Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12605/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (üçüncü şəxs Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi) “notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (üçüncü şəxs Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi) “notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Göründüyü kimi işə inzibati icraat qaydasında baxılması üçün inzibati orqanın prosessual fəaliyyətinin cinayət məhkəmə icraatı qaydasında baxılmalı olmaması mütləq şərt kimi nəzərdə tutulmuşdur ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirildiyi hal cavabdehin cinayət prosesusal faəliyyəti ilə əlaqədardır. Belə ki, iddianın məzmunundan da göründüyü kimi iddiaçı hər hansı məhkəmə qərarı olmadan cavabdehin məktubu əsasında onun bütün notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməli olması qənaətindədir. Cavabdehin 10 avqust 2017-ci il tarixli məktubundan da göründüyü kimi cavabdeh "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı cavabdehin istintaq şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsi və ya özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə siyahıda adı qeyd olunan şəxslərin notariat hərəkətlərinin aparılmasına dayandırılmasına göstəriş verilməsini xahiş etmişdir ki, iddiaçının adı da həmin məktuba əlavə edilən siyahıda mövcuddur. İş materiallarında olan sənədlərdən də görünür ki, məhdudiyyət məhz həmin məktub əsasında qoyulmuş, notariat əməliyyatlarının aparılmasına məhdudiyyətlə bağlı Baş İdarənin öz təşəbbüsü ilə hər hansı hərəkət edilməmişdir. Göründüyü kimi hazırkı mübahisənin yaranmasına səbəb olan münasibətlər bilavasitə cinayət təqibinin həyata keçirilməsi ilə yaranmışdır ki, bu növ münasibətlər cinayət prosessual fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinin tələblərinə nəzər yetirdikdə məlum olur ki, Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Bu zaman iddiaçının həmin cinayət işi üzrə təqsirləndirilən və ya şübhəli şəxs olub-olmaması da mübahisənin cinayət prosessual fəaliyyət sferasında yaranmasına halında hər hansı dəyişikliyə səbəb olmur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab hətta, iddiaçı ilə cavabdeh arasında cinayət prosessual fəaliyyətindən irəli gələn mübahisə (prosessual hərəkətlərindən və ya qərarlarından şikayət kimi) yaranırsa onlar arasında yaranmış mübahisələrə baxılması ümumi hüquq sahəsi hesab edilən cinayət hüququna aid olmaqla cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qanunvericiliklə işə baxmaq səlahiyyətin malik məhkəmədə, yəni məhkəmə nəzarətini həyata keçirə bilən ümumi yurisdiksiyalı rayon məhkəməsində baxılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində də dərc edilmiş həmin məhkəmənin 13 fevral 2018-ci il tarixli 2-1(102)-125/2018-ci il tarixli qərarından da göründüyü kimi birbaşa tələb eyni olmasa da, sərhədkeçməyə məhdudiyyətin qoyulması barədə inzibati orqana qarşı müraciətlə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ölkədən çıxışına aparılan hər hansı qadağa cinayət təqibinin gedişində qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də yeni cinayət mühakimə icraatı qaydasında aparılmalıdır. Çünki, bu zaman tətbiq ediləcək hüquq publik hüuqun nizamasalma predmetinə aid olmayacaqdır. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, CPM-nin 449.3-cu maddəsində sözügedən məsələ ilə bağlı konkret müddəanın sadalanmaması həmin mübahisəyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması halını dəyişdirmir. Belə ki, istintaq orqanı tərəfindən qadağa məhz cinayət təqibinin gedişində qoyulmuşdur. Bu səbəbdən də həmin tədbirin tətbiqinin qanuniliyi və əsaslılığına yenə də cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, həmin növ mübahisəyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 05 avqust 2009-cu il tarixli qərarı və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 mart 2015-ci il tarixli qərarındakı hüquqi mövqedən irəli gəlir. Adıçəkilən Qərarların məzmunundan da göründüyü kimi cinayət prosessual qanunvericiliyində məhkəmə nəzarəti qaydasında baxılan hissə üzrə müəyyən məsələ tənzimlənməməsi və ya qismən tənzimlənməsi cinayət prosessual fəaliyyətini həyata keçirən orqanların qərar və hərəkətləri ilə şəxsin hüquq və azadlıqlarının pozulması halında şikayət vermək hüququnu istisna etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə də iddiaçının mübahisələndirdiyi məsələ məhz cinayət işi üzrə icraat gedişində onun hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlıdır ki, həmin hüququn məhdudlaşdırılması iş materiallarından da göründüyü kimi cavabdehin istintaq şöbəsində istintaq olunan cinayət işi ilə bağlı olduğundan həmin hüququn məhdudlaşdırılmasının istintaqın aparılması barədə zəruri prosessual tədbir olub-olmaması məhz həmin istintaq hərəkətlərinə nəzarət edən məhkəmənin səlahiyyətindədir ki, inzibati məhkəmə icraatı qaydasında həmin məsələyə dair qəbul ediləcək qərar həmin sahə üzrə ixtisaslaşmamış məhkəmənin istintaqın aparılmasına müdaxilə xarakteri daşıyar. Bu zaman, nəzərə alınmalıdır ki, bir sıra istintaq hərəkətlərindən fərqli olaraq notariat əməliyyatlarına məhdudiyyətin qoyulmasına dair mütləq qaydada məhkəmə qərarının mövcudluğu öz təsbitini tapmamışdır ki, cavabdehin məktubu əsasında məhdudiyyətin qoyula bilməsi prosessual baxımından mümkün göründüyündən, cavabdehin həmin məktubunun mahiyyəti üzrə düzgün və ya düzgün olmamasının qiymətləndirilməsi zərurəti yaranır ki, həmin zərurətin olub-olmadığını yoxlamaq da, məhz həmin fəaliyyətə nəzarət etməli olan məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən də əmlak üzərinə həbs qoyulması barədə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti orqanları olan baxılan işlərdən hazırkı iş fərqlənir. Belə ki, həmin növ işlərdə istintaq orqanı cavabdehlik daşımadan, Əmlak Məsələri Dövlət Xidmətinin aidiyyəti qurumlarına qarşı əmlak üzərində məhdudiyyətin götürülməsi işlərinə mahiyyəti üzrə baxılması barədə Azərbaycan Respublikası bir sıra qərarlarında mövqe nümayiş etdirmişdir. Hazırkı iş materiallarından isə göründüyü kimi hazırkı iş üzrə cavabdeh Ədliyyə sahəsində Xidmətlər Baş idarəsi olmadığından, cavabdeh məhz istintaqı həyata keçirən orqan olduğundan, eləcə də əmlak üzərinə həbsin qoyulması barədə məhkəmə qərarının zəruriliyi olsa da, cinayət prosessual fəaliyyətdə notariat əməliyyatların aparılmasına mütləq qaydada məhkəmə qərarının mövcud olması zəruriliyi olmadığından, istintaqı həyata keçirən orqanın istintaq gedişində iddiaçı təqsirləndirilən şəxs, şübhəli şəxs olmasa belə onun barəsində müəyyən edilmiş məhdudiyyətin qanuniliyi inzibati məhkəmə icraatının tənzimləmə sferasından uzaqdır. Məhkəmə hesab edir ki, məhz məhkəmə qərarının mövcud olmasının zəruriliyinin olmaması məktubla həmin məhdudiyyətin olub-olmamasına münasibətdə Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsini də həmin məsələyə “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinin tələbləri baxımından qiymət verməsini istisna edir. Belə ki, həmin məhdudiyyətin qoyulması məhz istintaq gedişində həyata keçirilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-386/2023 saylı iş üzrə qəbul etdiyi 01 mart 2023cü il tarixli qərarında məhdudiyyətin qoyulması barədə iddia üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddianı mümkün saymamışdır. Doğrudur həmin mümkün hesab edilməmə əsası onunla bağlı olmuşdur ki, 2020-ci il tarixli Nərimanov Rayon Məhkəməsini məhkəmə nəzarəti qaydasında baxdığı iş üzrə qəbul etdiyi qərarla həmin məhdudiyyətin qanuni və ya qanunsuz olması məsələsi məhkəmə nəzarəti qaydasında baxılmışdır. Göründüyü kimi Nərimanov Rayon Məhkəməsi tərəfindən oxşar iş üzrə mahiyyəti üzrə məhkəmə nəzarəti qaydasında işə baxılmışdır ki, ümumiyyətlə hazırkı iş üzrə qoyulmuş məhdudiyyətin götürülüb-götürülməməsi də məhz həmin işdə olduğu kimi məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmənin səlahiyyətindədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hazırkı tələblə məhkəmə nəzarəti qaydasında müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın.
Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həsənov Orxan