Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12688/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Naziri qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək insan Hüquqlarının və X7 X5 və onun Protokollarını xx.xx.2002-ci ildə imzalayan Azərbaycan Respublikasında Konvensiyanın 1ci Maddəsinin (İnsan Hüquqlarına hörmət olunması öhdəliyinin), 2-ci Maddəsinin (Yaşamaq hüququnun), 3-cü Maddəsinin (İşgəncələrin qadağan olunması hüququnun), 6cı Maddəsinin (Ədalətli Məhkəmə araşdırması hüququnun), 13-cü Maddəsinin (Səmərəli hüquqi müdafiə vasitələri hüququnun), 14-cü Maddəsinin (Ayrı-seçkiliyin qadağan olunmasının) pozulması faktının qurbanı olduğumu, qərəzli, əsassız, qanunsuz, saxta “cinayət prosesini” qəsdən həyata keçirən orqanın, Nəsimi RPİ-nin İŞ-nin və Nəsimi rayon prokurorluğunun sui-istifadəsi və sui-qəsdi nəticəsində qərəzli, əsassız və qanunsuz olaraq, təqsirləndirilən şəxs qismində cəlb edildiyini, iddiaçının 10 il, 2013-2023-cü illər ərzində işgəncələrə məruz qoyulduğunu, iddiaçıya külli miqdarda fiziki, maddi və mənəvi ziyanlar vurulduğunu, iddiaçının hüquqi yardım göstərdiyi icra sənədi üzrə iş vaxtının itirilməsinə və göstərdiyi hüquqi yardıma görə zəhmət haqqının, ödənilməmiş məbləğin qaldığını, iddiaçıya verilmədiyini, səhhətinin, sağlamlığının əhəmiyyətli dərəcədə pozulduğunu, 2 il ərzində müalicə olunsa da bərpa olunmadığını, iddiaçının inkişaf etmiş xarici ölkələrdə müalicə olunmalı olduğunu, 10 illik zəhmət haqqının və iddiaçıya ödəniləcək kompensasiyanın hər il üçün AR Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq iddiaçıya ödənilməsi və habelə iddia tələblərinin əsaslı və qanuni olduğunu nəzərə alaraq, iddiaçıya dəymiş maddi ziyanın əvəzində 300000 (üç yüzmin) manat, fiziki ziyanın əvəzində 200000 (iki yüz min) manat, mənəvi ziyanın əvəzində 350000 (üç yüz əlli min) manat, cəmi 850000 (səkkiz yüz əlli min) manat məbləğində təzminatın, kompensasiyanın AR-nın Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, saxta “cinayət prosesini” həyata keçirən orqanın, Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin və İŞ-nin, Bakı şəhər BPİ-nin, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin, AR DİN-nin və Bakı şəhəri Nəsimi rayon prokurorluğunun, Bakı şəhər prokurorluğunun, AR Baş Prokurorluğunun, sui-istifadəsi və sui-qəsdi nəticəsində qərəzli, əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə və işgəncələrə məruz qaldığına görə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ və Nəsimi rayon prokurorluğu rəsmi qaydada iddiaçıdan üzr istəməli və 2013-2023-cü illər üzrə 10 illik zəhmət haqqının və ödəniləcək kompensasiyanın hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq iddiaçıya ödənilməsi, iddia tələbinin tam təmin edilməsi, iddiaçıya dəymiş maddi ziyanın əvəzində 300000 (üç yüz min) manat, fiziki ziyanın əvəzində 200000 (iki yüz min) manat, mənəvi ziyanın əvəzində 350000 (üç yüz əlli min) manat, cəmi 850000 (səkkiz yüz əlli min) manat məbləğində təzminatın və kompensasiyanın Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ödənilməsi barədə ədalətli, əsaslı və qanuni məhkəmə qərarı çıxarılmalıdır. 2013-2023-cü illər 10 il ərzində polis idarələrinə, prokurorluğa, məhkəmələrə taksi ilə gedib-gəlməyə, kompyuter, printer, kağız, rəng almağa, yazışmalara, poçtla məktub, teleqram göndərməyə, həkimlərə, müalicə olunmağıma, iynə və dərmanlara 500000 (beş yüz min) manat pul xərcləmişdir, 10000000 (on milyon) manatlıq stress pozuntusu qazanmışdır, amma ağlabatan məbləğdə 850000 (səkkiz yüz əlli min) manat pul tələbi irəli sürmüşdür. İddiaçı bunu aşağıdakılarla əsaslandırmışdır. Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X33 3 dəfə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” əsaslı və qanuni qərar çıxarsa da, X15 Ombudsmanda işləməsindən qorxub, çəkinib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb, AR CM-nin 308-309-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədib, qərəzli olaraq, mülki işi cinayət hadisəsi adlandırıb, qanunsuz hərəkətləri ilə qərəzli, əsassız, qanunsuz saxta “cinayət prosesini” qəsdən həyata keçirib, sui-istifadə və sui-qəsd nəticəsində qərəzli, əsassız və qanunsuz olaraq məni təqsirləndirilən şəxs qismində cəlb edib, həmin mülki iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 125.6-cı və Azərbaycan Respublikası CPM-nin 23-cü maddələrinin tələblərinə zidd olaraq müəyyən olunmamış hüquqi üsullar tətbiq edib, fövqəladə məhkəmə yaradıb, qəsdən qanunsuz olaraq iddiaçının ev telefonu dinlənilir, mobil telefonu digər istiqamətlərə yönləndirilir, barəsində məcburi gətirilmə, axtarış və polisin nəzarətinə vermə, “Sərhədkeçməyə Məhdudiyyət” siyahısına daxil edilməklə ölkədən çıxışıma məhdudiyyət qoyulma barədə əsassız və qanunsuz qərarlar çıxarıb, iddiaçının hər gün polisə getməyini tələb edib, xəstə yataqda məhkəmə qərarı olmadan dəfələrlə, polislə zor tətbiq etməklə, quldurluqla evinə basqın edilib, Nəsimi RPİ-nin İŞ-də toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 1 il ərzində 3-cü qərarı xx.xx.2020-ci il tarixdə çıxarıb, iddiaçıdan gizlədib, ona verməyib, əsassız və qanunsuz olaraq ondan pul tələb edib və pulu olmadığına görə mülki iş üzrə xx.xx.2020-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsilə əsassız və qanunsuz “cinayət işi” başlayıb və bununla da hüquqi müəyyənlik prinsipini pozaraq, onun məhkəmə qərarının məcburiliyinə etimadını qırıb və onunu qanuni olaraq alacağını gözlədiyi məbləği məhkəmə yolu ilə almaq imkanımdan məhrum edib, yalan məlumatla iddiaçı təhqir ediblər, məhkəmə qərarı olmadan 3 nəfər polis işçisi iddiaçının xəstə yatdığı vəziyyətdə 4 dəfə evinin pəncərəsini sındırıblar, evinə qanunsuz giriblər və X29in yanına aparıblar, o özbaşınalıqla onu saat 00-a qədər saxlayırdı, hətta iddiaçının işlə tanış olduğu qeydlərini cırırdı. O Nəsimi RPİ-dən Sabunçu qəsəbəsinə yaşadığı evinə yaşadığı evinə bahalı taksi ilə çətinliklə gedirdi. Bunun nəticəsində iddiaçı heç nə ilə əvəz edilməyən sağlamlığını itirmişdir. Postravmatik stress pozuntusu və fobiya qazanmış, səhhətinə çox pis təsir edib, əlləri əsir, tez-tez pis əsəbiləşir, təcili tibbi yardım maşını gələndə elə bilir ki, polislər onu yenə qanunsuz aparmağa gəliblər, bu travmalar iddiaçının üçün 10.000.000 (on milyon) manatdan yuxarı maddi və mənəvi ziyandan artıqdır. Çünki iddiaçı 2 il ərzində müalicə oluna bilmədi, inkişaf etmiş xarici ölkələrdə müalicə oluna bilər. AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru, Tibb elmləri doktoru, professor Fuad İsmayılov xx.xx.2023-cü il tarixdə onu müayinə edib və Postravmatik stress pozuntusu F43.1 Diaqnozu ilə 2281 nömrəli Rəy yazıb. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Tağı Tağıyevin barəsində Xüsusi Qərarı çıxarıldıqdan sonra iddiaçıdan gizlədilmiş iş materialları ilə tanış ola bilmiş, iş materiallarından çıxarışları, həm qanuni və həm də qanunsuz çıxarılmış qərarları ala bilmişdir. X28 2-ci növbəli vərəsə olmasına və habelə 1-ci növbəli vərəsələrin mövcud olmasına və bacısı uşaqları öz miras paylarından imtina etmələrinə baxmayaraq, Sabunçu RPİ-nin 12-ci pb-nə 6 il əvvəl, xx.xx.2017-ci ildə qərəzli, əsassız və qanunsuz şikayət ərizəsi yazaraq, onun bacısı X12 əvvəlki işinə bərpa olunmasına və məcburi işburaxmaya görə əmək haqqının alınmasına hüquqi yardım göstərmiş, sağlığında əvvəlki işinə bərpa olunmasına və ölümündən sonra əmək haqqının alınmasına qismən nail olmuş İddiaçı təşəkkür etmək əvəzinə, heç bir səlahiyyəti olmadan 2200 manat pul tələb etmişdir. Həmin iş mülki icraat qaydasında məhkəmədə baxılmalı, həll edilməli olduğuna görə Nəsimi RPİnin İŞ-nin bir neçə müstəntiqləri, Rasim Məmmədovun xx.xx.2017-ci il tarixli, Kamran Əliyevin 10.11. 2017-ci il tarixli, Elşən Əbdülhüseynlinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018ci il tarixli, xx.xx.2018-ci il tarixli, Vüsal Həsənquliyevin xx.xx.2019-cu il tarixli, Ceyhun Mircavadlının xx.xx.2019-cu il tarixli, 07. 09.2019-cu il tarixli, həmçinin qərəzli, əsassız və qanunsuz “cinayət işi” başladığına görə barəsində Xüsusi Qərar çıxarılmış X29 tərəfindən 3 dəfə, xx.xx.2019-cu (2020-ci) il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, cəmi 11 (on bir) dəfə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə ədalətli, əsaslı və qanuni qərarlar çıxarılmışdır və AR MPM-nin 4-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi X18 tövsiyyə edilmişdir. X28 qərəzli olduğu üçün Qanunlara hörmətsizlik edərək, 11 (on bir) dəfə çıxarılmış “cinayət işinin başlanmasının rədd edilməsi” barədə ədalətli, əsaslı və qanuni qərarlara məhəl qoymayıb, AR MPM-nin 4-cü maddəsinin tələblərinə əsasən 6 il ərzində məhkəməyə müraciət etməyib, heç bir səlahiyyəti və hüququ olmadan müxtəlif orqanlara qərəzli, əsassız və qanunsuz şikayətlər yazıb, nəhayət 2020-ci ildə Ombudsmanda işə düzəldildikdən sonra, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb, iddiaçı barəsində qərəzli, əsassız və qanunsuz “cinayət işi”nin başlanmasına nail olub, əsassız və qanunsuz tələb etdiyi 2200 manat pulun məbləğini artıraraq 6254 manat yazıbdır. Belə ki, cavabdeh X28 tamahkarlıqla zəhmətsiz gəlir əldə etmək və əsassız varlanmaq məqsədilə, əsassız və qanunsuz olaraq məndən tələb etdiyi pulunu ala bilmədiyi üçün onun 4 il ərzində çəkdiyim zəhmətini-əməyini itirmiş, onu təhqir etmək, şərəf-ləyaqətimi və işgüzar nüfuzunu ləkələmək və zəhmət haqqı almaqdan məhrum etmək üçün qəsdən bilə-bilə yalan xəbərçilik etmiş, onun barəmdə qeyri-insani, şantaj və şər-böhtan xarakterli fabrikasiya metodu ilə formal mülahizələrdən ibarət tam əsassız və qanunsuz ərizə yazmış, Sabunçu RPİ-nin 12 saylı PB-nə vermiş və cavabdeh X8 mənə 20 (iyirimi) il müddətinə verdiyi etibarnaməni cavabdeh X15 hədə-qorxusu ilə ləğv etmiş və mənim 4 il ərzində çəkdiyi zəhmətini, əməyini itirmiş, iddiaçını təhqir etmiş və zəhmət haqqı almaqdan məhrum etmişdir. 2-ci növbəli vərəsə Elxan Nağıyevə o puldan verməyi heç vaxt vəd və söz verməmişdir. O isə, mərhum bacısının uşaqlarına vermək üçün məndən pul istədiyini yalan bəhanələr ilə bildirmişdir. Halbuki, Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X25 hazırkı mülki iş üçün əhəmiyyətli zəruri sübutları olan X14 və onun 1-ci növbəli vərəsəsi cavabdeh X4 məxsus qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin xx.xx.2017-ci il tarixdə iddiaçının iştirakı ilə verilməsinə səbəb olmuş iş materialından çıxarışları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi üçün Ağstafa rayon notariat ofisi tərəfindən ona verilməsinə dair ərizəni təmin etmiş, iş materialından çıxarışların surətini əsli ilə düzdür təstiq etmiş və xx.xx.2021-ci il tarixli 377 nömrəli məktubla məhkəməyə təqdim edilməsi üçün ona vermişdir. Həmin sənədlərdən görünür ki, iş üçün əhəmiyyətli olan hallar müəyyən edilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə səbəb olmuş iş materialından çıxarışları ilə sübut olunub ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşayan 1-ci növbəli vərəsələri-X9 (şəxsiyyət vəsiqəsi: Ağstafa RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilib, seriyası AZE, № 139 26203) və X10 (şəxsiyyət vəsiqəsi: Ağstafa RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilib, seriyası AZE, № ********) və Gəncə şəhəri, Kəpəz rayonu, 3- MİK, ev 22A, mənzil 21-də qeydiyyatda olan və yaşayan X13 (şəxsiyyət vəsiqəsi: Asan- Gəncə tərəfindən xx.xx.2014-cü il tarixdə verilib, seriyası AZE, № ********) “Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)- 1267/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin tam icra edilməsi, yəni xx.xx.2012-ci il tarixdən başlayaraq tələbkar X19 işə bərpa edildiyi xx.xx.2016-cı (xx.xx.2016-cı) il tarixədək 51 aylıq çarəsizlikdən məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq və mənəvi zərərin əvəzi olaraq bir min manat məbləğində pul vəsaitinin Qazax rayon İcra Şöbəsi tərəfindən borclu Bakı Dövlət Universitetinin Qazax filialının bank hesabından məcburi qaydada tutularaq xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X12 vərəsəsinə etibarnamə üzrə nümayəndə vasitəsilə ödənilməsini təmin etmək üçün atası X4 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsinə onun heç bir etirazını yoxdur, razı və onlar öz payından imtina edilmişdir” məzmunda Razılıq Ərizələri vermişlər. Qanunun mənasına görə öz paylarından imtina edən 1-ci növbəli vərəsələrin əvəzində 2-ci növbəli vərəsə Elxan Nağıyevə miras puldan pay düşmür və mənim zəhmət haqqımı verməkdən imtina etmək məqsədilə verdiyi qərəzli, əsassız və qanunsuz şikayət ərizəsinin rədd edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli ədalətli, əsaslı və qanuni qərarı çıxarılmışdır. İddiaçının zəhmət haqqının alınıb ona verilməsi barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməli olduğu halda Binəqədi rayon məhkəməsi qanunvericiliklə əsaslandırılmamış xx.xx.2023-cü il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsi ilə əsaslı və qanuni iddianı təmin etməyib, çıxarış verib. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqləri cinayət işinin başlanmasını 11 dəfə rədd ediblər, AR MPM-nin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət etməsi X18 tövsiyyə edilib. Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli 082-42706 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Nəsimi RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli “cinayət işi” ilə əlaqədar istintaq müddətində sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməklə, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur, amma ona qərar verilməmişdir. İddiaçı bildirmişdir ki, müstəntiq T.N.Tağıyev özünün qulluq mövqeyindən sui-istifadə edərək, xx.xx.2021-ci il tarixdə eyni gündə 2 qərar çıxarıb, “cinayət işi” üzrə icraatın dayandırılması barədə və “cinayət işi” üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə qərəzli, əsassız və qanunsuz qərarlar çıxarıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın 5(006)-20/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının ABB-da olan hesabından çıxarılmış pulların fotoşəkillərinin götürülməsinə dair X29in vəsatəti təmin edilib, amma qərar ondan gizlədilib və ona verilməyibdir. X16 “ittiham” elan etmək haqqında xx.xx.2021-ci il tarixdə qərar çıxarıb, iddiaçının çoxsaylı şikayətlərindən sonra, xx.xx.2021-ci il tarixdə 1 ay sonra surətini ona da verib. X29 vəsatətimin təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixdə qərar çıxarıb, çoxsaylı şikayətlərindən sonra, xx.xx.2021-ci il tarixdə 15 gün sonra surətini ona da verib. Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov 9 ay ərzində məhkəmə istintaqı araşdırmaları apardıqdan sonra 1(006)-27/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət təqibindən imtina olunduğundan onun AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Qərardan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər qərara alınmışdır və bundan (4 il) sonra məni Nəsimi RPİ-nə İŞ-nə və 20-ci PBnə aparmağı dayandırıblar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərəzli, əsassız və qanunsuz, şər-böhtan “şikayət” üzrə çıxardığı 1(006)-27/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ədalətli, əsaslı və qanuni olduğu üçün apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir və habelə qanuni qüvvəsini almışdır. Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2022 saylı xx.xx.2022-ci il tarixli ədalətli, əsaslı və qanuni qərarında şahid X6 və şahid X17 ifadələri ilə təstiq olunmuşdur ki, mərhum Kəmalə Nağıyeva sağlığında onun xeyrinə qətnamə çıxarılacağı təqdirdə qət olunacaq və alınacaq pul məbləğinin yarısını ona verəcəyinə dair söz vermişdir və Elxan Nağıyevin ondan pul tələb etmək hüququ yoxdur, o, qərəzlidir, əsassızdır və qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsi iddiaçının etirazına əsasən xx.xx.2014-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayətini rədd etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadını dəyişdirmədən qanuni qüvvədə saxlamışdır. X12 qardaşı X28 özünü normal idarə edə bilmədiyi üçün əvvəllər hər gün, hər vaxt, gündüz-gecə, hətta qeyri-iş günlərində də eyni məzmunlu təkrar suallarla telefonda iddiaçını tez-tez narahat edərək məhkəmə proseslərində nələr baş verdiyini və nə baş verəcəyini ona danışmağını ondan tələb edirdi və hətta ünvanını poçtdan öyrənirdi, ondan icazəsiz və xəbərsiz iddiaçının evinə daxil olurdu. Buna görə də o, X11 və X1 xahiş etmişdir ki, işə bərpa mülki işin iddiaçının xeyrinə həll olunmasına mane olan X15 iddiaçıya zəng etməsini və evinə gəlməsini qadağan etmişdir. Ona tapşırın ki, ona zəng etməsin, evinə gəlməsin və işlərinə mane olmasın. X12 və X2 tapşırıqları ilə X28 bir müddət ona zəng etməmişdir, evinə gəlməmişdir və işlərinə mane olmamışdır. Lakin, Elxan Nağıyev işə düzəlmək üçün rüşvət verdiyi 10000 (on min) ABŞ $ pul vəsaitini geri almasına hüquqi yardım etməyi üçün X19 ondan çox xahişlər etmişdir. Qeyd edilmişdir ki, X3 etmişdir, onun zərərçəkmiş şəxs qismində tanınması, pul vəsaitini geri alması üçün hüquqi yardımlar göstərmişdir. X28 pulunu hissə-hissə almışdır, pul vəsaitini geri almasına hüquqi yardım etməyinə görə ona 2 dəfəyə 500 manat + 500 manat, cəmi 1000 (bir min) manat pul vermişdir. Nərimanov rayon məhkəməsi qanunvericiliklə əsaslandırılmamış çıxardığı xx.xx.2014-cü il tarixli 2(005)-233/14 saylı qərəzli qətnaməsi ilə iddiaçı Kəmalə Nağıyevanın cavabdeh-Qazax filialına qarşı “əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunmağı, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddianı təmin etməyib, 20 manat dövlət rüsumunun iddiaçıdan tutulmasını əsassız və qanunsuz qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK 2(103)-5560/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayətini qismən təmin etmiş, Nərimanov rayon məhkəməsinin 2(005)-233/14 saylı xx.xx.2014-cü il tarixli qərəzli qətnaməsini haqlı olaraq ləğv etmiş, lakin iddiaçının sonradan aldığı 3/126 saylı 24.12. 2012-ci il tarixli 3-cü əmrin əvəzinə bundan əvvəl aldığı 3/94 saylı xx.xx.2012-ci il tarixli 2-ci əmri Qazax rayon məhkəməsində mübahisələndirdiyinə görə cavabdeh-Qazax filialına qarşı “əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair ondan əvvəl iddiaçı olmadan verdiyi iddia tələbini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli qətnaməsindən kassasiya şikayətini onu hazırlamışdır, lakin iddiaçı Kəmalə Nağıyevanın özünün, ərinin və qohumqardaşının pul vəsaiti olmadığı üçün vəkil orderi ala bilmədiyinə görə Ali Məhkəməyə kassasiya şikayətini ordersiz vermişdir və geri qaytarılmışdır. Odur ki, yeni tələb ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə yeni iddia ərizəsi vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1267/16 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iddiaçı-Kəmalə Nağıyevanın cavabdeh- Qazax filialına qarşı “əmək müqaviləsinin ləğv olunması haqqında xx.xx.2012- ci il tarixli 3/126 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunması, məcb¬uri iş buraxma müddəti üçün əmək haqqının, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində Ödəncin və dəymiş maddi-mənəvi ziyana görə təzminatın ödənilməsi, ləkələnmiş şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi” tələbinə dair verdiyim əsaslı və qanuni iddianı qismən təmin etmiş, cavabdeh-Qazax filialında laborant vəzifəsinə bərpa edilməsi, xx.xx.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh-Qazax filialı qərəzli olaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən formal mülahizələrdən ibarət kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK iddiaçının etirazına əsasən 2(102)- 4112/16 saylı xx.xx.2016-cı il tarixli Qərarı ilə cavabdeh-Qazax filialının kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın iş üzrə 2(103)-1267/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır və habelə icraya yönəldilmişdir. İddiaçının çoxsaylı şikayətlərindən, gedib tələb etdikdən sonra Qazax rayon İcra Şöbəsi xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar çıxarmış, dərhal icra olunması üçün xx.xx.2016-cı il tarixdə 2170 saylı bildirişi 2 aydan sonra borclu cavabdeh-Qazax filialına təqdim etmişdir, lakin xx.xx.2016-cı il tarixdə işə bərpa əmri verilsə də əmək haqqı verilməsi icra olunmamışdır.
3. Məhkəmənin iclasında iddiaçı iştirak etmişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
6. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X20rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X21rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
7. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
8. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. İddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyana görə kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, qeyd edilən məsələ Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənməklə (CPM-in 56-63-cü maddələri) mülki mühakimə icraatının predmetidir və inzibati icraat qaydaları ilə tənzimlənmir.
11. CPM-in 63-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
12. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiacıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkün sayılmaması onun məhkəməyə çatım hüququnun pozulması ilə nəticələnmir.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva