Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12681/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunla nəzərdə tutulmuş əmək pensiyasının hesablanaraq ona verilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2026-cı il tarixdə iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və pensiyanın bu günə qədər verilməyən hissəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 27 may 2025-ci il tarixli, 3-17- 1/2-İ-l24023/2025 saylı, güzəştli şərtlərlə pensiya təyinatından imtina sənədində qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2017-ci il tarixli “güzəşt arayış”da qeyd olunur ki, İddiaçı həqiqətən də 66k saylı əmrlə xx.xx.1995-ci il tarixdə xx.xx.2003-cü il tarixədək Qaradağ sement zavodunun “Üyütmə” sexində Aspiratorçu, xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək X6 peşələri üzrə işləmişdir. 16 il zərərli iş stajı var və əlavə olaraq ümumi stajı 25 ildən çoxdur. Həyat yoldaşını uşaqlar körpə olan zaman elektrik cərəyanı vurub öldürmüşdür. İki körpə uşaqla tək qalmışdır. Sement zavoduna ən agır iş rejimi olan sexə işdə çalışmışdır. Saglamlıgını təmiz itirmiş və ayaqlarına bu istidə yun bağlayaraq yenədə işləyir. 1970-ci ildə doğulmuşdur. Əri həmin zavodda 1988-ci ildən 1995-cü ilədək işləmişdir. Ərinin ölümündən sonra onu ərinin yerinə işə götürmüşlər. Ərinin iş stajida ona qanunla verilməli olduğu halda cavabdeh bunları nəzərə almamışdır. Qadın kimi zərərli iş stajı olduğu üçün, iş stajı kafsentlə hesablanmalıdır. Bunların heç biri cavabdeh tərəfindən nəzərə alınmamışdır. Əri xx.xx.1963-il təvəllüdlü X10 oglu 1988-ci ildən öldüyü günədək həmin zərərli işdə sement zavodunda işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial və Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X4 Pensiya təyinat şöbəsi bilərəkdən həmin təqaüdü ona verməkdən boyun qaçırır və onun Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Əmək və Sosiallar haqqında Qanunun maddələrini kobudcasına pozaraq öz vəzifə səlahiyyətlərini aşmışdır. Cavabdeh 2017-ci ildən bu günə kimi qüvvədə olan Əmək haqqında Qanuna istinad edərək ona həmin təqaüdün verilməsindən imtina etmişdir. Qanunun vətəndaşın vəziyyəti yaxşılaşdırdığı halda geriyə qüvvəsi vardır. Onun iş stajı 1988-ci ildən götürülməli və bu günə kimi hesablanmalıdır. Belə olan halda onun zərərli iş stajı 24 ilə yaxındır. O, 45-yaşında pensiya ilə təmin olunmalı idi. Dəfələrə pensiya fonduna getsə də, ona bildirmişlər ki, pensiya təyin olunması mümkün deyil. 60 yaşında mümkün olacaq. X8 işləmişdir və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1 nömrəli Siyahısının Vİİİ bölməsinin 1080B000-17541 saylı şriftinə əsasən güzəştli pensiya hüququ verən peşələrə aiddir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar xx.xx.2025-ci il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-cİ il tarixli iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): İddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2-İ-124023/2025 nömrəli imtina məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənət n xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqnda” Qanunun 7-ci maddəsinə əsasən 64 ili 6 ayı tamam olmuş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az omayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına əsasən İddiaçı xx.xx.1970-ci il tarixində anadan olmuşdur və hazırda 55 yaşı vardır. Qeyd edilənlərdən də göründüyü kimi bugünki tarixə yaş tələbini ödəmədiyindən iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabiretinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların, həmin maddənin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı iddia ərzəsində mərhum həyat yoldaşının 1988-ci ildən 1995-ci ildə vəfat etdiyi tarixədək “HOLCİM” müəssisəsində (əvvəlki “Qaradağ” Sement zavodu) işlədiyini, daha sonra isə mərhum həyat yoldaşının yerinə özünün işə qəbul edildiyini, bu səbəblə də mərhumun işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməli olduğunu qeyd etmişdir. Yuxarıda qeyd edilərdənlərə münasibətdə bildirilmişdir ki, hər hansı qanunvericilik aktında şəxsin sosial sığorta stajının başqasına ötürülməsi nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sosial sığorta stajı fərdi xarakter daşımaqla, birbaşa şəxsin özünün əmək fəaliyyətinin nəticəsidir və başqa şəxslərə ötürülə bilməz. Bu məhdudiyyətin əsas məqsədi isə əmək müncsibətlərində şəxsi məsuliyyəti və fərdi hüquqi nəticələri qorumaqdır. Habelə Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qeyd edilənlərdən də göründüyü kimi sosial sığorta stajı kimi pensiya hüququ da şəxsə bağlı olan hüquqdur, bu hüquq hər hansı pensiya məbləğinə deyil, məhz həmin şəxs tərəfindən pensiya tələbinə dair hüquqdur və şəxsin vəfatı ilə bu hüquqa da xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasna dair" 14.11,2014-cü il tarixli qərarında qeyd etdiyi kimi "...Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin yalnız konkret şəxsin mövcud əmlakına münasibətdə tətbiq edilən olduğunu və əmlakın əldə edilməsi hüququna təminat vermədiyini (Marks Belçikaya qarşı iş üzrə 13 iyun 1979-cu il tarixli Qərar, §50) nəzərə alan Avropa Məhkəməsi X1rşı iş üzrə 14 iyun 2011-ci il tarixli Qərardadında qeyd etmişdir ki, əgər dövlətin daxili qanunvericiliyində müvafiq hüquq nəzərdə tutulmamışdırsa, Konvensiyanın qeyd olunan norması öz-özlüyündə pensiyanın hər hansı növünə və ya onun müəyyən həcminə olan hüquqa təminat vermir. Digər tərəfdən iddiaçı *5 yaşından pensiya hüququnun yarandığını qeyd edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 2015-ci ildən pensiya təyin edilmə j olduğunu qeyd etmişdir. Yuxarıda qeyd edilənlərə münasibətdə bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycar Respublikasının Qanunununa əsasən qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Yəni iddiaçının xx.xx.1997-ci il tarixinədək 45 yaşı tamam olsaydı həmin yaşdan pensiya hüququ yaranarck. Lakin göründüyü kimi iddiaçının 45 yaşı xx.xx.2015-ci il tarixində tamam olmuşdur. Digər tərəfdən qeyd edilmişdir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanurun 13-cü maddəsinin nə “a”, nə də “b” bəndindəki tələb edilən ümumi is stajı yoxdur. Eyni zamanda bildirilmişdir ki, iddiaçının mübahisələndirilən ümumi iş stajı yoxdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 10 il 2 ay (01.11,1995 xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçir İməsi və ödənilməsi Qaydasfmn 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xısusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Gaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan fransı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunlucu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq gös'ərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “HOLCİM” müəssisəsinin xx.xx.2017-ci il tarixli “güzəştli arayışı”nda iddiaçının xx.xx.1995ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “aspiratorçu” < 1140100a-11136), xx.xx.2003-cü il tarixindən xx.xx.2012-ci il tarixinədək sement dəyirir anı maşinisti (1140100a-14345) işlədiyi və həmin peşələrin zərərli olduğu qeyd edilmişdir. İddiaçı “Vətəndaşlarır pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Belə olan halda, güzəştli arayışda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və qöstəricilərir ” Siyahısında nəzərdə tutulmuş hansı bölməyə və vəzifələrə uyqun olduğu qeyd edilməlidir. Lakin göründüyü kimi sözügedən arayışda heç bir siyahıya və bölməyə istinai edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən mə:buetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni icdiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Zöhrab qızı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLART V-ЖГ 352288 №-li “nikahın bağlaması haqqında şəhadətnamə”dən görünür ki, X7 və X3 arasında 05 iyun 1990-cı il tarixdə nikah bağlanmışdır. Bundan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İV-ЖГ 352288 №-li “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İddiaçıya məxsus ИT-İ seriyalı ******* №li əmək kitabçasınnın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1995-ci il tarixdən X8 “Üyütmə” sexində Aspiratorçu vəzifəsində işə başlamışdır. Onun xx.xx.2006-cı ilədək olan ümumi stajı – 10 il 2 ay 1 gün təşkil edir. Holcim (Azərbaycan) ASC tərəfindən iddiaçıya verilmiş verilmiş xx.xx.2017-ci il tarixli “güzəştli arayış”da göstərilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı 66 k saylı əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qaradağ sement zavodunun “Üyütmə” sexində Aspiratorçu, xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək X6 peşələri üzrə işləmişdir. Aspiratorçu (1140100a - 11136) və X6 peşəsi (1140100a - 14345) zərərlidir və güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın ümumi müddəti 16 il 6 aydır. Qaradağ sement zavodu Vergilər Nazirliyin ********** saylı qeydiyyatına əsasən xx.xx.2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun)ləsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azır 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-cı il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların, həmin maddənin "b bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş staj mız 20 ildən az (10 il 2 ay (xx.xx.1995-xx.xx.2005- ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd edilənlərə əsasən, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmişdir):
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın bu günə qədər ödənilməmiş hissəsinin ödənilməsindən ibarətdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci il tarixində doğulmuş və hazırda 55 yaşı vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan, 45 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “b” bəndinə əsasən isə, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini qeyd olunan qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan, 52 yaşı tamam olmuş qadınlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göstərilən qanun normalarının məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı kimi şərtlərin hamısı birlikdə mövcud olmalıdır. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını istisna edir. Bundan əlavə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq keçid müddəalarına əsasən, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin 01 yanvar 2006-cı il tarixinədək formalaşması tələb olunur. Bu baxımdan, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 01 yanvar 2006-cı il tarixinədək aşağıdakı şərtlərin mövcud olması zəruri idi: 45 yaş həddinə çatması; azı 15 il ümumi iş stajının olması; bu stajın azı 7 il 6 ayının güzəştli iş stajı təşkil etməsi.
Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının 45 yaşı yalnız 2015-ci ildə tamam olmuşdur. Bu isə o deməkdir ki, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi 01 yanvar 2006-cı il tarixinədək təmin edilməmişdir. Bundan başqa, iş materialları və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 15 il ümumi iş stajının mövcud olması təsdiq edilmir. Əksinə, həmin tarixə onun cəmi 10 il 2 ay ümumi iş stajı olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan minimum staj müddətindən xeyli azdır.
Beləliklə, həm yaş həddi, həm də tələb olunan ümumi iş stajı baxımından iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş şərtlər yerinə yetirilmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin nə “a”, nə də “b” bəndlərində nəzərdə tutulmuş şərtlərə cavab vermədiyi müəyyən olunur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun mərhum əri 1988-ci ildən vəfat etdiyi tarixədək, yəni 1995-ci ilədək “HOLCİM” müəssisəsində (əvvəlki “Qaradağ” Sement zavodu) işləmiş, ərinin vəfatından sonra isə o, həmin müəssisədə mərhumun yerinə işə qəbul edilmişdir. İddiaçı bu əsasla mərhum ərinin işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. Məhkəmə iddiaçının göstərdiyi hallara və irəli sürdüyü tələblərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, həmin dövrlər üzrə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə formalaşan müddətin, habelə qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun qeyd olunan normasından göründüyü kimi sosial sığorta stajı hər bir şəxsin fərdi əmək fəaliyyətinin nəticəsi olmaqla, fərdi xarakter daşıyır və yalnız həmin şəxsin işlədiyi və sosial sığorta haqları ödənilmiş dövrlər əsasında müəyyən edilir. Bu baxımdan sosial sığorta stajının başqa şəxsə ötürülməsi və ya başqa şəxsin əmək fəaliyyəti nəticəsində formalaşmış stajın digər şəxsin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Sosial sığorta stajının fərdi xarakter daşıması əmək münasibətlərinin də mahiyyəti ilə uzlaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işçi ilə işəgötürən arasında fərdi qaydada bağlanan və tərəflərin əmək münasibətləri üzrə hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Bu isə o deməkdir ki, əmək münasibətlərindən irəli gələn hüquq və vəzifələr, eləcə də həmin münasibətlər nəticəsində yaranan hüquqi nəticələr birbaşa həmin əmək müqaviləsinin tərəfi olan şəxslərə məxsusdur və başqa şəxslərə keçə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, sosial sığorta stajı kimi pensiya hüququ da şəxslə sıx bağlı olan hüquqlardandır. Pensiya hüququ hər hansı pul məbləğinin özünə deyil, şəxsin qanunla müəyyən edilmiş şərtlər daxilində pensiya tələb etmək hüququna aiddir. Bu hüquq şəxsin öz əmək fəaliyyəti ilə bağlı olduğundan və fərdi xarakter daşıdığından, şəxsin vəfatı ilə həmin hüquqa da xitam verilir və bu hüququn digər şəxsə keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, mərhum şəxsin əmək fəaliyyəti nəticəsində formalaşmış sosial sığorta stajının iddiaçının sosial sığorta stajına daxil edilməsi barədə tələb qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Əlavə olaraq, iddiaçı iddia ərizəsinin əsaslandırılma hissəsində həmçinin qeyd etmişdir ki, onun 45 yaşdan pensiya hüququ yaranmışdır və bu əsasla ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 2015-ci ildən pensiya təyin edilməlidir. Məhkəmə iddiaçının bu arqumentinə münasibətdə bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununa əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş pensiya yaş hədləri dəyişdirilmiş və 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılması müəyyən edilmişdir. Bu isə o deməkdir ki, qanunvericilikdə nəzərdə tutulmuş əvvəlki qaydaya əsasən 45 yaşdan pensiya hüququ yalnız 01 avqust 1997-ci il tarixinədək həmin yaş həddinə çatmış şəxslərə şamil edilə bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının 45 yaşı 10 iyul 2015-ci il tarixində tamam olmuşdur. Belə olan halda iddiaçı qeyd olunan qanun dəyişikliyindən əvvəl mövcud olmuş pensiya yaş həddi ilə pensiya hüququ əldə etmiş şəxslər kateqoriyasına aid edilə bilməz. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının həm mərhum ərinin əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilməsi, həm də 45 yaşdan pensiya hüququnun yaranması barədə irəli sürdüyü tələblər qanunvericiliyin tələbləri ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. İddiaçının güzəştli iş stajına münasibətdə qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən onun güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmişdir. Həmin arayışdan və iddiaçının əmək kitabçasında olan qeydlərdən görünür ki, İddiaçı 01 yanvar 2006-cı il tarixinədək güzəştli şərtlərlə hesablanan iş stajı ümumilikdə 10 il 2 ay təşkil etmişdir. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş minimum həddən, yəni 7 il 6 aydan artıqdır və bu baxımdan iddiaçı tərəfindən güzəştli iş stajına dair tələb olunan şərtlərdən biri ödənilmiş hesab edilə bilər. Lakin məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yalnız güzəştli iş stajının mövcudluğu ilə məhdudlaşmır. Bu hüququn yaranması üçün eyni zamanda qanunvericiliklə müəyyən edilmiş minimum ümumi sığorta stajının mövcudluğu da zəruri şərtlərdən biridir. Yuraxıda qeyd olunanlardada göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər onun qanunvericilikdə nəzərdə tutulmuş həddə uyğun ümumi iş (sığorta) stajına malik olduğunu təsdiq etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş minimum həddən artıq olsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan digər zəruri şərtlər, o cümlədən qanunvericilikdə müəyyən edilmiş ümumi iş stajı mövcud olmadığından iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev