Məhkəmə qərarları › İş №2-1(112)-1266/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1266/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1266/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 37, mənzil 24; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 11 saylı Vəkil Bürosu, vəkil), cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, 4-cü mkr., Ə.İsgəndərov küçəsi ev, 3, mənzil 25; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Hüquqi Təminat İdarəsi, baş inspektor) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 3-cü şəxs - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşı “ezamiyyə pulunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarı“nın tələblərinə uyğun olaraq 2003-cü il tarixdən 2019-cu ilin iyul ayına qədər ezamiyyətdə olduğum müddətdə ezamiyyə pulunun ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi ünvanı nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gomrükxanasının Sərnişin şöbəsində gömrük inspektoru kimi xidmətə başlamışdır. 2003-cü il tarixə qədər xidmət etdikdən sonra həmin ili Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə Bakı Baş Gömrük İdarəsinə qırx gün müddətinə ezam olunmuşdur. Sonralar ezamiyyət müddəti Dövlət Gömrük Komitəsinin müvafiq əmrləri ilə qırx gün, qırx gün olmaqla uzadılıb və 2018-ci il tarixə qədər ezamiyyətdə olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində xitmət etmişdir. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə Balakən Gömrük İdarəsinin “Abşeron'’ Gömrük Postuna yenidən qırx gün müddətinə ezam olunmuşdur və sonra yenidən ezamiyyət müddətləri qırx gün, qırx gün uzadılmaqla, 2019-cu ilin iyul ayına kimi ezamiyyət də olmaqla xitmət etmişdir. Gömrük xidməti polkovnik-leytenantıdır. xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaşına çatdığına görə pensiyaya çıxmışdır. 2003-cü il tarixdən 2019-cu ilin iyul ayına kimi ezamiyyətdə olduğu müddətdə əmək haqqı almış, lakin ezamiyyət pulunu almamışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə xidmətimə xitam verilərkən ona ezamiyyətdə olduğu müddətdə ezamiyyə pulu verilməmişdir. Ezamiyyətdə olduğu müddətdə ezamiyyət pulunun ödənilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılılq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi nalda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırki iddia tələbindən də müəyyən edilir ki, İddiaçı 2003-cü il tarixdən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Həmçinin cavabdeh tərəfindən etiraza əlavə edilmiş ezamiyyə və təhkim əmrlərinin surətindən də görünür ki, iddiaçı Əliyev xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsində ezamiyyətdə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə təhkim edilmişdir. Bununla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, X4 X1 iddiaçı qeyd edilən əmrləri “tanış oldum” qeyd etməklə erasını həyata keçirmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı Baş Gömrük İdarəsinə təhkim edilməsindən məlumatlı olmuş və Azərbaycan Respublikasının ƏM-nin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddətini pzrlü səbəblər olmadan ötürməklə Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırmaq hüququnu tirmişdir. Hazırki iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı ouraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin ddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanır və hər hansı əsaslı şübhə .aratmayan sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikasının ƏM-nin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının MPM-nin müəyyən olunmuş qaydalar tətbiq olunur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensia cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Azərbaycan Respublikasının MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindər iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyər edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətın bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilər şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 133.3-cü və Azərbaycan Respublikasının İPM-in 24.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikasının İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallan ərizədə əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya osedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, nonneganti, cumbitprobatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi hbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm övcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə raatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü mdində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə ıbyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- mamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- mamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibiilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin ümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu cəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri fe yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində rzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında çaxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd edilənlərdən müəyyən edilir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsidir ki, İddiaçı qanunvericiliyin bu normasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhkəmənin sorğusuna cavab olaraq müvafiq əmrlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Əmrlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olmuş və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə təhkim edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 20 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2002-ci il tarixli Arayışından və AZE seriyalı 09763929 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 21 ünvanda qeydiyyatdadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il qərarı ilə təsdiq edilmiş “X2” nın 3-cü bəndində qeyd edilmişdir ki, özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Həmin qaydaların 5-ci bəndində isə nəqliyyat xərclərinin nədən ibarət olması qeyd olunmuşdur. Göründüyü kimi ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunanlardan və hazırki işin materiallarından da göründüyü kimi İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ezam olunduğu Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olmuşdur. Lakin İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ezam olunduğu Bakı Baş Gömrük İdarəsindən daimi yaşayış yerinə hər gün qayıtmaq üçün çəkdiyi yol xərcini təsdiq edən hər-hansı bir sənədi cavabdehə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) öz izahatında bildirmişdir, iddiaçının qeydiyyatda olduğu ünvan Bakı şəhərində yerləşsə də, o ünvan 2ddiaçının Bakı Baş Gömrük İdarəsindən daimi yaşayış yerinə hər gün qayıtmaq üçün çəkdiyi yol xərcini təsdiq edən müvafiq sübutları yoxdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. İş materiallarında olan iddiaçının AZE seriyalı 09763929 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) İddiaçı ünvan 4stərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2003-cü ildən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olduğunu bildirsə də, onun 2003-cü ildən deyil xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə təhkim olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olsa da, ezam olunduğu yerlə yaşadığı yer (qeydiyyatda olduğu) eyni şəhərdə, yəni Bakı şəhərində yerləşir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 5-ci bəndinə əsasən nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X2”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X2”nın 1-ci bölməsinin 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 1-ci bölməsinin 5-ci bəndinə əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Həmin Qaydaların 1-ci bölməsinin 8-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Həmin Qaydaların 2-ci bölməsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı 2003-cü ildən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olduğu işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində ezamiyyətdə olsa da, onun ezam olunduğu yerlə yaşayış (qeydiyyatda olduğu) yerinin eyni şəhərdə, yəni Bakı şəhərində yerləşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçı nəqliyyat xərclərini (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyindən, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarı“nın tələblərinə uyğun olaraq 2003-cü il tarixdən 2019-cu ilin iyul ayına qədər ezamiyyətdə olduğum müddətdə ezamiyyə pulunun ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar