Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1272/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş xx.xx.2024-cü il tarixdən 2-ci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. O, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.2018-ci il tarixdə 77B/2 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışam. Ona xx.xx.2018-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Ona əlillik təyin edilən zaman diaqnoz olaraq “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-kordinator funksiyanın pozunutulan ilə müşayət olunan baş-beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) qeyd edilmişdir. Həmin əlillik qiymətləndirilməsinin müddəti bitdikdən sonra o yenidən əlillik təyin edilməsi üçün mövcud tibbi sənədlər əsasında Forma 88 tərtib edərək elektron qaydada sistemə yüklənmişdir. Tərtib edilmiş Forma 88 əsasında ona imtina cavabı verilmişdir. İmtinada diaqnoz olaraq proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya. İnsulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət qeyd olunmuşdur. İmtinada qiymətləndirmə tarixi xx.xx.2024-cü il göstərilsə də ona həmin qərar son bir neçə gün ərzində təqdim edilmişdir. Əlillik qiymətləndirilməsindən imtinaya səbəb kimi göstərilmiş diaqnozun əlillik təyinatına imkan verməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmintarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci tarixli 0120003AAD6U nömrəli Forma 88-dən görünür ki, TSEK-ə göndəriş zamanı diaqnoz: -Əsas diaqnoz-G60.3-Proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropariya -Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması -Ağırlaşma-G82.0-süst paraplegiya, aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla -Yanaşı xəstəliklər-G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya,dissirkulyator ensefalopatiya 2-ci dərəcə. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli T00158027LRG nömrəli Forma 88-dən görünür ki, TSEK-ə göndəriş zamanı diaqnoz: -Əsas diaqnoz-G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor sensor polineyropatiya -Ağırlaşma-G82.0-sust paraplegiya,aşağı ətrafların süst parezi(əzələ gücü 3 bal) -Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları,hərəkətin,yerişin az pozulması -Yanaşı xəstəliklər-E11-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip İİ -Yanaşı xəstəliklər-G63.2-diabetik polinevropatiya (e10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya -Yanaşı xəstəliklər-F48.9-dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik vəziyyət İş materialarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli L00170238SEB nömrəli Forma 88-dən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı barəsində TSEK-ə göndərilən zamanı diaqnoz: -Əsas diaqnoz-G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya -Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, hərəkətin,yerişin az pozulmaası -Ağırlaşma-G82.0-Sust paraplegiya, aşağı ətrafların süst parezi(əzələ gücü 3 bal) -Yanaşı xəstəliklər-E11-İnsulin asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət -Yanaşı xəstəliklər-F48.9-dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik vəziyyət -Yanaşı xəstəliklər-G63.2*-diabetik polinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə),diabetik polineyropatiya İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2018-ci il tarixdə İddiaçı Bakı X8 xx.xx.2018-ci il tarixli 0120003AAD6U göndərişi əsasında vəziyyəti qiymətləndirilmiş, səbəbi:hərbi xidmət dövrü ilə əlaqədar; Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ sinif-sinir sistemi xəstəlikləri=>G60-G64polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri=>G60-irsi və idiopatik nevropatiya=>G60.3-proqressivləşən idiopatik nevropatiya; Diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor-sensor polineyropariya, hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması, süst paraplegiya,aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla; Meyar:2.2.İkinci dərəcəli əlillik=>2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi,emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pyramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg… olmaqla İddiaçı xx.xx.2018-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı X8 xx.xx.2018-ci il tarixli 0120003AAD6U nömrəli göndərişi əsasında əyani müayinə edilərək qiymətləndirilmiş, Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ sinif-sinir sistemi xəstəlikləri =>G60-G64-polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri =>G60-irsi və idiopatik nevropatiya =>G60.3proqressivləşən idiopatik nev;Diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor-sensor polineyropatiya, hərəkətin və yerişin pozulmaları,yeriş funksiyasının pozulması, süst paraplegiya,aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla. Mərkəzə göndərilmənin/İmtinanın səbəbi:Diaqnoz öz təsdiqini tapmaması-səbəb:tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18909/2023 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 4 nəfər vətəndaşa müxtəlif tarixlərdə əyani müayinəyə çağırılması haqqında ünvanlarına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 4 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 2. Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2018-ci il tarixində Tibbi- Sosial Ekspert Komissiyasında əyani müayinə edilmiş və ona “Proqressivləşən idiopatik nevropatiya. Xroniki motor-sensor polineyropatiya, Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması. Süst parapleqiya. Aşaqı ətrafların paraparezi, hissi trofiki pozulmalarla." diaqnozu ilə 2.2.9 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-26493/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. -xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı X8 xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə vəziyyəti qiymətləndirilmiş, müayinədən əvvəlki qrupu:ikinci dərəcəli əlillik; Diaqnozun mətni:G60.3-proqressivləşən idiopatik nevropatiya,xroniki motor sensor polineyropatiya; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:göndərişin natamam doldurulması-səbəb:DTSERA-da əyani müayinə olunması tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-2890/2024 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 26 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
21. Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bədəninin müxtəlif nahiyələrində iynəbatma hissindən, tez yorulmadan, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında yanaşı olaraq insulin tələbli şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan 2-3 gündən bir Alisa qəbul etdiyini söyləmişdir. Müayinə zamanı 12 cüt kəllə beyin sinirləri, əzələ gücü və tonusu normal olmuş, əlcək-corab tipli səthi hissiyyatın pozulması, reflekslər bilateral Axil refleksi alınmamış (şəkərli diabet xəstəsi), Biceps, Triceps, Carporadial reflekslər normal, hipotrofiya, atrofiya müşahidə edilməmişdir. Nevrologiya Klinikasının xx.xx.2018-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Aparılan müayinə zamanı əsasən hissi sinirlər tərəfindən (daha çox aşağı ətraflarda) aksonal tip polineyropatik dəyişikliklər qeyd olunmuşdur. X8 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 384 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor sensor polineyropatiya. Aşağı ətrafların parezi, hissi trofiki pozulmalarla. Yeriş funksiyasının pozulması. Baş beyin qan dövranının xroniki pozğunluğu. Ürəyin aterosklerotik xəstəliyi. Nevrosteniyä' kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023xx.xx.2023-cü il tarixli 4981 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor-sensor polineyropatiya. Aşağı ətrafların distal paraparezi. Hərəkətin və yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8551 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor-sensor polineyropatiya. Aşağı ətrafların süst polineyropatiyası, Dissirkulyator enselefalopatiya, İİ mərhələ. Şəkərli diabet tip 2” kimi qeyd edilmiş olsa da, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedis, trifazik. Sol dorsalis pedis, trifazik. Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli .187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -İddiaçı vəziyyəti xx.xx.2024-cü il tarixdə Bakı X8 xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb:diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9319/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilməsi və əyani müayinə zamanı İddiaçı hal-hazırda hansı xəstəlik və qüsurların (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilmək ilə) aşkar olunması göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 33680/2024 nömrəli məktubu ilə məhkəmə qrardadının icrası ilə bağlı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-8824/2024 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 24 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAD6U nömrəli xx.xx.2018- ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9. bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3-17-4/2-M-26493/2023 nömrəli məktuba əsasən DTSERA-ya əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona xx.xx.2023-cü il tarixindən Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-3-19180/2023, 3-17-4/3-3- 18909/2023). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-8440/2024). Vətəndaş 3-17-4/1-35377/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9319/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı bədəninin müxtəlif nahiyələrində iynəbatma hissindən, tez yorulmadan, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında yanaşı olaraq insulin tələbli şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan 2- 3 gündən bir Alisa qəbul etdiyini söyləmişdir. Müayinə zamanı 12 cüt kəllə beyin sinirləri, əzələ gücü və tonusu normal olmuş, əlcək-corab tipli səthi hissiyyatın pozulması, reflekslər bilateral Axil refleksi alınmamış (şəkərli diabet xəstəsi), Biceps, Triceps, Carporadial reflekslər normal, hipotrofiya, atrofiya müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, qıcolmalardan, gecələr aşağı ətraflarında baş verən qıcolmalardan, barmaqlarında keyləşmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2016-cı ildən özünü xəstə hesab etdiyini, bir neçə ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan “Thiogamma”, “Diabzid M”qəbul etdiyini bildirmişdir. Nevroloji status: müayinə zamanı reflekslər canlı alınmış D=S, patoloji reflekslər aşkarlanmamış, atrofiya, parez qeyd edilməmiş, ətraflarda süstlük müşahidə edilməmişdir. Əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1915 nömrəli Çıxarışında diaqnoz “Qaraciyər fibrozu. Xroniki xolesistit. Şəkərli diabet tip 2. Nazik gastrobulbıt” kimi qeyd olunmuşdur. Modern Hospitalın xx.xx.2023-cü il tarixli Kompüter EMQ müayinəsinin nəticəsi “Müayinə olunan sinirlər: Sağ N.Ulnaris, N.Medianus, sağ sol N.Tibialis posterior, N.Peronealis N.Suralis sensor-motor. Aparılmış müayinələr hər iki N.Suralisi sensor cavabları alınmadı, Nulnaris, N.Medianusun sensor cavabları uzanmışdır. Motor sinirlər norma daxilindədir. Yekun: Bu ENMG sensor tip polineyropatiya ilə xarakterizədir” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki motor sensor polineyropatiya. Aşağı ətrafların paraparezi. Yeriş funksiyasının pozulması. Şəkərli diabet, tip 2. Diabetik polineyropatiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -İddiaçı Bakı X8 xx.xx.2024-cü il tarixli L00170238SEB nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb:”Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1272/2025 nömrəli Qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda proqressivləşən idiopatik nevropatiya, Xroniki motor polineyropatiya aşkar olunur?. - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hərəkətin və yerişin pozulmaları, hərəkətin, yerişin az pozulması aşkar olunur? - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda sust paraplegiya, aşağı ətrafların süst parezi (əzələ gücü 3 bal) aşkar olunur? - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ aşkar olunur? - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik vəziyyət aşkar olunur? - xx.xx.1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), diabetik polineyropatiya aşkar olunur? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5”nin xx.xx.2025-ci il tarixli 2095 nömrəli məktubu ilə təqdim edilmiş T280/2025 nömrəli Ekspert rəyinə əsasən, 1978-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, vətəndaş İddiaçı “X10”ndə 26.04-xx.xx.2025-ci il tarixlərdə “G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropatiya, G83.2-aşağı ətrafların paraparezi, R26-hərəkətin və yerişin pozulması, İlO-hipertoniya xəstəliyi İİ dərəcə, El 1.8şəkərli diabet tip İİ, G63.2- diabetik polineyropatiya, F44-dissosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu ilə müalicə olmuşdur. Qərardadda suallarda göstərilən xəstəliklərə onda hazırda da rast gəlinir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə ilə şəhadətləndirilmiş və barəsində “Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ’’ diaqnozlu xəstəliklə şəhadətləndirilmiş və xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Sonuncu dəfə İddiaçı vəziyyəti xx.xx.2024-cü il tarixdə Bakı X8 xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; olmaqla diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əllik təyinatından imtina edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki İddiaçı “X10”ndə 26.04-xx.xx.2025-ci il tarixlərdə “G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropatiya, G83.2-aşağı ətrafların paraparezi, R26-hərəkətin və yerişin pozulması, İlO-hipertoniya xəstəliyi İİ dərəcə, El 1.8şəkərli diabet tip İİ, G63.2- diabetik polineyropatiya, F44-dissosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu ilə müalicədə olmuşdur. Məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəliklərin Beynəlxalq Təsnifatında kodu əsas xəstəliyi G60.3idiopatik nevropatiya olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın qiymətləndirmə meyarları aşağıdakılardır: 6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular-G60 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr -R25-R29 6.1.10.2.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) -G81-G83 6.5.1.2.mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);mülayim statodinamik pozuntular. Təqdim edilmiş ekspert rəyində verilmiş suallara cavab olaraq iddiaçıda proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya, hərəkətin və yerişin pozulmaları, hərəkətin, yerişin az pozulması, sust paraplegiya, aşağı ətrafların süst parezi (əzələ gücü 3 bal) kimi xəstəliklrin hazırda rast gəlindiyi bilavasitə qeyd edilmişdir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş Forma 88-dəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya məhkəməyə qədər sonuncu dəfə əyani müayinənin aparıldığı xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz aralığında ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova