Məhkəmə qərarları › İş №2-1(112)-12740/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12740/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12740/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ümumi təhsil müəsissəsinə qəbul edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ümumi təhsil müəsissəsinə qəbul edilmə” tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 Humanitar fənlər təmayüllü məktəb-liseyin 1-ci sinfinə qəbul edilməsi öhdəliynin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşağı X3 Humanitar fənlər təmayüllü məktəb-liseyin 1-ci sinfinə sorğusunu elektron porala yerləşdirmişdir. Lakin sorğusuna imtina edilməsi barədə bildiriş almışdır. Səbəb kimi uşağı məktəbin yerləşdiyi ərazidə qeydiyyata olmaması göstərilmişdir. Sözügedən məktəb Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşir. İddiaçının uşağının qeydiyyat və yaşayış ünvanı da həmin qəsəbədədir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hər tədris ili üçün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və 1- ci siniflərə şagird qəbulu Elm və Təhsil Nazirliyinin Təhsil X1 “Məktəbəqəbul” alt-sistemi vasitəsi ilə həyata keçirilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.21 -ci bəndinə uyğun olaraq, xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbulunun təmin olunması məqsədilə hər yeni tədris ili şagird qəbulundan əvvəl ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazilərin ünvanları barədə məlumatlar Elm və Təhsil Nazirliyinin tabeliyində olan idarələr tərəfindən müvafiq yerli icra hakimiyyətləri ilə dəqiqləşdirilir. Vətəndaş İddiaçı yaşayış ünvanı (ünvan 2llü liseyin yerləşdiyi ərazinin ünvanına (ünvan 3nın cari ildə həmin liseyin 1-ci sinfinə qəbul edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının uşağı xx.xx.2017-ci il təvəllüdlü X4 ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçının uşağının Humanitar fənlər təmayüllü məktəb-liseyin 1-ci sinfinə qəbul edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı hazırda uşağının Humanitar fənlər təmayüllü məktəb-liseyin 1-ci sinfinə qəbul edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.2. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir. 13.3. Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. 13.21. Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. 13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən normaların tələbindən göründüyü kimi, qanunvericilik xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını şərt kimi müəyyən etmişdir. İş materialları ilə müəyyən edilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq yeni tədris ili şagird qəbulundan əvvəl Xətai rayonu üzrə ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazilərin ünvanları barədə məlumatlar Xətai Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirilmişdir. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xidməti ərazi üzrə təsdiq edilmiş dislokasiyaya əsasən, Humanitar fənlər təmayüllü məktəb-liseyin mikroərazisinə M.Rüstəmov küçəsi 7, 9, 11, 12, 13, 15, 17, 19, 21, 4/6 (yataqxana N7), Lütfüzadə (Telnov) küçəsi 20 ünvanı daxil edilmişdir. Göründüyü kimi, iddiaçının uşağının qeydiyyatda olduğu Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, ev 10 ünvanı Humanitar fənlər təmayüllü məktəb-liseyin mikroərazisinə daxil edilməmişdir. Həmin ünvan 29 saylı tam orta məktəbin mikroərazisinə daxil edilmişdir. İddiaçının “cavabdeh orqanın imtinasının hüquqi əsasının olmaması” dəlillərinə münasibətdə Məhkəmə qeyd edir ki, “mikroərazi” anlayışı qanunvericlikdə bilavasitə nəzərdə tutulmasa da, yuxarıda istinad olunan “Ümumi təhsil haqqında” Qanunun 13.21-ci maddəsi və “Təhsil haqqında” Qanunun 19.14-cü maddəsinə uyğun olmaqla, məktəblərdə süni sıxlığın qarşısını almağa xidmət etdiyindən, cavabdehin imtinası qanunidir və iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ümumi təhsil müəsissəsinə qəbul edilmə” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ümumi təhsil müəsissəsinə qəbul edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar