Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12657/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən fərdi ev tikintisi məqsədilə iddiaçının faktiki istifadə etdiyi 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən fərdi ev tikintisi məqsədilə iddiaçının faktiki istifadə etdiyi 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “ Bakı şəhər Səbail Bələdiyyəsinin 2005-ci il 15 dekabr tarixli 127 nömrəli qərarı ilə müvafiq rəy verilmiş bələdiyyə ərazisində fərdi ev tikintisi məqsədilə 1000 kv.m. torpaq sahəsinin mən İddiaçı satılması qərara alınmışdır. Sözü gedən torpaq sahəsini almaq üçün üçün 21 noyabr 2006-cı il tarixdə 4160( dörd min yüz altmış ) manat məbləğində pul ödəmişəm. Buna baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi 32 ünvanında yerləşən fərdi ev tikintisi məqsədilə faktiki istifadə etdiyim 1000 kv.m. torpaq sahəsi dövlət reyestrində qeydə alınmamışdır. Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi 32 ünvanında yerləşən fərdi ev tikintisi məqsədilə faktiki istifadə etdiyim 1000 kv.m. torpaq sahəsini mən, İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq tərəfimizdən Azərbaycan Respublikası Əmlakk Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətimizə 21 may 2024-cü il tarixdə belə məzmunlu imtina məktubu gəlmişdir: “Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.” Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. -55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya 25 noyabr 2024-cü il tarixdə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə saat 11:20-yə təyin edilmiş məhkəmə iclasında iştirakını (və ya nümayəndəsinin iştirakı) təmin etməməsini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. Özünü İddiaçı kimi təqdim etmiş şəxs mobil telefon vasitəsilə məhkəmə iclas katibinə bildirmişdir ki,məhkəməyə iddia ilə müraciət etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2024-cü il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən fərdi ev tikintisi məqsədilə iddiaçının faktiki istifadə etdiyi 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12657/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12657/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver