Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1258/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və X3 qarşı “İddiaçı yataqxanasının yerləşdiyi ünvana - ünvan 1 daimi qeydiyyata alınmış X2 İddiaçı Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçi vəzifəsində 03 fevral 2014-cü il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X4 17 sentyabr 2002-ci il tarixdə, 46 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 46 B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X2 əmək müqaviləsinə 04 fevral 2014-cü il tarixdə, AMEA informasiya Texnologiyaları İnstitunun direktorunun 04 fevral 2014-cü il tarixli 27 №-li əmri ilə mülki-hüquqi müqaviləsi ilə işləməsindən dolayı olaraq görülən işlərin başa çatması ilə əlaqədar olaraq müqaviləsinə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X4 uzun müddətdir qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərdə, ünvan 3 ünvanında yerləşən AMEA-ya aid yataqxananın 4-cü mərtəbəsində yerləşən, 46B saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, X4 həmin 46 B nömrəli otaqda uzun müddətdir yaşamır, otaqdan onun məcburi-köçkün statusu olan bacısı yaşayış yeri kimi istifadə edir, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən AMEAnın X9, həmin yataqxananın elektriki X6, fəhlə vəzifəsində çalışan X8, santexnik X10 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X4 vaxtı ilə yataqxanada məskunlaşsa da, qeyd edilən otaqda uzun müddətdir yaşamır, otaqdan onun məcburi-köçkün statusu olan bacısı yaşayış yeri kimi istifadə edir. 46 B nömrəli otağı bağlı saxlamaqda davam edən X4 hal-hazırda AMEA-nın informasiya Texnologiyaları İnstitutunda işləmir və sözügedən 46 B nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 46 B nömrəli otağın X4 tərəfindən AMEA- ya qaytarılması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022ci il tarixdə cavabdehə 08-69-/2022 saylı məktub ünvanlanmışdır. Cavabdeh tərəfindən 091-22994-1222 saylı 14 aprel 2022-ci il tarixli AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş məktubla bildirilmişdir ki, X2 ünvan 4 ünvanında yerləşən AMEA-nın yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Məhkəmənin iş üzrə 21 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı AMEA-nın cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı İddiaçı yataqxanasının yerləşdiyi ünvana ünvan 1 daimi qeydiyyata alınmış X2 İddiaçı Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması tələbinə dair iş üzrə X2 cavabdeh qismində iştirakına xitam verilərək zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AMEA-nın yataqxanası dövlət reyestrində AMEA-nın aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Üçüncü şəxs hazırda uzun müddətdir ki, İddiaçında işləmir və magistratura, doktorantura və dissertanturasında təhsil almır, həmin ünvanda yaşamır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09122994-1222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, siyahıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-137/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 3 ünvanında daşınmaz əmlak obyekti olaraq 3 ədəd çoxmənzilli yaşayış binası yerləşir. Göstərilən ünvan üzrə mövcud olan 2 girişli, 36 mənzildən ibarət 9 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin, aspirantların yaşadığı 1 girişli, 119 mənzildən ibarət, 9 mərtəbəli yataqxana binası isə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. Azərbaycan Elmlər Akademiyası Həmkarlar İttifaqının İddiaçı Şərifzadə küçəsi – 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 46 saylı, xx.xx.2002-ci il tarixli orderdən görünür ki, Azərbaycan Elmlər Akademiyası Yataqxana və mənzil komissiyasının 04 saylı 19 iyun 2002-ci il tarixli protokolu əsasında AMEA Filalogiya İnstitutunun elmi işçisi X4 4 nəfər ailə tərkibi ilə ünvan 6 ünvanında yerləşən yataqxanada məskunlaşmışdır. Azərbaycan Elmlər Akademiyası Həmkarlar İttifaqının 46 saylı xx.xx.2002-ci il tarixli AMEA Azad Həmkarlar ittifaqı, yataqxana və mənzil komissiyasınln xx.xx.2002-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Azərbaycan Milli Elmlər X1 elmi işçisi X5 4 nəfər ailə tərkibi ilə İddiaçı 02 saylı yataqxanasına daimi qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 ünvan 6 ünvanında qeydiyyatdadır. İddiaçı İnformasiya Texnologiyaları İnstitutunun 27 saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən mülki-hüquqi müqavilə ilə işləyən X4 (elmi işçi) tərəfindən görülən işlərin başa çatması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən müqaviləsinə xitam verilmişdir. İddiaçı Rəyasət Heyəti tərəfindən təqdim olunmuş 50 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X4 hazırda İddiaçında işləmir. İddiaçı Rəyasət Heyəti tərəfindən təqdim olunmuş 01-6/747 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X4 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-53/2-13348/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, göstərilən şəxsin qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən, qanuna müvafiq məhv edilmişdir. IV. Məhkəmənin mövqeyi Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə qeyd edir ki, sözügedən mənzilin üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. -105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən: 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və yuxarıda qeyd olunan normalardan da göründüyü kimi yataqxanalar daimi istifadə üçün deyil, yalnız istifadəsinə verilmiş vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasından və iş materiallarından məlum olur ki, hazırda üçüncü şəxs X4 AMEA-da təhsil almır, xidmət keçmir və AMEA ilə arasında hər hansı əmək münasibətləri mövcud deyil. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 üvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan, lakin yaşamayan şəxslər barədə məlumata əsasən X4 11 ildən artıq müddətdə qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsinin bu qərarına əsasən , mülkiyyətçinin ərizəsi ilədigər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1.Şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməmılidir.
2. Şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, Azərbaycan Elmlər Akademiyası Həmkarlar İttifaqının İddiaçı Şərifzadə küçəsi – 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 46 saylı, xx.xx.2002-ci il tarixli orderdən görünür ki, ünvan 6 X2 istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 6 üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 106-cı maddəsinin birinci hissəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci hissəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Beləliklə qanunvericiliyin tələbləri nəzır alınmaqla işin hallarına əsasən müəyyən olunur ki, ünvan 7 ünvanda yerləşən 46B saylı mənzil üçüncü şəxsə 46 saylı, xx.xx.2002ci il tarixli orderlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi X3 elmi işçi olduğu dövrü əhatə etməklə verilmişdir. İddiaçı İnformasiya Texnologiyaları İnstitutunun 27 saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən mülki-hüquqi müqavilə ilə işləyən X4 (elmi işçi) tərəfindən görülən işlərin başa çatması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2002-ci il tarixli orderv əsasında ünvan 7 ünvanda yerləşən 46B saylı mənzil X2 istifadəsinə verilərkən Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olsa da, o, işdən azad edilərkən Azərbaycan Respublikasınln Mənzil Məcəlləsi qüvvədə olmuş, Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədən düşmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. X2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova