Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12585/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun dövlət nümunəli sənəd olmasının tanımaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Təhsil Nazirliyinin “Loğman” Səhmdar Cəmiyyəti Respublika- Təsərrüfat hesablı Tibb Məktəbi tərəfindən onun adına 26 fevral 1998-ci il tarixdə verilmiş A 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olmasını tanımaqdan imtina etməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə göstərilən diplomun dövlət nümunəli sənəd olmasının tanımaq öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin faktiki hallarından məlum olur ki, iddiaçının tələbi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan yəni, Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yönələn inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə müvafiq olaraq inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İş üzrə keçirilmiş məhkəmənin hazırlıq icraatı üzrə iclasında işin aidiyyəti üzrə baxılması ilə əlaqədar səlahiyyətli məhkəməyə göndərilməsi məsələsinə baxılmışdır. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı qeydiyyat üzrə yaşayış yeri Xaçmaz rayonunun Yalama kəndi olduğundan inzibati işin aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə razı oldugunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçıya məxsus seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyat ünvanı Xaçmaz rayonunun Yalama kəndidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi barədə” 14.11.2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Xaçmaz rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, İddiaçı qeydiyyat üzrə yaşayış yeri Xaçmaz rayonu oldugundan məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 8.5, 23.1 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə diplomun dövlət nümunəli sənəd olmasının tanımaq öhdəliyinin qoyulması” iddiası üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-12585/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12585/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver