Məhkəmə qərarları › İş №2-1(112)-12719/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12719/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12719/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun X10 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun X10 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Qarayev Ələddin Malış oğlu xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 06 aprel 1993-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon bölməsi tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı X10ndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 849,N saylı hərbi hissələrinin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi döyüş yolu keçmişdir. Qarayev Ələddin xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınığı ağır xəsarəti almışdır. İlk yardım N saylı hərbi hissənin tibbi rotasında göstərilmişdir.xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə kimi Daxili qoşunların Qaradağ rayonunda yerləşən hospitalında qeyd olunan diaqnozla müalicə olunmuşdur. Uzun müddət Bakı şəhərində yerləşən HTİ-nin tramvatologiya klinikasında həmin diaqnozla müalicə almış, 45 günlük məzuniyyətdən sonra xx.xx.1994-cü ilə kimi həmin klinikada təkrarən müalicə almışdır. Qeyd olunan diaqnoz “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 1850 saylı, 27 oktyabr 1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq olunur. Göstərilən xəstəliklə əlaqədar iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə Beyləqan HƏEK tərəfindən əlillik təyin edilmişdir. X11 Bakı şəhəri, Səbail rayonu ərazisinə paspot qeydiyyatına düşdüyündən və yaşadığından sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon ƏƏSMN-i tərəfindən 179389 saylı, 03 oktyabr 2006-cı il tarixli müddətsiz əlillik vəsiqəsi verilmişdir. İddiaçının həyat yoldaşı 19 sentyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı ölən günədək 2-ci qrup müharibə əlili kimi pensiyasını almışdır. Lakin həyat yoldaşına “Hərbi qulluqçıların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997- ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişi verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə xx.xx.2023cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 6600 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmiş, lakin iddiaçıya ünvanlanmış məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbayca Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətnamə altsisteminə daxil edilmiş və aldığı xəsatərlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərzələşdirilmiş eıektron informasıya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəli ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi-həkim komissiyasının (həkim –uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi- sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” m”iddiaçı X4 mərhum əri Qarayev Ələddin Malış oğlunun 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlillik məlumatlarının təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi və həmin fakt təsdiqləndiyi halda iddiaçıya vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina edilmiş, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 179389 nömrəli, 03 avqust 2006-cı il tarixli vəsiqənin surətinə əsasən, Qarayev Ələddin Malış oğlu əlildir. AZ-İ 772968 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Qarayev Ələddin Malış oğlu 19 sentyabr 2015-ci ildə ölmüşdür. AO seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən, Qarayev Ələddin Malış oğlu xx.xx.1993-cü ildə Beyləqan rayon komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, xx.xx.1995-ci ildə ehtiyata buraxılmışdır. xx.xx.1994-cü il tarixdə mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınıq travması almışdır. xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı məhkəməyə müraciət etməmişdən qabaq cavabdeh inzibati orqana müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçı X5 ünvanladığı 01 iyun 2023-cü il tarixli, 3-17-1/2-Q-122451/2023 nömrəli “Birdəfəlik ödəmə haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X16 Malış oğlunun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-Q-17598/2023 saylı məktubuna əsasən aşagıdakılar bildirilmişdir - şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində Ə.Qarayevə dair məlumat aşkarlanmamışdır; bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyyə edilmişdir. X9 əvəzinə X2 **********983 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, atası Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür; ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. X6 **********903 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, atası Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür; ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. X1 **********902 nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə surətinə əsasən, oğlu Qarayev Ələddin Malış oğlu, xx.xx.2015-ci il tarixində ölmüşdür və tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür. Oğlunun ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 16 dekabr 2022-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının təqdim etdiyi məlumata əsasən Filialda mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun sosial ödənişlərinə aid sənədləri aşkar edilmədi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Mərkəzi Filialda X16 Malış oğlunun pensiya və müavinət ödənişinə dair sənədləri aşkarlanmamışdır. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X20 Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırması üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 11 iyul 2023-cü il tarixli, 3-17-1/2-154189/2023 nömrəli cavab məktubuna əsasən, mərhum X8 pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

11. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

13. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;.. 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;.. 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; - 4.1. sığortaolunan on bir min manat məbləğində sığorta edilir. - 4-1.1. sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq - 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; 4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək. - 4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir. - 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz;orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; - 7.1. sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

14. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 620 nömrəli, 25 iyul 1997-ci il tarixli Fərmanının 2.5-ci bəndinə görə həmin Qanunun 4- 1.2.1-ci, 4-1.2.2-ci, 4-2.1.2-ci, 4-2.1.4-cü, 4-2.2.3-cü maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində, 8-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 9.1-ci və 9.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulması müəyyən edilmişdir. İşin mübahisəli olmayan halı ondan ibarətdir ki, İddiaçı X16 Malış oğlunun arvadı olmaqla vərəsəsidir. İddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən X16 Malış oğlunun aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmaması əsas gösdərilməklə, iddiaçının birdəflək ödəmənin verilməsi barədə müraciətinə imtina edilməsi məhkəmə tərəfindən qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə sorğusu əsasında səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş X16 Malış oğlunun 420018 nömrəli pensiya işində olan pensiyaçının uçot vərəqindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı müəyyən edilmiş 2 ( ikinci )qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edilmiş, xx.xx.2015-ci ildə ölməsi ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

15. 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən -1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat;1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. - 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

-2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Cavabdeh inzibati icraat zamanı iddiaçının xeyrinə olan halları araşdırmamış, zəruri olan sübutları toplamamışdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

18. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun X10 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir. 19..Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı Qarayev Ələddin Malış oğlunun X10 zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin vərəsəsi kimi İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar