Məhkəmə qərarları › İş №2-1(112)-12718/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12718/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12718/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin “Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında“ xx.xx.2023-cü il tarixli, ******* nömrəli və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8107379-L nömrəli qərarlarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında“xx.xx.2023-cü il tarixli, ******* nömrəli və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8107379-L nömrəli qərarlarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 13 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün növbəti icazənin alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) müraciət etmişdir. İddia ərizəsinə əlavə olunan cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli "Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtinanın verilməsi haqqında" qərarından göründüyü kimi, ona qeyd olunan icazənin verilməsindən imtina edilmişdir. Həmçinin, "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, 8107379-L nömrəli qərardan göründüyü kimi, müvəqqəti yaşamaq üçün icazəsi də ləğv edilmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi bu qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyi məhkəmə tərəfindən cavabdehə havalə edilməlidir. O, yəni X1 xx.xx.1967-ci il tarixdə Tehran şəhərində doğulub, milliyyətcə azərbaycanlıdır. 1995-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olmuş, birinci kursu bitirdikdən sonra maliyyə çətinlikləri ilə əlaqədar olaraq təhsilini müvəqqəti olaraq dayandırmış, daha sonra təhsilini davam etdirərək, həmin universiteti bitirmişdir. Kiçik qardaşı X3 da, ondan sonra Azərbaycana maraq göstərərək, 2005-ci ildə Azərbaycan İnşaat Universitetinin "İnformatika və idarəetmə mühəndisliyi" fakültəsini bitirmiş və hazırda öz ixtisasına uyğun olaraq, Bakı şəhərində əmək fəaliyyəti ilə məşğuldur. N. Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş BC-İ 000053 nömrəli ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Dövlət İmtahan Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona Həkim ixtisası verilmişdir. Vİİ-JQ-382629 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, 8 mart 2000-ci il tarixdə vətəndaş X4 ilə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər, nikah bağlandıqdan sonra ərə və arvada Bəşiri soyadı verilmişdir. AZE 09399541 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, arvadı X4 Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İ-035481 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan onların xx.xx.2001-cü il tarixdə X6 adlı övladıları olmuşdur. AZE- 16996431 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, övladı X6 Azərbaycan Respublikasının vətəndaşıdır. Aylin Bəşiri "160 saylı Klassik Gimnaziya"nı 2018-ci ildə bitirərək, 2019-cu ildə İ.M.Seçenov adına X13 Universitetinin Bakı filialına daxil olub və hazırda orada ali təhsilini davam etdirir. AZ-İİİ-342387 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan onların xx.xx.2003-cü il tarixdə X7 adlı övladları olmuşdur. AA-l088523 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, övladı X7 Azərbaycan Respublikasının vətəndaşıdır. Oğlu Elvin də "160 saylı Klassik Gimnaziya"nı 2021-ci ildə bitirərək, elə həmin ildə Azərbaycan Neft Akademiyasının nəzdində olan Azərbaycan-Fransa Universitetinə (UFAZ) daxil olmuş və hazırda orada ali təhsilini davam etdidir. AZ-İ-988233 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, həmin nikahdan onların xx.xx.2007-ci il tarixdə X9 adlı övladı olmuşdur. AA-3522074 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, övladı X9 Azərbaycan Respublikasının vətəndaşıdır. Qızı Ayla hazırda "160 saylı Klassik Gimnaziya"da orta təhsilini davam etdirir. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, hazırda o ailəsi saxlamaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 28.01,2020-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2021-ci il qeydiyyat tarixli Nəqliyyat vasitərinin Texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, 99-RPj870 Dövlət qeydiyyat nişanlı, Opel markalı, Astra minik Universal modelly avtomobil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. DYİ-0000090 nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2009-cu il tarixdə xx.xx.2013-cu il tarixinə qədər olan müddət üçün ona cavabdeh tərəfindən Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. DYİ-0017865 nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixinə qədər olan müddət üçün ona cavabdeh tərəfindən Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. MYİ-0540761 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə xx.xx.2023-ci il tarixinə qədər olan müddət üçün ona cavabdeh tərəfindən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Müddətlərə riayyət etməklə, xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edərək, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədləri toplayıb təqdim etmişdir. Eyni zamanda bununla bağlı miqrasiya kurslarında aktiv iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə müsabiqədə iştirak edərək, suallara normal cavab vermişdir. xx.xx.2023-cü il tarixdə onun telefonuna müsabiqədən keçməməyi barədə SMS daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə 919 çağrı mərkəzinə zəng vuraraq, müsabiqədən keçməməyinin səbəbini və bundan sonra o, hansı addımları atmalı olduğunu soruşmuş. Ona bildirilmişdir ki, sistemdə müsabiqədən keçməməyi barədə məlumat olsa da, barəsində hər hansı bir qərar verilməmişdir və belə bir qərar veriləndən sonra ona uyğun müvafiq tədbir görə bilər. Qurban bayramından sonra, yəni iyul ayının əvvəllərində yenidən 919 çağrı mərkəzinə zəng vurmuş və ona xx.xx.2023-cü il tarixdə imtina qərarı verildiyini öyrənmişdir. Barəsində verilən qərar rəsmi olaraq poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuşdur. İddia ərizəsinə əlavə olunan yazılı sübutlardan göründüyü kimi, o, artıq keçən əsrin 90-cı ilərindən etibarən Azərbaycana köçərək, burada yaşayır, burada ali təhsil almış, üç övladı və həyat yoldaşı ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mənzildə yaşayırlar. Hazırda isə cavabdeh orqanın əməkdaşları ona rəsmi olaraq təklif edirlər ki, o ailəsini, hələ yeniyetmə və gənclik illərini yaşayan və bir ata, ailə başçısı olaraq ona olduqca çox ehtiyacı olan üç övladı ilə arvadını və artıq ona doğma olan yerləri tərk edib, birdəfəlik Azərbaycandan çıxıb getsin. Bu onun və ailə üzvləri üçün çox ağır itkidir. Belə ki, hazırda İran vətəndaşlarına Azərbaycan Respublikasına gəlmək üçün viza verilmir. Hesab edir ki, onun məsələsinə yenidən baxılaraq, özünün və ailə üzvlərinin şəxsiyyətləri, onların ailə vəziyyəti nəzərə alınmaqla, ailəsinin yanında qalmaqla, Azərbaycanda yaşamağına icazə verilməlidir.

3. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı Bashiri Behzat cavabdeh Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - DMX) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz edir və hesab edirlər ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2. –ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Tədqiq edilmiş sənədlər: İddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş halları təsdiq edən aşagdakı sənədlərin surətləri təqdim edilmişdir: P96629795 nömrəli İran İslam Respublikasının vətəndaşının pasportu, Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş həkim ixtisası haqqında diplom, nigahın bağlanması haqqında şəhadətnamə, övladların doğum haqqında şəhadətnamələri, övladların Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri, iddiaçının mülkiyyətində Bakı şəhərində mənzil olması barədə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iddiaçının sahibkar olması barədə Fiziki şəxsin sahibkarlıq uçotu haqqındda şəhadətnamə, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müddətinə verilmiş DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətinə verilmiş DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək müddətinə verilmiş MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müraciəti ilə bağlı inzibati icraat materialları təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərarına əsasən, xx xxxxxx 1967-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı P96629795 nömrəli pasporta malik olan Bashiri Behzadın Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması barədə 13 may 2023-cü il tarixli 151733/m nömrəli müraciəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddələrini rəhbər tutaraq təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli 8107379-1 nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” Qərarına əsasən, xx xxxxxx 1967-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı P96629795 nömrəli pasporta malik olan Bashiri Behzadın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi barədə toplanmış iş materiallarını nəzərdən keçirərək İran İslam Respublikası vətəndaşı Bashiri Behzada Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi məsələsinə baxılması zərurətin yaranması, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina edilməsi üçün hüquqi əsasların mövcud olması müəyyən edilmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddələrini rəhbər tutaraq, Bəshiri Behzada Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, Bashiri Behzadın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüquqlarından kənara çıxmaq öhdəliyi qoyulması qərara alınmışdır. Qərarlardan narazı qalan iddiaçı onların ləğv edilməsi, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə hazırkı iddianı qaldırmışdır.

İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2.-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.3.-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 68.2.-ci maddəsinə əsasən, Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər:68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İddiaçı- əcnəbi vətəndaşı- Azərbaycan Respublikasının ərazisində daimi və eyni zamanda müvəqqəti yaşamaq icazələrin verilməsindən imtina barədə cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarların əlverişsiz inzibati aktlar olduğundan ləğv edilməsini tələb edir.

10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

11. Miqrasiya Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.

12. Miqrasiya Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 44.3.-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 44.4-cü maddəsinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Həmin Məcəllənin 50.1.-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; Həmin Məcəllənin 54.1.-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 54.5.-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

13. Həmin Məcəllənin 55.0.-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; “Cavabdeh Kollegiyasinin 2013-cü il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət Qaydası”nın 1.1.-ci bəndinə əsasən, bu Qayda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında “Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər) Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydasını müəyyən edir. Bu Qaydanın 1.2.-ci bəndinə əsasən, 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə (bundan sonra-müsahibə) keçirilir. Həmin Qaydanın 1.3. –ci bəndinə əsasən, müsahibə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mütəxəssisi də daxil olmaqla, üzvlərinin sayı beş nəfərdən ibarət tərkibdə yaradılmış müsahibə komissiyası (bundan sonra — Komissiya) tərəfindən keçirilir Həmin Qaydanın 4-cü (Müsahibinin keçirilməsi) bəndində göstərilmişdir ki,(4.1.)hər bir əcnəbi ilə müsahibə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır; (4.2.) müsahibə Azərbaycan Respublikasının dövlət dilində aparılır; 4.3.) müsahibə zamanı əcnəbiyə Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual, habelə dövlət dili ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual verilir;(4.4.) suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir: (4.4.1. )Azərbaycan dilində fikrini səlist ifadə etmək (danışmaq, başa düşmək və s.) səviyyəsi; 4.4.2. əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi. 4.5. əcnəbinin verdiyi cavab komissiyanın üzvləri tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir. 4.6. Müsahibənin nəticəsinə görə hər bir meyar üzrə ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. 4.7. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə (1 nömrəli Əlavə) yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir. 4.8. Komissiya üzvləri arasında əcnəbinin iştirakı olmadan müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər.

14. İşin faktiki hallarına əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almaq məqsədi ilə müraciət etmiş iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən keçirilmiş müsahibədə iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi yoxlanılmış, iddiaçının cavabları qiymətləndirilmişdir. İnzibati icraat materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bal cədvəlinə əsasən, iddiaçı tələb olunan bal toplamamış, bu səbəbdən də müsahibənin müvəffəqiyyətlə keçmiş hesab edilməmişdir. Müsahibənin nəticələri iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsini qeyri-mümkün etmişdir. Eyni zamanda cavabdeh tərəfindən toplanılmış materiallar iddiaçının müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsinə əsas olmuş, 25 iyun 2023-cü il tarixli 8107379-1 nömrəli qərarı ilə iddiaçının üzərinə 10 gün müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

16. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtinanın olunması haqqında“ qərarının və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8107379-L nömrəli qərarlarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.

18. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRАRА АLDİ:

İddia tələbi təmin еdilməsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2аkim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar