Məhkəmə qərarları › İş №2-1(112)-1273/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1273/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1273/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 A saylı binanın yaxınlığındakı torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə arasında 18 dekabr 2015-ci il tarixdə 1116 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə bağlanmışdır. İcarə müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığında olan 297 kv. metr torpaq sahəsi 49 il müddətinə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Müqavilənin 1.2-ci bəndində qeyd olunduğu kimi torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri qeyd olunmuş, müqaviləyə əlavə olunan planda göstərilmişdir. Müqavilənin 3.1-ci bəndi ilə müəyyən olunduğu kimi torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilmişdir. Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 25 yanvar 2017-ci il tarixdə torpaq sahəsində obyektin tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığında olan torpaq sahəsində qeyriyaşayış obyektinin layihələndirilməsi üçün sifariş verilmişdir. LODOS -— tərəfindən torpaq sahəsidə alüminium-şüşə vitrajlarm və ankarajların layihəsi hazırlanmışdır. Layihə Dövlətbaşekspertiza ilə 05. 05. 2017- ci il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığında olan torpaq sahəsində qeyri-yaşayış obyektinin layihələndirilməsinə dair 26. 05. 2017-ci il tarixdə 23665 nömrəli rəy vermişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığında olan torpaq sahəsində qeyri-yaşayış obyekti üzrə layihələndirilməsinə dair 26. 05. 2017-ci il tarixli 23665 nömrəli rəy 05 iyun 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. İddiaçı icarə hüququ ilə istifadəsində olan torpaq sahəsində tikinti aparılmasına razılıq verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət edib tikinti aparılmasına razılıqlar alınmışdır. Tikinti işlərinin aparılması üçün X4 Nazirliyinə müraciət edib ekoloji ekspertizanın 05 may 2017-ci il tarixli rəyini alınmışdır. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 16 may 2017-cı il tarixli məktubu və 12. 05. 2017-cı il tarixi 0434 nömrəli rəyini almış və Azərsu ASC-nə müraciət edərək 27 may 2017-ci il tarixli, 005/2/1046-ts nömrəli texniki şərt almışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığında olan torpaq sahəsində 2022-ci il tarixdə yüngül metal və şüşə konstruksiya ilə qeyri-yaşayış obyekti inşa etmişdir. Cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları 17 may 2023-cü il tarixdə qabaqcadan xəbərdarlıq etmədən istifadə və sahiblik hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küşəsi, 64 A saylı binanın yaxınlığındakı torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini sökməyi tələb etmişdirlər. İddiaçı onların tələblərinin qanunsuz olduğunu bildirdikdə qanunsuz olaraq tikintinin bir hissəsini sökmüşdürlər. Cavabdehin nümayəndələri iddiaçıya xəbərdarlıq edərək 18 may 2023-cü il tarixdə tikinti sahəsini sökmək üçün təkrar olaraq gələcəklərini bildirmişdirlər. İddiaçı qeyd edir ki, istifadə və sahiblik hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 A saylı binanın yaxınlığındakı torpaq sahəsində inşa etdiyi qeyriyaşayış sahəsinin sökülməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsi ilə müəyyən olunmuş əsaslar mövcud deyil.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, İddiaçı Elyaz qızının Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 64A saylı binanın yaxınlığındakı torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakların dövlət reyestrində dövlət qeydiyyatına alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. Xətai rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 24 saylı Sərəncamından Çıxarışa əsasən M.Hadi küçəsi, 63a saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 18/03-8/1076 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq, qeyd olunan şərtlər daxilində İddiaçı qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlı və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktublar iş materiallarına əlavə olunmuşdur.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Layihə İnstitutun xx.xx.2016-cı il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2017-ci il tarixli 0434 nömrəli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X2 Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 23665 nömrəli rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin izahat yazılı (sifariş 8285) iş materiallarına əlavə olunmuşdur.

7. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

11. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 A saylı binanın yaxınlığındakı torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması) ilə bağlı cavabdeh orqana müraciəti olmamışdır.

12. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 A saylı binanın yaxınlığındakı torpaq sahəsində inşa etdiyi qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan məhkəməyə şikayət verilməsi mümkündür.

13. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar