Məhkəmə qərarları › İş №2-1(112)-12744/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12744/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12744/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 avqust 2020-ci il tarixli DMX İQ-12/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtınaedici qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçınin 26 may 2022-ci il tarixli vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Pakistan vətəndaşı və Pənvab vilayətinin Lahor şəhərinin sakinidir, etnik mənsubiyyətinə görə Pəncabidir, subaydır, hal-hazırda iki bacısı və dörd qardaşı var. İddiaçı X9 tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Uzun müddətdir ki, Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnərək həmin vaxtdan hakimiyyət dairələrı tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxur. O, 2022-ci ildə Pakistanı tərk edib Azərbaycana gəlmiş, 26 may 2022-ci ildə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmiş, cavabdeh onun vəsatətini qeydiyyata alıb müsahibə aparmışdır. İddiaçı bildirmişdir kı, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 22 avqust 2022-ci ildə cavabdehin İQ-12/İ saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatəti rədd edilmiş, onunla əsaslandırmışdır ki, ərizəçinin iddiaları əsaslı deyil. Hesab edir ki, hazırki işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur. AR Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il tarixli Konvensiyası/1967-ci il Protokoluna qoşulub (12 fevral 1993-cü ildən qüvvədədir). Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyil. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və onları qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik dini mənsubiyyətinə gorə təqib edilməsi riskidir. Cavabdeh ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermiş və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir, birbiri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna gorə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Cavabdeh iddianın maddi əsasını təşkil edən aşağıdakı faktları müəyyən etməmiş: ərizəçinin etnik mənsubiyyəti; ərizəçinin daimi olaraq təqibə məruz qoyulması. BMT-nin Qaçqınlar uzrə X2 X6 X1 dair Müəyyənlik Təlimatı (30 avqust 2018-ci il keçid http://www.refworld.org/docıd/5b8900109 html) əsasən ərizəçinin izahatları təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi Pəncabidir. MÖM göstərir kı, onlar dini etiqadına gorə qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən (77-79-cu paraqraflar) “müəyyən sosial qrup” bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəsi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Öz ölkəsindən himayə edə bilməmə və alternativ yerdəyişmə imkanının olmaması. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Pakistan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Pəncabilər adekvat müdafiə ilə təmin edilmirlər. Göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur. İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəlbul edilməlidir: iddiaçı etnik və dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir. Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Sığınacaq hüququ (prosessual aspekt): cavabdeh İİQ-nun 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair komissiyada müzakirə edilib, lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı oz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda iştirakı təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nın 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-nun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutları təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nun 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQ-nun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da İİQ-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımı hüquqi məsləhətləri verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nın 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halların təsdiqinə və ya rədd edən sübutlar göstərilməyib. Qeyd edilənlərə əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. AR İPM-in 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoymalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Parveen Esha 26 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 32-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Lahor şəhərində “X8 school” adlı orta məktəbdə 10 sinif tam orta təhsil aldığını, dini mənsubiyyətinə görə təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını və ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmadığını, yalnız atasının rəhbəri olduğu dini icmada katib kimi çalışdığını bildirmişdir. Ərizəçi subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası və iki qardaşı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir. O, Pakistanı tərk etmə səbəbi kimi “X9” partiyasının üzvləri tərəfindən atasının və qardaşının təhdid və təzyiqlərə məruz qalmasını, orta məktəbdə təhsil aldığı müddətdə sinif yoldaşları və bəzi müəllimlər tərəfindən təhqir olunmasını, kollecə qəbul üçün sənəd vermək istəyərkən dini mənsubiyyətinin fərqli göstərilməsinin tələb edilməsini, dini etiqadına görə işləyə bilməməsini, dini ayinlərin icrasına icazə verilməməsini bildirmişdir. Ərizəçinin ərizə-anket və müsahibə zamanı dediklərindən o da məlum olmuşdur ki, təhsil hüququnun məhdudlaşdırılmasını bildirməsinə rəğmən dövlət məktəbində tam orta təhsilini başa çatdırmışdır. Məktəbdə təhsil aldığı müddətdə dövlət tərəfindən və məktəbin rəhbərliyi tərəfindən heç bir təhdid və təzyiqə məruz qalmamış və öz təhsilini başa vura bilmişdir. Ərizəçi əhmədi təriqətinin dövlət tərəfindən qəbul edilməməsi səbəbindən kollecə qəbul üçün sənəd verə bilməməsini iddia etsə də, ərizəçinin pasportunda dininin əhmədi olmasının qeyd edilməsi bu təriqətin ayrıca bir təriqət olaraq olsa belə dövlət tərəfindən qəbul edilməsini sübuta yetirməklə bərabər ərizəçinin dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Həmçinin əmək hüququ ilə bağlı ərizəçinin dediklərini onun yaşı və təhsilini bitirməsi müddəti ilə müqayisə etdikdə məlum olur ki, ərizəçi orta məktəbi yeni bitirmiş, hər hansısa bir peşəyə sahibliyini göstərən sənədi olmamış, ümumiyyətlə əmək bazarına daxil olması və dini etiqadı səbəbindən müraciət etdiyi iş yerlərindən imtina cavabı alması barədə heç bir sübut təqdim edə bilməmişdir. Parveen Eshanın dini ayinlərin icrasına icazə verilməməsi, namaz qılmaq kimi bir sıra etiqad hüquqlarının məhdudlaşdırılmasını bildirməsinə gəlincə, ərizə-anketin qeydiyyatı və müsahibə zamanı onun qadın olduğu üçün məscidə ümumiyyətlə getmədiyini, evdə namaz qılıb Quran oxumasını, həmçinin Rabva şəhərində əhmədilərə məxsus məscidin olmasını və özünün də oranı ziyarət etdiyini qeyd etməsi onun dini etiqad azadlığının yerinə yetirilməsi hüququnun məhdudlaşdırılması iddialarında səmimi olmadığını deməyə əsas verir. Həmçinin ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı əhmədilərin dini mərkəzi hesab etdikləri Rabva şəhərində ev almalarını, lakin orada yaşamaqdan imtina edərək ümumiyyətlə fikirlərinin Pakistanı tərk etmək olmasını qeyd etməsi onun Pakistan daxilində əhmədilərin mərkəzləşdiyi Rabva şəhərinə yerdəyişmə alternativinin olması faktını üzə çıxarır. Parveen Esha ailə üzvlərinin “X9” təşkilatının üzvləri tərəfindən təhdid və təzyiqlərə məruz qalmasını bildirsə də, ərizə-anketin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatlardan aydın olmuşdur ki, şəxsən özü məktəbdə sinif yoldaşlarının onunla pis rəftarından kənar heç vaxt heç kim tərəfindən heç bir təhdid və təzyiqə məruz qalmamışdır. Bu isə şəxsin ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Parveen Eshanın müsahibə zamanı verdiyi izahatından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 17 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Azərbaycan Respublikasının Dövlət Mirasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənləri və “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərini rəhbər tutub iddiaçının iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. -Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli İQ-12/1 saylı qərarı -Cavabdehin təqdim etdiyi qaçqın statusunun verilməsi barədə ərizə-anket və ona əlavə olunmuş müsahibə vərəqi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası vətəndaşı Parveen Esha 26 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın xx.xx.2022-ci il tarixli İQ-12/1 saylı qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X4rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı Pakistana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b.37; və X7rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149). Hazırkı işdə səbəb kimi ölkəsini tərk etməsini iddiaçı uzun müddətdir ki, Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələndiyini və hakimiyyət dairələrı tərəfindən öldürüləcəyindən qorxduğundan geri qayıtmaq istəmədiyi ilə əlaqələndirmiş, lakin hər hansı təqibə məruz qalması (saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bədəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Pakistan Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız qeyri-adekvat mühitdə (qorxu altında təqib edildiyi) yaşagını ümumi formada ifadə edib. Prosessual pozuntulara yol verilməsi ilə baglı dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı 26 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 32- 2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Lahor şəhərində “X8 school” adlı orta məktəbdə 10 sinif tam orta təhsil aldığını, dini mənsubiyyətinə görə təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını və ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmadığını, yalnız atasının rəhbəri olduğu dini icmada katib kimi çalışdığını bildirmişdir. Ərizəçi subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası və iki qardaşı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir. O, Pakistanı tərk etmə səbəbi kimi “X9” partiyasının üzvləri tərəfindən atasının və qardaşının təhdid və təzyiqlərə məruz qalmasını, orta məktəbdə təhsil aldığı müddətdə sinif yoldaşları və bəzi müəllimlər tərəfindən təhqir olunmasını, kollecə qəbul üçün sənəd vermək istəyərkən dini mənsubiyyətinin fərqli göstərilməsinin tələb edilməsini, dini etiqadına görə işləyə bilməməsini, dini ayinlərin icrasına icazə verilməməsini bildirmişdir. Ərizəçinin ərizə-anket və müsahibə zamanı dediklərindən o da məlum olmuşdur ki, təhsil hüququnun məhdudlaşdırılmasını bildirməsinə rəğmən dövlət məktəbində tam orta təhsilini başa çatdırmışdır. Məktəbdə təhsil aldığı müddətdə dövlət tərəfindən və məktəbin rəhbərliyi tərəfindən heç bir təhdid və təzyiqə məruz qalmamış və öz təhsilini başa vura bilmişdir. Ərizəçi əhmədi təriqətinin dövlət tərəfindən qəbul edilməməsi səbəbindən kollecə qəbul üçün sənəd verə bilməməsini iddia etsə də, ərizəçinin pasportunda dininin əhmədi olmasının qeyd edilməsi bu təriqətin ayrıca bir təriqət olaraq olsa belə dövlət tərəfindən qəbul edilməsini sübuta yetirməklə bərabər ərizəçinin dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Həmçinin əmək hüququ ilə bağlı ərizəçinin dediklərini onun yaşı və təhsilini bitirməsi müddəti ilə müqayisə etdikdə məlum olur ki, ərizəçi orta məktəbi yeni bitirmiş, hər hansısa bir peşəyə sahibliyini göstərən sənədi olmamış, ümumiyyətlə əmək bazarına daxil olması və dini etiqadı səbəbindən müraciət etdiyi iş yerlərindən imtina cavabı alması barədə heç bir sübut təqdim edə bilməmişdir. Parveen Eshanın dini ayinlərin icrasına icazə verilməməsi, namaz qılmaq kimi bir sıra etiqad hüquqlarının məhdudlaşdırılmasını bildirməsinə gəlincə, ərizəanketin qeydiyyatı və müsahibə zamanı onun qadın olduğu üçün məscidə ümumiyyətlə getmədiyini, evdə namaz qılıb Quran oxumasını, həmçinin Rabva şəhərində əhmədilərə məxsus məscidin olmasını və özünün də oranı ziyarət etdiyini qeyd etməsi onun dini etiqad azadlığının yerinə yetirilməsi hüququnun məhdudlaşdırılması iddialarında səmimi olmadığını deməyə əsas verir. Həmçinin ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı əhmədilərin dini mərkəzi hesab etdikləri Rabva şəhərində ev almalarını, lakin orada yaşamaqdan imtina edərək ümumiyyətlə fikirlərinin Pakistanı tərk etmək olmasını qeyd etməsi onun Pakistan daxilində əhmədilərin mərkəzləşdiyi Rabva şəhərinə yerdəyişmə alternativinin olması faktını üzə çıxarır. Parveen Esha ailə üzvlərinin “X9” təşkilatının üzvləri tərəfindən təhdid və təzyiqlərə məruz qalmasını bildirsə də, ərizəanketin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatlardan aydın olmuşdur ki, şəxsən özü məktəbdə sinif yoldaşlarının onunla pis rəftarından kənar heç vaxt heç kim tərəfindən heç bir təhdid və təzyiqə məruz qalmamışdır. Bu isə şəxsin ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Parveen Eshanın müsahibə zamanı verdiyi izahatından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 17 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, Pakistanda iddiaçı dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusunun verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 22 avqust 2020-ci il tarixli, İQ-12/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçınin 26 may 2022-ci il tarixli vəsatətinin təmin edilərək qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar