Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-12648/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC adına ************** nömrəli “Torpaq sahəsinin plan ölçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış 6,72 ha ölçüdəki tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsinin istifadə hüquqları ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə ##.##.2022-ci il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X2 kitabında İddiaçı MMC adına ##.##.2012-ci il tarixində 32216 nömrə ilə uçota alınmış (reyestr nömrəsi 00100026000104) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Binəqədi rayonu Binəqədi qəsəbəsinin qərb hissəsində yerləşən 6,62 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli Qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət xidməti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin ## ####### 2025-ci il tarixli Qərardadı ilə “Xasam” kooperativi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx" MMC ## ### 2008-ci il tarixdə AR Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx” MMC hüquqi şəxsi ləğv olunmuş "xxxx’ kooperativinin hüquqi varisidir. Keçmiş Bakı şəhər XDS-nin */*** saylı,##.##.1990-cı il tarixli qərarına əsasən İddiaçı kooperativinə heyvandarlıq ferması tikintisi məqsədi ilə 6,72 ha torpaq sahələri ayrılmışdır. Torpaq sahəsinin yerləşdiyi ərazinin böyük bir hissəsi iddiaçı müəssisənin imkanları və vəsaiti hesabına istifadəyə yararlı hala salınmışdır. Tikinti işlərinin aparılması üçün torpaq sahələrinin hüquqi qeydiyyatının zəruriliyi əsas götürülərək zamanında aidiyyəti orqana müraciətlər etsə də, uzun illər ərzində əlaqədar orqanların işə laqeyd yanaşması səbəbilə torpaq sahəsinin rəsmiləşdirilməsini həyata keçirilməmişdir. Nəhayət, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, 2 inz(**)-**/**** saylı qərarı ilə iddiaçının hüquqları təmin olunmuş, keçmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, */*** saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi vəzifəsi AR keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin üzərinə qoyulmuşdu. Həmin məhkəmə aktı əsas tutularaq, sözügedən torpaq sahəsi ilə bağlı hüququ ##.##.2012-ci il tarixində X2 kitabında müəssisənin adına kadastr uçotuna alınmış, ilkin sənədləşmə ilə iddiaçı müəssisəyə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş, torpağın koordinatları, konfiqurasiyası və ölçüsü texniki sənəddə əks olunmuşdur. İddiaçı qeyd edir ki, sonradan struktur dəyişikliyi ilə əlaqədar olaraq bir sıra orqanların ləğvi və səlahiyyətlərin/tabeçiliklərin dəyişdirilməsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı işlərinin uzanmasına gətirib çıxarmışdır. Belə ki, AR keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci ildə ləğv edilmiş, səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Torpaq üzərində hüquqların qeydiyyatı isə Əmlak Məsələləri Dövlət Komitəsinə (indiki Xidmətə) həvalə edilmişdir. Hal-hazırda iddiaçı təsərrüfat fəaliyyətinin səmərəli aparılması üçün şirkətiə tikinti məqsədləri üçün ayrılmış sözügedən 6,72 ha ölçülü torpaq sahəsinin “xxxx MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində sənədləşdirilməsini həyata keçirmək niyyətindədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsində istinad olunan və təqdim edilən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, *inz(**)-**/**** saylı qərarı ilə İdarəyə deyil, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzərinə öhdəlik qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra olunaraq, ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) tərtib edilmişdir. İdarədə mövcud elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən ************** nömrəli “Torpaq sahəsinin planölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi faktiki olaraq göstərilən sahədən kənarda yerləşdiyi, perimetrik ölçü fərqi mövcud olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsi göl ərazisini (Binəqədi gölü) təşkil edir. Bundan başqa, torpaq sahəsinin yaxınlığından böyük diametrli təyinatı məlum olmayan boru xətti keçir. Bundan əlavə, təqdim olunan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin İddiaçı kooperativi ilə İddiaçı MMC arasında əlaqələndirici sənədlər və qüvvədən düşmüş Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən dövlət aktı təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərdiyindən, hazırkı iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdir Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddia tələbi düzgün cavabdehə qarşı qaldırılmış və iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Tədqiq edilmiş sənədlər İddiaçı Nizamnaməsinin 1.2-ci bəndində qeyd olunur ki, cəmiyyət ##.##.1996-cı il tarixdə, 31916 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisənin hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinin ## ######## 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, reyestrdə müəyyən edilmiş İddiaçı (VÖEN **********) ##.##.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16R-dir və nizamnaməsinə əsasən İddiaçı MMC İddiaçı Kiçik Müəssisəsinin hüquqi varisidir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2012-ci il tarixli *inz(**)-**/**** saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin Bakı şəhər X5 İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, */*** saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirməkdən imtina edilməsi ilə bağlı hərəkətləri (## #### 2011-ci il tarixli, **/**-*** saylı məktubu) qanunsuz hesab edilmiş, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, */*** saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin üzərinə qoyulmuşdur. Qərar ##.##.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) iş materiallarına əlavə olunmuşdur. Bakı şəhər X5 İcraiyyə Komtəsinin ## #### 1990-cı il tarixli, */*** saylı Qərarında qeyd olunur ki, Kirov Rayon X5 İcraiyyə Komtəsinin xahişini nəzərə alaraq (məktub № **- 7/1790 14.05.90-cı il) İddiaçı kooeprativinə Kirov rayonunun, Binəqədi qəsəbəsinin qərb tərəfində heyvandarlıq fermasının tikintisinə icazə verilmişdir. Heyvandarlıq firmasını yem ehtiyatı ilə təmin etmək üçün İddiaçı kooperativinə Kirov rayonu, Binəqədi-Xırdalan yolunun cənub hissəsində əkin üçün torpaq sahəsi ayrılmışdır. Ədliyyə Nazirliyinin X4 Qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin ##.##.2006-cı il tarixli məktubunda qeyd olunur ki, İddiaçı kiçik müəssisəsi ##.##.1996-cı il tarixdə, 31916 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Müəssisə Bakı şəhəri, Kirov rayon (indiki Binəqədi) XDS İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bu barədə müəssisəsnin nizamnaməsinə edilmiş əlavəyə inanılsın. Ədliyyə Nazirliyinin X4 Qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin ##.##.2006-cı il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Kirov rayon (indiki Binəqədi) XDS İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli **/*** nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsi eyni adlı kooperativin bazasında yaradılmışdır. Sonradan İddiaçı kiçik müəssisəsinin bazasında eyni adlı İddiaçı kiçik müəssisəsi Ədliyyə Nazirliyi tərəfindən ##.##.1996-cı il tarixdə, 31916 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, faktiki olaraq sərhədləri şərti olaraq göstərilən torpaq sahəsi bataqlıq ərazidə yerləşir (“Binəqədi gölü”deyilən gölün bir hissəsini təşkil edir, az bir hissəsi quraqlıq ərazidə yerləşir). Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfindən 28.0-38.3 m məsafədən diametri d=1.2 m olan boru xətti keçir (təyin etmək mümkün olmadı). Torpaq sahəsinin bir tərəfindən 26.8 m məsafədən 35 KV-lıq YGE hava xətti keçir. Faktiki sahənin koordinatları baxılması üçün akta əlavə olundu. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı
Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüqu 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin torpaq sahəsinə dair onun istifadə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Belə ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** nömrəli qərarına əsasən və Bakı şəhər X5 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** nömrəli qərarının 9–cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin üzərinə qoyulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı (* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2012ci il tarixli *inz(**)-**/**** nömrəli) və onun əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” iddiaçının torpaq sahəsi üzərində hüquqlarını əsaslandıran sənədlərdir. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazın əsas dəlilləri olaraq İddiaçı kooperativi ilə İddiaçı MMC arasında əlaqələndirici sənədlərin təqdim edilməməsi, torpaq sahəsinin bir hissəsinin göl ərazisini təşkil etməsi və torpaq sahəsinin yaxınlığından böyük diametrli təyinatı məlum olmayan boru xəttinin keçməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi Bakı şəhər X5 İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, */*** saylı Qərarı ilə İddiaçı kooperativinə heyvandarlıq fermasının tikintisi, və fermanı yem ehtiyatı ilə təmin etmək üçün əkin üçün ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinin təqdim etdiyi məlumata və İddiaçı nizamnaməsinə əsasən aydındır ki, iddiaçı İddiaçı MMC İddiaçı Kiçik Müəssisəsinin hüquqi varisidir. “X6 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2022-ci il tarixli, *** saylı mütəxəssis rəyində qeyd olunur ki, ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC-nin adına ************** nömrəli “Torpaq sahəsinin pian-öiçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış, hal-hazırda həmin hüquqi şəxsin istifadə və sahibliyində olan 6,72 ha ölçüdəki torpaq sahəsinin hazırki yerləşmə yeri və sahənin döngə nöqtələrinin hazırki koordinatları müəyyən edilərək, rəyə əlavə olunmuş sxemdə ətraflı əks olunmuşdur. İddiaçı MMC-nin istifadə və sahibliyində olan 6,72 ha ölçüdəki torpaq sahəsinin məkan göstəriciləri ilə - naturada yerləşmə yeri, ölçüsü və konfiqurasiyası ilə ##.##.2012ci il tarixində X2 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) sənədində əks olunmuş eyni ölçülü məkan göstəriciləri - torpaq sahəsinin yerləşmə yeri, ölçüsü və konfiqurasiyası, cüzi uyğunsuzluqlar istisna olmaqla, əsasən üst-üstə düşür və bir-birinə uyğundur. Cüzi uyğunsuzluqlar, fərq yalnız döngə nöqtələri arasındakı məsafələrdə olan kiçik ölçü fərqlərdir. ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) sənədindəki koordinatlar və döngə nöqtələri əsasında müəyyən edilmiş yerləşmə yeri ilə İddiaçı MMCnin faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin yerləşmə yeri arasındakı cüzi uyğunsuzluq səbəbi ************** nömrəli "Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) sənədindəki koordinatların Pulkovo-42 koordinat təyinetmə sisteminə əsasən işlənildiyi, hal-hazırda isə ölkəmizdə WGS-84 koordinat təyinetmə sistemindən istifadə olunmasıdır. Belə ki, 2012-ci ildə tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş Pulkovo-42 koordinat sisteminin göstəriciləri son zamanlar və halhazırda da tətbiq olunan WGS- 84 koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə (************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”/kadastr planı/ sənədinə) əsaslanılmaqla aradan qaldırılmalıdır. Həmçinin əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı MMC-nin istifadə və sahibliyində olan 6,72 ha ölçüdəki torpaq sahəsinin 0,10 ha-lıq hissəsi müxtəlif fiziki şəxslər tərəfindən zəbt edilərək ərazidə fərdi evlərin tikilməsi səbəbindən “xxxx" MMCnin faktiki sahibliyində və qanuni sahibliyində olan torpaq sahəsinin mövcud 2-ci sual üzrə faktiki ölçüsü 6,62 ha-dır. Tədqiqat zamanı müəyyən olundu ki, İddiaçı MMC-nin istifadə və sahibliyində olan 6,72 ha (faktiki 6,62 ha) ölçüdəki torpaq sahəsinin yaxınlığından 1,2 metr diametrliyində su boru kəməri keçir. Həmin su kəməri xətti ilə sözügedən torpaq sahəsinin sərhədləri arasında məsafələr ən azı 26 metr, ən çoxu 37 metr olmaqla rəyə əlavə olunmuş sxemdə göstərilmişdir. Sifarişçinin tədqiqata təqdim etdiyi sənədlərdən (reyestr orqanının imtina bildirişlərindən) aydın olur ki, sifarişçinin müraciəti üzrə aparılmış inzibati icraat işləri (çölölçmə) zamanı bu kəmər xəttinin təyinatı və növü müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, ya həmin məlumatlar müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ƏMDX-ə ötürülməmiş ("Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlanna, dövlət müəssisə və təşkilatlanna tapşırılmışdır ki, 3.2. avtomobil və dəmir yolları, magistral suvarma kanalları və kollektorlar, su, kanalizasiya, elektrik və rabitə xətləri, magistral neft və qaz kəmərləri, mədəni irs obyektləri və qoruqlar, eləcə də qorunan və mühafizə olunan digər qurğu və obyektlərin mühafizə, sanitariya, qorunma və digər zona və zolaqları barədə mövcud məlumatların İqtisadiyyat Nazirliyə təqdim olunmasını, bu məlumatlar olmadıqda isə İqtisadiyyat Nazirliyinin sorğusu əsasında həmin zona və zolaqların müəyyən edilməsi məqsədi ilə aparılan işlərdə iştirak etmək üçün öz nümayəndələrinin ayrılmasını təmin etsinlər), ya da ötürülmüş həmin kəmərin məlumatları elektron kadastr informasiya məlumat bazasına, mühafizə zonasına düşməməsi səbəbindən işlənməmişdir. Bu səbəbdən hazırki tədqiqatla həmin kəmərin mühafizə zonası məsələsinin müəyyən edilməsinin əhəmiyyəti yoxdur, çünki, hal-hazırda Bakı şəhərində elektron kadastr bazası formalaşdırılmış inzibati-ərazi dairələrində mühafizə obyektlərinin mühafizə zonasının müəyyən edilməsi məsələsi həmin məlumat bazasının məlumatlarına istinad olunmaqla təyin edilir. Bakı şəhərində elektron kadastr uçotunun (informasiya məlumat bazasının) formalaşdırılması,məlumdur ki, başa çatmışdır. Bununla belə, qeyd edilməlidir ki, kəmərin növünü və təyinatını sifariş üzrə müəyyən edən hazırki mütəxəssis tədqiqatı zamanı bu kəmərin sifarişçiyə aid faktiki istifadədəki 6,62 ha torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir. İddiaçı MMC-nin qanuni istifadəsində olan 6,62 ha ölçüdəki torpaq sahəsinin hansısa bir hissəsinin göl ərazisinə (yaxınlıqdakı Binəqədi gölü ərazisinə) düşübdüşməməsi ilə bağlı bildirilir ki, mütəxəssis tədqiqatı obyekti olan sözügedən torpaq sahəsi ilə bağlı ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü" (kadastr planı) sənədinin məkan göstəricilərinə (koordinat və döngə nöqtələrinə) əsasən təyin edilən faktiki məkan göstəricilərinin Binəqədi gölü ərazisinə düşmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ortofotoya əsasən də müəyyən olunur ki, torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mövcuddur və cavabdeh tərəfindən torpaq sahəsinin Binəqədi gölü ərazisinə düşməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və digər sənədlərlə məcmu şəkildə qiymətləndirildikdə mötəbərliyi məhkəmədə hər hansı şübhə yaratmayan mütəxəssis rəyinə əsasən ##.##.2012-ci ildə X2 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü (kadastr planı)” sənədinin məkan göstəricilərinə (koordinat və döngə nöqtələrinə) əsasən təyin edilən faktiki məkan göstəricilərinin Binəqədi gölünün ərazisinə düşmədiyi müəyyən edilmişdir. Həmin rəyə əsasən torpaq sahəsinin sərhədləri ilə su kəməri xətti ilə ən azı 26 metr, ən çoxu 37 metr olduğu müəyyən edilmişdir. Cavabdeh qeyd edilən borunun təyinatı barədə hər hansı məlumat məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarına əsasən:
7. Su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri çaylar və göllər üzrə, su anbarları üzrə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə, bataqlıqlar üzrə müəyyən edilir. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən su boru xətləri üzrə hər hansı mühafizə zonası müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
5. 35 kv gərginlikli hava xətləri üçün mühafizə zonası 15 metrdir. Müayinə aktından da görünür ki, 35 kv-lıq yüksək gərginlikli hava xətti torpaq sahəsinin bir tərəfindən 26,8 metr məsafədən keçir. Ona görə torpaq sahəsi hava xətlərinin mühafizə zonasına düşmədiyindən qeyd edilən məsələ ilə bağlı da hər hansı araşdırma aparmaq zərurəti yoxdur. İddiaçının faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsü 6,62 ha olmaqla torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadında göstərilmişdir ki: ”Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli həlli məqsədi ilə müvafiq araşdırma aparılmamış, cavabdeh inzibati orqanın irəli sürdüyü dəlillər, həmçinin iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. İşin təkrar birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar araşdırılmalı, ekspert rəyində qeyd edilən “Xasam” kooperativi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və digər orqanlara müvafiq sorğular verilməli, həmçinin hazırkı qərarın digər şəxslərin hüquqlarına toxunubtoxunmaması məsələsi aydınlaşdırılmalı, zərurət olduğu təqdirdə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir”. İşin apellyasiya icraatı zamanı məhkəmənin ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi faktiki olaraq göstərilən sahə ilə üst-üstə düşürmü? 2.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən ************** nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi Binəqədi gölünün bir hissəsidirmi? 3.Qeyd edilən torpaq sahəsi naturada yerləşməsinə görə Binəqədi gölünün mühafizə zolağına düşürmü? Düşürsə hansı hissədə və ölçüdə? 4.Qeyd edilən torpaq sahəsinin yaxınlığından keçən böyük diametrli boru xətti hansı təyinatlıdır? 5.Qeyd edilən torpaq sahəsi böyük diametrli boru xəttinin mühafizə zonası düşürmü? 6.Qeyd edilən böyük diametrli boru xətti hansı tarixdə çəkilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,“Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: Bildiririk, şərti sərhədlərdə göstərilən torpaq sahəsi faktiki olaraq 6.72 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Şərti olaraq göstərilən torpaq sahəsinin koordinatlarına əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Sahənin bir tərəfindən 28.0-38.3 metr məsafəsindən diametr d=1.2m olan yerüstü boru xətti keçir (təyin etmək mümkün olmadı). Həmçinin sahənin bir tərəfindən 26.8 metr məsafədən yüksək gərginlikli 35 k.Vt-lıq elektrin hava xətti keçir. Sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən mövcud koordinatlar İddiaçı MMC-nin adına verilmiş kadastr planının məlumatından fərqlidir (konfiqurasiya və ölçü fərqi var). Ərazinin yarı hissəsi hazırda bataqlıq, gölün ərazisidir. Həmin hissə ##.##.1990cı il tarixli, * saylı Qərarla “Xasam” kooperativinə balıq yetişdirilməsi məqsədilə ayrılmış 45.2 ha ərazi ilə üst-üstə düşür. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilməsi məqsədəuyğundur. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə ##.##.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın dördüncü, beşinci və altıncı suallarına münasibət bildirilmədiyindən həmin suallar üzrə tədqiqat aparılmadı.” Təqdim edilmiş ekspert rəyindən görünür ki, hazırkı iş üzrə mübahisəli ərazinin bir hissəsinin ##.##.1990-cı il tarixli, * saylı Qərarla “Xasam” kooperativinə balıq yetişdirilməsi məqsədilə ayrılmış 45.2 ha ərazi ilə üst-üstə düşməsi müəyyən edilir Məhkəmə tərəfindən “Xasam” kooperativi üçüncü şəxs qismində inzibati işə cəlb edilsə də, məhkəmə araşdırılması zamanı “Xasam” Kooperativi adlı kommersiya qurumu aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı və Uçotu İdarəsinin məhkəmə sorğusuna # ###### 2025-ci il tarixli *-**-*-*- */*-*****/**** nömrəli cavabında qeyd edilmişdir ki, “Xasam” Kooperativi adlı kommersiya qurumu aşkar edilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır, iddiaçının- hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “X2, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; 1.4.2. çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti və çöl geodeziya ölçmə işlərinin aparılması; 1.4.3. çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticələrinin və toplanmış kadastr məlumatlarının keyfiyyətinə nəzarət; 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 1.4.5. torpaqlarla bağlı dövlət registr və kadastrlarında saxlanılan, bu Qaydaların 1.4.1-1.4.4-cü bəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində əldə edilmiş məlumatları sistemə daxil etməklə onun formalaşdırılması, habelə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində dəyişikliklər baş verdikdə, torpaqların keyfiyyət göstəricilərində dəyişikliklərlə nəticələnən tədbirlər, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların sistemə daxil edilməsi, sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunması və rəqəmsal kadastr xəritəsinin tərtibi.
Yekun olaraq məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8. Qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2.İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC adına ************** nömrəli “Torpaq sahəsinin plan ölçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış 6,72 ha ölçüdəki tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsinin istifadə hüquqları ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
İddia tələbi təmin edilsin. ##.##.2012-ci il tarixində X2 kitabında İddiaçı MMC adına ************** nömrəli “Torpaq sahəsinin plan ölçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış 6,72 ha ölçüdəki tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsinin istifadə hüquqları ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova