Məhkəmə qərarları › İş №2-1(112)-12731/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12731/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12731/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehndə mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009cu il tarixindən 24.03.2020-ci tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə torpaq sahəsi və mənzillə təmin edilməmişdir. Həmçinin onun adına daşınmaz əmlak yoxdur və hazırda kirayədə qalır. Buna görə də o, cavabdehə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmiş və mənzillə təmin olunmağı barədə sərəncam verilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun mənzillə (yaşayış sahəsi ilə) və torpaq sahəsi ilə təmin olunması üçün 2 şərt müəyyən edir: 1) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu ən azı 15 təqvim ili xidmət etməlidir; 2) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu xidməti mənzildə yaşayan olmalı və ya onun ümumiyyətlə yaşayış sahəsi olmamalıdır. Həmçinin qanunvericilik ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun yaşayış sahəsi ilə (mənzillə) təmin olunmasını onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və ya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun hər hansı bir maddəsi ilə ehtiyata və ya istefaya buraxılması ilə şərtləndirməmişdir, məhdudlaşdırmamışdır. O, mənzillə təmin olunmaq üçün hər iki şərtə cavab verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18405497 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 28.09.1990-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.09.2017-ci ildə verilmiş AZ-İİ seriyalı 228417 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X3 05.09.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 15.11.2021-ci il tarixli məktubda qeyd olunur: Ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməyinizə və kirayə pulu almağınıza köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Siz “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığınıza görə sözügedən Qanun Sizə şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı həqiqətən 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009-cu il tarixindən 24 03 2020-cı tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli 370-21387-3221 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1980-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan MR, Culfa rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Kirayəyə verən X1 ilə Kirayəçi İddiaçı arasında imzalanmış 17.11.2021-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirayəyə verən X1 ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili Kirayəçi İddiaçı kirayəyə verməyi, Kirayəçi isə Kirayəyə verənə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.09.2020-ci il tarixli **********28 saylı arayışından görünür ki, İddiaçı adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.09.2020-ci il tarixli **********29 saylı arayışından görünür ki, X2 adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 19.06.2020-ci il tarixli 51/37 saylı arayışından görünür ki, İddiaçı həqiqətən DSX-də xidmət etdiyi müddət ərzində, torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009-cu il tarixindən 24 03 2020-cı tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığına görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun ona şamil edilmədiyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, həmin norma xidmət müddəti başa çatdığına görə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə qeyd edir ki, iddiaçı mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Bu, iddiaçının yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı) mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar