Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1262/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “torpaq sahəsinə dair yerləşmə cizgisinin (sxemin) verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 19 sentyabr 1996-cı il tarixli 1785 saylı Sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən və faktiki onun istifadəsində olan 400 kv.m-dən ibarət torpaq sahəsinə dair yerləşmə cizgisinin (sxemin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, Cavabdeh Başçısının 19 sentyabr 1996-cı il tarixli 1785 saylı Sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 400 kv.m olan torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Sərəncam verilərkən Cavabdeh Başçısının X3 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edilmişdir. Lakin buna baxmayaraq, ilk gündən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə sərəncam təqdim olunsa da, həmin torpaq sahəsinin tərkib hissəsi kimi yerləşmə cizgisi (sxemi) təqdim edilməmişdir. Bununla, yəni qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinə dair iddiaçı müvafiq çıxarış əldə edə bilmir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisini (sxemini) əldə etməkdən ötrü aidiyyəti üzrə cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, cavadeh təşkilat 13 aprel 2020-ci il tarixli 10A-29-091 saylı cavab məktubu ilə iddiaçıya məxsus torpaq sahəsinə dair sərəncamın və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilmədiyini bildirməklə sənədin verilməsindən imtina etmişdir. Səbail rayon İcra Hamiyyətinin imtinası qanuna ziddir, belə ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh Başçısının 19 sentyabr 1996-cı il tarixli 1785 saylı Sərəncamı İcra hakimiyyətinin arxivində deyil, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılır və iddiaçı da öz növbəsində, Sərəncamın arxiv çıxarışını həmin təşkilatdan əldə edərkən, Sərəncamın tərkib hissəsi olan yerləşmə cizgisi (sxemi) arxivdə mövcud olmamışdır. Bu səbəbdən torpaq sahəsini Sərəncam əsasında iddiaçının adına sənədləşdirmiş orqan torpaq sahəsinə dair yerləşmə cizgisini (sxemini) iddiaçıya təqdim etməlidir. Belə ki, Sərəncam verilərkən məhz rayon İcra Hakimiyyəti Başçısının X4 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 13.04.2020-ci il tarixli 10-A-29-091 saylı məktubda qeyd olunur: Torpaq sahəsinə dair cizginin dəqiqləşdirilməsi barədə Cavabdehnə ünvanladığınız A-29- 091 saylı, 17.03.2020-ci il tarixli müraciətinizə baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 iyun 2012-ci il tarixli A-207 saylı arxiv çıxarışından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən, RİHB-nın X4 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi (1.13) qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 31.03.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Cavabdeh arxiv fondu üzrə 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamdan (məktuba əsasən Sərəncama heç bir sənəd əlavə edilməmişdir) görünür ki, Bakı şəhəri Cavabdeh başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamının 1.13-cü bəndinə əsasən RİHB-nın X4 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 09.04.2021-ci il tarixli 3/10-280 saylı məktubda qeyd olunur: Cavabdeh başçısının 1785 saylı, 19.09.1996-cı il tarixli sərəncamı əsasında tərtib olunmuş sənədlərin təqdim olunması barədə Cavabdehnə ünvanlanmış müraciətə baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16.11.2020-ci il tarixli **********20 saylı məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində sahəsi 400 kv.m-dən ibarət bir neçə torpaq sahəsi qeydə alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır); 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16.06.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06.06.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən, RİHB-nın X4 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı torpaq sahəsinin yerləşmə cizgisinin (sxemin) verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan qeyd olunan Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilmədiyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən həm iddiaçıya, həm də məhkəməyə ünvanlanmış arxiv çıxarışından və sərəncamdan görünür ki, Bakı şəhəri Cavabdeh başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən, RİHB-nın X4 tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır və həmin sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sərəncam ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, həmin sərəncam hazırda qüvvədədir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq ayrılması barədə müvafiq sərəncam qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aiddir. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan sərəncama əsasən iddiaçının adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) verilməsi ilə əlaqədar iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə» 19 sentyabr 1996-cı il tarixli 1785 saylı sərəncamına əsasən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) verilməsi ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1262/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1262/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver