Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1272/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək döyüş zonasındakı hərbi hissədə hərbi xidmətkeçmə dövründə sağlamlığına dəymiş zərərlə bağlı əlil olmağı səbəbindən ona xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpası və təyinatı, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1976-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Saatlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1995ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında yerləşən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən səhhətinə zərər dəymiş və sağlamlığını itirmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hospitalında müayinə və müalicə olunmuşdur. Ona «Sağ ayağın İİ distal falanqasının tendovaqınıtı» kliniki diaqnoz təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 303 saylı qərarı ilə xəstəliyin səbəbi «Xəstəlik, hərbi xidmət dövründə alınmışdır» təsdiqini tapmışdır. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. Cavabdehin Ali Ekspertiza Komissiyası tərəfindən ona xx.xx.2009-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir. Hər il ardıcıl tibbimüayinələrdən keçmişdir və əlillik dərəcəsi öz təsdiqini tapmışdır. İİ dərəcəli hərbi statuslu əlil olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nin Saatlı rayon şöbəsindən əlilliklə bağlı pensiya almışdır. 12 ildir ki, İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyi ilə bağlı əsas diaqnoz Əsasnamənin 2.2.12-ci bəndinə uyğundur. Əsasnamənin 6.1-ci bəndinə əsasən 2016-cı ilin aprel ayında TSERAS tərəfindən 2021-ci ili aprel ayına kimi əlillik müddətin 5 il müddətinə uzadılmışdır. 05 aprel 2021-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı rayon X4 X7-Məsləhət Komissiyasının 0309003AANFJ saylı elektron göndərişi (Forma 088) əsasında cavabdehə müraciət etmişdir. TSEK-nın xx.xx.2021-ci il tarixli məlumatına əsasən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi (5 illik müddətə) İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə bağlı pensiyanın bərpası (davamı) ilə bağlı o, TSEK-nın müayinə aktını DSMF-nin Saatlı Rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Saatlı rayon şöbəsindən ona bildirilmişdir ki, cavabdeh orqan qanunsuz olaraq onun hərbi əlil statusu ilə bağlı Formanın qiymətləndirilməsinə dair nəticəni əsassız səbəbdən etibarsız hesab etmişdir. Bu səbəbdən ona pensiya təyinatı apara bilmirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Cavabdeh orqanda əyani müayinədə olsa da heç bir əsas olmadan 12 il ərzində əlil olmağına baxmayaraq cavabdeh qanunsuz olaraq onun əlilliyini etibarsız hesab etmişdir. Bu səbəbdən də cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Eyni zamanda cavabdeh orqanın qanunsuz hərəkətləri səbəbindən əlilliyi olmuş şəxs kimi hüquqlarının pozulması ilə bağlı vurduğu ziyana görə cavabdehdən əlavə olaraq kompensasiyanın ödənilməsi tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009 saylı göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010 saylı göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014 saylı göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015 saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016 saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 saylı göndərişi əsasında xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hərbi xidmətlə əlillik səbəbləri yalnız əyani müayinə yolu ilə qiymətləndirmə ilə həyata keçirilir. Etiraza əlavə edilmiş cədvəldə FİN nömrələri qeyd edilmiş 32 şəxsin əlillik vəziyyətləri dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında onların iştirakı olmadan qiymətləndirilmiş və əlillik dərəcələri təyin edilmişdir. Həmin şəxslərin sənədlərində sonradan uyğunsuzluq aşkarlığından əlillik altsistemində müayinələri etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının əlilliyinin təyin edilməməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 303 №-li, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-cı ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Sağ ayağın İİ distal falanqasmın tendovaqiniti» (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 08.1.2009-cu il tarixli 6 nömrəii göndərişi, xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı, 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti, hərbi biletdən çıxarış ilə təsdiq edilir) «XƏSTƏLİKDİR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». - “Saatlı rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 0309003AANFJ №-li, TQS № 088 tibbi arayışdan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: Xəstə İİ qrup əlilldir. Xəstənin ümumi vəziyyəti ağırdır. Deməsinə görə uzun müddətdir ki xəstədir. Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-ci ildə N saylı hərbi hissədə müayinə və müalicə olduğunu xəstəlik-diaqnoz Sağ ayağın İİ distal falanqasının tendovaqinit (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 01.01 2009-cu il tarixli 6 nömrəli göndərişi xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti hərbi biletindən çıxarış ilə təsdiq edilir. Xəstəlik hərbi xidmət dövründə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hərbi həkim ekspertizası haqqinda əsasnamənin 7.2. maddəsinin MNMHHK-NİN292 nömrəli xx.xx.2009-cu il tarixli prokuroru. TSEK-ə göndəriş zamanı əsas diaqnozu: 173.1 Obliteraslya edən trombangiit [Byurger xəstəliyi], Obllterasiyaedici trombangit. Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintrro gorə ekzartikulasiyadan sonrakı vəziyyət. Ağırlaşma: 173.9 Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması; M86.6 digər xroniki osteomielit. Aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm). TSEK-ə göndərilməsi üçün əsas: Hərbi xidmət dövrü ilə əlaqədar. - Cavabdehin sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı “Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintirro gorə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması. Aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. - Cavabdehin elektron çıxarışından görünür ki, 0309003AANFJ №-li Forma 88 statusu formanın qiymətləndirmə nəticəsi etibarsız edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu X8n 10 saylı Regional Ərazi Filialının Saatlı rayon Qəbul Şöbəsinin **********3 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Saatlı şəhər Mustafabəyli kənd sakini Əliyev X3 Sosial Müdafiə Fondu X8n 10 saylı regional ərazi filialının Saatlı rayon Qəbul Şöbəsindən xx.xx.2009-ci il tarixdən- xx.xx.2021-ci il tarixədək 2-qrup Hərbi Xidmət dövrü ilə əlaqədar 259 manat 78 qəpik pensiya almışdır. - Saatlı rayon İcra Hakimiyyəti Başçısının Mustafabəyli kənd İnzibati Ərazi Dairəsinin 268 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Azərbaycan Respublikası Saatlı rayon Mustafabəyli kəndində yaşayır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********8 №-li, xx.xx.2021-ci il tarixli qərardadın icrası haqqında məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7522/2021 nömrəli qərardadı Agentlik tərəfindən icra edilmiş və xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı əyani müayinəsi həyata keçirilmişdir. Müayinənin nəticəsində tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş sağlamlıq vəziyyətinin təyininə dair 10 fevral 2022-ci il tarixli, T56/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Saatlı rayon mərkəzi xəstəxanası” phş-nin xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişlə rəsmiləşdirilmiş Forma №-88 arayışda qeyd edilmiş diaqnozlar “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyininə əsas yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1413 №-li məktubuna əlavə edilmiş canlı şəxs və iş materialları üzrə K/143 №-li ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişdə “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu keçirilmiş müayinələrin nəticələrinə uyğun təyin edilmiş, görülmüş müalicə tədbirləri və əmək fəaliyyəti xəstənin vəziyyətinə uyğun qiymətləndirilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2022.) Müdafiə Nazirliyi Baş Kliniki Hospitalında keçirilmiş müayinələrinə əsaslanaraq demək olar ki, “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə təyin edilmiş “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozlu xəstəliklər, hazırda onda “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, sağ aşağı ətraf dərin venaların seqmentar qapaq çatışmazlığı” diaqnozlu xəstəliklər formasında mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərarqbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2015-ci il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnozla beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərarlar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ saylı, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə iddiaçı yenidən qiymətləndirilmiş və ona “Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintrro gorə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm) diaqnozu” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Cavabdeh inzibati orqan hərbi xidmətlə əlillik səbəbləri yalnız əyani müayinə yolu ilə qiymətləndirmə ilə həyata keçirilməsini əsas gətirərək iddiaçıya aid Forma 88 statusu formanın qiymətləndirmə nəticəsini etibarsız etmişdir. İddiaçı cavabdeh orqanda əyani müayinədə olmuş və iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpasını, ona ikinci dərəcəli əlilliyin təyin edilməsini, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuçş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bəndə ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. İşin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə məhkəmə araşdırılması zamanı İddiaçı əyani müayinəyə cəlb edilmiş, həmçinin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertizalar təyin edilmiş və ekspertlər tərəfindən müvafiq rəylər verilmişdir. Məhkəmə qeyd edir ki, əyani müayinə və ekspertizalar zamanı İddiaçı “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozları öz təsdiqini tapsa da həmin diaqnozlar xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci dərəcə əlilliyin müəyyən olunması meyarlarına uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, iddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “əlillik dərəcəsinin bərpası və təyinatı” hissəsi təmin edilmədiyindən iddia tələbinin cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsinin də rədd edilməli olması nəticəsinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı yenidən əlilliyinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan meyarlara uyğun qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyasına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1272/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1272/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver