Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1269/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ XN Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi, həmin əmrlər nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi, yeni məlumat vərəqəsinin göndərilməsi və mənəvi zərərin tutulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində xx.xx.NNNN-ci il tarixli “Şiddətli töhmət” intizam cəzasının elan edilməsi barədə əmrinin və N-ci məharət dərəcəsinin endirilməsi barədə xx.xx.NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsini, həmin əmrlərin nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNNN-ci ildən xx.xx.NNN4-cü ilə qədər N7N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN5-ci ilə qədər N9N nömrəli hərbi hissədə, xx.xx.NNN5- ci ildən xx.xx.NNN6-cı ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilə qədər NN7 nömrəli hərbi hissədə, xx.xx.NNN7-ci ildən xx.xx.NNNN-ci ilə qədər NN4 nömrəli hərbi hissədə hərbi həkim kimi xidmət etmiş, müharibə veteranıdır. Yüksək peşəkarlığına görə N-ci məharət dərəcəsinə malik olmuşdur. Lakin cavabdeh tərəfindən xx.xx.NNNN-ci ildən məharət dərəcəsi bir pillə aşağı salınmışdır, buna da səbəb kimi xx.xx.NNN3-cü il tarixli cavabdehin məktubuna görə iddiaçıya şiddətli töhmət intizam cəzası elan edilməsi göstərilmişdir. Məktubda inzitam tənbehinə səbəb kimi iddiaçının müayinə və müalicə almaq üçün gətirilən hərbi qulluqçuların Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisini özbaşına tərk etmələrinə şərait yaratması göstərilmişdir. Lakin onun tərəfindən qeyd edilən hərəkətə yol verilməmiş, iddiaçı heç bir əsgərin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisini özbaşına tərk etmələrinə şərait yaratmamışdır. Belə ki, NN4 nömrəli hərbi hissə həmin vaxt Hadrut qəsəbəsində yerləşirdi və N8 nəfər əsgər onun müşayiəti ilə hərbi nəqliyyatla müalicə və müayinə üçün Silahı Qüvvələrin Baş Klinik Hospitalına xx.xx.NNNN-ci ilddə saat N7.3N radələrində gətirilmişdir, həmin əsgərlərdən N nəfəri daxil olduqda Hospitla stasionar müalicə üçün qəbul olundu, qalanları isə axşam yeməyindən sonra növbətçi həkim tərəfindən onlara təyin olunan şöbələrdə yerləşdirildi. xx.xx.NNNN-ci ildə saat N9:NN-dan əsgərlərin müayinəsinə başlanmış, axşam saat N8:3N radələrində NN əsgərin yerində olmadığı müəyyən olunmuşdur, həmin əsgərləri Hospitalın ərazisində axtarmışlar, əsgərlərdən onların harada olması ilə bağlı sorğu-sual etmiş, N9:NN radələrində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinə telefon vasitəsilə bu barədə məlumat vermiş və həmin əsgərlərin ad-soyadlarını, hərbi hissələrini bildirmişdir. Həmin əsgərlər Hospitala səhər saatlarına qədər qayıtmışlar və onlara heç bir cəza verilməmişdir. İddiaçı tərəfindən əsgərlərin Hospitalın ərazisini özbaşına tərk etmələri üçün heç bir şərait yaradılmamış, heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçı iddia ərizəsinə prosessual müddətin bərpası barədə ərizə də əlavə edərək əmrlərin ona təqdim edilmədiyini, həmin vaxt onun hərbi xidmətdə olduğunu, hərbi hissədə yaşadığını, müharibə veteranı və məcburi köçkün olmasını nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.NNN3-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd olunmuşdur ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli və xx.xx.NNNN-ci il tarixli müvafiq əmrlərini məhkəməyə may NNN3-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilə bilməz, çünki N-ci məharət dərəcəsi endiriləndən sonra iddiaçı ödənişin bank hesabına köçürülübköçürülməməsini hesabdan pul çıxararkən bilib, həmçinin hərbi hissənin ərazisində yaşamaq və xidmətdə olmaq iddia müddətinin ötürülməsi üçün üzürlü səbəb sayıla bilməz. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.NNNN-ci il tarixli, N-N (NNN)-NNNN/NN qərarı (bəndlər NN-N8) nəzərə alınmalıdır. Həmin qərara əsasən: "... İddianın mümkünlük (b.N3) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur, (b.N4)” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.NNN5-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (N.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)" Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 3N gün müddətində qaldırıla bilər. Cavabdeh etiraz məktubunda iddianın mümkünsüz sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.NNN4-cü il tarixli N-N(NNN)-NN69/NNN4 nömrəli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəyişdirilmiş şəkildə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onun barəsində xx.xx.NNNN-ci il tarixli “şiddətli töhmət” intizam cəzasının elan edilməsi barədə və N-ci məharət dərəcəsinin endirilməsi barədə xx.xx.NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlərin nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmrlər nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq yeni məlumat vərəqəsinə daxil edilərək həmin məlumat vərəqinin DSMF Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə qanunsuz qərarlar nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğin tutulması” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 6N.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: N) mümkünlük; N) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: N. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; N. əlverişsiz inzibati akt olmalı;
3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-N.N.N, 3N, 35.N, 38.N). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirdiyi əmrlərdən daha əvvəl, hətta hərbi xidmətdən azad olunduğu xx.xx.NNNN-ci il tarixədək məlumatlı olmasına baxmayaraq, məhkəməyə qanunla müəyyən edilmiş 3N günlük müddəti keçirməklə xx.xx.NNN3-cü il tarixdə iddia ərizəsi vermişdir. Müddətin buraxılmasını isə iddia ərizəsinə əlavə edimiş ərizəsində əmrlərin ona təqdim edilməməsi, həmin vaxt hərbi xidmətdə olması, hərbi hissədə yaşaması, müharibə veteranı və məcburi köçkün olması ilə əsaslandırmışdır. Belə ki, İPM-in 3N.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.N-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Qanunveriliciliyin yuxarıda qeyd olunan tələbləri məhkəmə iclasında iştirak edən iddiaçıya izah olunmuş, ona İPM-in N4-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. Həmçinin iddiaçının diqqətinə çatdırılmışdır ki, iddia tələbində qeyd edilmiş digər tələblər əmrlərin mübahisələndirilməsi ilə bağlı nəticədən birbaşa olaraq asılıdır. Odur ki, iddianın mümkünlüyü məsləsinə bütün tələblər nəzərə alınmaqla vahid şəkildə qiymət veriləcəkdir. İddiaçı əmrlərin ona təqdim edilmədiyini bildirərək yeni ərizə təqdim etməkdən imtina etmiş, iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. İPM-in N4.N-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı təqdim etdiyi ərizəsində iddiaçı mart ayının 3N-da əlilliyinin ləğv edildiyini, ancaq bundan xeyli vaxt keçdikdən sonra xəbəri olduğunu bildirsə də, məhkəmə belə qənaətə gəlir ki, İPM N4.N-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in N4.N-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən işin hallarının araşdırılması çərçivəsində məhkəmə tərəfindən xx.xx.NNN4-cü il tarixdə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət həyata keçirilmiş, cavabdeh tərəfindən təqdim edimiş xx.xx.NNNN-ci il tarixli müvafiq nömrəli məxfi əmrin əslinə baxış keçirimiş, müəyyən edilmişdir ki, həmin əmrin 4-cü bəndinə əsasən Hadrut hərbi hissəsinin qəbul çeşidləmə bölməsinin rəisi – cərrah, tibb xidməti mayoru İddiaçı şiddətli töhmət elan edilmişdir. Əmrin icrası Şəxsi heyət baş idarəsinin rəisinə həvalə edilmişdir. Həmin əmrə baxış keçirildikdən sonra əmr onu məhkəməyə təqdim etmiş cavabdehin nümayəndəsinə qaytarılmışdır. Məxfi sənəd şəklində əmrdən çıxarış məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının N994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı XN”nin 98-ci hissəsinə əsasən: ... Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər... İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.N-ci maddəyə görə, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 38.N-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 3N gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.NNN5-ci il tarixli 5 nömrəli Qərarının N.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.N-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.N-ci bəndinə görə, İPM-in N3 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.N-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.N-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. NN.N-ci bəndinə görə, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İPM-in 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, xidmət müddətində iddiaçı sözügedən əmrdən məlumatlı olmasına baxmayaraq xidmətdən azad olunduqdan altı aya yaxın müddət, əmrlərin verilməsindən isə N ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin digər hissələri ilk növbədə mübahisələndirilən əmrlərin ləğvindən asılı olduğundan (yeni məlumat vərəqəsinin göndərilməsi hissədə iddia tələbinin öhədliyin icrası növündə iddia tələbi olmaqla, hazırkı tələbin uğurlu olma ehtimalında cavabdehə müraciət etmək şərtilə irəli sürülməli olması nəzərə alınmaqla) tələb ümumilikdə mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 8N, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onun barəsində xx.xx.NNNN-ci il tarixli “şiddətli töhmət” intizam cəzasının elan edilməsi barədə və N-ci məharət dərəcəsinin endirilməsi barədə xx.xx.NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlərin nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmrlər nəticəsində ona ödənilməmiş məbləğin hesablanaraq yeni məlumat vərəqəsinə daxil edilərək, həmin məlumat vərəqinin DSMF Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə qanunsuz qərarlar nəticəsində məruz qaldığı mənəvi zərərə görə 3NNN manat məbləğin tutulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən NN (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X3.