Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1266/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şirağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanından X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 14 aprel 2022-ci il tarixli 078-88338 saylı məktubu ilə X3 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 31 saylı evin 12 saylı mənzilindən qeydiyyatdan çıxarılması barədə müraciətindən imtina edilmişdir. İmtinanın səbəbi kimi bununla bağlı məhkəmə qərarının tələb olunduğu göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 31 saylı evin ümumi sahəsi 28.5 kv.m olan 2 otqalı 12 saylı mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o, arvadı, iki qızı və bir nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. X1 mənzildə pasport qeydiyyatında olsa da, orada heç vaxt yaşamamışdır və indi də, yaşamır. Belə ki, X7 onun həmin mənzil qeydiyyata salınmasını ondan xahiş etmiş, o da, razılıq vermişdir. X7 hazırda Azərbaycan Respublikasının vətəndaşı deyildir və Azərbaycanda yaşamır. Onda olan məlumata görə X7 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. Özünə qeydiyyatdan çıxmasını dəfələrlə desə də, nəticəsiz qalmışdır. Şərh olunanlardan göründüyü kimi, X7 ona məxsus olan mənzildə faktiki olaraq yaşamamaqla özü öz hərəkətləri ilə həmin mənzildən istifadə hüququna xitam vermişdir, başqa sözlə onun sözügedən mənzilə istifadə hüququ artıq itirilmişdir. Belə olan halda, X3 formal olaraq mənzildə istifadə hüququnun qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır, o, bir mülkiyyətçi olaraq sərbəst və maneəsiz şəkildə mənzildən qanunla müəyyən olunmuş qaydada öz istəyinə uyğun olaraq sahiblik, istifadə edə və sərəncam verə bilmir. Odur ki, X7 həmin mənzildən istifadə hüququ itirdiyindən, onun qeydiyyatdan çıxarılması barədə cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9182/2022 saylı qərardadı ilə iş üzrə X7 3cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ünvan 2 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciətləri Nərimanov RPİ-nə daxil olmuşdur. Tərəflərindən məktubla ərizəçiyə rəsmi qaydada cavab verilərək bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılmasının tərəflərindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət ryeestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış shaəsi 28.5 kv.m olan, 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı olunun adına daşınmaz əmlakın dövlət reyestrində **********50-05101-093001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. Həmin çıxarışın arxa vərəqəsində daşınmaz əmlakın dövlət reyestrində bağışlama hüququ əsasında qeydiyyat alınması qeyd edilmişdir. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, R/S-1814 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, S-4705 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş ərizəsinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü madəsinə əsasən fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də, onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılı ilə yol verilir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarilxi, 078-8833S nömrəli imtina məktubundan görünür ki, iddiaçıya bildiirlmişdir ki, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxlərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks əqdirdə onun qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubla Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 31, 12 saylı mənzilə dair sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizaəd küçəsi, ev 31, 12 saylı mənzil üzərində istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilmədiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Nərimanov Rayon Məhkəməsinin 2-2935/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən X18 ilə X13 arasında Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda bağlanmış 19 iyul 2002-ci il tarixli 155893 saylı alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında Bakı şəhəri Tİ və MHQİ-si tərəfindən Bakı şəhəri, M.Əlizadə küçəsi, 31 saylı evin 12 saylı mənzilinə X5 adına verilmiş ÖM seriyalı, 128475 saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş, X21 ilə X19 arasında Nərimanov rayon, M.Əlizadə küçəsi, 31 saylı evin 12 saylı mənzilinin alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin mənzilə X10 adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilmiş, X5 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, M.Əlizaəd küçəsi 31 saylı evin 12 saylı mənzilindən çıxarma tələbinə dair qarşılıqlı idddiası əsasız olduğundan rədd edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-393/2003 saylı, 24 mart 2003-cü il tarixli qətnaməsinə əsasən X5 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəntamənin 3-cü səhifəsində göstərilmişdir ki, cavabdeh M.T.Əhmədovun mübahisəli mənzilin pulunun O.Sadıqov deyil guya oğlu Nəsrəddin Sadıqov tərəfindən verilməsinə dair izahatı məhkəmə kollegiyasında öz təsdiqini tapmadı. Belə ki, hazırda Rusiyada yaşayan N.Sadıqovun məhkəmə iclasında dindirilməsi mümkün olmasa da, sonuncunun həyat yoldaşı Zərniyar İsmayılovanın notariat qaydasında təsdiq edilən izahatından və məhkəmə kollegiyasında verdiyi ifadəsindən də, aydın olur ki, mübahisəli evin alğı-satqısına dair razılaşma cavabdehlərlə Oruc Sadıqov arasında olmuş və evin razılaşdırılmış pulu sonuncu tərəfindən ödənilmişdir. Mübahisəli evə dair o və əri Nəsrəddin Sadıqov tərəfindən heç bir pul məbləği verilməmişdir. Z.İsmayılova məhkəmə kollegiyasında həmçinin göstərmişdir ki, mübahisəli ev alınarkən, onların Bakı şəhərində evləri olmuş və sonradan satmışlar. - xx.xx.2013-cü il tarixli “Mənzilin bağışlanma müqaviləsi”nə əsasən X21 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/10229 nömrəli aryaış və Azərbaycan Respublikası DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********50-05101-093001 reyestr nömrəsi, 564 reyestr kitabı 51855 səhifə., ********* qeydiyyat., xx.xx.2007-ci il tarixdə verilmiş çıxarış əsasında mülkiyyətində olan iki otaqlı, 28.5 kv.m yaşayış sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ünvanında yerləşən 31 saylı evin 12 saylı mənzilini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 28.5 kv.m olan, 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********50-05101-093001 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********640 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X14, X8 və X15 öz izahatlarında bildirirlər ki, X7 ünvan 1 ünvanında yerləşən mənzildə yaşamır. İşdə olan xx.xx.2013-cü il tarixli “Mənzilin bağışlanma müqaviləsi” ilə bağlı notariat işinin materiallarından görünür ki, sözügedən alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən 53 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 53/840 nömrəli forma 2 arayışına əsasən ünvan 4 ünvanında yerləşən 12 nömrəli mənzil X16 məxsusdur. Onun ailəsi 4 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar: oğlu - 1961-ci il təvəllüdlü İddiaçı – qeydiyyata alındığı tarix xx.xx.2004-cü il; gəlini – 1970-ci il təvəllüdlü X11 – qeydiyyata alındığı tarix xx.xx.2003-cü il; nəvəsi – 1989-cu il təvəllüdlü X6 – qeydiyyata alındığı tarix xx.xx.2005-ci il; nəvəsi – 1991-ci il təvəllüdlü X9 – qeydiyyata alındığı tarix xx.xx.2005-ci il. Müqavilə rəsmiləşdirilərkən sözügedən şəxslər notarial qaydada razılıq ərizələri təqdim edərək sözügedən mənzilin bağışlanılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 078-37993 nömrəli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ünvan 5 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. Bu səbəbdən sənədlərin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Qeydiyyata alınmasına əsas olan sənəd qismində 30/330 nömrəli qeydiyyat vəsiqəsi göstərilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s,) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli, 078-8833S nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 iddiaçının qardaşı olaraq mübahisəli ünvana xx.xx.2006-cı il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. O, sözügedən ünvana qeydiyyata alındığı vaxt həmin ünvandakı mənzil iddiaçının atasının mülkiyyətində olmuşdur. Atası mənzili ididaçıya bağışladığı zaman mənzilə dair kommunal istismar sahəsi tərəfindən verilmiş forma 2 arayışında mübahisəli ünvanda qeydiyyatda olanların siyahısında 3-cü şəxsin adı göstərilməmişdir. Məhkəmə, 3-cü şəxsin sözügedən ünvana qeydiyyata alındığı vaxt həmin mənzilin əvvəlki mülkiyyətçisi X17 ailə üzvü olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin ailə münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək yarandığına görə hazırki mübahisədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Eyni zamanda həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququnun mahiyyət etibarilə şəxsi servutut olduğu nəzərə alınaraq qeyd edilməlidir ki, şəxsi servitut əsasında əldə edilən istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyaclarını qarşılamaq imkanı verir və mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən yaşayış sahəsinə olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Hazırki işin faktiki hallarından görünür ki, 3-cü şəxs mübahisəli mənzil iddiaçıya bağışlanılarkən həmin ünvanda mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü kimi qeydiyyatda olmuşdur. Məhkəmə qeyd edir ki, Azərabycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə MM-nin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvercilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur və mahiyyət etibarı ilə servitutdur. Eyni zamanda bu istifadə hüququ notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçinin iradəsi xaricində və reyestrdə qeydiyyata aparılmadan yaranır. Qərarda həmçinin qeyd edilmişdir ki, MM-nin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında da göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İşin hallarından müəyyən olunur ki, iddiaçı 3-cü şəxsin sözügedən mənzildə faktiki yaşamadığını əsas gətirərək sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İddiaçının istinad etdiyi hazırkı halda üçüncü şəxsin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir. Qeyd edildiyi kimi iş materiallarında olan sənədlərə əsasən üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında mənzilə dair istifadə hüququnun mövcud olub-olmaması yaxud hüququn itirilib-itirilməməsi mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanın inzibati icraatı zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ deyildir. Təsadüfi deyildir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir. Məhkəmə hazırkı iş üzrə mübahisəli mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva