Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12725/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı “avtomobilin cərimə meydançasından çıxarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı məhkəməyə müraciət edərək 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cərimə meydançasından çıxarılaraq ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobili X1 mülkiyyətində olmaqla sürmə hüququ verən etibarnamə ilə onun istifadəsindədir və əslində faktiki olaraq ona məxsusdur. Yuxarıda qeyd etdiyi kimi avtomobilin rəngi ağ və qara rənglərdən ibarətdir. Bu barədə nəqliyyat vasitəsinə verilmiş 089674 nömrəli “X2 şəhadətnaməsi’nin rəng bölməsində də müvafiq qeydiyyat aparılmışdır. Ölkəmizdə mövcud olan qanunvericilik aktlarına görə nəqliyyat vasitəsinin bir neçə rəngdən ibarət olması qadağan edilmir və təbii ki, belə bir şey olsa Sumqayıt RQİ və TBŞ tərəfindən avtomobilə qeydiyyat vəsiqəsi verilə bilməzdi. Lakin o, avtomobilindən istifadə edə bilmir. Belə ki, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin əməkdaşları tərəfindən avtomobil onun əlindən alınaraq cərimə meydançasına yerləşdirilib. Dəfələrlə avtomobili cərimə meydançasından çıxarmağa cəhd etsə də, ona “ancaq avtomobilin rəngini bir rəngə dəyişib o cür buradan çıxara bilərsən’’ - deyə heç bir qanuna sığmayan cavab vermişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə ünvanladığı çoxsaylı müraciətlərinə heç bir rəsmi cavab verilməmiş, avtomobilimin cərimə meydançasında saxlanılmasına əsas olacaq heç bir qərar ona təqdim edilməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq ona nə imtina barədə rəsmi cavab verilmir, nə də problemi öz həllini tapır. Göründüyü kimi 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən əsassız olaraq cərimə meydançasında saxlanılır və avtomobili ona təqdim etmək həmin idarənin vəzifəsidir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Sizin yol patrul xidməti əməkdaşının qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə verdiyiniz məlumat əsasında araşdırma aparılmışdır. Bildiririk ki, müraciətinizlə bağlı Sizinlə mobil telefon əlaqəsi yaradılaraq DYP-nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri, habelə YPX əməkdaşının hüquq və vəzifələri barədə ətraflı izahlar verilmiş, Siz heç bir şikayətinizin olmadığını bildirmisiniz.”
4. AE 089674 nömrəli X2 Şəhadətnaməsinin sürətindən görünür ki, 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.
5. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobili iradə etmək üçün İddiaçı etibar etmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
7. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. 125.8. İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi X2 şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.
13. Qeyd edilən qanunvericiliyin normalarından aydın olur ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi mühafizə olunan duracağda saxlanıla bilər.
14. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh iddiaçının nəqliyyat vasitəsinin iki rəngdə olmasına istinad edərək onu mühafizə olunan duracaqda saxlamışdır. Halbuki iddiaçının nəqliyyat vasitəsinin ağ və qara rənglərdən ibarət olması nəqliyyat vasitəsinə verilmiş 089674 nömrəli “X2 şəhadətnaməsi”nin rəng bölməsində qeydiyyat aparılmışdır. 15.Cavabdehin hərəkəti nə inzibati xəta haqqında protokolla, nədə ki inzibati tənbeh tətbiq etmə haqqında qərarla əsaslandırılmışdır. 16.Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
17. Odur ki, iddia tələbi təmin edilməli, 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cərimə meydançasından çıxarılaraq iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. 2005-ci il buraxılışlı, WBANA53525B862698 ban nömrəli, ağ-qara rəngli, BMW 525 minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cərimə meydançasından çıxarılaraq İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva