Məhkəmə qərarları › İş №2-1(112)-1269/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1269/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1269/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik - hüquqi şəxsi 35 saylı şəhər poliklinikasına qarşı “Ə.D.Məlikov adına X8” publik-hüquqi şəxsi və “Bakı Baş Səhiyyə Mərkəzi” publik-hüquqi şəxsi 8 saylı şəhər poliklinikası üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik dərəcəsinin müəyyən olunması üçün Forma 088 göndərişinin göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik - hüquqi şəxsi 35 saylı şəhər poliklinikasına qarşı, “Ə.D.Məlikov adına X8” publik-hüquqi şəxsi və “Bakı Baş Səhiyyə Mərkəzi” publik-hüquqi şəxsi 8 saylı şəhər poliklinikası üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik dərəcəsinin müəyyən olunması üçün Forma 088 göndərişinin göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X9 Bakı 35 №-li şəhər poliklinikasını göstərməklə onun yəni, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsi vəzifəsinin cavabdeh - Bakı şəhər 35 saylı şəhər poliklinikasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdən 35 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 №li Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktı əsasında verilmiş 2276 saylı arayış ilə ona ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. Hazırda o, xroniki intersistal nefrit №18 2 xroniki böyrək xəstəliyi 2-ci mərhələ xəstəliyindən əziyyət çəkir. Ona əlillik təyin olunsa da, sonradan əlilliyi ləğv edilmişdir. Belə ki, 06 dekabr 2022-ci il tarixində Həkim Məsləhət Komissiyasının iclası zamanı onun diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Lakin göründüyü kimi ona eyni diaqnozla artıq əvvəlki tarixlərdə ikinci qrup əlillik təyin edilmişdir, bu imtina aktı tamamilə əsassız olmuşdur. Xəstəliyi ilə bağlı dəfələrlə müalicə almışdır. Məcbur olub yenidən 35 saylı şəhər poliklinikasına əlilliyinin bərpa olunması ilə bağlı müraciət etmişdir. 16 aprel 2024-cü il tarixli arayışla, xəstəliyi ilə bağlı son 2 il ərzində stasionar yatış olmaması səbəbindən ona stasionarda müalicə alması tövsiyyə edilmişdir. xx.xx.2024-cü il tarixdə terapevt tərəfindən xəstəyə BTM-də stasionar müalicə alması üçün göndəriş verilmişdir. X3 qəbul edib müayinə etmişlər, stasionar müalicəyə ehtiyacı olmaması bildirilmişdir və göndərişin üzərində qeyd aparılmışdır. Qeyd edilən xəstəliklərə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə olunmuş, bir neçə dəfə ambulator və stasionar müalicə almışdır. Əlilliyin bir daha müəyyən edilməsi məqsədi ilə 35 nömrəli şəhər poliklinikasının Həkim Məsləhət Komissiyasına müraciət etsə də, müraciətinə əsassız olaraq imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Hesab edirəm ki, X7 Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas veribvermədiyi ətraflı araşdırılmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, “Ə.D.Məlikov adına X8” publik-hüquqi şəxsi və “Bakı Baş Səhiyyə Mərkəzi” publik-hüquqi şəxsi 8 saylı şəhər poliklinikası üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh 35 saylı şəhər poliklinikasının 08 sentyabr 2024cü il tarixli, 539 №-li iddiaya dair yazılı mülahizəsi (rəyi) məhkəməyə daxil olmuşdur. Üçüncü şəxslər – “Ə.D.Məlikov adına X8” publik-hüquqi şəxsi və “Bakı Baş Səhiyyə Mərkəzi” publik-hüquqi şəxsi 8 saylı şəhər poliklinikasının iddiaya dair yazılı mülahizəsi məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh 35 saylı şəhər poliklinikasının iddiaya dair yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 24 ev 230-da yaşayan İddiaçı xx.xx.2016-cı ildən Bakı Şəhəri Binəqədi rayonu 35 №-li şəhər poliklinikasında tibbi qeydiyyatdadır. Xəstə 2013-cü il tarixdən X4 poliklinikası tərəfindən TSEK-ə göndərilərək (Dz “İki tərəfli xroniki qlomerulonefrit, xroniki böyrək çatmamazlığı 2 ci mərhələ”) diaqnozu ilə 6 saylı Tibbi Sosial Ekpertiziya Komisiyası tərəfindən 2-ci qrup əlillik almışdır. 35 №-li şəhər poliklinkası tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar əlillik möhləti bitdiyi üçün TSEK-ə (Dz “xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2 ci mərhələ, hipertaniya xəstəliyi 1-ci mərhələ, xroniki beyin işemiyası”) diaqnozu ilə göndərilmişdir. xx.xx.2021-ci ildə TSEK tərəfindən xəstəyə əlillik təyin olunmamışdır, səbəb kimi əlavə müalicəyə ehtiyacın olunması 2014 - 2020-ci illərdə stansionar müalicəsinin olmadığı göstərilmişdir. xx.xx.2022-ci ildə yenidən əlillik dərəcəsi təyin olunması üçün xəstə sahə həkimi tərəfindən 35 №-li şəhər poliklinikasının HMK-na təqdim olunmuşdur. Dz Xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2-ci mərhələ, hipertaniya xəstəliyi 2-ci mərhələ. xx.xx.2022-ci ildə HMK-nın qərarı: Xəstənin XBT kodu nazirlər kobinentinin 413 saylı əmrində olmadığı üçün həmin tarix üçün xəstəyə imtina verilmişdir. xx.xx.2022-ci ildə xəstənin təkidi ilə sahə həkimi tərəfindən xəstə yenidən Dz (“xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2-ci mərhələ, nefrogen hipertenziya, nefrogen anemiya, hipotrioz, strumektomiyadan sonrakı vəziyyət”) diaqnozu ilə 35 №-li Şəhər poliklinikasının HMK-na təqdim etmiş. xx.xx.2022-ci ildə HMKın qərarı: Xəstədə hal - hazırda Azərbaycan Respublikası Nazirlər Kabinentinin (o vaxt üçün) xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarına uyğun olaraq əlilliyə səbəb olan meyyarlarda olmadığı üçün imtina verilmişdir. xx.xx.2023-cü il tarixində xəstənin təkidi ilə 35 №-li Şəhər poliklinikasının endokrinoloqu tərəfindən Dz (“strumektomiyadan sonrakı vəziyyət, hipotrioz, hipertonik ensefalopatiya”) diaqnozu ilə 35 №-li şəhər poliklinikasının HMK-dan keçmiş və sənədləri əlillik təyin olunması üçün Binəqədi rayonul 10 saylı şəhər poliklinikasının mərkəzi HMK-na göndərilmişdir. xx.xx.2023-cü ildə 10 saylı poliklinikanın HMK-nin rəyi: Xəstənin diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx.xx.2022-ci il tarixli 187 №-li qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyyarlarında qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmiş və imtina verilmişdir. Növbəti dəfə xx.xx.2024-cü ildə xəstənin təkidi ilə sahə həkimi tərəfindən xəstəyə əlillik təyin olunması üçün Dz (“xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2 ci mərhələ arterial hipertenziya 2-ci mərhələ, strumektomiyadan sonrakı vəziyyət, hipotrioz, şəkərli diabed 2-ci tip piylənmə, qeyriproliferativ retinopatiya") diaqnozu ilə 35 №-li Şəhər poliklinikasının HMK-na təqdim olundu. xx.xx.2024-cü ildə 35 №-li Şəhər poliklinikası HMK-nın qərarı: Xəstənin təyin olunan diaqnoza uyğun stansionar təsdiqi olmadığı üçün qiymətləndirmək mümkün deyil. xx.xx.2024-cü ildə yenidən xəstənin təkidi ilə sahə həkimi tərəfindən 35 №-li şəhər poliklinikasının HMK Dz (“xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2 ci mərhələ arterial hipertenziya 2-ci mərhələ, strumektomiyadan sonrakı vəziyyət, hipotrioz, şəkərli diabed 2 ci tip piylənmə, qeyriproliferativ retinopatiya”) diaqnozu ilə yenidən təqdim olundu. xx.xx.2024-cü ildə 35 №-li Şəhər poliklinikası HMK-nın qərarı: Xəstənin təyin olunan diaqnoza (“xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2-ci mərhələ arterial hipertenziya 2-ci mərhələ, strumektomiyadan sonrakı vəziyyət, hipotrioz, şəkərli diabed 2-ci tip piylənmə, qeyriproliferativ retinopatiya”) uyğun stansionar təsdiqi olmadığı üçün qiymətləndirmək mümkün deyil. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş tərəflər və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan 35 saylı şəhər poliklinikası tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixində 35 nömrəli şəhər poliklinikasının HMK-na müraciət etmişdir. Xəstənin məqsədi ona təyin olunmuş əlillik dərəcəsinin bərpası ilə bağlı olmuşdur. HMK xəstənin sənədlərinə baxış edərkən məlum olmuşdur ki, onun xəstəliyi ilə bağlı (№ 11 Xroniki intersistial nefrit. № 18 2 Xroniki böyrək xəstəliyi 2-ci mərhələ) son iki il ərzində stasionar yatışı olmadığı səbəbindən xəstəyə stasionarda müalicə almasını tövsiyyə etmişdir. xx.xx.2024-cü il tarixdə terapevt tərəfindən xəstəyə BMT-də stasionar müalicə almaq üçün göndəriş verilmişdir. X6 xəstəni qəbul edib müayinə etmişlər, stasionar müalicəyə ehtiyacı olmaması bildirilmişdir, göndərişin üzərində qeyd aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş T 149/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçərkən “Akademik C.Abdullayev adına X1”na və Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanası”na göndərilmiş və keçirilmiş müvafiq müayinələrdən sonra ona “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ F.S, İİ 1.0-arterial hipertoniya 3d, İ50.0-xroniki ürək çatışmazlığı İ F.S”. “Xroniki pielonefrit (N11.9), xroniki böyrək xəstəliyi 2-ci mərhələ (N18.2)”. diaqnozları müəyyən edilməklə yanaşı qanda kreatinin miqdarı 145 mmol/1 olmuşdur. Qeyd edilən xəstəliklər əlillik səviyyəsində olduğundan, iddiaçı 10 günlük stasionar müalicəsində olduqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömərəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası (2.) nömrəli əlavəsinə uyğun olaraq” tibb müəssisəsindən yeni forma 88 rəsmiləşdirilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası:

1. Ümumi müddəalar.

Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsinҝ nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən isə Forma 088 göndərişinin göndərilməməsinin əsası kimi isə stasionar müalicəyə cəlb olunmamasına istinad edilmişdir. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Belə ki, iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, şəxsin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Başqa sözlə desək, əlilliyin qiymətləndirilməsi üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin qiymətləndirilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyətidir. Belə ki, əlilliyin qiymətləndirilməsi istiqamətində əhəmiyyət kəsb edən forma 088 adı altında olan göndəriş müvafiq səhiyyə müəssisələri tərəfindən tərtib olunur. Səhiyyə müəssisələrinin məsul şəxsləri bu sahədə xüsusi biliyə və ixtisaslaşmış təcrübəyə malik olan şəxslər olduğundan, onlar göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Eyni zamanda nəzərə alınmalıdır ki, şəxsdə xəstəlik və diaqnozun qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlər verilməməsi cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2013-cü il tarixdən X4 poliklinikası tərəfindən TSEK-ə göndərilmiş (Dz “İki tərəfli xroniki qlomerulonefrit, xroniki böyrək çatmamazlığı 2 ci mərhələ” diaqnozu) göndəriş əsasında 6 saylı Tibbi Sosial Ekpertiziya Komisiyası tərəfindən 2-ci qrup əlillik təyin olunmuşdur. 35 №-li şəhər poliklinkası tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar əlillik möhləti bitdiyi üçün TSEK-ə yeni göndəriş (Dz “xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2 ci mərhələ, hipertaniya xəstəliyi 1-ci mərhələ, xroniki beyin işemiyası” diaqnozu ilə) göndərilmişdir. xx.xx.2021-ci ildə TSEK tərəfindən xəstəyə əlillik təyin olunmamışdır, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması 2014 - 2020-ci illərdə stansionar müalicəsinin olmadığı göstərilmişdir. xx.xx.2022-ci ildə yenidən əlillik dərəcəsi təyin olunması üçün xəstə sahə həkimi tərəfindən 35 №-li şəhər poliklinikasının HMK-na təqdim olunmuşdur. Dz Xroniki pielonefrit, xroniki böyrək xəstəliyi 2-ci mərhələ, hipertaniya xəstəliyi 2-ci mərhələ. xx.xx.2022-ci ildə HMK-nın qərarı: Xəstənin XBT kodu nazirlər kobinentinin 413 saylı əmrində olmadığı üçün həmin tarix üçün xəstəyə imtina verilmişdir. Daha sonra xəstənin təkidi ilə xx.xx.2024-cü il tarixdə terapevt tərəfindən xəstəyə BMT-də stasionar müalicə almaq üçün göndəriş verilmişdir. X6 xəstəni qəbul edib müayinə etmişlər, stasionar müalicəyə ehtiyacı olmaması qənaətinə gəlinmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsilə bağlı xüsusi şərt nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə bununla bağlı qeyd edir ki, doğrudur ki, iddiaçıya əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri riayət olunması zəruri şərt kimi qeyd edilmişdir ki, lakin bu zaman tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən şəxsin müalicə olunması da təmin edilməlidir. Başqa sözlə desək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndində təsbit edilmişdir ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla şəxsin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Odur ki, göndəriş vermək hüququ olan tibb müəssisələri əlillik müddətinin müddətinin bitməsindən sonra şəxsin ambulator və ya stasionar müalicəsini təmin etməli, daha sonra isə müalicələrdən sonra şəxsin faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında yenidən qiymətləndirməli və qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğunluğunu yoxlamalı, uyğun gəldiyi təqdirdə, şəxsin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya 2013-cü il tarixdə “iki tərəfli xroniki qlomerulonefrit, xroniki böyrək çatmamazlığı 2 ci mərhələ” diaqnozu əlillik təyin edilməsi halı nəzərdə alınmalı və iddiaçının tibb müəssisələrində ambulator və ya stasionar müalicəsini təmin etməklə iddiaçının əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçıda əlilliyin qiymətləndirməsinə əvvəllər əsas vermiş və hal hazırda iddiaçıda əlilliyin qiymətləndirilməsinə əsas verən xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilib-verilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçının əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməsinin mövcudluğunu təsdiq etmək üçün kifayət edir. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçərkən “Akademik C.Abdullayev adına X1”na və Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanası”na göndərilmiş və keçirilmiş müvafiq müayinələrdən sonra ona “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ F.S, İİ 1.0-arterial hipertoniya 3d, İ50.0-xroniki ürək çatışmazlığı İ F.S”. “Xroniki pielonefrit (N11.9), xroniki böyrək xəstəliyi 2-ci mərhələ (N18.2)”. diaqnozları müəyyən edilməklə yanaşı qanda kreatinin miqdarı 145 mmol/1 olmuşdur. Qeyd edilən xəstəliklər əlillik səviyyəsində olduğundan, iddiaçı 10 günlük stasionar müalicəsində olduqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömərəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası (2.) nömrəli əlavəsinə uyğun olaraq” tibb müəssisəsindən yeni forma 88 rəsmiləşdirilməlidir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Hazırki iş üzrə də ekspertə CM ilə məsuliyyə daşığı izah olunmuşdur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut kimi qiymətləndirilməlidir. Göründüyü ekspert rəyi iddiaçıda olan xəstəliklərlə iddiaçıya əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməsinə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Belə ki, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsi öhdəliyi cavabdeh - “Bakı Baş Səhiyyə Mərkəzi” publik - hüquqi şəxsi 35 saylı şəhər poliklinikasının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar