Məhkəmə qərarları › İş №2-1(112)-12661/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12661/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12661/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın rəsmiləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin yaşayış binasının tikintisinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 688 saylı sərəncam və 12305 saylı inşaat pasportunun "xxxx" MTK-nın adına rəsmiləşdirilməsi üçün öhdəliyin qoyulmasına (dövlət vergi xidmətində qeydiyyata alınmasına) dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur" MTK-ya qarşı "pul tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra vərəqəsində göstərilən borclu "xxxx"MMC tərəfindən 13600 (on üç min altı yüz) manat pulun ödənilməsinin X9 massivi M.Xiyabani küç, 18 saylı yaşayış binasının yaxınlığında yerləşən "xxxx" MTK tərəfindən ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdilər. Belə ki, Bakı Yasamal rayon Məhkəməsinin 2(004)-5336/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlıdır. Həmin icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən X2 xeyrinə 13650 (on üç min altı yüz əlli) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsümü məbləğində pulun tutulması qət edilmişdir. Hazırki ərizə isə qeyd olunan icra vərəqəsi ilə "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin "xxxx" MTK tərəfindən ödənilməsi ilə bağlıdır. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5336/2013 saylı, 20 sentyabr 2013-cü il tarixi icra vərəqəsinin icrası ilə bağlı olmaqla, onun icra qaydasının dəyişdirilməsi ilə bağlıdır. Digər tərəfdən icraçı İsmayılov İsmayıl əsas olmadan icra vərəqəsinə xitam vermişdir, bununla bağlı tərəfindən məhkəməyə müraciət olunmuş və yeni icra vərəqəsi icraçıya göndərilmişdir. Həmin icra vərəqəsində işin həlli ilə bağlı qətnaməni qət edən hakimə məlumat verilməsi göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov tərəfindən xx.xx.2012-ci ildə 121 saylı sərəncamda, xx.xx.2008-ci il tarixli 688 saylı sərəncamı və 12305 saylı inşaat pasportunun "xxxx" MTK-nın adına rəsmiləşdirilməsi ilə bağlıdır. "xxxx" MTK "xxxx" MMCnin hüquqi varisinin sənədlərini bilərəkdən dövlət vergi qeydiyyatından keçirməmişdir. Belə ki, mübahisəli ünvanda mövcud olan bina hal-hazırda "xxxx"MTK-nın istifadəsindədir. Kompyuter üsulu ilə hazırlanmış qəbz ilə yaşayışılardan nəğd pul alır. Uçota alınmayan sənədlə "xxxx" MTK-nın rəhbərliyi vergidən yayınması ilə bağlı tərəfimdən vergi xidməti idarəsinə müraciət olunmuşdur. Belə olan halda Yasamal rayonu üzrə İcra İdarəsinin icraçısı "xxxx"MTK-ya qarşı aidiyyatı orqanla qeydiyyata alınması ilə bağlı müraciət etməmişdir. Hal-hazırda bina "xxxx"MTK-nın istifadəsindədir. Binanın "xxxx" MTK-nın istifadəsində olması barədə icraçı İsmayılov İsmayılın tərtib etdiyi akt vardır. "xxxx"MTK "xxxx" MMC-nin hüquqi varisi kimi vergi idarəsindən qeydiyyatdan keçməsi marağında olmadı. Yasamal rayonu üzrə icra məmuru İsmayılov İsmayıl icra vərəqəsinin hərəkətsiz saxlaması ilə bağlı tərəfindən məhkəməyə ərizə vermişəm. Ərizəm əsasında Yasam rayon Məhkəməsi icra vərəqəsindən göstərilənləri icra edilməsi üçün öhdəlik qoyulmasından ötrü ötrü qətnamə çıxarmışdır. "xxxx"MMC (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırki vaxta qədər ləğv edilməmişdir. "xxxx" MTK "xxxx"MMC-nin rəhbərliyi ilə həmin ünvanda "xxxx"MMCnin yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 saylı sərəncamı və 12305 saylı inşaat pasportu Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005-2621-3212-2255H saylı məktub ""xxxx"MMC-nin təsisçisi vətəndaş X1 xx.xx.2012-ci il tarixli razılıq ərizəsi MTK-nın xx.xx.2012-ci il tarixli 15 saylı müraciəti və aidiyyatı dövlət qurumları ilə MTK arasında imzalanmış müqavilə əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. "xxxx" MTK bilərəkdən uçota alınmayan adi qəbzlə mübahisəli binadan yığılan hər kvadrat metrə 30 qəpik pul hər bir yaşayışçıdan alır (bu faktı təsdiq edən sənəd var). "xxxx"MTK ünvanda göstərilən binanın yaşayışçılarından qəbzlə aldığı pulu gizlədir, ona görə də "xxxx"MMC-nin hüququ varisi olduğunu vergi qeydiyyatına almağı marağında deyildir (vergidən yayınma ilə bağlı müraciət olunmuşdur). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 121 nömrəli “Aidiyyatı dövlət qurumları ilə Şərur MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, MUR-AY MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 688 saylı sərəncamının Şərur MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Sərəncama əsasən Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli, 005-2621-3212-2255H saylı məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi vət. X1 xx.xx.2012-ci il tarixli razılıq ərizəsini, «Şərur MTK-nın xx.xx.2012-ci il tarixli, 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Şərur MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alaraq, Yasamal rayonu, X9 massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 688 saylı sərəncamı və 12305 saylı inşaat pasportu "xxxx" MTKnın adına rəsmiləşdirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli **********140300 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Vergi Xidmətiin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsin məlumat verilməsinə dair daxil olmuş muraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməmişdır və hüquqi varisliyi müəyyən edilməmişdir. -"xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 500 nömrəli məktubunda göstərilmişdir ki, borclu "Mur-AY MMC-dən (VÕEN **********) 13 680 manat tutularaq X3 ödənilməsı ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5336/2013 nömrəli 20.09 2013-cu il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx"xxxx"Şərur MTK arasında hüquqi bağlılığın olub olmaması və MMC tərəfindən inşasına başlanılmış binanın hansı əsasla hazırda MTK tərəfindən idarə olunması barədə məlumat veriməsinə dair müraciətinizə kooperativdə baxılmışdır. Həmin ünvanda MUR-AY MMC-yə yaşayış binalarının tikintisinin layihələndiriməsinə dair verilmiş Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2008-ci tarixli 688 saylı sərəncamı və 12305 saylı inşaat pasportu X7 Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005-2621-3212-2255H saylı məktub MUR- AY" MMC-nin təsisçisi vətəndaş X1 24 02.2012-ci il tarixli razılıq ərizəsi MTK-nın xx.xx.2012-ci il tarixli 15 saylı müraciəti və aidiyyəti dövlət qurumları ilə MTK arasında imzalanmış muqavilə əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. Müraciətinizlə bağlı bildirilmişdir ki, yuxarıda adları çəkilən MMC ilə MTK arasında heç bir hüquqi bağlılıq yoxdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli 305413/2023-53-18-004 nömrəli "xxxx" MTK-ya ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5336/2013 nömrəli, xx.xx.2013- cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən (VÖEN **********) 13680 manat tutularaq tələbkar İddiaçı ödənilməlidir. İcra sənədi üzrə icraat zamanı məlum olmuşdur ki, borclu "xxxx" MMC-nin ünvan 6 ünvanında inşa etdiyi bina hazırda "xxxx" MTK tərəfindən idarə olunur. İcra sənədinin icrası ilə bağlı yaranmış zərurətlə əlaqədar olaraq, borclu "xxxx" MMC-nin "xxxx" MTK ilə hüquqi bağlılığının olub-olmaması və "xxxx" MMC tərəfindən inşasına başlanılmış binanın hansı əsasla hazırda "xxxx" MTK tərəfindən idarə olunması barədə məlumat verilməsi, həmçinin binanın tikintisinin davam etdirilməsinə hüquqverici sənədlərin surətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilməsi xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 3-52/2-2516/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncama əsasən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1042/d saylı razılıq məktubu və "xxxx" MMC-nin, xx.xx.2008-ci il tarixli, 28 saylı müraciəti nəzərə alaraq, Yasamal rayonu, X9 massivi, M.Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində yüksəkmərtəbəli yaşayış salarının tikintisinin layihələndirilməsi məqsədilə icarə əsasında həmin MMC-nin istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin nğını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə sində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Layihələndirmə başa edan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş andis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin unikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar atlarla razılaşdırsın. 5.Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihə sənədləri tam həcmdə Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçdikdən sonra tikinti işlərinə başlanmalıdır. Azərbaycan Respublikası «Torpaq Məcəlləsinin 66,67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti ilə torpağın icaro qaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Daşınmaz Əmlakın Dövlət Reyestr mətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təstiq edən arışı almalıdır. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya anda məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt masının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına alsın. Yuxarıda qeyd edilən bəndlər sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv Bəsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. -Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1042/d nömrəli Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubunda göstərilmişdir ki, Yasamal rayon İcra Hakimiyyətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xx.xx.2007-ci il tarixli, 37 saylı məktubu ilə müraciət edərək X9 massivi, Xiyabani küçəsi 18-də yerləşən 3600 kv.m. torpaq sahəsində 3 girişli, 14 mərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti qeyd olunan ünvanda MUR- AY MMC tərəfindən 3 girişli 14 mərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə etiraz etmir və qaldırılmış məsələni Sizin müzakirənizə təqdim edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Qərarın 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncama əsasən Yasamal rayonu, X9 massivi, M.Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində yüksəkmərtəbəli yaşayış salarının tikintisinin layihələndirilməsi məqsədilə icarə əsasında Mur-Ay MMC-nin istifadəsinə verilmiş, inşaat pasportu Mur-Ay MMC-nin adına rəsmiləşdirilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 121 nömrəli “Sərəncama əsasən Yasamal rayonu, X9 massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 688 saylı sərəncamı və 12305 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Yasamal rayon Məhkəməsinin 2(004)-5336/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən X2 xeyrinə 13650 (on üç min altı yüz əlli) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin "xxxx" MTK tərəfindən ödənilməsini tələb etməsi üçün binanın tikintisi və istifadəsinə dair sənədlərin "xxxx" MTK-nən adına keçirilməsi ilə bağlı müstəqil qaydada inzibati məhkəmə icraatında iddia qaldırmışdır. Halbuki, hazırkı halda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı, eləcə də hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının publik hüquq və mənafeyinin pozduğu hal müəyyən olunmur. Eləcə də iddia tələbindən iş üzrə təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdeh (borclu) qismində çıxış edən "xxxx" MMC-nin ləğvi ilə bağlı hüquqi fakt mövcud deyildir və iddiaçının tələbkar kimi məhkəmə qətnaməsinin icrasına icra icraatı qaydasında nail olması qanunla nəzərdə tutulduğu və ya "xxxx" MTK-ya qarşı mülki qaydada mübahisə açmaq imkanı istisna edilmədiyi halda iddiaçının "xxxx" MTKnın adına müvafiq rəsmiləşmələrinin aparılması ilə tələb etməyə subyektiv hüququ, eləcə də inzibati qaydada hazırkı iddianı qaldırmağa hüquqi marağı müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar