Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12687/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 193 nömrəli sərəncamına əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Ərkivan qəsəbə sakini, müharibə əlili İddiaçı və digərləri Rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmışlar. İddiaçı (bundan sonra iddiaçı) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur: “...Siz Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmusunuz və Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 193 №-li sərəncamına əsasən İİ dərəcəli Vətən müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmisiniz. Daha sonra isə ünvan 1 ünvanına qeydiyyata alınmısınız. Məlumat üçün diqqətinizə çatdırırıq ki, “ünvan 6itinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə edirlər. Eyni zamanda bildiririk ki, Mənzil Məcəlləsinin 55.1.3. maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar və həmin vətəndaşların mənzil uçotunun Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyətinin sərəncamında boş mənzil fondu olmadığı üçün vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi imkanımız xaricindədir. Yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yalnız Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı xüsusi proqram əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup Vətən Müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Qubadlı azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı, "Vətən müharibəsi iştirakçısı" və "Döyüşdə fərqlənməyə görə" medallarla təltif edilmişəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. Bildirir ki, xx.xx.2022-ci il tarixədək Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmuşam və Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 99 №li sərəncamına əsasən 2-ci dərəcəli Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə köçməyi ilə əlaqədar ünvan 2 ünvanında qeydiyyata alınmışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun tələblərinə əsasən, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən ünvan onun yaşayış yeridir. Ona görə də Qanunun tələblərinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmış və Masallı rayonunda qeydiyyatda olduğu ünvandan çıxdığı üçün cavabdehdən ünvan 4uqunun həyata keçirilməsində, mənzil növbəlik sənədləri Bakı şəhərinə köçürülməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona imtina verilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə müraciət edərək mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmuş İddiaçı Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 193 №-li sərəncamına əsasən Vətən müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Bundan sonra o, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Bildirilir ki, hazırda qüvvədə olan “ünvan 6itinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər”. Bundan başqa, Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar və həmin vətəndaşların mənzil növbəliliyinin Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı mənzil növbəsinə götürülməsinə imtina cavabı verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. (Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.) Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”:
1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər; Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ünvan 6itinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”:
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktlarıilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzilfondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.5. dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçotnorması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması. 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayəmüqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48cimaddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onlarınyaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanıhəyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1- Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinayaaşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdimedilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaqhüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsindənəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günümüddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 53.3-cü bənd, yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri- yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 6.8-ci bənd, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət vəya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla göndərilmiş Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli 193 nömrəli Sərəncamından da göründüyü kimi iddiaçı Masallı rayonu, Ərkivan qəsəbə sakini olan müharibə əlili İddiaçı Masallı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmçinin, məktubda qeyd edilmişdir ki, İddiaçı Masallı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, lakin mənzil ilə təmin edilməmişdir. Göründüyü kimi, Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 193 nömrəli Sərəncamı qüvvədədir və ləğv edilməmişdir. Beləliklə, Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə nəzərdə tutulmuş vəzifələr dövlət tərəfindən ödənilmişdir. İddiaçı isə yuxarıda adıçəkilən yerli icra hakimiyyəti orqanının sərəncamın qəbuluna əsas olmuş hallara yenidən istinad etməklə başqa ərazi üzrə müvafiq yerli icra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş edir ki, məhkəmə bununla bağlı iddianın əsassız olması qənaətindədir. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verən və həmin sərəncamın verilməsindən imtina edən inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Məhkəmə hesab edir ki, Masallı Rayon İcra Hakimiyyəti “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci yarımbəndinə uyğun olaraq öz vəzifəsini icra etmiş və iddiaçının mənzil növbəsinə uçota alınmasını həyata keçirmişdir ki, həmin vəzifənin yenidən eyni əsasla digər yerli icra hakimiyyəti orqanından tələb edilməsi əsassız kimi qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin ediləcəyi, eyni zamanda iddiaçı yaşayış yerini müəyyən müddətdən bir dəyişəcəyi təqdirdə qeydiyyatda olacağı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə eyni əsaslarla götürüləcəyi təqdirdə digər növbəyə götürülmə ilə bağlı sərəncamlar ləğv edilmədən iddiaçıya mənzili əldə etməsində özü ilə eyni kateqoriyadan olan şəxslərə nəzərən üstünlük hüququ yaradacaq və ya həmin üstünlük mənzilin verilməsi ilə bağlı olmasa da növbədə dayanma sırası ilə bağlı olacaqdır. Beləliklə, yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva