Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1271/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X10, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X17, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən fərdi ev tikmək üçün ona ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m. ölçüdə olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X22 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin mülkiyyəti kimi dövlət reyestrində adına qeydiyyata alınmasını və ona vahid əmlaka dair çıxarışın, ərazinin texniki sənədinin (pasport) verilməsini, ona ayrılmış torpaq sahəsinin yerləşmə koordinatlarının, faktiki ölçüsünün trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi zamanı bu torpaq sahəsinin azaldılmasına səbəb olan hər hansı zəbt etmə və s. səbəblər müəyyən edilərsə və yaxud bu torpaq sahəsinin hüdudları ilə başqa şəxslərə aid torpaq sahələrinin hüdudlarının üst-üstə düşməsi müəyyən edilərsə, həmin azalma, üst-üstə düşmə və sair səbəblərin aradan qaldırılmasını xahiş etmişdir. Həmin müraciətinə verilən 13 yanvar 2023-cü il tarixli cavabda bildirilmişdir ki, müraciətində göstərilmiş əmlakla əlaqədar məhkəmə mübahisəsi var və yekun nəticədən sonra müraciətinə müvafiq qaydada baxılacaqdır. Məhkəmədə olan mübahisəli məsələdən məlum olmuşdur ki, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X22 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda da istifadəsində olan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar dövlət reyestrində müxtəlif vaxtlarda başqa şəxslərin adlarına qeydiyyat aparılıb və bu barədə X18 adına Abşeron rayon ərazi idarəsində ********* qeydiyat nömrəli 01 fevral 2007-ci il tarixli qeydiyyat aparılıb və **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 24 nömrəli vərəqində qeydə alınmaqla çıxarış verilib. Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, X22 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı 1000 kv.m torpaq sahəsi ayrılıb. Buna dair akt tərtib edilib. Qeyd olunan torpaq sahəsi əmrin qəbul edildiyi 1999-cu il tarixdən onun istifadəsindədir və həmin torpaq sahəsində tərəfindən fərdi ev tikilib və ailəsi ilə həmin tikilidə yaşayır. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, İddiaçı Abşeron rayon 1 nömrəli Zeytun Sovxozu direktorunun 8 nömrəli 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda istifadəsində olan 1000 kv.metrə qədər ölçüdə olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməklə ləğv edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd edilənlər ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********72 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrasında dönüş edilməsi ilə bağlı qərardad qəbul edilməsinə dair İdarə tərəfindən müraciət olunmuş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)- 8152/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-2145/2019 saylı qərarının icrasına geriyə dönüş edilməli və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bu barədə X7 adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarış və plan ölçünün ləğv olunması qərara alınmışdır. Bundan başqa torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m qeyd edilsə də, faktiki 960 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi digər şəxs X2 adına xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən üst-üstə düşür. Həmçinin torpoaq sahəsinə digər şəxs X7 müraciəti mövcuddur. Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, 2023cü il tarixində X3 cavabdeh İddiaçı qarşı “torpaq sahəsi və tikilinin boşaldılması” tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarışa əsasən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı tərəfindən zəbt edilən mübahisəli ərazinin X4 təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir.Bununla əlaqədar Abşeron rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının (X5, X21 ) iştirakı ilə tərtib edilmiş 2024-cü il tarixli aktı yeni sübut qismində hüquqmüəyyənedici material olaraq ərizəyə qoşma kimi əlavə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-645/2024 nömrəli qətnaməsi ilə yenidən lehimizə qərar qəbul edilərək İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, qeyd olunan torpaq sahəsinin Cəfərov Safalana məxsusluğu təsdiqlənərək Suraxanı rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2149/2024 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan torpaq sahəsi X4 məxsusluğu danılmaz bir faktdır və məhkəmə nəzdində də təsdiqlənmişdir. Habelə, İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin və tikilinin ona aid olması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, üstəlik, qeyd olunan torpaq sahəsi və tikili Cəfərov Safalanın iradəsinə zidd olaraq istifadə edilmiş və Cəfərov Safalanın qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Adıçəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2( 102)-2149/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı məhkəmə iclasında iştirak edən şəxsin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iştirak edən şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi ilə, iddiaçı X3 cavabdeh İddiaçı qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarışına əsasən iddiaçı X4 məxsus olan və cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi və tikilinin boşaldılaraq iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-645/2024 nömrəli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2586/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2149/2024 nömrəli qərarı ilə, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il arixli, 2(103)-645/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsində qeyd edilən faktlar: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən X4 verilmiş **********72 reyestr nömrəli daşınmaz əmlakın pasportundan görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinin planı tərtib edilmişdir. Əsas olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01 fevral 2007-ci il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reeystrindən çıxarış, Abşeron rayon 2 saylı DNK-nin 07 fevral 2007-ci il tarixli, 4Ə-2-142 nömrəli alqı-satqı müqaviləsi. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 22 fevral 2000-ci il tarixli, 01 saylı əmrlə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 4 iyul 1996-cı il tarixli 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün 1000 kv.m. torpaq sahəsinin Süleymanov Səfərə ayrılması qərara alınmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 22 fevral 2000-ci il tarixli protokolu. - 2 saylı Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, **********55 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üstüstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X9 mülkiyyətindədir. İddiaçı tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin göstərilən sahəyə aid olub-olmaması məlum deyildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli, **********75 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən X7 adına qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə iddiaçı X3 xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynlik təşkil etməklə üst-üstə düşür. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-18/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X11, X4 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X9 cavabdehlər X13 və X14 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 İddiaçı, X11 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və cavabdeh X11 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair İddiaçı iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X9 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla X9 cavabdehlər X13 və X14 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6338/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11, X4 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X9 cavabdehlər X13 və X14 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 İddiaçı, X11 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sərəncamın və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın ilkin qeydiyyatının qanunsuz hesab edilməklə ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir. Belə ki, yuxarıda adıçəkilən mülki iş üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi ilə bağlı əvvəllər mübahisələr olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X3 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X3 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin X7 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuş və iddia rədd edilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadstrı və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54 nömrəli mütəxəssis rəyindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşür, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilmişdir ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X8 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X8 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 10/4194 nömrəli digər ekspertiza rəyindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X8 ayrılmış 1000 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X8 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X20 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini X1 və qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən də X3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır. Qeyd edilən mülki işin icraatında olduğu kimi hazırkı inzibati işin icraatında da iddiaçı tərəfindən eyni dəlillər irəli sürülmüş və ona ayrılmış torpaq sahəsinin məhz istifadəsində olduğunu qeyd etdiyi-üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tərəf subyektiv hüququn əsası kimi yuxarıda qeyd edilən mülki iş üzrə qətnaməyə istinad etsə də, həmin dəlillər əksinə, onun subyektiv hüququnun olmamasını təsdiq edir. Məhkəmə qeyd edir ki, mülki icraatda sübut edilmiş faktlar öz qüvvəsini saxlamaqdadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları başqa məhkəmə prosesində mübahisələndirməklə prosessual tələbləri pozmuş olur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1271/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1271/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver