Məhkəmə qərarları › İş №2-1(112)-12652/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12652/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12652/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılmasının dayandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı X2 üçüncü şəxs qismində göstərilməklə “qeydiyyatdan çıxarılmasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala dayanacağı küçəsi, 1-ci döngə, 4 saylı yaşayış evindən qeydiyyatdan çıxarılmasının dayandırılması vəzifəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(112)-12652/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs X1 iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə ərizə təqdim edərək, onlar tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə artıq mübahisənin artıq mövcud olmadığı nəzərə alınaraq və İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nigeriya Federativ Respublikasının vətəndaşı X4 xx.xx.2023-cü il tarixdə daimi yaşamaq üçün icazə vəsiqəsinin dəyişdirilməsi (ünvan dəyişilməsi əsası ilə) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxsin müraciəti təmin edilərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1066 yeni ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması və Azərbaycan Respublikasının ərazisində yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə etibarlılıq müddəti 20 sentyabr 2023-cü il tarixdən 18 dekabr 2027-ci il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilməsinə dair Azərbaycan Respublikasınn ərazisində yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Qərar qəbul edilmişdir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X2 məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Aərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli Qərarın surətindən müəyyən olunur ki, Xidmət rəisinin birinci müavini İİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev 13 aprel 1981-ci təvəllüdlü Nigeriya Federativ Respublikası vətəndaşı B00029873 nömrəli Pasporta malik olan İddiaçı Azərbaycan Respublikasında yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə 19 sentyabr 2023-cü il tarixli 393235/m nömrəli müraciətinə baxaraq qərara almışdır: Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı 19 sentyabr 2023-cü il tarixli müraciəti təmin edilsin; İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 noyabr 2022-ci il tarixli ******* nömrəli qərarı qismən ləğv edilsin, 39497 nömrəli vəsiqə fəaliyyətsizləşdirilsin; Nigeriya Federativ Respublikası vətəndaşı B00029873 nömrəli Pasporta malik olan İddiaçıya Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1066 yeni ünvanına yaşayış yeri üzrə qeydiyyata alınsın; Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçıya Azərbaycan Respublikasının ərazisində yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə etibarlılıq müddəti 20 sentyabr 2023-cü il tarixdən 18 dekabr 2027-ci il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqəsi təqdim edilsin; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 39497 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilsin; Qərarın qəbul edilməsi haqqında maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə rəsmi məlumat verilsin İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılmasının dayandırılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar