Məhkəmə qərarları › İş №2-1(112)-12608/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12608/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12608/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1, Tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati işə Bakı şəhərində məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmə hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)-9625/2024 saylı inzibati işlə birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı 2-1(112)-12608/2024 nömrəli inzibati iş məhkəmənin icraatında olan 2-1(112)-9625/2024 saylı inzibati işlə birləşdirilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 12608/2024 saylı inzibati iş İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dairdir. Bununla yanaşı, məhkəmənin icraatında olan 2- 1(112)-9625/2024 saylı iş də İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dairdir. Beləliklə, hər iki iş üzrə iddiaçı, cavabdeh və predmet eynilik təşkil edir. Bu səbəbdən qeyd edilən inzibati işlər birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)- 9625/2024 nömrə ilə qeydiyyata alınmaqla davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. MPM-in 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkləmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 37-ci, 83.1-ci maddələrini, MPM-in 263.1ci və 267.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Bakı İnzibati Məhkəməsinin icratında olan 2-1(112)-12608/2024 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) və 2-1(112)-9625/2024 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlər birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş 2-1(112)-9625/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar