Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1259/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 183 nömrəli sərəncamı ilə X3 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvləri nəzərə alınmaqla üç otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldıraraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 183 nömrəli Sərəncamı ilə X3 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvləri (özü - İddiaçı, oğlu Nümayəndə, gəlini X4, nəvəsi X12 və nəvəsi X8) nəzərə alınmaqla üç otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı iki il Sovet Ordusunda, mart-aprel 1992-ci ildən 6 avqust 1992-ci ilədək isə N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmət etmişdir, Tərtər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 2018-ci il fevral ayından 2ci qrup Qarabağ müharibə əlili olmuşdur. Dekabr 2022-ci ildə avtoqəza nəticəsində vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 156 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. Onun himayəsində oğlu, gəlini və iki nəvəsi - yəni 5 nəfər ailə üzvləri vardır, lakin mənzilləri yoxdur. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 183 nömrəli Sərəncamı ilə güzəştli mənzil növbəsi dəyişdirilərək onunla birlikdə 5 nəfər ailə üzvləri (özü - İddiaçı, oğlu Nümayəndə, gəlini X4, nəvələri X12 və X8) nəzərə alınmaqla yeni sərəncam verilmişdir. Hesab edir ki, xx.xx.2021-ci il tarixdən güzəştli mənzil növbəsində onunla birlikdə 5 nəfər ailə üzvü nəzərə alınmaqla mənzillə təmin edilməlidirlər.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 1116/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, 146 nömrəli sərəncamın İddiaçı ailə tərkibinə münasibətdə dəyişdirilməsi, mərhum X3 mənzil növbəsi tarixi (17 may 2021-ci il) saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində 5 (beş) nəfər ailə üzvü ilə birgə (iddiaçı, oğlu, gəlini və 2 nəvəsi) uçota alınmış və 3 (üç) otaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir.Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə 3 (üç) otaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır.Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzil təminatı həyata keçiriləcəkdir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.Cavabdehin nümayəndəsi Y.F.Qüdrətli məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2024 nömrəli, xx.xx.2024-cü il tarxli qərarına əsasən Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 146 nömrəli sərəncamının İddiaçı ailə tərkibinə münasibətdə dəyişdirilməsi, mərhum X3 mənzil növbəsi tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvünün (İddiaçı (özü), Nümayəndə (oğlu), X4 (gəlini), X12 (nəvəsi) və X8 (nəvəsi)) nəzərə alınması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 183 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi (özü, oğlu Nümayəndə, gəlini Balakişlyeva Ayşən, nəvələri Şahbazov Ayxan, Şahbazova Fidan) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. 4 saylı Bakı DOST mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının mərhum əri X7 xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyə görə 350 manat Prezident təqaüdü almışdır. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı, gəlini X1 Bələdiyyəsindən torpaq sahəsi almamışlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərqzi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının və ailə üzvlərinin (gəlini X5, oğlu Nümayəndə, nəvələri X8, X12) onların daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı arxiv məluamtlarında və elektron bazada mənzil və fərdi yaşayış evi haqqında məlumat yoxdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarına əsasən iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur, Yasamal rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin növbəlilik siyahılarında mərhum həyat yoldaşı X3 17 may 2021-ci il tarixindən mənzil uçotuna alındığı qeyd edilmişdir, Yasamal rayon İcra Hakimiyyətinin 11 aprel 2023ci il tarixli sərəncamı əsasında mərhum həyat yoldaşı S.Şahbazovun 17 may 2021-ci tarixli mənzil növbəliliyi iddiaçının adına keçirilmişdir, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna, həmin məktuba əlavə edilmiş siyahıya əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə daxil olmuş 5-21/2-76/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı mərhum həyat yoldaşı X7 mənzil uçotuna alınmış imtiyazlı şəxslərin sırasında 94-cü şəxsdir.
İV.Məhkəmənin mövqeyi
8.Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. 9 .Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).
10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 11.”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrinin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır.
12. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin nizamnaməsinə əsasən: 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir, həmin 3.1.16-cı bəndinə əsasən Sosial Xidmətlər Agentliyinin vəzifəsinə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək aid edilmişdir.
13. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1116/2024 nömrəli, xx.xx.2024-cü il tarxli qərarına əsasən Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 146 nömrəli sərəncamı İddiaçı ailə tərkibinə münasibətdə dəyişdirilmiş, mərhum X3 mənzil növbəsi tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvü (İddiaçı (özü), Nümayəndə (oğlu), X4 (gəlini), X12 (nəvəsi) və X8 (nəvəsi)) nəzərə alınması barədə qərar qəbul edilmişdir, habelə inzibati işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı mərhum həyat yoldaşı X7 mənzil uçotuna alınmış imtiyazlı şəxslərin sırasından 94-cü şəxs olmuşdur. Belə olan halda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 183 nömrəli Sərəncamı ilə mərhum əri X3 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvləri (özü İddiaçı, oğlu Nümayəndə, gəlini X4, nəvəsi X12 və nəvəsi X8) nəzərə alınmaqla üç otaqlı mənzillə təmin edilməsini cavabdehdən tələb etmək hüququna malikdir. Lakin cavabdeh hal-hazırda iddiaçının mənzillə təmin edilməsi üçün mənzil olmamasını göstərdiyi, iddiaçı isə mənzil olduğu halda mənzillə təmin olunmaması barədə sübutları təqdim etmədiyinə görə, habelə iddiaçının mərhum ərinin mənzil növbəsində 94-cü şəxs olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mənzil hüququ mənzil növbəsinin ardıcıllığına əməl edilməklə cavabdeh tərəfindən təmin edilməlidir. 14.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 183 nömrəli sərəncamı ilə X3 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvləri (özü - İddiaçı, oğlu Nümayəndə, gəlini X4, nəvəsi X12 və nəvəsi X8) nəzərə alınmaqla üç otaqlı mənzillə mənzil növbəsi ardıcıllığına əməl edilməklə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
19.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 183 nömrəli sərəncamı ilə X3 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsində İddiaçı ilə birlikdə 5 nəfər ailə üzvləri (özü - İddiaçı, oğlu Nümayəndə, gəlini X4, nəvəsi X12 və nəvəsi X8) nəzərə alınmaqla üç otaqlı mənzillə mənzil növbəsi ardıcıllığına əməl edilməklə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova