Məhkəmə qərarları › İş №2-1(112)-12715/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12715/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12715/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Tacib qızı Hacıbəyоva Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyınə qarşı “iddiaçıya təyin olunan əlillik dərəcəsinin yenidən qiymətləndirilərək, həqiqəti əks etdirən səbəb kimi hərbi travma olmasının təsdiq olunması və ona “Müharibə əlili” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyınə qarşı “iddiaçıya təyin olunan əlillik dərəcəsinin yenidən qiymətləndirilərək, həqiqəti əks etdirən səbəb kimi hərbi travma olmasının təsdiq olunması və ona “Müharibə əlili” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 1995-ci ildə Ağsu rayon Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə xidmət etmişdir. N iyun 1997-ci il tarixdə ermənin hərbiçisi tərəfindən açılan atəş nəticəsində ağır güllə yarası almış, yaralandıqdan sonra Tovuz rayonunda yerləşən hərbi hospitala gətirilmiş və 17 saat müddətində əməliyyat olunmuşdur. Bu fakt Ağsu rayon Məhkəməsinin N fevral 2N7-ci il tarixli, 2(N6)-82/2N7 saylı qətnaməsi ilə tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının qərarı ilə təsdiq olunur. Bunun nəticəsi olaraq iddiaçı 2 qrup əlillik dərəcəsi verilmişdir. 2N4-cü ildə isə avtonəqliyyat qəzası nəticəsində sağ ayağı amputasiya olmuşdur. Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-4/2-13-19179/2024 saylı məktubda bildirilmişdir ki, barəsində olan olan Müdafiə Nazirliyi tərəfindən verilmiş Qərarda göstərilən səbəb və diaqnoz öz əksini tapmamışdır. Cavabdeh iddiaya dair öz münasibətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. Belə ki, iddia ərizəsinin məzmunundan bəlli olduğu kimi iddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsini və müharibə əlili statusunun verilməsini xahiş edir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sözügedən tələblə bağlı cavab verməli olan orqan deyildir. İddiaçının hazırda cavabdeh kimi qoyduğu inzibati orqana müraciəti iddia tələbi ilə bağlı müraciəti daxil olmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmunundan görünür ki, onun hüquqi marağı əlilliyin səbəbinin dəyişdirilməsi və müharibə əlili statusunun verilməsi ilə bağlıdır. Belə olan halda tələbdən də aydın olduğu kimi hazırki iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh kimi çıxış edə bilməz. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub- olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyınə qarşı “iddiaçıya təyin olunan əlillik dərəcəsinin yenidən qiymətləndirilərək, həqiqəti əks etdirən səbəb kimi hərbi travma olmasının təsdiq olunması və ona “Müharibə əlili” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar