Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-127/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X9 Limited” Şirkəti) qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən vahid çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 3 saylı qərarına əsasən ünvan 1 yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra həmin şəxslə alqı-satqı müqaviləsi əsasında həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Daha sonra həmin torpaq sahəsində onun tərəfindən əlavə tikililər tikilmiş və eskiz layihəsi tərtib edilmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2158/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-408/2023 saylı qərardadı ilə "X9 Limited” Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 nömrəli Zeytun Sovxozunun fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılması barədə 30 nömrəli, xx.xx.1997-ci il tarixli Əmrinə dair arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bundan əlavə, sözügedən daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 392,0 kv.m olsa da, faktiki 357.0 kv.m, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 139,1 kv.m, faktiki 132,6 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və vətəndaşa **********05 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19- dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991 -ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək ünvan 2 ünvanında yerləşən sahəsi 357 kv.m olan torpaq sahəsi və üzərində yerləşən sahələri 64.9, 64, 132.6 kv.m olan fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxs “X9 Limited” Şirkəti məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs “X9 Limited” Şirkətinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 22 fevral 2005-ci il tarixli 34746 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Suraxanı rayonu, 1№li Zeytun sovxozu küçəsində yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 47.9 kv.m, 3 otaqdan ibarət 9 nömrəli ev X4 adına mülkiyyət hüququ əsasında Azərbaycan SSR-i Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 3 saylı qərarına əsasən qeydə alınmışdır. -17 mart 2005-ci il tarixli, 244365 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 34746 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Suraxanı rayonu, 1 nömrəli Zeytun Sovxozu 392.0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 47.9 kv.m olan 3 otaqdan ibarət 9 nömrəli yaşayış evini İddiaçı Abasəli oğluna satmışdır. -Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 15 aprel 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Suraxanı rayonu, 1№li Zeytun sovxozu küçəsində yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 47.9 kv.m, 3 otaqdan ibarət 9 nömrəli ev İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 saylı notariusun 17 mart 2005-ci il tarixli 4-Ə-3-282 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. -15 aprel 2005-ci il tarixdə İddiaçı adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportuna əsasən torpaq sahəsi 392 kv.m, tikintialtı 133.2 kv.m, həyətyanı sahə 258.8kv.m; fərdi yaşayış evi 1, yaşayış otaqları 3, ümumi sahə 93.4 kv.m, yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahə 47.9 kv.m. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1517 nömrəli məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin tikintisi niyyəti ilə bağlı vətəndaş İddiaçı tərəfindən RİH-ə heç bir müraciət daxil olmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Suraxanı rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 300,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin başa çatması barədə vətəndaş İddiaçı poçt vasitəsi ilə RİH-ə heç bir sənəd əlavə etmədən ərizə ünvanlamışdır. Həmin məktubla göndərilmiş ərizənin surətindən görünür ki: -İmanov X6 rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək 0.0392 ha torpaq sahəsində ünvan 4 ünvanında yerləşən A - 78.73, B – 216.6 kv.m, hündürlüyü A – 30, B – 5.30 m, mərtəbəliliyi A – 1, B – 2 olan fərdi yaşayış evini tikdiyini bildirmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş 2021-ci il tarixli ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsinə əsasən fərdi yaşayış evi ümumi sahəsi – 139.1 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 135.6 kv.m, fərdi yaşayış evi ümumi sahəsi – 72.5 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 47.5 kv.m, fərdi yaşayış evi ümumi sahəsi 64.9 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 89.9 kv.m, həyət torpaq sahəsi – 0.0392 ha göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, 1 nömrəli Zeytun sovxozu, 9 nömrəli fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, A f.y.e ümumi sahəsi layihədə 64.9 kv.m, faktiki 64.9 kv.m, B f.y.e layihə üzrə 72.5 kv.m, faktiki 64.0 kv.m, C f.y.e ümumi sahəsi layihə üzrə 139.1 kv.m, faktiki 132.6 kv.m, torpaq sahəsi (arxiv sənədlərində) hüquqmüəyyənedici sənəd üzrə 392.0 kv.m, faktiki 357.0 kv.m. İki tərəfi yol, iki tərəfi qonşudur. İcazəsiz tikililər yoxdur. Layihədə 3 ədəd yaşayış evi göstərilib (A, B, C). “C” qeydiyyata alınmış yaşayış evidir. Sonradan rekonstruksiya olunub və 2-ci mərtəbə inşa olunub. 1-ci mərtəbənin döşəməsindən 2-ci mərtəbənin tavanına hündürlük 5,8 m-dir. “B” tikilisi “C” tikilisinə bitişik inşa olunmuşdur. Yaşayış evidir. 1-ci mərtəbənin döşəməsindən 2-ci mərtəbənin tavanına hündürlük 5,45 m-dir. “A” tikilisi 1 mərtəbəlidir. Tikililər layihəyə uyğundur. Torpaq sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinə əsasən Bakı şəhər XDS NK-nin 16 yanvar 1989-cu il tarixli 4 nömrəli əmrinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 3 nömrəli qərarına, Azərbaycan SSR Aqrar- Sənaye Komitəsinin xx.xx.1989-cu il 42 nömrəli əmrinə əsasən sovxoz ərazisində sovxozun işçilərinə fərdi ev tikmək məqsədilə 0,400 kv.m torpaq sahəsi ayrılsın: X8. -1 nömrəli Zeytun Sovxozunun həmkarlar təşkilatının sədri, Sovxozun baş aqronomu və sovxozun işlər müdirinin iştirakları ilə 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli Əmrinə əsasən X5 ayrılmış torpaq sahəsini ölçüb sərhədinə taxta nişangah qoyulduqdan sonra təhvil verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin sahə yaşayış məntəqələri torpaqlarına aid olmaqla Dövlət mülkiyyətidir. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2022-cü il tarixli, SOCAR**********30490089X00073 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd etdiyiniz torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən faktiki torpaq sahəsi 372,0 kv.m təşkil edir. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur.
1. X- 421651.2191, Y- 4470893.1377
2. X- 421649.7195, Y- 4470896.1899
3. X- 421654.5125, Y- 4470898.5477
4. X- 421656.1289, Y- 4470895.5615
5. X- 421659.1395, Y- 4470897.1531
6. X- 421672.4217, Y- 4470868.3179
7. X- 421662.1219, Y- 4470863.5115
8. X- 421648.9893, Y- 4470891.9461 Bildiririk ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2023-cü il tarixli, 14-2/2- 1253/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sorğunuzda qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Bununla əlaqədar bildiririk ki, sorğunuzda qeyd etdiyiniz torpaq sahəsi ilə bağlı SOCAR-da mövcud olan müvafiq xəritəni bu məktubla məhkəməyə təqdim edirik. Yuxarıda qeyd olunan Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********70 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən əmlak ARDNŞ-nin kontrakt ərazisidir, 1 nömrəli X15 ərazisində yerləşir. Suraxanı rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 9 nömrəli fərdi yaşayış evi xx.xx.1997-ci il tarixli 30 nömrəli əmrinə, 56 nömrəli xx.xx.2005-ci il tarixli arayışa əsasən ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə-3-282 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair İddiaçı adına tərtib edilmiş 2005-ci il tarixli texniki pasport İdarənin arxivində mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2023-cü il tarixli, 14-2/2- 5199/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilmiş, o cümlədən müvafiq xəritələr təqdim edilmişdir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Bildiririk ki, qeyd olunan Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********05 nömrəli məktubunda bildirilmişdir ki, 1 nömrəli Zeytun Sovxozunun fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılması barədə 30 nömrəli, xx.xx.1997-ci il tarixli Əmrinə dair arxiv arayışı təqdim ediləcəyi təqdirdə ərizənizə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubiıkası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********05 nömrəli fərdi yaşayış evi və torpaq sahəsinə vahid əmka kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə cavab məktubunda bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətinizə xx.xx.2021-ci il tarixli **********05 nömrəli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan irad aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən sahəsi 357 kv.m olan torpaq sahəsi və üzərində inşa etdiyi 64.9, 64.0, 132.6 kv.m ölçüdə fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh torpaq ayrılması barədə 30 nömrəli, xx.xx.1997-ci il tarixli əmrinə dair arxiv arayışının təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Eyni zamanda cavabdeh iddiaçıya verdiyi ilkin imtinadan fərqli olaraq məhkəmə icraatı gedişində iddiaya yazılı etirazında yeni bir imtina əsası gətirmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə göstərilən hər iki dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. İşin hallarından görünür ki, Azərbaycan SSR-i Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 3 saylı qərarı ilə sovxoz üçün ayrılmış torpaq sahələrindən 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinə əsasən fərdi ev tikmək məqsədilə X5 400 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsini ölçülərək akta əsasən X5 təhvil verilmişdir. Daha sonra Bakı şəhəri, Suraxanı rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində 392.0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 47.9 kv.m, 3 otaqdan ibarət 9 nömrəli fərdi yaşayış evi Azərbaycan SSR-i Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 3 saylı qərarına əsasən X4 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və ona bu barədə Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 22 fevral 2005-ci il tarixli 34746 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra xx.xx.2005-ci il tarixli 4Ə-3-282 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi İddiaçı Abasəli oğluna satılmış və sonuncunun adına Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 15 aprel 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi verilmiş, eyni zamanda həmin fərdi yaşayış evi ilə bağlı texniki pasport tərtib edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan müraciətin təminindən imtina kimi 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinin arxiv arayışının verilmədiyinə istinad etsə də cavabdehin arxiv sənədlərində həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən ilkin hüquqmüəyyənedici sənədləri sırasında 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri, eləcə də həmin əmrə əlavə edilmiş təhkim aktı mövcuddur. Başqa sözlə, hazırkı iş üzrə torpaqayırma barədə Sovxoz əmrində ayrılmış torpaq sahəsinə (400 kv.m göstərilsə də hazırkı halda sözügedən torpaq sahəsinin naturada faktiki ölçüsü 357.0 kv.m təşkil edir) dair sovxoz rəhbərliyi tərəfindən yerləşmə cizgisi tərtib edilərək təhkim aktı üzrə təhvil verilmişdir. Torpaq sahəsinin ayılması barədə sovxozun əmri və təhkim aktı qeydiyyatı aparan cavabdeh inzibati orqanın öz arxivində saxlanılır. Cavabdeh inzibati orqanın mülkiyyət hüququ qeydiyyata alınmış sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin torpaqayırma sənədi mövcud olduğu halda eyni sənədin arxiv surətinin iddiaçıdan tələb etməsi əsaslı və məqsəduyğun hesab edilmir. Bundan əlavə cavabdehin digər imtina dəlili olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda üçüncü şəxs DNŞ-nin məhkəmə sorğusuna cavabda torpaq sahəsinin Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi, bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdir ki: “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi Fərmanla təsdiq edilmiş siyahıda adları çəkilən hüquqmüəyyənedici sənədlər, o cümlədən Siyahının 2.5-ci bəndində sadalanmış sovxoz rəhbərinin (direktor və s.) əmri əmlaka hüququn əmələ gəldiyi anda həmin torpaq neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Başqa sözlə, həmin normanın tətbiq edilməsi üçün əmlaka hüququn əmələ gəldiyi vaxtın müəyyən edilməsi əsasdır. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; (...). Beləliklə, əmlaka hüququn əmələ gəldiyi vaxt torpaq sahəsinin ayrılması barədə inzibati aktın qəbul edildiyi vaxtdır. Hazırkı iş üzrə cavabdeh, eləcə də üçüncü şəxs sözügedən torpaq sahəsinin (ərazinin) DNŞ-nin daimi istifadəsinə ayrılması barədə inzibati aktı, eləcə də həmin akta dair ayrıc aktını məhkəməyə təqdim etməmişdir. İş üzrə iddiaçı üçün torpaq sahəsinə hüququn yarandığı vaxt sovxoz ərazisində sovxozun işçilərinə fərdi ev tikmək məqsədilə torpaq sahəsinin ayrılması barədə 1 nömrəli Zeytun Sovxozunun 30 nömrəli əmrinin qəbul edildiyi xx.xx.1997-ci il və həmin əmrin əsasında dayanan torpaq sahəsinin ayrılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin 3 saylı qərarının qəbul edildiyi 03 yanvar 1989-cu il tarixidir. İddia olunan torpaq sahəsinə hüququn 1989-cu il, konkret olaraq ilkin mülkiyyətçi C.Novruzovaya münasibətdə 1997-ci də yarandığı halda “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişinin təsdiq edilməsi 06 mart 2007-ci il tarixli, “X10 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin topoqrafik planı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmişdir. Başqa sözlə, Fərmanın 2-ci bəndinin tələbinə uyğun olaraq sözügedən torpaq sahəsinə hüququnun əmələ gəldiyi vaxt həmin torpağın neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşdiyi sübut olunmur. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı və qeydiyyat orqanı sözügedən torpaq sahəsinə hələ ilkin olaraq xx.xx.2005-ci il tarixdə, eləcə də iddiaçının adına xx.xx.2005-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyatına dair qeydiyyat vəsiqəsi verərkən bu barədə etirazını bildirmiş olmalıydı. Lakin məhkəmə sorğusuna əsasən təqdim edilmiş həmin əmlaka qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin sənaye təyinatlı torpaq olub DNŞ-nin daimi istifadəsində olması ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır. Həmçinin, iş üzrə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin DNŞ-nin daimi istifadəsinə verilmiş ərazidə yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar cavabdeh orqan tərəfindən mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, İddiaçı Abasəli oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********67-10301, **********86, **********72-1031, **********05 nömrəli daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmış, xüsusən də **********67-10301, **********86 və **********72-1031 reyestr nömrəli əmlaklarla bağlı təkcə fərdi yaşayış evləri deyil, həm də həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3.Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Hazırkı iş üzrə iddiaçı mübahisələndirilən 357 kv.m torpaq sahəsində ümumi sahəsi 64.9, 64.0 və 132.6 kv m (əvvəlki yaşayış sahəsi 45.5 kv.m olan fərdi yaşayış evinin sonradan 2-ci mərtəbəsi inşa edilməklə) olmaqla 3 fərdi yaşayış evi tikmiş, hər üç evin eskiz layihəsini hazırlanmış, eyni zamanda həmin fərdi yaşayış evlərinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir. Eyni zamanda, iş üzrə təqdim olunmuş layihə və cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktında mövcud tikililərin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, icazə icraatı tələb olunmayan tikililər olduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən sahəsi 357.0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən sahələri 64.9, 64.0, 132.6 kv.m olan fərdi yaşayış evləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən sahəsi 357.0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən sahələri 64.9, 64.0, 132.6 kv.m olan fərdi yaşayış evləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova