Məhkəmə qərarları › İş №2-1(112)-12729/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12729/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12729/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Həsənov Elxan Nəriman oğlu) qarşı “çıxarışların ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin Həsənov Elxan Nəriman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsi tərəfindən ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Həsənov Elxan Nəriman oğlu üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı ilə "X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 iyul 2018-ci il tarixində mənzil tikintisi haqqında bağlanmış 27 №-li müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçə 2 ünvanında 10 mərtəbəli yaşayış binasında payçı haqqında müqavilə imzalanmışdır. Müqavilənin əsas predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçə 2 ünvanında 10 mərtəbəli yaşayış binasında l-lll blok İ qeyri-yaşayış mərtəbə, ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri- yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İlk olaraq həmin tarixdə müqaviləyə uyğun olaraq 400 kv.m təşkil edən qeyri-yaşayış (mağaza) sahəsinin hər 1 kv.metri üçün 2200 manatdan olmaqla 880.000 manat məbləğində ödəniş edilmiş və bununla bağlı iddiaçıya "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 04 iyul 2018-ci il tarixli "Maliyyə arayışı” verilməklə qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilsə də, X4” Məhdud Məsuliyyətli Cəmiyyəti isə icraçı kimi üzərinə düşən öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. Bununla bağlı “X4' Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, iddiaçı ilə “X4” MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdeh “X4” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən qətnamədən maraqlarına toxunan şəxs Həsənov Elxan Nəriman oğlu apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1408/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Həsənov Elxan Nəriman oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra həmin qətnamədən maraqlarına toxunan şəxs Həsənov Elxan Nəriman oğlu kassasiya şikayəti vermiş və onun kassasıya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(102)-2994/2023 saylı Qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cu il tarixli, 2(103)- 1408/2023 nömrəli qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır və iş araşdırılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Mülki iş Azərbaycan Respublaikası Ali Məhkəməsinin icraatında olarkən qətnamədən maraqlarına toxunan şəxs Həsənov Elxan Nəriman oğlu vəziyyətdən sui-istifadə edərək, işə baxılan müddətdə həmin qeyri-yaşayış sahəsinin öz adına rəsmiləşdirmək məqsədilə çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müarəciət etmiş və qeyri-yaşayış sahəsinə dair çıxarış əldə etməyə nail olmuşdur. Onun çıxarışın necə əldə etdiyini, həmin qeyriyaşayış sahəsinin Həsənov Elxan Nəriman oğlunun adına bağlılığını müəyyən etmək üçün tərəflərindən dəvət edilmiş mütəxəssis rəyində həmin yerə aid olmaması göstərilmişdir. Bununla da qeyri-yaşayış sahəsinə dair Həsənov Elxan Nəriman oğlunun adına verilmiş çıxarışın mötəbərliyinə əsaslı şübhələr yarandığından cavabdehin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün məhkəmə müdaxiləsinin zərurət yaranmışdır. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Həsənov Elxan Nəriman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** və ********** qeydiyyat nömrəli Çıxarışların verilməsi barədə hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizlik iddiaçının qanuni hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş Həsənov Elxan Nəriman oğlu "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş, onun razılığı ilə "xxxx" MTK-nın binasında ünvan 4, 1-ci girişin 1-ci mərtəbəsində yerləşən ümümi sahəsi 140.5 kv.m olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, ünvan 5 ünvanda yerləşən kooperativi yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Binanın 1-ci giriş 1-ci mərtəbəsində ümüumi sahəsi 140.5 kv.m, sahəsi 140.5 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri Həsənov Elxan Nəriman oğlu tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 111.5 kv.metr olan qeyri-yaşayış sahəsinə Həsənov Elxan Nəriman oğlunun xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Həsənov Elxan Nəriman oğlunun xüsusi mülkiyyətindədir, əmlakın sahəsi 164.5 kv.metr təşkil edir. İddiaçı hazırda cavabdeh tərəfindən üçüncü şəxs Həsənov Elxan Nəriman oğluna verilmiş xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda sadalanan hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxs Həsənov Elxan Nəriman oğlunun mülkiyyət hüququ "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli protokolundan çıxarışına əsasən qeydə alınmış və bu barədə ona xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Deməli, iddiaçı hazırda arzuladığı nəticəyə nail olmaq üçün cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışları deyil, qeyri-yaşayış sahəsinə üçüncü şəxs E.Həsənovun mülkiyyət hüququnun qeydə alınmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədləri, yəni "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli protokolundan çıxarışı mübahisələndirməklə nail ola bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırkı tələb iddianın mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 8ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar