Məhkəmə qərarları › İş №2-1(112)-12653/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12653/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12653/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiya ödənilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir adı ilə plana salınmış Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə boşaldılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış (uçurdulmuş) mənzilin əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşamış və hazırki vaxtadək həmin ünvanda pasport qeydiyatındadır. Həmin bina tarixi memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və 1989-cu ildə təmir edilmək üçün Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bərpaçı” baş idarəsinin planına salınmış və əsaslı təmir adı ilə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə boşaldıbmış və yaşayış üçün yararsız vəziyyətə salınmışdır. O, həmin vaxtdan ayrı-ayrı mənzillərdə öz hesabına kirayədə yaşamağa məcbur olmuşdur. xx.xx.2006-cı il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə kirayə haqqının ödənilməsi vəzifəsi “İçəri Şəhər X1” idarəsinə tapşırılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq hazırki vaxtadək icra edilməmişdir. xx.xx.2007-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı, Bakı şəhəri Səbail rayonu Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin olunmağı öhdəliyi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2126 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-594/09 saylı xx.xx.2009-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin vaxtdan 17 ilə yaxın müddət keçməsinə baxmayaraq məhkəmənin qətnaməsi icra olmamışdır. Belə olan halda isə mənim mənafeyi ciddi surətdə zərər görmüş, bütün bu vaxt ərzində mənim onsuzda kirayələrdə keçən ağır həyat şəraiti dahada ağırlaşmışdır. Bütün bunları nəzərə alıb mən Bakı şəhəri İcra Hakimiyyətinin başçısı X4 qəbulunda olmuş, icra başçısı onun mənzil ilə təmin etmək üçün boş yaşayış sahəsi olmadığı, əgər o, kompensasiya tələbi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə, İcra hakimiyyətinin bu tələbi qəbul edərək kompensasiyanı ödəyə biləcəklərini bildirmişdir. Bildirilir ki, 11 iyun 2021-ci il tarixli Əmlak Ekspert Mərkəzinin rəyinə əsasən həmin mənzilin qiymətləndirilməsi aparılmış və yekun olaraq 91.8 kv m (ümumi sahə), hər kv metri 2501.4 manatdan hesablanaraq yekun olaraq, 229 500 (iki yüz iyirmi doqquz min beş yüz) manat kimi qiymətləndirilmişdir. Bütün bunları nəzərə alıb qeyd etmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bərpaçı” baş idarəsinin planına salınmış və əsaslı təmir adı ilə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə boşaldılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış (uçurdulmuş) mənzilin əvəzinə kompensasiyanın ödənilməsi ilə qətnamənin icrası həyata keçirilə bilər. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 8(103)- 206/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə qanuni qüvvəyə minmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin No 8(009)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, ‘"Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər tələbkar İddiaçı qaytarılmalı və “kompensasiya’’ iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2126/08 saylı xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-930/2007 saylı iş üzrə xx.xx.2007- ci il tarixli qətnaməsi qismən - İddiaçı və X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin “İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilmiş, iddia tələbi “İçərişəhər" Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsinə qarşı hissədə rədd edilmiş, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə İddiaçı və X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhəı İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-212/08 nömrəli xx.xx.2008-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2-930/2007 saylı iş üzrə xx.xx.2007- ci il tarixli qətnaməsi qismən - İddiaçı və X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilməsi, iddia tələbi “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə qarşı hissədə rədd edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə İddiaçı və X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-594/09 nömrəli xx.xx.2009-cu il tarixli qərarından görünür ki, kasassiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(009)-134/2025 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-206/2025 saylı xx.xx.2025ci il tarixli qərardadından görünür ki, tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(009)-134/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11119/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “icra üsulunun dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-801/2025 saylı xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11119/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin məhkəməyə qaytarılmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisəyə Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış, xx.xx.2007-ci il tarixdə qətnamə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, eyni predmetlə bağlı eyni tərəflər arasında yeni mübahisə yaranmamışdır və hazırki mübahisə həmin qətnamənin icra edilməməsi ilə bağlıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia mülki qaydada baxılıb yekunlaşmış mübahisə ilə əlaqədar məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan məsələyə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, eyni tərəflər arasında, eyni predmetlə bağlı iddia üzrə eyni əsasla yekun məhkəmə aktı da mövcuddur. Belə ki, iddiaçı eyni cavabdehlərə qarşı qətnamənin icra üsulunun dəyişdirilməsi (icra üsulunun dəyişdirilərək kompensasiyanın ödənilməsi) barədə iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11119/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-801/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11119/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı iddia tələbini yalnız “kompensasiyanın ödənilməsi” kimi dəyişərək yenidən müraciət etsə də, məhkəmə hesab edir ki, iddia faktiki olaraq eyni cavabdehlərə qarşı eyni hüquqi nəticə yaradır (eyni tələbdir). Yuxarıda sadalanan hallar barədə məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı iddia tələbini müdafiə etmişdir. Odur ki, iddia mümkün hesab edilməməli, iddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Səbail Rayon Məhkəməsinə) müraciət etmək hüququ izah edilməlidir. İddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiəsi vasitələri izah edildiyindən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 2, 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar