Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12716/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlilliyin ləğvi barədə qərarın ləğvi və 2022-ci il fevral ayından təyin edilmiş pensiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “ona xx.xx.2017-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinin ləğvi barədə qəbul edilmiş qərarının” qanunsuz, əsassız və ədalətsiz olması nəzərə alınıb, həmin qərarın ləğv edilməsi, 2022-ci ilin fevral ayından başlayaraq ona təyin edilmiş pensiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini vəzifəsində işləyən Ramin Rzayev tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli 3-17-4/2-V-10539/2023 nömrəli məktubdan görünür ki, “sizə xx.xx.2017-ci il tarixində təyin edilmiş 5 il müddətinə,2-ci dərəcə əlilliyiyinizin ləğvi barədə qərar qəbul edilmişdir.” İddiaçı qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2017-ci il tarixli İş №2-1(81 )-253/2018 nömrəli qərarı ilə iddiam təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mənim haqqımda qəbul etdiyi xx.xx.2017-ci il tarixli imtina qərarı ləğv edilmiş, Dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixindən ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuşdur.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2017-ci il tarixli İş №2-1(81)-253/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik üzrə ikinci dərəcəli əlillik təyin edilmiş və ona müvafiq pensiya ödənilməyə başlanılmışdır. 2022-ci ilin fevral ayından başlayaraq ona məlum olmayan səbəblərdən pensiyanın ödənilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “ona xx.xx.2017-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinin ləğvi barədə qəbul edilmiş qərarının” qanunsuz və əsassız olmasını nəzərə alıb, həmin qərarın tamamilə ləğv edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini vəzifəsində işləyən Ramin Rzayevin xx.xx.2023-cü il tarixli 3-17-4-2B-16039/2023 nömrəli məktubu ilə ona şikayətinin mahiyyətinə uyğun olmayan əsassız cavab verilmiş və həmin cavabı xx.xx.2023-cü il tarixdə poçt rabitəsi vasitəsilə əldə etmişdir.
3. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci i tarixli 2-1(81)-253/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin İddiaçı haqqında qəbul etdiyi xx.xx.2017-ci il tarixli imtina qərarı ləğv edilmiş və dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixindən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulmuşdur.
4. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunur. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, onu xx.xx.2017-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat hqqında” Azərbaycan Respublikası Qanunun 71-73-cü maddələrinə əsasən iddiaçı barəsində qəbul edilən qərardan 30 gün müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna malik olduğu izah olunmuşdur.
5. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyəti tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətini mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentıliyinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanan vətəndaşın əlillik vəziyyəti haqqında məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti 4 nömrəli Şəhər Poliklinikasının 0100003AACS1 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2017-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Həmin Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-M-2189/2023 nömrəli xəbərnaməli bildiriş məktubu ilə xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xx.xx.2017-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd edilmişdir ki, İddiaçı əvəllər keçirilən miokard infarktı, miokard-infarktdan sonrakı kardioskleroz, sol mədəcik çatmamazlığı, F.S İİ-İİİ dəqiqləşdirilmiş xroniki hepatit, xroniki hepatoxolesistit, diffuz urla müşayət olunan tireotoksikoz, stenokardiyanın digər formaları, Ü.İ.X stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla (durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ mər tez-tez baş verən hipertonik krizlərlə, ürək ritminin digər pozğunluqları, ekstrasistolik aritmiya, selikli-irinli xroniki bronxit diaqnozu ilə xx.xx.2017-ci il tarixindən-xx.xx.2022-ci il tarixə qədər ona ikinci dərəcə əlillik təyin edilmişdir.
8. TSEK-müayinə tarixi xx.xx.2017-ci il tarixində miokard infarktı, miokard-infarktdan sonrakı kardioskleroz, sol mədəcik çatmamazlığı, F.S İİ-İİİ dəqiqləşdirilmiş xroniki hepatit, xroniki hepatoxolesistit, diffuz urla müşayət olunan tireotoksikoz, stenokardiyanın digər formaları, Ü.İ.X stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla (durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ mər tez-tez baş verən hipertonik krizlərlə, ürək ritminin digər pozğunluqları, ekstrasistolik aritmiya, selikli-irinli xroniki bronxit diaqnoz mətni ilə ona 2.2 İkinci dərəcə əlillik (2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı) təyin edilmişdir.
9. TSEK-müayinə tarixi xx.xx.2017-ci il tarixində miokard infarktı, miokard-infarktdan sonrakı kardioskleroz, sol mədəcik çatmamazlığı, F.S İİ-İİİ dəqiqləşdirilmiş xroniki hepatit, xroniki hepatoxolesistit, diffuz urla müşayət olunan tireotoksikoz, stenokardiyanın digər formaları, Ü.İ.X stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla (durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ mər tez-tez baş verən hipertonik krizlərlə, ürək ritminin digər pozğunluqları, ekstrasistolik aritmiya, selikli-irinli xroniki bronxit diaqnoz mətni ilə ona diaqnoz öz təsdiqini tapmaması (əlillik ləğv edilsin qərarı qəbul edilmişdir).
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının qərarı ilə xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0100003AACS1 nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-2189/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının xx.xx.2017-ci il tarixli əlillik təyinatı barədə qərarı ləğv edilmişdir.
11. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən 51 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0100003AACS1 nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-2189/2023 nömrəli məktub (məktub xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən təhvil alınmışdır) əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə: iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının xx.xx.2017-ci il tarixli əlillik təyinatı barədə qərarı ləğv edilsin. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınimiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) iddianın təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın mümkün hesab edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həqiqətən 2022-ci ilin fevral ayından iddiaçıya pensiya ödənişi həyata keçirilmir, belə ki, məhz həmin vaxtdan altsistemdə onun “aktiv” əlilliyi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən dayandırılmışdır. Odur ki, qeyd edilən halda Fondun hər hansı təqsirli hərəkəti yoxdur.
14. Məhkəmə iclasında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
15. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. X6 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X6 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
17. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
20. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.
21. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X6 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
22. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci i tarixli 2-1(81)-253/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin İddiaçı haqqında qəbul etdiyi xx.xx.2017-ci il tarixli imtina qərarı ləğv edilmiş və dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixindən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulmuşdur.
23. Həmin məhkəmə qərarı icra olunaraq iddiaçıya xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixədək qüvvədə olan İİ dərəcə əlillik təyin edilmişdir.
24. Agentliyin Tibb-sosial ekspert komissiyasının 2023-cü il fevral tarixli qərarına əsasən “əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının xx.xx.2017-ci il tarixli əlillik təyinatı barədə qərarı ləğv edilmişdir. 2023-cü ildə artıq iddiaçıya münasibətdə təyin edilmiş əlillik qüvvədə olmadığı halda (əlillik xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuşdur), əlillik təyinatının ləğv edilməsinin bir əhəmiyyəti də olmamışdır.
25. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə aktı tərəflər üçün res judicata (res iudicata) olmaqla məcburi hüquqi qüvvəyə malikdir, iddiaçının maddi və hüquqi marağını (mülkiyyətini) təmin etmişdir. Odur ki, qüvvədə olan məhkəmə qərarı əsasında təyin edilmiş əlillik inzibati orqanın özü tərəfindən ləğv edilə bilməz. Bu, hüquq müəyyənliyi və hüququn ümumi prinsiplərinə zidd olmaqla qanunsuzdur və həmin məsələ müstəqil məhkəmə araşdırmasının predmeti ola bilməz. Odur ki, həmin qərar puç və əhəmiyyətsiz olmaqla özlüyündə hər hansı hüquqi nəticə yaratmır.
26. İddiaçının əlilliyinə dair xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan məlumat olmasına baxmayaraq, məhkəmə iclasında tərəflərin izahatına əsasən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik altsistemində iddiaçının 2022-ci ilin fevral ayından əlillik vəziyyəti barədə məlumata müdaxilə olunmuşdur. Qeyd edilən məlumatların və sənədlərin işığında məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən təqdim edilən əlillik təyinatının yuxarıda qeyd edilən ləğvi 2023-cü ilin fevral ayına deyil, elə 2022-ci ilin fevral ayına aid olmuşdur.
27. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının tam icra olunmaması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.
28. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından və hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva