Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12663/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasının qərarının ləğv edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar əlilliyimin təyin edilməsi öhdəliyi ƏƏSMN-nin TSEK- üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 1992-cü ildə Füzuli rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağrılmış və döyüş əməliyyatı zamanı ağır xəsarət almışdır. Döyüş əməliyyatı zamanı aldığı xəsarətlər onu uzun illər narahat edir və xəsarətinin ağrıları onda nevroloji və psixoloji stresslər yaşadır. Bu streslərdən uzun müddətdir 2 saylı Psixoloji və digər xəstəxanalarda Stosianar müalicə alır. Aldığı müalicələr onun sağlamlığını bərpa etmir. Xəstəliyi ilə bağlı uzun müddət yenidən müalicələri davam etsə də 2025- ci ilin may ayında Forma 88 əsasında onun əlilliyini təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissyası tərəfindən verilmiş hər zaman olduğu kimi yenə guya natamam doldurulmuş, Diaqnoz əlilik əlaməti təyin etmir kimi imtina cavabı verilmişdir. Bildirilmişdir ki, 1993 cü ildə döyüş əməliyyatı zamanı aldığı ağır xəsarətlər Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən xx.xx.2022- ci il tarixində 351 saylı qərarla şahadətləndirilərək təsdiq edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş-beyin xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntu. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-"Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar əlillik təyinatına əsas verən xəstəlik (H60-H95) qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. Nəzərə çatdırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1970-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-95423/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2025-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 351 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Travmadan sonrakı serebrosteniya. Nevrotik reaksiyalar. Aşağı ətrafların funksional parezi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə zəif eşitmədən şikayət etmişdir. Müayinə zamanı sağ qulağında eşitmə cihazı olmuş, lakin müayinənin gedişatında cihazı çıxartmış, sualları normal eşitmiş, eyni qaydada cavablar vermiş, çətinlik yaşanmamışdır. Nevroloji olaraq defisit aşkarlanmamış, aşağı ətraflarda əzələ inkişafı paralel, reflekslər bərabər və canlı çağrılmış, əzələ gücü və tonusu dəyişiksiz olmuş, hərəki pozğunluq aşkar edilməmişdir. Psixi statusu: yüngül astenik əlamətlər qeyd edilmiş, epikrizlərdə qeyd olunmuş davranış pozuntuları, intellektual mnestik funksiyaların pozğunluğu qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, başağrıları, başgicəllənmədən, zəif görmədən şikayət etmişdir. Müayinə zamanı sualları normal eşitmiş, adekvat cavablar vermiş, çətinlik yaşanmamışdır. Nevroloji olaraq defisit aşkarlanmamış, aşağı ətraflarda əzələ inkişafı paralel, reflekslər bərabər və canlı çağrılmış, əzələ gücü və tonusu dəyişiksiz olmuş, hərəki pozğunluq aşkar edilməmişdir. Psixi statusu: suallara seçici olaraq, konkret olmayan cavablar vermiş, epikrizlərdə qeyd olunmuş davranış pozuntuları, intellektual mnestik funksiyaların pozğunluğu qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, torlu görmədən, aşağı ətraflarında olan ağrıdan, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında partlayış travması aldığını, 5-6 ildir eşitmə cihazından istifadə etdiyini bildirmişdir. Müayinə zamanı sağ qulağında kiçik eşitmə cihazı qeyd edilmiş, hər iki biləkdə çapıq, sağ əlin ovuc səthində əməliyyat çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Psixi statusu: ünsiyyətə sərbəst daxil olmuş, sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermiş, təfəkkürü ardıcıl, məntiqi, intellektualmnestik və koqnitiv funksiyaları yaşına uyğun olmuşdur. Emosional reaksiyaları stabil, situasiyaya uyğun olmuş, halhazırda əlillik təyinatına əsas verə biləcək psixopatoloji klinika aşkarlanmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 1460 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuşdur. X9 xx.xx.2022- ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hazırda, kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X1 xx.xx.2024- xx.xx.2024cü il tarixli 6868 nömrəli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi KBT nəticəsində şəxsiyyət dəyişikliyi. İfadə olunmuş psixopatik davranış, yaddaş və intellektin enməsi ilə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 80 dB, sol qulaqda 70 dB” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OD=0.04 k/ilə 0.4. Vis OS=Barmaq sayı k/i 0.05. DZ: OU-Mürəkkəb miopik astiqmatizm. OS-Makulodistrofiya. Ambliopiya” kimi qeyd edilmişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli Tibbi Rəyində diaqnoz “VİS OD 0.08 k/i 0.6 (onda altı). VİS OS 0.04 k/i 0.08 (yüzdə səkkiz). Anopsiya nəticəsində ambliopiya. Astiqmatizm” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi məsləhətdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən Ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda 5 (beş) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 351 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2007-ci il tarixli 1 71272 saylı məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldlğı və 13.09 1993-cü il tarixdən 02 10.1993-cü il tarixədək .Akademik Mir-Qasmov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “ Travmadan sonrakı serebröstenıya. Nevrotik reaksiyalar. Aşağı ətraf larin funksional parezi" (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2022-ci il tarixli 655 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 153 nömrəli arayışı, Akademik Mir-Qasmov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş çıxarış epikrizi, MN MHHK-nın sorğusuna 24.08 2022-ci ıl tarixli PFİS6.3-2-2022-1546 nömrəli cavab məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”
6. TSEK-Müayinələr: - xx.xx.2016-cı il tarixində “MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin pozuntusu, kəskin psixopotabənzər davranışı və yaddaş intellektin enməsi” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2 ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin xəstəliyi (KBT) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə göndərişin natmam doldurulması (Səbəb: Xəstəliyin başlanma tarixi xx.xx.1993, 1994-2015, 2017-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyiləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinələrlə öz təsdiqini tapmır.) səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “baş-beyin xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntu, başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demansiya” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: xüsusi səbəbdən- “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə- əlillik təyinatına əsas verən (H60-H95) qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) səbəbilə imtina edilmişdir.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 21 may 2025-ci il tarixli 3-17-4/3-1-11445/2025 nömrəli Qərarına əsasən: “Bakı şəhər sakini xx.xx.1970-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-95423/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2025-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 351 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Travmadan sonrakı serebrosteniya. Nevrotik reaksiyalar. Aşağı ətrafların funksional parezi” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə zəif eşitmədən şikayət etmişdir. Müayinə zamanı sağ qulağında eşitmə cihazı olmuş, lakin müayinənin gedişatında cihazı çıxartmış, sualları normal eşitmiş, eyni qaydada cavablar vermiş, çətinlik yaşanmamışdır. Nevroloji olaraq defisit aşkarlanmamış, aşağı ətraflarda əzələ inkişafı paralel, reflekslər bərabər və canlı çağrılmış, əzələ gücü və tonusu dəyişiksiz olmuş, hərəki pozğunluq aşkar edilməmişdir. Psixi statusu: yüngül astenik əlamətlər qeyd edilmiş, epikrizlərdə qeyd olunmuş davranış pozuntuları, intellektual mnestik funksiyaların pozğunluğu qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, başağrıları, başgicəllənmədən, zəif görmədən şikayət etmişdir. Müayinə zamanı sualları normal eşitmiş, adekvat cavablar vermiş, çətinlik yaşanmamışdır. Nevroloji olaraq defisit aşkarlanmamış, aşağı ətraflarda əzələ inkişafı paralel, reflekslər bərabər və canlı çağrılmış, əzələ gücü və tonusu dəyişiksiz olmuş, hərəki pozğunluq aşkar edilməmişdir. Psixi statusu: suallara seçici olaraq, konkret olmayan cavablar vermiş, epikrizlərdə qeyd olunmuş davranış pozuntuları, intellektual mnestik funksiyaların pozğunluğu qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, torlu görmədən, aşağı ətraflarında olan ağrıdan, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında partlayış travması aldığını, 5-6 ildir eşitmə cihazından istifadə etdiyini bildirmişdir. Müayinə zamanı sağ qulağında kiçik eşitmə cihazı qeyd edilmiş, hər iki biləkdə çapıq, sağ əlin ovuc səthində əməliyyat çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Psixi statusu: ünsiyyətə sərbəst daxil olmuş, sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermiş, təfəkkürü ardıcıl, məntiqi, intellektual-mnestik və koqnitiv funksiyaları yaşına uyğun olmuşdur. Emosional reaksiyaları stabil, situasiyaya uyğun olmuş, halhazırda əlillik təyinatına əsas verə biləcək psixopatoloji klinika aşkarlanmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 1460 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuşdur. X9 xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hazırda, kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6868 nömrəli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi KBT nəticəsində şəxsiyyət dəyişikliyi. İfadə olunmuş psixopatik davranış, yaddaş və intellektin enməsi ilə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 80 dB, sol qulaqda 70 dB” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OD=0.04 k/ilə 0.4. Vis OS=Barmaq sayı k/i 0.05. DZ: OU-Mürəkkəb miopik astiqmatizm. OS-Makulodistrofiya. Ambliopiya” kimi qeyd edilmişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli Tibbi Rəyində diaqnoz “VİS OD 0.08 k/i 0.6 (onda altı). VİS OS 0.04 k/i 0.08 (yüzdə səkkiz). Anopsiya nəticəsində ambliopiya. Astiqmatizm” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi məsləhətdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən Ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda 5 (beş) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.”
8. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin Azərbaycan Respublikasının ərazi xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət bütövlüyünün, müstəqilliyinin və Əsas diaqnoz F07.0 konstitusiya quruluşunun dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə müdafiəsi Azərbaycan Respublikasının ərazi Yüngül koqnitiv pozuntu, üzvi sayıqlama bütövlüyünün, müstəqilliyinin və Ağırlaşma F06.7 (şizofreniyayabənzər) pozğunluğu konstitusiya quruluşunun müdafiəsi Başqa rubrikalarda təsnif edilən, digər Azərbaycan Respublikasının ərazi dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, bütövlüyünün, müstəqilliyinin və Ağırlaşma F02.8 Başqa rubrikalarda təsnif edilən, digər konstitusiya quruluşunun dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya müdafiəsi
9. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2025 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2025
10. Stasionar müalicə aldığı müəsisələr: 2 Nömrəli X4 xx.xx.2024 xx.xx.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2022 xx.xx.2022 22 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2022 xx.xx.2022 9 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2023 xx.xx.2023 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2021 xx.xx.2021 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2023 xx.xx.2023 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı Psixi Sağlamlıq Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2022 xx.xx.2022 0 F07.0 Mərkəzi İkitərəfli qarışıq konduktiv və Klinik Xəstəxana xx.xx.2022 xx.xx.2022 0 H90.6 neyrosensor tipli ağır eşitmə Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2016 xx.xx.2016 30 F07.0 Psixiatriya Xəstəxanası
11. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2025 F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə Beyin MRT xx.xx.2025 İzlənilən kranial strukturlarının radioloji anatomik görünüşü normaldır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
15. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2025-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.
16. Hazırki iddia məcburetməyə dair iddiadır.
17. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. TSEK-Müayinələri: - xx.xx.2016-cı il tarixində “MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin pozuntusu, kəskin psixopotabənzər davranışı və yaddaş intellektin enməsi” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2 ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin xəstəliyi (KBT) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadə olunmuş psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə göndərişin natmam doldurulması (Səbəb: Xəstəliyin başlanma tarixi xx.xx.1993, 1994-2015, 2017-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyiləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinələrlə öz təsdiqini tapmır.) səbəbilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə” diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “baş-beyin xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranış, yaddaş və intellektin enməsi ilə, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntu, başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demansiya” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: xüsusi səbəbdən- “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə- əlillik təyinatına əsas verən (H60-H95) qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) səbəbilə imtina edilmişdir.
20. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) 1-Qarabağ müharibəsində 1993-cü ildə KBT alıb. Hərbi travmadır, AR-in müdafiəsi zamanı alınmışdır. Fenazepam, Karbamazepin. PSİXİ STATUS: Düşüncəsi aydındır. Müayinə zamanı narahatdır, ətrafa qıcıqlanır, bələdliyi məkana pozulub. Ünsiyyətə ləng, həvəssiz daxil olur. Təfəkkürü ləngdir, torpiddir, fikrini cəmləyə bilmir, diqqəti dağılır. Suallara cavab vermir, əsəbləşir, özündən çıxır, hövsələsizdir, aqressiv olur. Əşyaları qırır. Son vaxtlar yaddaşı zəifləyib. İntellektual-mnestik funksiyaları enikdir. Emosional labildir. Şöbədə olan zaman qəbul edib Fenazepam, Karbamazepin. MMSE-24, İQ-68 Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin Azərbaycan Respublikasının ərazi Əsas xəstəliyi (KBT mənşəli) nəticəsində şəxsiyyət bütövlüyünün, müstəqilliyinin və F07.0 diaqnoz dəyişikliyi, ifadəli psixopatabənzər davranış, konstitusiya quruluşunun müdafiəsi yaddaş və intellektin enməsi ilə Azərbaycan Respublikasının ərazi Yüngül koqnitiv pozuntu, üzvi sayıqlama Ağırlaşma F06.7 bütövlüyünün, müstəqilliyinin və (şizofreniyayabənzər) pozğunluğu konstitusiya quruluşunun müdafiəsi Başqa rubrikalarda təsnif edilən, digər Azərbaycan Respublikasının ərazi dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, bütövlüyünün, müstəqilliyinin və Ağırlaşma F02.8 Başqa rubrikalarda təsnif edilən, digər konstitusiya quruluşunun müdafiəsi dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya
21. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 351 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2007-ci il tarixli 171272 saylı məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldlğı və 13.09 1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Akademik Mir-Qasmov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “ Travmadan sonrakı serebröstenıya. Nevrotik reaksiyalar. Aşağı ətraf larin funksional parezi" (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2022-ci il tarixli 655 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 153 nömrəli arayışı, Akademik Mir-Qasmov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş çıxarış epikrizi, MN MHHK-nın sorğusuna 24.08 2022-ci ıl tarixli PFİS6.3-2-2022-1546 nömrəli cavab məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, 35-60 2 il ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə 65-80 2 il nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 23.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (2 nömrəli X4, Bakı Psixi Sağlamlıq Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası və Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası) təsdiqlənmişdir. İddiaçının İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır. 24.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2016-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2 nömrəli X4, Bakı Psixi Sağlamlıq Mərkəzi, Klinik Xəstəxana və Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 25.Məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkir və daimi müşahidə zərurəti var. 26.Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edən bir neçə xəstəliyin ağırlaşması (F07.0) öz təsdiqini tapmışdır. Lakin iddiaçıda aşkar olunan ağırlaşmaların yuxarıda qeyd edilən konkret hansı bəndlərə uyğun gəldiyini müəyyən etmək inzibati məhkəmə araşdırması çərçivəsində mümkün hesab edilmir (Xəstəliklərin meyarların 7.6.2.1-ci və 7.6.2.2-ci bəndlərinə uyğun gəldiyi müəyyən edilsə belə). Belə ki, iddiaçı digər xəstəliyin əsas diaqnozu “üzvi mənşəli şəxsiyyət pozuntusu” (F07.0) diaqnozundan da əziyyət çəkir. Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin cavabdehin qiymətləndirmə sərbəstliyinə əsasən müəyyən edilməli olduğu qənaətindədir. 27.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 28.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2025-ci il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 29.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 30.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
31. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
32. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
33. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
34. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
35. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
36. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
37. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
38. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva