi üçün rayon mənzil-kommunal təsərrüfatı birliyi ilə müqavilə bağlanması, fərdi yaşayış evinin tikintisinin rayon icra hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətində başa çatdırılması barədə tapşırıqlar verilmişdir. Bununla bağlı bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsi X3 adına rəsmiləşdirilsə də, qeyd edilən torpaq sahəsini o satın almış və həmin torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli ev tikdirtmiş və hazırkı günə qədər ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı məcburi köçkün olmağı ilə əlaqədar qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmışdir. Adıçəkilən sərəncamda iddiaçının adı qeyd edilməsə də faktiki olaraq, həmin fərdi yaşayış evində ailəm ilə birlikdə yaşayan odur və həmin torpaq sahəsini iddiaçı özü satın alaraq, fərdi yaşayış evi tikdirtmişdir. Diqqətə çatdırılmışdır ki, X10 xx.xx.2008-ci il tarixində vəfat etdiyinə görə iddiaçı həmin sərəncamda qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. X9 vəfatından sonra onun oğlu X11 iddiaçının və ailəsinin faktiki olaraq yaşadığı fərdi yaşayış evinin onlara məxsus olduğunu, Oruc Nəcəfovun vərəsəsi olduğunu iddia edərək, bununla bağlı məhkəmələrə müraciət etdi. Belə ki, X11 iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının və qeyrilərinin adıçəkilən sərəncamda göstərilən torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Nəticədə Bakı şəhəri Qaradağ Rayon Məhkəminin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X11 adıçəkilən sərəncamda qeyd edilən torpaq sahəsinə, yəni ünvan 1 ünvanında yerləşən 600,0 kv.metr torpaq sahəsinə istifadə hüququnun tanınması ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(002)-205/2011 nömrəli qətnaməsi ilə X4 iddiası təmin edilməmişdir. Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-2947/2011 nömrəli qətnaməsi ilə Vüqar Nəcəfov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(002)- 205/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(102)-3786/2011 nömrəli qərarına əsasən, Vüqar Nəcəfov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa X11 iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-ci il tarixli 255 saylı sərəncamına əsasən Bakı şəhər XDS İcrakomun xx.xx.1989- cu il tarixli 12/713 saylı qərarına müvafiq olaraq, X7 yaşayış evinin tikintisi məqsədilə Lökbatan qəsəbəsindən ayrılmış 600 kv.m torpaq sahəsinin plan cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2inz(81)- 1811/2011 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə 2-1inz(103)-235/2012 nömrəli qərarı ilə üçüncü şəxs kimi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2inz(81 )- 1811/2011 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, Vüqar Orucovun iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-2(102)-287/2012 nömrəli qərarına əsasən, Vüqar Nəcəfov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə yuxarıda qeyd olunan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi, yəni ünvan 2 ünvanında yerləşən 600,0 kv.metr torpaq sahəsi əvvəllər fərdi ev inşası üçün başqa şəxsə ayrılmış, sonradan həmin sahəni iddiaçı özü Asif adlı şəxsdən satın alıb orada öz vəsaiti hesabına iki mərtəbli ev tikmiş və hazırki vaxtadək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məcburi köçkün olduğundan həmin torpaq sahəsi qohumu, hazırki iş üzrə iddiaçının atası X3 adına rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçı tərəfindən satın alınması, onun həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etməyi, o cümlədən həmin torpaq sahəsindən Vüqar Nəcəfovun özü və yaxud mərhum atası tərəfindən bir gündə olsun istifadə edilməməsi, mübahisəli torpaq sahəsinin Vüqar Nəcəfovun atası mərhum O.Nəcəfovun adına sərəncam verildiyi vaxtdan iddiaçının və ailə üzvlərinin istifadə və sahibliyində olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda göstərilən məhkəmə qərarlarında açıqaydın səkildə qeyd olunur ki, həmin torpaq sahəsini iddiaçı öz vəsaiti hesabına satın almış, həmin torpaq sahəsi Vüqar Nəcəfovun özü və yaxud mərhum atası tərəfindən bir gündə olsun istifadə edilməmişdir. xx.xx.2024-cü il tarixində yuxarıdakı sənədlərə əsaslanaraq, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamında qeyd olunan adın, soyadın və ata adının, yəni X3 İddiaçı ilə dəyişdirilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi üçün Bakı şəhəri Cavabdeh tərəfindən 5-13/1-M- 93-091/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh başçısı tərəfindən verilmiş sərəncamda hər hansı bir texniki səhvlik olduğu halda sərəncamda dəyişiklik edilməsi həyata keçirilə bilər. xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamda qeyd olunan, adın, soyadın və ata adının, yəni X3 İddiaçı ilə dəyişdirilməsi rayon icra hakimiyyətinin imkanı xaricindədir. Göründüyü kimi, Bakı səhəri Cavabdeh yuxarıda adıçəkilən sərəncamda texniki səhv olduğu halda adın, sovadın, ata adının dəyişdirildiyini qeyd edir. Bildirilmişdir ki, tərəfindən icra hakimiyyətinə müraciət edilərkən həmin sərəncamda texniki səhvin olduğu qeyd edilməmişdir. Bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 nömrəli sərəncamında texniki səhvin olmaması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdehnə bildirilmişdir ki, həmin torpaq sahəsini iddiaçı özü satın almış, lakin məcburi köçkün olmağı ilə bağlı həmin torpağı qohumu mərhum X3 adma rəsmiləşdirmişdir, həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmisəm, ailəm ilə birlikdə həmin həmin evdə yaşayıram, qeyd edilən hal qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən sübuta yetirilmişdir. Nəticədə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 nömrəli sərəncamında qeyd olunan ad. soyad və ata adı iddiaçının adı, sovadı və ata adı ilə dəyişdirilməlidir. Mülki qanunvericiliyinin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların artıq sübuta ehtiyacı yoxdur. Həmin faktlar məhkəmənin qanuni qüvvəsini almış qətnamələrinə əsasən sübuta yetirilmişdir. Birsözlə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən, müəyyən edilmiş faktlar məhkəmələr tərəfindən yenidən mübahisələndirilməməklə, sübuta yetirilmiş fakt kimi qəbul edilir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.3-cü maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki is üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda qeyd edilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməməsi mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Belə ki, həmin torpaq sahəsini özü almış, faktiki olaraq iddiaçının və ailəsinin istifadəsindədir. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən də qeyd edilən fakt sübuta yetirilmiş və həmin fakt mübahisə edilə bilməz və onların artıq sübuta ehtiyacı yoxdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh başçısı tərəfindən verilmiş sərəncamda hər hansı bir texniki səhvlik olduğu halda sərəncamda dəyişiklik edilməsi həyata keçirilə bilər. Lakin iddiaçının qeyd etdiyi xx.xx.1996-cı il tarixli 255 nömrəli sərəncamda qeyd olunan adın, soyadın və ata adının, yəni X3 İddiaçı ilə dəyişdirilməsi rayon icra hakimiyyətinin imkanı xaricindədir.

4. Cavabdeh tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. İlk öncə qeyd edilmişdir ki, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti "daimi” göstərilmiş sənədlər "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli, 255 saylı sərəncamı da dövlət arxivinə təhvil verilmişdir. Bundan əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi AR İPM-nin müddəalarına uyğun verilməmişdir. Belə ki, sözügedən sərəncama dəyişiklik edilməsi fiziki cəhətdən mümkün deyildir. İddiaçının məhkəmə qətnamələri ilə təsdiq olunmuş hüquqları normativ xarakterli hüquqi aktın dəyişməsinə dəlalət ola bilməz. Belə bir müddəa qanunvericlikdə nəzərdə tutulmayıb və yalnız texniki yalnışlıqlara yol verildikdə dəyişdirilməsi mümkün hesab edilir. Həmçinin iddiacının sözügedən sərəncama dəyişiklik edilməsi tələbi üçün subyektiv hüququ yoxdur. Belə ki, sərəncam qəbul edilən vaxt iddiaçının əmlakla bağlı heçbir hüququ olmamış və maraqlarına toxunmamışdır. İddiaçının sərəncamda qeyd olunan əmlakla bağlı hazırda heç bir hüququ yoxdur. Odur ki, iddiaçının hazırda belə bir iddia tələbi irəli sürməsi mümkün sayıla bilməz. "Milli Arxiv Fondu” haqqında Qanunun 10-cu maddəsinə əsasən 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyridövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 ildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunur: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 10.1.Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı 2-1(112)-12577/2024 saylı inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul etməyi xahiş edilmişdir.

5. Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 nömrəli sərəncamına əsasən Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin 27-ci mənzilində yaşayan X7 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lökbatan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsi qərara alınmışdır.

6. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza əsasən izahat verərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında üçüncü şəxs iştirak etmişdir.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən məzmunda (sərəncamda ad və soyadın dəyişdirilməsi) məhkəmə baxışının predmeti hesab edilə bilməz. İddia tələbi düzgün qaldırılmayıb (ifadə edilməyib), iddiaçı faktiki olaraq torpaq sahəsinə dair hüquqlarının gələcəkdə tanınması üçün ilkin hüquqmüəyyənedici sənədin əldə edilməsinə (sərəncamın addan-ada keçirilməklə dəyişdirilməsinə) nail olmaq istəyir. Belə ki, iddiaçının dəlillərindən görünür ki, onunla mərhum arasında faktiki olaraq alqı-satqı müqaviləsi bağlanıb və ya sərəncam formal olaraq mərhumun adına rəsmiləşdirilib. Odur ki, qeyd edilən tələblə iddiaçı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamının dəyişdirilməsini tələb edir.

14. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

15. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

16. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

17. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

18. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

19. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

20. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X6rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

21. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

22. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

23. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməklə həmin mübahisələndirilən Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 255 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.

24. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

25. İPM-in 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.

26. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.

27. Məhkəmə iclası zamanı təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizə yuxarıda qeyd edilənlərə əsasən iddianın mümkünsüzlüyünü istisna etmədiyindən məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, iddia tələbinin dəyişdirilməsindən imtina edilməlidir.

28. Odur ki, iddia mümkün sayılmamalıdır.

29. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. İddianın dəyişdirilməsindən imtina edilsin. Qərardaddan (iddia tələbinin mümkün hesab edilməyən hissəsindən) 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar