Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1259/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarların qanunsuzluğunun tanınması, qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması nəticəsində artıq ödəmə kimi tutulan pensiya məbləğinin geri qaytarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdə əmək haqqına əsasən hesablanmaqla iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, pensiya bərpa edildikdən sonra yaranacaq fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. xx.xx.1976-cı il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunun “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, xx.xx.1981-ci il tarixdə həmin ixtisas üzrə bitirmişdir. xx.xx.1981-cı il tarixdə əmək fəaliyyətinə başlamış, qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1982ci il tarixədək “Bakı” ÜQQ-da Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 4cü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həmin qurğuda neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “26 syezd KPSS” ÖÜQQ-da Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin qurğuda gil məhlulları üzrə mühəndis vəzifəsində işləmişdir. xx.xx.1984-cü il tarixdə AZNKİ (Azərbaycan Neft və Kimya İnstitutu) nəzdində aspiranturaya qəbul edilməyi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə istehsalatdan ayrılmaqla aspiranturaya qəbul olmuşdur. xx.xx.1985-ci il tarixdə qiyabi şöbəyə keçirilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “60 let Oktyabrya” ÖÜQQ-da qazma üzrə mühəndis, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Şelf-Г” YÜQQ-da mühəndis texnoloq, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “28 aprel” ÖUQQ-da buruq ustası, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “Şelf-2” YÜQQ-da buruq ustası, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin qurğuda texnogiya və texniki hissə üzrə rəis, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Kasopromneft” YUQQ-da texnologiya üzrə rəis, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək həmin qurğuda rəis, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək САНТА-ФЕ Beynəlxalq Korporasiyasında rəis, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xəzər Qazma Şirkətində qazma ustası, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Şirkətində mühəndis-mexanik, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X10 LTD” Şirkətində Qazma işləri üzrə mühəndis, böyük mühəndis və qurğu rəisinin köməkçisi vəzifələrində işləmişdir. xx.xx.2009-cu il tarixdə 50 yaşı tamam olmuşdur. Həmin tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2022-ci il tarixədək pensiyanın məbləği 12448,50 (on iki min dörd yüz qırx səkkiz manat əlli qəpik) olmuşdur. Həmin tarixdən sonra ona ödənilən pensiyanın məbləği azaldılmışdır. Pensiya məbləğinin azaldılmasının səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin olunmuşdur. Cavabdehin hərəkətləri qanunsuzdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-5147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3- 7294/2023 nömrəli qərarlarının ləğv edilməsi, 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdə əmək haqqına əsasən hesablanmaqla iddiaçıya təyin olunmuş pensiyanın dayandırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, pensiya bərpa edildikdən sonra yaranacaq fərq məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-5147/2023 nömrəli qərarlarının qanunsuzluğunun tanınması, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7294/2023 nömrəli qərarının ləğv edilməsi, pensiyanın yenidən hesablanması nəticəsində iddiaçıdan artıq ödəmə kimi tutulan pensiya məbləğinin geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 2 ay 10 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 29,74 manat (25,19 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib. 48,72 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29692,80 manat sığorta kapitalına uyğun 206,20 (29692,80:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 339,92 (48,72+206,20+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2022-ci il tarixinədək 6979,86 manat) təyin edilməli olduğu halda, ona orta aylıq əmək haqqına uyğun olaraq xx.xx.2009-cu il tarixindən 2818,39 manat məbləğində əmək pensiyası təyin edilib (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2022-ci il tarixinədək 12448,50 manat). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də alınaraq, iddiaçıya 187530,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 187530,35 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 802,50 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən etibarən 8025,02 manat müəyyən edilib. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də, qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilibödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görünür ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, “Neft Daşları” MUBR qəbul olunana qədər “Neft Daşları” MUBR adına “Azneftkimya” İnstitutunun 3-cü kurs tələbəsidir. xx.xx.1979-cu il tarixdə 14 iyun 1979-cu il tarixli 106 nömrəli əmrə əsasən istehsalat təcrübəsini keçdiyi zamana 3 dərəcəli neft və qaz quyularının istismar və kəşfiyyat qazma üzrə qazmaçı köməkçisi qəbul olunub. xx.xx.1979-cu il tarixdə xx.xx.1979-cu il tarixli 121 nömrəli əmrə əsasən istehsalat təcrübəsinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə 25.11.81-ci il tarixli 73-k nömrəli əmrə əsasən “Bakı” PBU-ə 4 dərəcəli neft və qaz quyularının istismar və kəşfiyyat qazma üzrə qazmaçı köməkçisi qəbul olunub. xx.xx.1982-ci il tarixdə 25.08.82-ci il tarixli 161-k nömrəli əmrə əsasən orada 5-ci dərəcəli qazmaçı köməkçisi işinə keçirilib. xx.xx.1982-ci il tarixdə 10.12.82-ci il tarixli 282-k nömrəli əmrə əsasən “SİKP 26 QURULTAYİ” özüqalxan üzən qazma qurğusuna 5-ci dərəcəli qazmaçı köməkçisi keçirilib. xx.xx.1983-cü il tarixdə 07.0.7.83-cü il tarixli 212-л №-li əmrə əsasən gil məhlulları üzrə orada mühəndis vəzifəsinə keçirilib. xx.xx.1984-cü il tarixdə 04.01.84-cü il tarixli 6-k nömrəli əmrə əsasən “AZNİPİNEFT” İnstitutunun nəzdində aspiranturaya qəbul olunmağı ilə bağlı işdən azad edilib. xx.xx.1983-cü il tarixdə xx.xx.1983-cü il tarixli 188 л nömrəli əmrə əsasən istehsalatdan ayrılmaqla aspiranturaya qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixdə 09.09.85-ci il tarixli 19\л nömrəli əmrə əsasən istehsalatdan ayrılmaqla 30.12.83-cü il tarixli əmr ilə aspirantın qiyabi şöbəyə keçirilməsinə NSN icazə verilmişdir. xx.xx.1985-ci il tarixdə xx.xx.1985-ci il tarixli 185-K nömrəli əmrə əsasən “60 let Oktyabrya” özüqalxan üzən qazma qurğusuna qazma üzrə mühəndis qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixdə xx.xx.1985-ci il tarixli 101-л nömrəli əmrə əsasən “Şelf-1” yanbatan üzən qazma qurğusuna mühəndis-texnoloq keçirilib. xx.xx.1985-ci il tarixdə xx.xx.1985-ci il tarixli 325-k nömrəli əmrə əsasən “28 Aprel” özüqalxan üzən qazma qurğusuna qazma ustası keçirilib. xx.xx.1986-cı il tarixdə 27.01.86-cı il tarixli 18-k nömrəli əmrə əsasən “Şelf- 2“ yanbatan üzən qazma qurğusuna həmin vəzifəyə keçirilib. xx.xx.1987-ci il tarixdə 27.08.87-ci il tarixli 335 nömrəli əmrə əsasən vicdanlı və qüsursuz əməyinə görə və neftçilər günü münasibəti ilə təşəkkür elan edilmişdir. xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli 77 к nömrəli əmrə əsasən texnologiya və texniki hissə üzrə həmin qurğuda rəis müavini keçirilib. xx.xx.1992-ci il tarixdə 12.06.92-ci il tarixli 58 л nömrəli əmrə əsasən “Kasopromneft” yanbatan üzən qazma qurğusuna texnologiya üzrə rəis müavini keçirilib. xx.xx.1993-cü il tarixdə 09.04.93-cü il tarixli 39 nömrəli əmrə əsasən 1983-cü ildən MURV SOSTS URB PU dəyişib. xx.xx.1993-cü il tarixdə 24.06.93-cü il tarixli 92-л nömrəli əmrə əsasən həmin qurğuda rəis keçirilib. xx.xx.1996-cı il tarixdə 15.11.96-cı il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1995-ci il tarixdə SF0116MUZD haqqında müqaviləyə əsasən САНТА-ФЕ Beynəlxalq Korporasiyaya növbə rəisi vəzifəsinə qəbul olunub. xx.xx.1997-ci il tarixdə Xəzər qazma şirkətinə keçməsi ilə əlaqədar САНТА-ФЕ Beynəlxalq Korporasiyadan azad edilib. xx.xx.1997-ci il tarixdə CDC016 nömrəli müqaviləyə əsasən Xəzər qazma şirkətinə qazma ustası vəzifəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə Xəzər qazma şirkətindən öz xahişi ilə işdən azad edilib. xx.xx.1997ci il tarixdə 18.08.97-ci il tarixli bildirişə ilə sınaq müddəti ilə servis mühəndisi vəzifəsinə “ABB Azərbaycan”a qəbul edilib. xx.xx.1998-ci il tarixdə 01.01.98-ci il tarixli 19 nömrəli əmrə əsasən “ABB Azərbaycan” ştatına servis mühəndisi vəzifəsinə qəbul edilib. xx.xx.1999-cu il tarixdə 01.03.99-cu il tarixli 11-k nömrəli əmrə əsasən “ABB Vetco Cray Azərbaycan” ştatına eyni vəzifəyə keçirilib. xx.xx.2002-ci il tarixdə xx.xx.2002-ci il tarixli 9 nömrəli əmrə əsasən “ABB Vetco Cray Azərbaycan”dan öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu il tarixdə xx.xx.2009-cu il tarixli əmrə əsasən “X10 LTD”də qazma işləri üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə 837/a nömrəli əmrə əsasən qazma işləri üzrə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə 1006 saylı əmrə əsasən qurğu rəisinin köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə 0581/04 nömrəli əmək müqaviləsinə dəyişiklik haqqında 03 nömrəli əmrə əsasən qazma işləri üzrə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 1040 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən (işçinin öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-H-73439/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Naziriər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kışiiər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-iQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdə qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar, 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə, əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il 2 ay 10 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 29,74 manat (25,19 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 48,72 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29692,80 manat sığorta kapitalına uyğun 206,20 (29692.80:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixə 339,92 (48,72+206,20*85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2022-ci il tarixinədək 6979.86 manat) təyin edilməli olduğu halda, orta aylıq əmək haqqına uyğun olaraq 21,06.2009-cu il tarixdən 2818,39 manat məbləğində əmək pensiyası təyin edilib (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2022-ci il tarixədək 12448,50 manat). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasının tələbləri də alınaraq, 187530,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 187530,35 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 802,50 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 8025,02 manat müəyyən edilib. ЖВ seriyalı 044513 saylı xx.xx.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1976cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X17” Tresti "xxxx" X18 İdarəsi tərəfindən təqdim edilmiş 29-03/187 saylı xx.xx.2008-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən «Xəzərqazmaneftqazsənaye» İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X4 kəşfiyyat Qazma İdarəsinin «Bakı» ÜQQ-da Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi peşəsində işləyib. İdarə hal-hazırda X17 trestinin "xxxx" X18 İdarəsi adlanır. № Tarix Vəzifələrin adları Şifr
1. xx.xx.1981 «Bakı» ÜQQ-na Neft və qaz üçün istismar və 1100000 «алxx.xx.1982 kəşfiyyat qazma quyularının 4-cü dərəcəli qazma 11297 köməkçisi peşəsinə işə qəbul edilib. Əmr № 73-k xx.xx.1981 il.
2. xx.xx.1982 Həmin qurğuda Neft və qaz üçün istismar və 1100000 «алxx.xx.1982 kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma 11297 köməkçisi keçirilib. Əmr№161-k xx.xx.1982 il.
3. xx.xx.1982 «26 syezd KPSS» ÖÜQQ-na Neft və qaz üçün 1100000 «алxx.xx.1983 istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli 11297 qazma köməkçisi keçirilib. Əmr № 282-k xx.xx.1982 il.
4. Həmin qurğuda Gil məhlulları üzrə mühəndis xx.xx.1983 keçirilib. xx.xx.1984 Əmr №212-1 xx.xx.1983 il.
5. xx.xx.1984 AZNXİnstitutu nəzdəndə Aspiranturaya qəbul edilməsi ilə əlaqədar olaraq işdən azad edilib. Əmr №6-k xx.xx.1984 il.
6. xx.xx.1985 «60 let Oktyabrya» ÖÜQQ-na qazma üzrə mühəndis 1100000 «b»xx.xx.1985 vəzifəsinə qəbul edilib. 22247 Əmr № 185-k xx.xx.1985 il.
7. xx.xx.1985 «Şelf-1» YÜQQ-na mühəndis texnoloq vəzifəsinə xx.xx.1985 keçirilib. Əmr № 101-1 xx.xx.1985 il.
8. xx.xx.1985 «28 Aprel» ÖÜQQ-na buruq ustası keçirilib. 1100000 «b»xx.xx.1986 Əmr № 325-k xx.xx.1985 il. 23196
9. xx.xx.1986 «Şelf-2» YÜQQ-na buruq ustası keçirilib. 1100000 «b»xx.xx.1990 Əmr № 18-k xx.xx.1986 il. 23196
10. xx.xx.1990 Həmin qurğuda texnoloji üzrə rəis müavini keçirilib. 1100000 «b»xx.xx.1992 Əmr № 77-k xx.xx.1990 il. 24094
11. xx.xx.1992 «Kaspmorneft» YUQQ-na texnoloji üzrə rəis keçirilib. 1100000 «b»xx.xx.1993 Əmr № 58-k xx.xx.1992 il. 24094
12. xx.xx.1993 Həmin qurğuda rəis vəzifəsinə keçirilib. 1100000 «b»xx.xx.1996 Əmr № 92-k xx.xx.1993 il. 24094
13. xx.xx.1996 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37ci maddəsinin əsasən öz xahişi ilə işdən azad edilib. Əmr № 75-k xx.xx.1996 il.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Əmr- Qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 №-li siyahının 10-cu Qazma bölmənin «a» bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir.
1. Şifr ******* «a» – 11297 – Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları;
2. Şifr ******* «b» – 22247 – Bilavasitə buruqlarda məşqul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə);
3. Şifr ******* «b» – 23196 – Buruqların ustaları və onların köməkçiləri;
4. Şifr ******* «b» – 24094 – Buruq qurğularının rəisləri və onların köməkçiləri. Güzəştli iş stajı 12 il 07 ay 04 gündür. Arxiv sənədi 1996-cı il T-2 şəxsi vərəqəsinə əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim olunmaq üçün verilmişdir. X11 X12 İdarəsi SSSR-nin Qaz Sənayesi Nazirliyinin Ümumittifaq «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin «Xəzərqazmaneftqaz» İstehsalat Birliyi kimi yenidən təşkil edilmişdir (SSRİ Qaz Sənayesi Nazirliyinin 5 dekabr 1978-ci il tarixli 259 orq. Saylı əmri). «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01 aprel 1993-cü il tarixindən İdarənin adı dəyişdirilərək X9 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin 28 saylı və «Azneft» İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №-li əmri ilə X9 Qazma İdarəsi Qazma sexi kimi "xxxx" DKQİ-nin tərkibinə verilib. Vetko Gray ABB Şirkəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı Vetko Gray ABB Şirkətində xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən mühəndis-mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X - bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 4 il, 7 ay, 25 gün təşkil edir. Əmək İşlədiyi tarix İşlədiyi müddət Vəzifəsi, ixtisasın kodu kitabçasında qeyd xx.xx.1997 23-26 xx.xx.2002 4 il, 7 ay, 25 gün 1100000b-23485
X25 Korporeyşn Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı X16 Corporation Şirkətində Yarım X24 Qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən buruq ustası vəzifəsində xx.xx.1995 ildən xx.xx.1997 ilə qədər işləmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 28 (iyirmi səkkiz ) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edir.
Əmək İşlədiyi tarix İşlədiyi müddəti il Vəzifəsi, ixtisasın kodu kitabçasında ay gün qeydiyyat xx.xx.1995 Buruqların ustaları və onların 19-20 xx.xx.1997 01.10.09 köməkçiləri 11000006 - 23196
Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 il – ay – gün sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 62700,94 manat pensiya kapitalı var. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 60 saylı xx.xx.2007-ci il tarixli «X17» trestinin Strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən ARDNŞ-nin 51 nömrəli 12 mart 2007-ci il tarixli əmri ilə yenidən təşkil edilmiş "xxxx" X18 İdarəsinin madditexniki bazasında «X17» trestinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "xxxx" X18 İdarəsi yaradılmışdır. Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinin baş məsləhətçisi R.K.Əliyev, məsləhətçi Q.Z.Abbasov, ABB X19 əməliyyatlar üzrə menecer İ.Rodjer və ofis meneceri S.Z.Nuriyeva tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli aktdan görünür ki, tərəflərindən İddiaçı adına verilmiş 1999, 2000, 2001, 2002-ci illərin əmək haqqı arayışı yerində yoxlanılmışdır. Yoxlama zamanı təqdim edilmiş əmək haqqı cədvəlləri, əmək müqaviləsi, kassa sənədləri və 1DSMF hesabatları əsasında aparılmışdır. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir:
Təqdim olunmuş Yoxlama Zamanı Fərq İllər əmək haqqı müəyyən edildi 1999 10711,88 10711,88 - 2000 17339,40 17339,40 - 2001 23054,70 23054,70 - 2002 17321,79 14062,88 3258,91 Cəmi: 68427,77 65168,86 3258,91
xx.xx.1997-ci il tarixdən işə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq pensiyanın təyin olunması üçün Fondun Sabunçu rayon şöbəsinə təqdim edilmiş əmək haqqı arayışında 2002-ci ilin may ayı üçün 3258,92 manat məbləğində əmək haqqı qeyd olunmuşdur. Əmək haqqı arayışı ilə əmək haqqı cədvəlləri və 1DSMF hesabatlarını üzləşdirərkən 1DSMF hesabatı ilə əmək haqqı arayışı arasında, yəni 2002-ci ilin 2-ci rübün may ayında müəssisənin əmək haqqı cədvəllərində 57524,89 min manat olduğu halda, Fonda təqdim olunmuş hesabatda 53452,40 min manat məbləğ qeyd edilmiş və nəticədə 4072,49 min manat fərq aşkar edilmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından asılı olmayaraq fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2002-ci ilin may ayı üçün qeyd olunmuş əmək haqqından məcburi sosial sığorta haqqı tutulmadığından əmək pensiyası təyin edilərkən həmin məbləğ nəzərə alınmır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X23 Departamenti tərəfindən təqdim edilmiş 88/04/29F-1425 saylı xx.xx.2009-cu il tarixli arayışa əsasən ABB İnternational Marketing LTD Şirkətində işləmiş İddiaçı 1998-ci ilin yanvar ayından 1999-cu ilin mart ayınadək olan dövrdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qazanılmış 12356,67 manat gəlirdən 123,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir (1998-1999-cu illər üzrə cəmi gəlirlərin məbləği 12356,67 manat, 123,56 manat ödənilməlidir, 123,56 manat ödənilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş 01- 3047 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışında M.Əzizbəyov adına X20 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilmişdir ki, X3 1976-cı ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 012/889,xx.xx.1976-cı il). X3 1981-ci ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 012/968, xx.xx.1981-ci il). ЖВ № 044513 seriyalı diplom verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1448 saylı xx.xx.2009-cu il tarixli qərarına əsasən İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə müvafiq olaraq yaşa görə xx.xx.2009-cu il tarixdən ömürlük 2818,39 manat pensiya təyin edilmiş və ya pensiya payı ayrılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə **********6 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 10807,15 manat müəyyən edilmişdir (hazırkı pensiya məbləği: 9529,48 manat). Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən 7934,76 manat pensiya müəyyən edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 8 il 3 ay – gün sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 461971,96 manat pensiya kapitalı var. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 8 il 3 ay – gün sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 461971,96 manat pensiya kapitalı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə **********4 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 6979,86 manat müəyyən edilmişdir (hazırkı pensiya məbləği: 12448,50 manat). Yenidən hesablama səbəbi -0-dan hesablanma- artıqvermə - hüququn yaranma tarixi səhv qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-5147/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 8025,02 manat müəyyən edilmişdir. Yenidən hesablama səbəbi -0dan hesablanma-39.1-ci maddəyə əsasən artıqvermə - xx.xx.2009-xx.xx.2011-ci il tarixlər arasında artıq ödənilmiş məbləğ tutulması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********4 saylı sərəncam etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-7294/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 8025,02 manat müəyyən edilmişdir. Yenidən hesablama səbəbi -0dan hesablanma-39.1-ci maddəyə əsasən artıqvermə. 3-17-1/3-3-5147/2023 saylı xx.xx.2023-cü il tarixli sərəncam etibarsız hesab edilmişdir. İddiaçı dair pensiya təyinatı alt sistemindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, pensiyanın növü yaşa görə, kateqoriyası digər güzəştli şərtlərə PT, tərkibi 1 nömrəli siyahı ilə, müddəti müddətsiz, əllə daxil edilmiş pensiya məbləği 6979,86 manat, qərarın nömrəsi 1448, pensiyaçının hesab nömrəsi 002948, müraciət tarixi xx.xx.2009-cu il, qərar tarixi xx.xx.2009-cu il, hüququn yaranma tarixi xx.xx.2011-ci il, güzəştli iş stajı 14 il 0 ay 0 gün, aylıq pensiya məbləği 8025,02 manat, keçmiş dövr məbləği 0, birdəfəlik 0, tutulmanın məbləği 802,50 manat, ödəniş məbləği 7222,52 manat, statusu ödənişdədir. İddiaçı 2022-ci il aprel ayı üzrə cəmi 12498,50 manat, 2022-ci il may ayı üzrə cəmi 12448,50 manat, 2022-ci il iyun ayı üzrə cəmi 12448,50 manat, 2022-ci il iyul ayı üzrə cəmi 12498,50 manat, 2022-ci il avqust ayı üzrə cəmi 12448,50 manat, 2022-ci il sentyabr ayı üzrə cəmi 12448,50 manat, 2022-ci il oktyabr ayı üzrə cəmi 12498,50 manat, 2022-ci il noyabr ayı üzrə cəmi 12448,50 manat, 2022-ci il dekabr ayı üzrə cəmi 12448,50 manat, 2023-cü il yanvar ayı üzrə cəmi 6996,52 manat, 2023-cü il fevral ayı üzrə cəmi 9053,51 manat, 2023-cü il mart ayı üzrə 7222,52 manat (802,50 manat tutulma), 2023-cü il aprel ayı üzrə 7222,52 manat (802,50 manat tutulma), 2023-cü il may ayı üzrə 7222,52 manat (802,50 manat tutulma), 2023-cü il iyun ayı üzrə 7222,52 manat (802,50 manat tutulma), 2023-cü il iyul ayı üzrə 7222,52 manat (802,50 manat tutulma) məbləğində pensiya ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
İddia qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması nəticəsində iddiaçıdan artıq ödəmə kimi tutulan pensiya məbləğinin geri qaytarılması hissəsində öhdəliyin icrası haqqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
İddiaçıya Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə **********4 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 6979,86 manat müəyyən edilmişdir (hazırkı pensiya məbləği: 12448,50 manat). Yenidən hesablama səbəbi -0-dan hesablanma- artıqvermə - hüququn yaranma tarixi səhv qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-5147/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 8025,02 manat müəyyən edilmişdir. Yenidən hesablama səbəbi -0dan hesablanma-39.1-ci maddəyə əsasən artıqvermə - xx.xx.2009-xx.xx.2011-ci il tarixlər arasında artıq ödənilmiş məbləğ tutulması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********4 saylı sərəncam etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-7294/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 8025,02 manat müəyyən edilmişdir. Yenidən hesablama səbəbi -0dan hesablanma-39.1-ci maddəyə əsasən artıqvermə. 3-17-1/3-3-5147/2023 saylı xx.xx.2023-cü il tarixli sərəncam etibarsız hesab edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçının xx.xx.1997-ci il tarixədək azı 20 il ümumi iş stajı olması və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışması iş materialları ilə təsdiq edilməklə bərabər işin mübahisələndirilməyən halıdır. İddiaçıya pensiyanın 52 yaşdan deyil 50 yaşdan təyin edilməsi inzibati orqan tərəfindən həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər. X21 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun bu hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Məhkəmə hesab edir ki, pensiya ödənişinin azaldılmasına dair inzibati akt iddiaçının dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Bundan başqa, iddiaçıya müxtəlif məbləğlərdə artıq ödəmə müəyyən edilmiş, iddiaçı inzibati icraata cəlb edilmədən və onun bu barədə razılığı olmadan pensiyadan tutmalar aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 saylı xx.xx.2022-ci il tarixli və 3-17-1/3-3-5147/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları qanunsuz hesab edilsin, 3-17-1/3-3-7294/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Pensiyanın yenidən hesablanması nəticəsində artıq ödəmə kimi tutulan pensiya məbləğinin iddiaçıya qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova