Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-126/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan:Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpiç, döngə 4; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X2 (ünvan: ünvan 1əsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən müəssisyə hesablanmış 28.193 manat 32 qəpik əsas vergi və ona hesablanmış 18.505 manat 19 qəpik maliyyə sanksiyyası, cəmi 46.698 manat 65 qəpik məbləğin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.12.2019-cu il tarixli qərardadı ilə iddiaçının “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 sentyabr 2019-cu il tarixli **********189496 nömrəli qərarının ləğv edilməsi”nə dair iddianın dəyişdirilməsi ərizəsi icraata qəbulı edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 05.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 17.03.2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 9/1829 saylı Ekspert rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 11.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdehin 17.08.2018-ci il tarixli **********160637 saylı qərarına əsasən İddiaçı şəxsi sahibkarlıq şiketi (Vöen:**********) üzrə 2015, 2016, 2017-ci illər üzrə audit yoxlaması aparmış və həmin illər üzrə müxtəlif tədiyyər üzrə: Əsas məbləğə 28.193 manat 32 qəpik maliyyə sanksiyyası üzrə 18.505 manat 19 qəpik, cəmi məbləğ= 46.698 manat 51 qəpik. Verginin tələb etdiyi məbləğ: 46.698 manat 54 qəpik. Göstərilən dövrlər üzrə 2015, 2016, 2017-ci il ürə İddiaçı şəxsi sahibkarlıq şirkəti (Vöen: **********) olan maliyyə təsərüfat fəaliyyətində olan bəzi xərclərinin və Vergi İdarəsi tərəfindən hesablaşma hesabından artıq silinmiş məbləğləri yoxlama zamanı iddiaçının müraciətinə baxmayaraq nəzərə alınmamışdır. Həmin nəzərə alınmayan açıqlamalar aşağıda göstərilən qaydada olmuşdur. Yoxlama zamanı müraciət məktubu nəzərə alınmamışdır, göstərilən nöqasanlara azalma verilməmişdir. Mənfəət vergisinə 3 illik 68.084-74 manat komeral yazılmış lakin faktiki mənfəət 63.127-94 manat azalma verilməmişdir. Göstərilən hesabata əsasən fərq təşkil edir = 4.956-06 manat hansı ki, həmin məbləğə azalma verilməlidir. Mənfəət vergisi üçün sərəncamla artıq silinib 2015, 2016, 2017 = 4.309.18 manat İddiaçı şəxsi sahibkarlıq Şirkəti tərəfindən 2015, 2016, 2017 ci illərdə Mənfəət vergisi verilmiş xərc cox olduğu üçün mənfəət vergisi öhdəliyi yaranmadığı üçün 2015-ci il üzrə səhv təqdim edilmiş mənfəət vergisinə azalma verilməlidir = 800 manat. Mənfəət vergisi 2017-ci il üçün mənfəət olmadığı üçün azalma verilməli =347 manat. Müəssisə 2015-ci ildə mənfəət vergisi öhdəliyi yaranmadığı üçün (icarə müqaviləsinə xitam verilib Mail-Trans MMC il 16.06.2015-ci il tarixidə) Məfəət vergisi səhvən hesablanıb və bəyannamə təqdim edilib azalma verilməli -2.397-46 manat. 2016cı il üzrə müəssisə əmlak vergisinin ödəyicisi olmadığı üçün vergi idarəsi tərəfindən əmlak vergisi üçün kameral vergi hesablanıb həmin məbləğə azalma verilməli = 1200 manat. Bundan başqa 2015, 2016, 2017-ci illərdə vergi tərəfindən 3 ilə (1200+1200+1200)= 3600 əvəzinə 3.873 manat əmlak vergisi hesablanıb və həmin məbləğ sərəncamla iddiaçının hesaından silinmişdir. Həmin məbləğə azalma verilməsi = 373 manat. Bundan başqa müəssisə üzrə 2015, 2016, 2017-ci illər üzrə 328.668 manat 51 qəpiklik məhsul istehsal edilib. Mallar satılıb lakin, həmin istehsal edilmiş mallara görə 328.668-51 x 10% = 32.866 manat 80 qəpik avtomobillərə yanacaq yağ, sürtkü materialları alınmış, həmin yanacağın dəyərinin 20 % mənfəətdən xərc kimi (32.866.80 x 20% =6.573.36) azalmalıdır. Buda göstərilən xərclərə görə azalma = 6.573.36 manat təşkil edir. Bundan başqa müəssisə üzrə 2015, 2016, 2017-ci illərdə dövlət büdcəsinə məhfəət vergisi, gəlir vergisi, əlavə dəyər vergisi cəmi 38.886 manat pul ödəmişdir. Bundan başqa müəssisə ətraf mühitin mühafizəsi Departamentinə 24.07.2018 ci il tarixə Dövlət xəzinədarlıq Agentliyinə (kodu 210005 Vöen: **********) 42.900 manat pul vəsaiti ödəmişdir. Beləliklə “ Mübriz-1” Ş.S- i dövlət büdcəsinə (38.886 +42.900) = 81.686 manat pul vəsiti ödəmişdir. Müəssiə 2015, 2016, 2017-ci illərdə (41.732 manat) mənfəət vergisi əldə etmiş həmin məblələğin əvəzinə 81.686 manat dövlət büdcəsinə pul vəsaiti ödənilmişdir. Beləliklə müəssisə öz gəlirlərindən (81.686 manat -41.732 manat) = 39.954 manat büdcəyə artıq pul ödənilmişdir. Göstərilən 39.954 manat təsisçi hesabına ödənilmişdir. Göstərilən faktların heç biri nəzərə alınmır və müəssisədən (28.192.32 + 18.505.19) cəmi 46.698.95 manat pul vəsiti tələb edirlər. Hansı ki, həmin pulu vəsaitini ödəməyə müəssisin vəsiti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.08.2018-cı il tarixli **********160637 nömrəli qərara əsasən 01.07.2015-ci ildən 01.07.2018-ci ilədək olan dövr üzrə İddiaçı ŞSŞ-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi 24.06.2019-cu il tarixli **********160685 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama müəssisənin hesabat və digər göstəricilərini əks etdirən vergi orqanlarında olan baza məlumatları, eyni zamanda, “Azərekspertiza” İstehsalat Birliyinin ekspert və mütəxəssis rəylərinə əsasən aparılmışdır. Yoxlama zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə yoxlama ilə əhatə olunan dövr üzrə müəyyən edilmiş ümumi satış həcmi nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli vergilərin azaldıldığı müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlər tam təqdim edilməmiş və bu səbəbdən Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinə əsaslanaraq müəssisə tərəfindən ona məxsus, Quba rayonu, Qaraçay ərazisi ünvanında yerləşən qum-çınqıl istehsalı obyektində 01.07.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dovr üzrə istehsal edilmiş məhsulların real həcminin müəyyən edilməsi məqsədi ilə 24.08.2018-ci il tarixli **********161239 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərar çıxarılmış və yoxlamaya mütəxəssis cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 05.04.2019-cu il tarixli rəy təqdim edilmişdir. Mütəxəssisin gəldiyi nəticəyə görə, yoxlanılan dövrdə müəssisədə istehsal olunmuş məhsulların həcmi aşağıdakı kimi olmuşdur: 5-15 mm-lik fraksiyalı çınqıl üzrə - 148912,39 m3, 15-25 mm-lik fraksiyalı çınqıl üzrə - 113438,83 m3, “otsev” adlanan 0-5 mm-lik fraksiyalı çınqıl (daş tozu) üzrə 101699,38 m3, cəmi çınqıl fraksiyaları üzrə 364050,6 m3; istehsal olunmuş qum-çınqıl qarışığından ayrılmış qum üzrə - 35728,77 m3. Rəydə müəssisənin istehsal sahəsinin 2017-ci ilin aprel-may aylarında digər şəxsə icarəyə verildiyi nəzərə alınmış, yəni həmin aylar üzrə istehsal həcmi müəyyən edilməmişdir. Mütəxəssis rəyində göstərilmiş nəticələr ilə müəssisə tərəfindən təqdim edilmiş satış sənədlərinin göstəriciləri arasında kəskin fərqin olmasını nəzərə alaraq, yoxlama ilə vergilər müəssisənin ilkin sənədlərində əks etdirilmiş satış həcmi və yoxlanılan dövrün axırına olan mal qalığı həcmi nəzərə alınmaqla, mütəxəssis rəyində göstərilmiş istehsal həcminə əsasən hesablanmışdır. Göstərilənləri, eyni zamanda, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq müəssisəyə məxsus olan karxanada istehsal edilmiş çınqıl məhsullarının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 24.08.2018-ci il tarixli **********161238 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmışdır. Lakin yoxlamaya istehsal edilmiş məhsulların satışı ilə bağlı ilkin sənədlər tam həcmdə təqdim edildiyindən və vergilərin müəssisənin tətbiq etdiyi qiymətlər əsasında hesablandığı üçün ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. Bundan başqa müəssisəyə məxsus istehsal sahəsi üzrə icarə haqqının bazar qiymətlərinin öyrənilməsinə zərurət yaranmışdır. Belə ki, 31.03.2017-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən müəssisə ona məxsus çınqıl istehsalı obyektini "xxxx" MTK-ya icarəyə vermiş, müqavilə ilə icarənin müddəti 31.03.2020-ci il tarixədək, aylıq icarə haqqı 2000,0 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Lakin tərəflər arasında imzalanmış 01.06.2017-ci il tarixli müqaviləyə əsasən 31.03.2017-ci il tarixli icarə müqaviləsinə 01.06.2017-ci il tarixdən xitam verilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən 2017-ci ilin aprel-may aylarında çınqıl istehsalı karxanasın icarəsi üzrə icarə haqqının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Departamentin 23.10.2018ci il tarixli **********166752 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertiza nəticələrinə görə, yoxlamaya 30.10.2018-ci il tarixli ekspert rəyi təqdim edilmişdir (rəy akta əlavə olunur). Ekspert tərəfindən aylıq icarə haqqı 2000,0 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş icarə haqqının məbləği ilə müqavilə ilə müəyyən edilmiş icarə haqqının məbləği arasındakı fərq 30%-dən artıq olmadığından yoxlamaya vergilərin hesablanması üçün müqavilə qiyməti nəzərə alınmışdır. Əmlak vergisi üzrə - Müəssisə tərəfindən yoxlanılan dövr üzrə 2015, 2016 və 2017-ci illər üzrə əmlak vergisi bəyannamələri təqdim edilmişdir. 2015-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində müəssisə tərəfindən vergiyə cəlb edilən əmlakın ilin əvvəlinə 63000,0 manat, ilin sonuna 63000,0 manat qalıq dəyəri göstərilməklə 630,0 manat məbləğində əmlak vergisi hesablanmışdır (63000,0 + 63000,0) : 2x 1%). Həmin bəyannamənin kameral vergi yoxlaması nəticəsində əlavə olaraq, 435,0 manat vergi hesablanmış və bunun səbəbi kimi müəssisə tərəfindən ilin əvvəlinə əsas vəsaitlərin vergiyə cəlb edilən əmlakın qalıq dəyərinin 150000,0 manat əvəzinə 63000,0 manat göstərilməsi bildirilmişdir. Hazırkı yoxlama ilə 2015-ci il üzrə əmlak vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir: Müəssisə 2015-ci ildə əsas fəaliyyəti olan qum-çınqıl istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, lakin müəssisə tərəfindən "xxxx" MMC ilə bağlanmış 07.01,2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsinə əsasən Quba rayonu Qaraçay ərazisində yerləşən qum-çınqıl istehsal sahəsini həmin şəxsə icarəyə verilmiş və həmin müqaviləyə 01.05.2015-ci il tarixdə xitam verilmişdir. Vergi Məcəlləsinin 218.5.4-cü bəndinə əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi Məcəlləsinin qeyd edilən maddəsini nəzərə alaraq müəssisənin 2015-ci ildə yalnız 4 ay üzrə, yəni yanvaraprel ayları üzrə əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmiş və əmlak vergisi Vergi Məcəlləsinin 2015-ci ildə qüvvədə olan redaksiyadanın 202.0.3-cü maddəsinə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: Yoxlama ilə 01.01.2015-ci il tarixinə müəssisənin mülkiyyətində olan əsas vəsaitlərinin ümumi qalıq dəyərinin 120000,0 manat, o cümlədən “Maşınlar, avadanlıqlar və hesablama texnikası” qrupu üzrə 70000,0 manat, "Nəqliyyat vasitələri” qrupu üzrə 50000,0 manat təşkil etdiyi müəyyən edilmişdir. 2015-ci ildə müəssisənin yalnız 4 ayı üzrə əmlak vergisinin ödəyicisi olduğundan, əmlak vergisinin müəssisənin mülkiyyətində olan əsas vəsaitlərinin yalnız “Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupu üzrə hesablanmalı olduğundan, müəssisə özü tərəfindən 8% dərəcə ilə ümumi 9600,0 manat (o cümlədən, vergiyə cəlb edilən əsas vəsaitlərinin “Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupu üzrə 5600,0 manat) məbləğində amortizasiyanın hesabladığını nəzərə alaraq yoxlama ilə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 01.01.2015-ci il tarixə 70000,0 manat məbləğində, 01.05.2015-ci il tarixə 68133,13 manat məbləğində (70000,0 manat - (70000,0 manat x 8% : 12 ay x 4 ay = 1866,67 manat) = 68133,13), orta illik qalıq dəyəri 23022,22 manat ((70000,0 manat + 68133,13 manat) : 24 ay x 4 ay) müəyyən edilərək 230,22 manat məbləğində əmlak vergisi hesablanmışdır (23022,22 manat x 1%). Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə (kameral hesablamalar nəzərə alınmaqla) əmlak vergisinin 834,78 manat artıq hesablanması müəyyən edilmişdir. 2016-cı il üzrə müəssisə tərəfindən təqdim edilmiş əmlak vergisi bəyannaməsinə əsasən vergiyə cəlb edilən əsas vəsaitlərin orta illik dəyəri 120000,0 manat göstərilməklə 1200,0 manat əmlak vergisi hesablanmışdır. Hazırkı yoxlama ilə müəssisənin 2016-ci ilin yanvar-oktyabr aylarında sadələşdirilmiş verginin ödəyicisi olduğu və bu səbəbdən həmin dövr üzrə 2016-cı ildə qüvvədə olan redaksiyasında Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən əmlak vergisinin ödəyicisi olmadığı müəyyən edilmişdir.n Yoxlama ilə 2016-cı il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 2016-cı ildə qüvvədə olan redaksiyadanın 202.0.2-ci maddəsinə uyğun olaraq aşağlıdakı qaydada hesablanmışdır: 01.11.2016-cı il tarixinə müəssisənin mülkiyyətində olan əsas vəsaitlərinin ümumi qalıq dəyərinin 110400,0 manat, o cümlədən “Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupu üzrə 64400,0 manat, “Nəqliyyat vasitələri” qrupu üzrə 46000,0 manat təşkil etdiyi müəyyən edilmişdir. 2015-ci ildə müəssisənin yalnız 2 ayı üzrə əmlak vergisinin ödəyicisi olduğundan, əmlak vergisinin müəssisənin mülkiyyətində olan əsas vəsaitlərinin yalnız “Maşınlar, avadanlıqlar və hesablama texnikası” qrupu üzrə hesablanmalı olduğundan, müəssisə özü tərəfindən ümumi 9600,0 manat (o cümlədən, vergiyə cəlb edilən əsas vəsaitlərinin “Maşınlar, avadanlıqlar və hesablama texnikası” qrupu üzrə 5600,0 manat) məbləğində amortizasiyanın hesabladığını nəzərə alaraq yoxlama ilə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 01.11.2016-cı il tarixə 59733,33 manat məbləğində (64400,0 manat - (5600,0 manat : 12 ay x 10ay = 4666,67 manat), həmin ilin sonuna 58800,0 manat (64400,0 manat - 5600,0 manat) və əmlak vegisi məqsədləri üçün orta illik dəyəri 9877,78 manat ((59733,33 manat + 58800,0 manat) : 24 ay x 2 ay) müəyyən edilərək 98,78 manat məbləğində əmlak vergisi hesablanmışdır (9877,78 manat x 1%). Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə əmlak vergisinin 1101,22 manat artıq hesablanması müəyyən edilmişdir. 2017-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində müəssisə tərəfindən vergiyə cəlb edilən əmlakın ilin əvvəlinə qalıq dəyəri 120000,0 manat, ilin sonuna 120000,0 manat göstərilməklə 1200,0 manat məbləğində əmlak vergisi hesablanmışdır ((120000,0 + 120000,0) : 2x 1%). Hazırki yoxlama ilə 2017-ci il üzrə əmlak vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir: İlk növbədə qeyd olunmalıdır ki, müəssisə tərəfindən 2015-2017-ci illər üzrə əsas vəsaitlərinin amortizasiyasının hesablandığı halda təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin 1 nömrəli Əlavələrində hesablanmış amortizasiyası məbləğini nəzərə almadan əsas vəsaitlərinin qalıq dəyəri bütün illərdə 120000,0 manat göstərilmişdir, yəni əsas vəsaitlərinin qalıq dəyəri il ərzində hesablanmış amortizasiya məbləği qədər azaldılmadan göstərilmişdir. Yoxlama ilə 2017-ci il üzrə əmlak vergisi 01.01 2015-ci il tarixi vəziyyətinə əvvəlki səyyar vergi yoxlaması ilə təsdiq edilmiş əsas vəsaitlərinin qalıq dəyərinin məbləği (120000,0 manat) və müəssisənin analitik uçotuna əsasən əsas vəsaitlərinin həmin tarixə qalıq dəyəri (120000,0 manat) yoxlanılan dövrün əvvəlinə əsas vəsaitlərinin qalıq dəyəri kimi qəbul edilmiş, təqdim edilmiş analitik uçot məlumatlarına əsasən əsas vəsaitlər faktiki təyinatı üzrə qruplara bölünmüş, hər qrupa aid edilmiş əsas vəsaitlərinin qalıq dəyəri müəyyən edilmiş və müəssisə tərəfindən illər üzrə hesablanmış amortizasiya ayırmaları nəzərə alınmışdır. Göstərilənləri nəzərə alaraq yoxlama ilə əmlak vergisi məqsədləri üçün 2017-ci ilin əvvəlinə vergiyə cəlb edilən əsas vəsaitlərin qalıq dəyəri 58800,0 manat, ilin sonuna 53200,0 manat, orta illik qalıq dəyəri 56000,0 manat ((58800,0 manat + 53200,0 manat) : 2) müəyyən edilərək 560,0 manat məbləğində əmlak vergisi hesablanmışdır (56000,0 manat x 1%). Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə əmlak vergisinin 640,0 manat artıq hesablanması müəyyən edilmişdir. ƏDV üzrə - Müəssisə vergi orqanına 23.01.2017-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə təqdim etmiş və ona **********3 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Bildirişə əsasən, ƏDV məqsədləri üçün qeydiyyat 16.01.2017-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən ƏDV üzrə ilk bəyannamə 2017-ci ilin yanvar ayı üzrə təqdim edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir: Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən, ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatların dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə müəssisənin 01.11.2016-cı il tarixdən müəssisənin ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən aylında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci qünündən qüvvəyə minir. Yoxlama aktına əlavə olunmuş mütəxəssis rəyi, həmin rəyə və müəssisənin ilkin sənədlərinə əsasən müəssisənin noyabr/2015-oktyabr/2016 dövr üzrə gəlirin (hasilatın) 207961,91 manat təşkil edildiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı 01.11.2016-cı il il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. 2016-cı ilin noyabr-dekabr ayları və 2017-ci ilin yanvarın 16-dək olan dövr üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV- yə cəlb edilən ümumi dövriyyənin 33076,42 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 5953,76 manat ƏDV hesablanmış, əvəzləşdirilməli olan ƏDV müəyyən edilməmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 5953,76 manat məbləğində hesablanmışdır. Beləliklə, yoxlama ilə sahibkar tərəfindən bəyannamə təqdim etməməklə 5953,76 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə tərəfindən yoxlanılan dövr üzrə (16.01.2017-30.06.2018) təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 92636,33 manat, ondan hesablanan ƏDV-si 16674,54 manat, əvəzləşdirilən ƏDV-si 3011,83 manat göstərilməklə büdcəyə ödənilməli 13662,71 manat ƏDV hesablanmışdır. Həmin bəyannamələrinin kameral vergi yoxlaması nəticəsində büdcəyə ödənilməli ƏDV üzrə əlavə olaraq 13561,2 manat vergi hesablanmış və əlavə hesablamanın səbəbi kimi, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə vergiyə cəlb edilən dövriyyənin 66640,28 azaldılması, əvəzləşdirilən ƏDV- nin 1565,95 manat artıq göstərilməsi bildirilmişdir. Hazırkı yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır. Bu səbəbdən yoxlamaya ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. 16.01.2017-30.06.2018-ci il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 295850,46 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 53253,08 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV - 1527,93 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 51725,15 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) ümumilikdə büdcəyə ödənilməli ƏDV-nin 24501,24 manat azaldılması (o cümlədən ayri-ayrı hesabat dövrləri üzrə 27918,68 manat azaldılması, 3417,43 manat artıq hesablanması) müəyyən edilmişdir. Mənfəət vergisi üzrə - Müəssisə tərəfindən yoxlanılan dövrdə 2015, 2016 və 2017-ci illlər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş mənfəət vergisi bəyannamələrində müəssisə tərəfindən gəlir və xərclərin kassa metodu ilə əks etdirilməsi göstərilmişdir. Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir. Müəssisə 2015-ci ildə əsas fəaliyyəti olan qum-çınqıl istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, lakin müəssisə tərəfindən "xxxx" MMC ilə bağlanmış 07.01.2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsinə əsasən Quba rayonu Qaraçay ərazisində yerləşən qum-çınqıl istehsal sahəsini həmin şəxsə icarəyə verilmiş və aylıq icarə haqqı 5000,0 manat məbləğində müəyyən edilmişdir. Həmin müqaviləyə 01.05.2015-ci il tarixdə xitam verilmişdir. Bunu nəzərə alaraq müəssisə 2015-ci ildə icarə fəaliyyəti üzrə mənfəət vergisinin ödəyicisi olmuş və həmin ildə icarə fəaliyyəti üzrə gəliri 20000,0 manat təşkil etmişdir. 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən ümumi gəlir, o cümlədən əmlakın icarəyə veriləməsindən gəliri 20000,0 manat, cəmi xərclər 16000,0 manat, o cümlədən “digər xərclər” 16000,0 manat, vergiyə cəlb edilən mənfəət 4000,0 manat göstərilməklə 800,0 manat mənfəət vergisi hesablanmışdır. Həmin bəyannamənin kameral vergi yoxlaması nəticəsində 16000,0 manat xərc azaldılaraq əlavə olaraq 3200,0 manat mənfəət vergisi hesablanmışdır. Hazırkı yoxlama ilə müəssisənin ilkin sənədlərini yoxlanıldıqda 2015-ci il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəlir 20000,0 manat, o cümlədən əmlakın icarəyə veriləməsindən gəliri 20000,0 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 5729,95 manat, o cümlədən, əmək haqqı - 1120,0 manat, sosial sığorta ayırmaları - 246,4 manat, dövlət torpaq sahəsinin icarəsi - 933,33 manat, əsas vəsaitlərinin amortizasiya - 3200,0 manat, əmlak vergisi - 230,22 manat, vergiyə cəlb edilən mənfəət 14270,05 manat məbləğində müəyyən edilmiş və ondan 2854,01 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, hazırki səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin 1145,99 manat artıq hesablanması müəyyən edilmişdir. 2015-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclər aşağıdakı qaydada hesablanmışdır: Həmin il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin müəyyən edilməsi zamanı müəssisənin 2015-ci ildə yalnız ilk 4 ayı üzrə mənfəət vergisinin ödəyicisi olduğu nəzərə alınmışdır. Belə ki, müəssisə öz əsas fəaliyyəti - qum-çınqılın istehsalı üzrə sadələşdirilmiş verginin ödəyicisi olduğunndan, icarə fəaliyyəti üzrə isə əməliyyatların yalnız ilin ilk 4 ayında aparıldığı səbəbindən (yuxarıda qeyd edildiyi kimi, "Mail-Trans” MMC ilə bağlanmış icarə müqaviləsinə 01.05.2015-ci il tarixdən xitam verilmişdir) 2015-ci ilin mənfəət vergisi məqsədləri üçün xərclər müəyyən edildikdə 2015-ci ilin yanvar-aprel ayları üzrə işçilərə hesablanmış əmək haqqının məbləği - 1120,0 manat (280,0 manat x 4 ay), həmin aylar üzrə hesablanmış əmək haqqı məbləğindən hesablanmış sosial sığorta ayırmaları - 246,4 manat (1120,0 manat x 22%), həmin ayların payına düşən əmlak vergisinin məbləği - 230,22 manat; həmin ayların payına düşən dövlər torpaq sahəsinin icarə haqqısı - 933,33 manat (illik icarə haqqı 2800,0 manat: 12 ay x 4 ay), müəssisə özü tərəfindən hesablanmış əsas vəsaitlərinin amortizasiya ayırmalarının məbləğinin həmin ayların payına düşən məbləği - 3200,0 manat (9600,0 manat : 12 ay x 4 ay) daxil edilmiş və xərclərin cəmisi 5729,95 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müəssisənin 2015-ci ilin ilk 4 ayında elektrik enerjisi xərci vardır, lakin bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən elektrik enerjisi xərclərinin ödənilməsi icarəçinin üzərinə qoyulduğundan yoxlama ilə həmin aylar üzrə müəssisəyə "Azərenerji” ASC tərəfindən təqdim edilmiş hesablar üzrə istifadə edilmiş elektrik enerjisinin dəyəri müəssisənin xərclərinə daxil edilməmişdir. Həmçinin müəssisənin əvvəlki illərdə yaranmış və 2015-ci ildə nəzərə alına biləcək zərərləri olmamışdır. Hazırkı yoxlama ilə 2015-ci ilin mənfəət vergisi bəyannaməsinə 1 nömrəli Əlavəsinin doldurulmasının düzgünlüyünü yoxlanıldıqda müəyyən edilmişdir ki, əlavənin “Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar haqqında məlumatlar” bölməsinin "binalar, tikintilər və qurğular” adlı 1.1.1-ci maddəsi üzrə əks etdirilmiş 120000,0 manat müəssisənin mülkiyyətində olan 50000,0 manat qalıq dəyərində nəqliyyat vasitələrinin və 70000,0 manat qalıq dəyərində maşınlar və avadanlıqların qalıq dəyərləri təşkil edir. Yəni, əlavənin “maşınlar, avadanlıqlar və hesablama texnikası" adlı 1.1.2-ci maddəsi üzrə göstərilməli olan 70000,0 manat və “nəqliyyat vasitələri” adlı 1.1.3cü maddəsi üzrə əks etdirilməli olan 50000,0 manat səhv olaraq “binalar, tikintilər və qurğular” adlı 1.1.1-ci maddəsində əks etdirilmişdir. Yoxlama ilə 2015-ci ilin mənfəət vergisi bəyannaməsində müvafiq düzəlişlər edilmişdir. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət bəyannaməsində ümumi gəlirin 82749,0 manat, o cümlədən malların təqdim edilməsindən 82749,0 manat, ümumi xərclərin 70651,0 manat, o cümlədən: əmək haqqı - 5450,0 manat, sosial sığorta ayırmaları - 1199,0 manat, enerji xərcləri 49307,0 manat, yanacaq xərci - 1100,0 manat, əsas vəsaitlərinin amortizasiyası - 9600,0 manat, torpaq vergisi - 2795,0 manat, əmlak vergisi - 1200,0 manat, vergiyə cəlb edilən mənfəətin 12098,0 manat göstərilməklə 2419,6 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 87254,0 manat, o cümlədən: malların təqdim edilməsindən 87254,0 manat, gəlirdən çıxılan ümumi xərclər 85516,0 manat, o cümlədən: əmək haqqı - 11748,0 manat, sosial sığorta ayırmaları - 2937,0 manat, enerji xərcləri 57233,0 manat, əsas vəsaitlərinin amortizasiyası - 9600,0 manat, torpaq vergisi - 2798,0 manat, əmlak vergisi - 1200,0 manat, vergiyə cəlb edilən mənfəət 1738,0 manat göstərilmiş və ondan 347,6 manat mənfəət vergisi hesablanmışdır. Hazırkı yoxlama ilə 2016 və 2017-ci illər üzrə mənfəət vergisi aşağıdakı kimi hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlamaya ilə 2016 və 2017-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Qeyd olunmalıdır ki, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə “kassa metodu” seçildiyi üçün, yoxlama ilə mənfəət vergisinin hesablanması zamanı gəlir və xərclər kassa metodu ilə hesablanmışdır. Bunun üçün gəliri müəyyən etmək üçün müəssisə tərəfindən ilkin mühasibat sənədləri (qaimə-faktura, elektron qaimə və elektron vergi hesab-faktura) əsasında təqdim edilmiş və dəyəri ödənilmiş malların dəyərinə yoxlama zamanı mütəxəssis rəyi əsasında müəyyən edilmiş əlavə satışın məbləği əlavə olunmuşdur. Yoxlama ilə müəssisənin 2016-cı ilin noyabr ayından etibarən ƏDV ödəyicisinin olduğu müəyyən edilmişdir (bu barədə aktın “ƏDV-nin yoxlanılnası üzrə” hissəsində ətraflı açıqlama verilmişdir). Bu səbəbdən də 2016-cı il üzrə mənfəət vergisi məqsədləri üçün yalnız noyabr və dekabr aylarının satışları nəzərə alınmışdır. Yoxlama ilo 2016-cı ilin noyabr-dekabr aylarında müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlir 33076,42 manat məbləğində hesablanmışdır. Lakin müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2016-cı il üzrə mənfəətin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 = xR; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 33076,42 M1 = x 20 = 5512,74 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2016-cı il üzrə vergiyə cəlb edilən mənfəətin 5512,74 manat məbləğində müəyyən edilmiş və ondan 20% dərəcə ilə 1102,55 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama 2016-cı il üzrə müəssisə tərəfindən mənfəət vergisinin 1317,05 manat (1102,55 - 2419,6) artıq hesablanması müəyyən edilmişdir. 2017-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 131696,17 manat təşkil etmişdir, (o cümlədən, ilkin sənədlərə əsasən təqdim edilmiş və dəyəri ödənilmiş (bank və kassaya daxil olmuş pul vəsaitləri) malların dəyəri 96163,64 manat, yoxlama ilə mütəxəssis rəyinə əsasən müəyyən edilmiş əlavə satış üzrə gəlir 35532,53 manat). Burada qeyd olunmalıdır ki, 2017-ci ilin aprel-may aylarında müəssisəyə məxsus obyektin digər şəxsin icarəsində olmasına baxmayaraq, müəssisəyə icarə haqqının daxil olması heç bir sənədlə təsdiq edilməmişdir. Bu səbəbdən vergi ödəyicisi tərəfindən mənfəət vergisinin hesablanması üçün kassa metodunun seçilməsini nəzərə alaraq, iki aylıq icarə haqqı mənfəət vergisi məqsədləri üçün gəlir məbləğinə daxil edilməmişdir. Lakin müəssisə tərəfindən yoxlamaya əlavə satışlarla bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 = x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 131696,17 M1 = x 20 = 21949,36 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 21949,36 manat məbləğində müəyyən edilmiş və ondan 20% dərəcə ilə 4389,87 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama 2017-ci il üzrə əlavə olaraq 4042,27 manat (4389,87 - 347,6) mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, müəssisənin 2017-ci il üzrə ƏDV məqsədləri üçün müəyyən edilmiş vergiyə cəlb edilən dövriyyəsinin (188266.01 manat)həmin il üçün mənfəət vergisi məqsədləri üçün müəyyən edilmiş gəlir məbləğindən (131696,17 manat) fərqli olmasının səbəbi mənfəət vergisi məqsədləri üçün gəlirin kassa metodu ilə, yəni təqdim edilmiş malların dəyərinin bank hesablarına və müəssisənin kassasına daxil olmuş məbləğinə uyğun hesablanması olmuşdur. Sadələşdirilmiş vergi üzrə -Yoxlanılan dövrdə müəssisənin əsas fəaliyyəti (qumçınqılın istehsalı) üzrə 2015-ci ilin İİİ və İV rübləri, 2016-cı ilin l-İV rübləri, 2017-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, vergiyə cəlb edilən ümumi hasilat 90272,5 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicisiləri üçün nəzərdə tututlmuş 4% dərəcə ilə 3610,9 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. 16.01.2017-ci il tarixdən müəssisə ƏDV məqsədləri üçün qeydiyyatdan keçmişdir. Həmin bəyannamələr əsasında kameral vergi yoxlaması nəticəsində əlavə olaraq 289,82 manat vergi hesablanmış və bunun səbəbi kimi, müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə vergiyə cəlb edilən satış dövriyyəsinin 7245,5 manat az göstərilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfə artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə sadələşdirilmiş verginin hesablanması üçün hasilatın məbləği müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilər nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəy əsas götürülmüşdür. Yoxlama ilə müəssisə yoxlanılan dövr üzrə 01.07.2015-ci il tarixdən 01.11.2016-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu nəzərə alınmaqla, 01.11.2016-cı il tarixdən müəssisənin ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyinin yaranması müəyyən edilmişdir (qeyd olunmalıdır ki, müəssisə 16.01.2017-ci il tarixdə könüllü qaydada ƏDV məqsədləri üçün qeydiyyata durmuşdur). Yoxlanılan dövr üzrə sadələşdirilmiş vergi məqsədləri üçün ümumi hasilatın 207961,91 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müəssisənin vergi ödəyicisi kimi Bakı şəhərində qeydiyyatda olduğuna baxmayaraq, faktiki fəaliyyətini Quba rayonunda həyata keçirir, onun istehsal və işçi qüvvəsi Quba rayonunda yerləşir. Bu səbəbdən də hazırkı yoxlama ilə sadələşdirilmiş verginin hesablanması üçün Vergi Məcəlləsinin 220.1-ci maddəsində Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş vergi dərəcəsi, yəni 2% dərəcəsi ilə hesablanmış və 4159,24 manat təşkil etmişdir. Göründüyü kimi, yoxlama nəticəsində müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə sadələşdirilmiş verginin, ümumilikdə, 258,52 manat azaldılması (o cümlədən, ayrı-ayrı hesabat dövrləri üzrə 1932.93 manat azaldılması, 1674.41 manat artıq hesablanması) müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə 4042,27 manat mənfəət vergisinin, 26395.21 manat əlavə dəyər vergisinin, 1932.93 manat sadələşdirilmiş verginin və 5953.76 manat qeydiyyatsız ƏDV-nin az və 2463.04 manat mənfəət vergisinin, 3417.43 manat ƏDV-nin, 2575.97 manat əmlak vergisinin,1674.41 manat SV-nin artıq hesablanması müəyyən edilərək, SVY nəticəsində cəmi 38324.17 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18505.19 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. İddia ərizəsində vergi ödəyicisinin qeyd etdiyi hallar səyyar vergi yoxlamasında kifayət qədər əsaslandırılmış və vergilərin hesablaması zamanı bütün hallar hərtərəfli araşdırılaraq qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən Çıxarışa əsasən İddiaçı 10.11.1993-cü il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.08.2018-cı il tarixli **********160637 nömrəli qərara əsasən 01.07.2015-ci ildən 01.07.2018-ci ilədək olan dövr üzrə İddiaçı ŞSŞ-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi 24.06.2019-cu il tarixli **********160685 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, yoxlama ilə 4042,27 manat mənfəət vergisinin, 26395.21 manat əlavə dəyər vergisinin, 1932.93 manat sadələşdirilmiş verginin və 5953.76 manat qeydiyyatsız ƏDV-nin az və 2463.04 manat mənfəət vergisinin, 3417.43 manat ƏDV-nin, 2575.97 manat əmlak vergisinin, 1674.41 manat SV-nin artıq hesablanması müəyyən edilərək, SVY nəticəsində cəmi 38324.17 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18505.19 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında 05.09.2019-cu il tarixli **********189496 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında cavabdeh tərəfindən iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 9/1829 saylı ekspert rəyinə əsasən Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə (yəni mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğulanın və avadanlığın texniki göstəricilərinə və faktik enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, 24.06.2019-cu il tarixli **********160685 saylı aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsinə görə və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Bu halda vergi ödəyicisınin bəyannamə məlumatları yoxlama dövrünün vergi öhdəliyi üzrə məqbul hesab oluna bilər. İkinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 30.10.2018-ci il tarixli ekspert rəyində və 05.04.2019-cu il tarixli mütəxəssis rəyində əksini tapmış məlumatlar nəzərə alınmaqla işdə olan yoxlama materialları əsasında 01.07.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr üçün vergi növləri üzrə vergi məbləğlərini müəyyən etmək mümkün deyil. Üçüncü sual üzrə: Hazırkı rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən səyyar vergi yoxlaması zamanı hesablanan vergilər düzgünlüyü təsdiq olunmur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan ekspert rəyinə dair mülahizəsində bildirmişdir ki, cavabdeh ekspert rəyi ilə razılaşmır və hesab edir ki, ekspert rəyi əsassızdır: Belə ki, ekspert rəylərinə əsasən maya dəyərinin kalkulyasiyasına daxil olan xərclər təkcə enerji sərfiyyatı ilə bağlı xərclər deyil və digər məsrəflər vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Bildiririk ki, hesablamalar aparılarkən müəsisənin enerji sərfiyyatına çəkilən xərcləri yoxi həmin sərfiyyat əsasında istehsal həcmi, istehsal həcminə münasibətdə isə müəssisənin təqdim etdiyi sənədlərdə göstərilən satış qiymətləri tətbiq olunmaqla ümumi gəlirlər müəyyən edilmişdir. Ekspertin qeyd etdiyi xərc məsələləri isə ekspert rəylərində göstərildiyi kimi müvafiq sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə gəlirlərə münasibətdə vergilər hesablanmışdır. Rəylərin əsaslandırma hissəsindən də göründüyü kimi rəydə yalnız qanunvericiliyin maddələri sadalanmış, heç bir hesablama aparılmamış, ekpsert öz səlahiyyətinə aid olmayan məsələlər barəsində rəy vermiş, qarşısında qoyulan suallara mahiyyəti üzrə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd olunan maddənin də mahiyyətindən göründüyü kimi ekspert xüsusi bilik tələb edilən məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir. Maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyü barədə rəy bildirmək ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəfindən təyin edilən məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərarlardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy verməkdən ibarətdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış və əsassız olaraq mübahisələndirilən qərara hüquqi qiymət vermişdir. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. İş materiallarına əlavə edilmiş 24.06.2019-ci il tarixli, №**********160685 nömrəli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, İddiaçı (VÖEN **********) fəaliyyəti 2ci rüb 2015 – 2-ci rüb 2018 il üzrə sadələşdirilmiş vergi, iyul 2015 – iyun 2018 il üzrə əlavə dəyər vergisi, iyul 2015 – iyun 2018 il üzrə mədən vergisi, 2015-ci il – 2017-ci il üzrə mənfəət vergisi, 3-ci rüb 2015 – 2-ci rüb 2018 il üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-ci il – 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, iyul 2015 – iyun 2018 il üzrə aksiz vergisi, Vergi Məcəlləsinin 38.3.5-ci və 38.3.6-cı maddələrinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) cavabdeh vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 20.08.2018-ci il tarixdə başlanılmış və 20.06.2018-ci il tarixdə başa çatmışdır. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189496 saylı, 05.09.2019-cu il tarixli Qərarın surətindən görünür ki, İddiaçınə 28931,54 manat ƏDV (artıq hesablanmış vergilər nəzərə alınmaqla), 1579,23 manat mənfəət vergisi (artıq hesablanmış vergilər nəzərə alınmaqla), 58.27 manat sadələşdirilmiş vergi (artıq hesablanmış vergilər nəzərə alınmaqla) hesablanmış, 18505.19 manat maliyyə sanksiyası tətbiq olunmuş və 2575,97 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilmişdir. İş materiallarına əsasən cavabdeh vergi orqanının 17.08.2018-ci il tarixli **********160637 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da 2018-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən 17.08.2018-ci il tarixli **********160637 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsin aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi 20.08.2018- ci il tarixi, yoxlamanın sona çatma tarixi isə 02.10.2018-ci il göstərilmişdir. Yoxlama 20.08.2018-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti 18.09.2018-ci ildə başa çatmalı olduğu halda, yoxlama 18.09.2018-ci il tarixdən 24.09.2018-ci il tarixədək və 14.06.2019cu il tarixdən 24.06.2019-cu il tarixədək qeyriqanuni olaraq, ümumilikdə 16 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin dayandırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, iş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktında və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən yoxlama müddəti müxtəlif vaxtlarda Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbindən mütəxəssisin və ekspertin rəyi yoxlamaya təqdim edilənədək ümumilikdə 272 gün müddətinə (04.09.2018-ci il tarixdən 14-06.2019-cu il tarixinədək) dayandırılması barədə qərar qəbul edilmiş və həmin qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əsasən 30.10.2018-ci il tarixdə ekspert rəyi, 05.05.2019-cu il tarixdə isə mütəxəssis rəyi təqdim edilmişdir. Beləliklə yoxlama müddətinin dayandırılmasına səbəb olmuş mütəxəssis rəyi 05.05.2019-cu ildə təqdim olunmasına baxmayaraq 06.05.2019-ci il tarixdən 29.05.2019-cu il tarixədək əsassız olaraq yoxlama müddəti dayandırılmış və 29.05.05.2019-cu il tarixdən 14.06.2019-cu il tarixədək hec bir hüquqi əsas olmadan yoxlamanın dayandırılması barədə 29.05.2019-cu il tarixdə **********183892 saylı yeni qərar qəbul olunmuşdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar (qərara dəyişiklik olunarkən) qəbul olunarkən AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Bundan başqa yoxlama aktı 24.06.2019-cu il tarixdə tərtib edilərək vergi ödəyicisinə təqdim olunmuşdur. Vergi Məcəlləsinin 39.5 maddəsinə əsasən İddiaçındə (VÖEN **********) keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi yoxlama materiallarına baxılması üçün 26.08.2019-cu il tarixdə cavabdeh vergi orqanına dəvət edilməsi üçün məktub göndərilmişdir. 05.09.2019-cu il tarixdə isə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189496 saylı Qərar qəbul olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul etməli və həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktını 24.06.2019-cu il tarixdə vergi ödəyicisinə təqdim etdiyi üçün cavabdeh vergi orqanı yoxlama materiallarına 08.08.2019-cu il tarixinədək baxmalı və 18.08.2019-cu il tarixədək Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qərar qəbul etməməsi, başqa sözlə ifadə etsək, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş mübahisələndirilən qərarın ləğvi üçün əsasdır. Göründüyü kimi, cavabdeh inzibati orqan həm səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda həmin prosessual, həm də mahiyyət üzrə də pozuntulara yol vermişdir. Belə ki, səyyar vegi yoxlaması zamanı ƏDV və mənfəət vergisi yoxlanılan zaman vergi tutulan dövriyyə yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş 05.04.2019cu il tarixli mütəxəssis rəyinə əsasən hesablanmışdır. Belə ki, mütəxəssis rəyinə əsasən istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və səyyar vergi yoxlaması ilə yuxarıda da qeyd edildiyi kimi, vergi əməkdaşı tərəfindən mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələbləri gözlənilmədən əsassız vergi məbləğləri hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 131ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Yoxlama materiallarına əsasən iddiaçı gəlir və xərclərin uçotunu kassa metodu ilə apardığından və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almadan mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında mənfəət müəyyən edilərək vergi məbləğinin hesablanması əsassızdır. Həmçinin Vergi Məcəlləsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir (maddə 159.1). Bundan başqa ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqdır. (maddə 166.1) Eyni ilə inzibati orqan olaraq yoxlama zamanı ƏDV-nin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır. Məhkəmə xüsusi ilə qeyd etməyi zəriri hesab edərək bildirir ki, sərf edilmiş elektrik enerjisi əsasında istehsal həcmini müəyyən edərək mənfəət vergisinin və ƏDV-nin hesablanması vergi qanunvericilində nəzərdə tutulmamışdır. Belə ki, Azərbatcan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş 05.10.2020-ci il tarixli, 9/1829 saylı “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmur. Bu halda vergi ödəyicisinin öz hesabatları (sadələşdirilmiş və gəlir vergisi üzrə) qəbul oluna bilər. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş 05.10.2020-ci il tarixli, 9/1829 saylı “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə (yəni mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulların faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutlmadığına görə, 24.06.2016-cı il tarixli **********160685 saylı aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsinə görə və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi döbr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Bu halda vergi ödəyicisinin bəyannamə məlumatları yoxlama dövrünün vergi öhdəliyi üzrə məqbul hesab oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189496 saylı, 05.09.2019-cu il tarixli Qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 sentyabr 2019-cu il tarixli **********189496 nömrəli qərarı ləğv edilsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-126/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-126/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver