Məhkəmə qərarları › İş №2-1(112)-12620/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12620/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12620/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydində dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydində dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı 28 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydində və buna dair verilmiş doğum haqqında şəhadətnamədə (6 oktyabr 1976-cı il tarixli 3410 saylı) onun adı “Ayna” olduğu halda, səhvən “Anna” göstərilmişdir. Onun bütün hüquqmüəyyənedici sənədlərində, cümlədən orta təhsil haqqında arayışda, attestatda, bakalavr və magistr diplomlarında, şəxsiyyət və xarici pasort vəsiqələrində, müxtəlif diplomlarda və sertifikatlarda adı “Ayna” göstərilir. İddiaçı buna dair müvafiq sənədləri təqdim etməklə Ədliyyə Nazirliyi 2 saylı “Asan xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və sözügedən qurumdan ona imtina verilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur (3 sentyabr 2022-ci il tarixli 05/255/68 saylı məktub). Göstərilənlərə əsaslanaraq, məhkəmədən doğum haqqında akt qeydinə dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə gprə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 05/255/69 nömrəli 03 sentyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsində adınız “Ayna” olduğu halda, Cavabdeh tərəfindən qeydə alınmış 5 oktyabr 1976-cı il tarixdə 3410 saylı doğum haqqında akt qeydində uşaq bəndində “ad” qrafasında “Anna” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 181.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Sizin doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Doğum akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra Siz müvafiq şəhadətnamə ilə təmin oluna bilərsiniz. İş materiallarından görünür ki, 28 avqust 1976-cı il tarixdə doğulmuş İddiaçı AA******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” verilmişdir. İş materiallarından görünür ki, AR Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən 28 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, 28 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X2 adına Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 5 oktyabr 1976-cı il tarixdə 3410 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan attestat, diplom və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, iddiaçıya məxsus həmin sənədlərdə onun adı “İddiaçı” qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il taruxli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; - vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (63.2). Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində adının “Anna”dan “Ayna”ya dəyişdirilməsidir o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “Ayna” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (1976-cı il təvəllüdlü) istər adının “Anna”dan “Ayna”ya dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğyunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı tərəfindən inzibati icraatda və məhkəmə icraatında təqdim edilmiş yuxarıda qeyd olunan sənədlər bu uyğunsuzluğun aradan qaldırılmasına əsas verir və məhkəmə icraatında digər şəxslərlə iddiaçı arasında hər hansı mübahisənin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinin, Ailə Məcəlləsinin 189-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il taruxli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 3-cü bəndinin tələbləri bu hüquqların həyata keçirilməsini mümkün edir. Odur ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək 28 avqust 1976-cı il arixdə doğulmuş İddiaçı adına tərtib edilmiş 5 oktyabr 1976-cı il tarixli 3410 nömrəli akt qeydində “Anna” adının “Ayna”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 28 avqust 1976-cı il arixdə doğulmuş İddiaçı adına tərtib edilmiş 5 oktyabr 1976-cı il tarixli 3410 nömrəli akt qeydində “Anna” adının “Ayna”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar