Məhkəmə qərarları › İş №2-1(112)-1266/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1266/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1266/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1əyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı cavabdehin xx.xx.2023 tarixə qeyd olunan 108890,07 manat İcbari Tibbi Sığortaya ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə ilə iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən də ərizə verilərək iş üzrə təyin edilmiş məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən məhkəməyə iş üzrə icraata xitam verilməsi barədə vəsatət daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, tələb olunan vergi borcundan xx.xx.2023-cü il tarixdə 20 000 manat, xx.xx.2024-cü ildə 30 000 manat, xx.xx.2024-cü il tarixdə 50 000 manat, xx.xx.2024-cü il tarixdə isə 8890,07 manat olmaqla, cəmi 108890,07 manat borc tam olaraq ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbi üzrə borc tam ödənildiyi üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Cavabdeh MMC tərəfindən məhkəməyə göndərilmiş ödəniş qəbzlərindən görünür ki, iddiçının tələb etdiyi vergi borcundan xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü ildə 30000 manat, xx.xx.2024-cü il tarixdə 50000 manat, xx.xx.2024-cü il tarixdə isə 8890,07 manat olmaqla, cəmi 108890,07 manat tam olaraq ödənilmişdir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar