Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12646/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 6 №li, 2 (iki) otaqlı mənzilə və 4cü bina, 4-cü blok, -1 mərtəbəsində qaraj sahəsinə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil bank olan "xxxx" ASC-nin Yasamal Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyana görə ona 2 000 (iki min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0266 saylı, xx.xx.2022-ci il tarixində isə 0049 saylı Payçı müqavilələrini bağlamışdır. Həmin Payçı müqavilələrinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 6 nömrəli, 2 (iki) otaqlı mənzili və 4-cü bina, 4-cü blok, 1-ci mərtəbədə qaraj sahəsini almışdır. Mənzilə görə ƏDV daxil 119 114,00 manat və qaraja görə ƏDV daxil 12 000,00 manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Toplamda ƏDV daxil 131 104,00 (bir yüz otuz bir min bir yüz dörd) manat ödəniş etmişdir. Daha sonra mənzilə görə sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair **********241000 saylı elektron ərizə ilə xx.xx.2025-ci il tarixində və qaraj sahəsinə görə sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair **********251700 saylı elektron ərizə ilə xx.xx.2025-ci il tarixində Cavabdehə müraciətlər etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********444600 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Həmin qərarlarda Cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Bu tamamilə əsassız qərarlardır. Yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanmış, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Əlavə olaraq Cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan akt ilə də bir daha öz təsdiqini tapmışdır. Eyni zamanda ABB ASC-nin verdiyi məktub ilə 70 000,00 manat bank ödəniş sənədinin təyinatı öz təsdiqini tapmışdır. İddiaçı ƏDV-nin yekun dəyərlərini xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində tamamlayaraq, dərhal xx.xx.2025-ci il tarixində ƏDV-nin yekun dəyərindən güzəşt üçün müraciət etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş 90 gün müddəti ötürməmişdir. Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən ona ƏDV-nin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni hər iki müqavilə üzrə 19 998,91 manat məbləğin 30%-i 5 999,67 manat ona geri qaytarılmalı olduğu halda hal-hazıradək cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsindən imtina edilmişdir. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti ona geri ödənilməli olduğu halda Qaydada “Operator” kimi tanınan Cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul edilmiş, **********444600 saylı və **********526300 saylı imtina qərarlarının öhdəliklərinin icrası iddiası üzrə hər hansı əsası olmadığı üçün hər hansı bir əhəmiyyət kəsb etmir. İddiaçı üçüncü şəxs MTK ilə müqavilə bağladığı zaman Qayda nəinki qüvvəyə minməmişdi, həmçinin bu Qayda qəbul edilməmişdi. Müqavilələrin xx.xx.2022-ci il tarixində bağladığı üçün ƏDV-nin yekun məbləğindən güzəşti əldə etmək hüququm Qaydanın Keçid müddəalarının tətbiq dairəsinə daxildir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0266 nömrəli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş 49104,00 manat dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində **********444600 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və "ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərlimişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, tələbin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 0266 nömrəli bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində bağlanmış payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 6 №-li, 2 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri ƏDV daxil olmaqla 119104 manat təşkil edir. İşdən görünür ki, iddiaçı mənzilin dəyəri kimi ilkin ödəniş olaraq xx.xx.2022-ci il tarixdə 70000 manat məbləğində vəsaiti MTK-ya avans ödənişi etmiş, daha sonra qalan məbləği hissə hissə ödəyərək son ödənişi 1300 manat olmaqla xx.xx.2025-ci ildə etmişdir. Eyni zamanda işdə olan bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 və digər tərəfdən “Payçı” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0049 nömrəli payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 4-cü binasında, 4cü blokunda, - 1-ci mərtəbə qaraj sahəsini tikmiş və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri ƏDV daxil 12000 manat təşkil edir. İşdən görünür ki, iddiaçı qarajın dəyəri kimi ilkin ödəniş olaraq xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində vəsaiti MTK-ya avans ödənişi etmiş, daha sonra qalan məbləği hissə hissə ödəyərək son ödənişi 320 manat olmaqla xx.xx.2025-ci ildə etmişdir. İşdən görünür ki, iddiaçı mənzillə bağlı xx.xx.2025-ci il tarixli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə cavabdehə müraciət etmiş, cavabdeh isə Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********444600 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasını təmin etməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə- məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasfnın 5.1.2-cı bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş 49104,00 manat dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin, təsdiq edilmiş qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2022ci il tarixli 70000.00 manat bank ödəniş sənədinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş müqavilə nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı həmçinin qarajla bağlı xx.xx.2025-ci il tarixli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə cavabdehə müraciət etmiş, cavabdeh isə Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********526300 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasını təmin etməmişdir. Qərarı bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasf’nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir İşdə olan xx.xx.2025-ci il tarixli, 529 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Yasamal filialında Avant Group MTK-nın ******************** saylı hesabına 70000 AZN vəsait mədaxil etmişdir. Həmin 70000 AZN mədaxilin təyinatında "xx.xx.2022-ci il tarixili 0266 nömrəli Payçı müqaviləsinə əsasən ilkin ödəniş" kimi qeyd olunması nəzərdə tutulmuşdur. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 146 nömrəli arayışından görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasrna dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 12000 (on iki min) manat məbləğin 1 830.51 (min səkkiz yüz otuz manat əlli bir qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişə uyğun təkrar elektron qaiməfakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 149 nömrəli arayışından görünür ki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasıma dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 119 104 manat məbləğin 18168.41 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. Cavabdehin 15 iyul 2025-ci il tarixli, 3-21-2-3/2-781632/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmiş və xx.xx.2022-cü il tarixindən mətbuatda açıqlanmışdır. İddiaçı hazırda cavabdehin imtina ilə bağlı qərarlarını mübahisələndirərək, müvafiq ƏDV-nin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022-ci il tarixdən əvvəl, xx.xx.2022-ci il tarixdə bağlasa da, müqavilələr üzrə ödənişi həmin tarixdən sonra, hissə-hissə ödəyərək, sonuncu ödənişi fevral 2025-ci il tarixdə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalı, yəni hazırkı işə Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Burada keçid müddəalar yalnız Qayda qüvvəyə mindiyi tarixədək edilən ödənişlərə şamil edilə bilər. Yəni hissə-hissə ödənişlər üzrə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi yalnız Qaydanın qüvvəyə mindiyi tarixədək edilmiş ödəniş hissəsinə münasibətdə tələb edilmir. Qayda qüvvəyə mindikdən sonra edilmiş ödənişə isə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələbi şamil edilir. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) may 2022-ci il tarixdən etibarən 2025-ci ilin fevral ayına kimi satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən (bu hal iddianın təmin edilməsini istisna etdiyindən qərarda göstərilən digər dəlillərə münasibət bildirilməsinə zərurət qalmır), həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. İddiaçının ilkin tələbi təmin edilmədiyindən, cavabdehin imtinasının qanuna uyğun olduğu müəyyənləşdirildiyindən, məhkəmə hesab edir ki, onun mənəvi ziyanla bağlı tələbi də təmin edilməməlidir. Çünki vurulmuş ziyan cavabdeh tərəfindən hüquq pozuntusuna yol verildikdə yaranır, hansı ki, hazırkı iş üzrə cavabdehin belə bir hüquq pozuntusu müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-12646/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12646/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver