Məhkəmə qərarları › İş №2-1(112)-12745/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12745/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12745/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı X5 ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata alınmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə 09 sentyabr 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduğu vaxtdan Bakı şəhərində yaşasalar da, mülkiyyətlərində mənzili olmamışdır. Həyat yoldaşı Şahəddin Rzayev Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt" DM-nin Xətai Poçtamlında mübadiləçi işləmiş, kirayədə yaşamağını və maddi çətinlik çəkməyinizi nəzərə alaraq “Azərpoçt” DM-nin Xətai Poçtasıtının idarə heyətinin və həmkarlar Komitəsinin birgə qərarı ilə xx.xx.2004-cü ildə hazırda yaşadığı Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, mənzil 27-ni yaşamaq üçün istifadələrinə verilmişdir. Sabunçu rayon Məhkəməsinin 2- 51/06 saylı 19 yanvar 2006-cı il tarixli qətnaməsi ilə həyat yoldaşının həmin mənzilə hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. Həmin mənzildə ailə olaraq birgə yaşasalar da, iddiaçının pasport qeydiyyatı ata evində - Şərur rayonu, Düdəngə kəndində qalır. Faktiki olaraq ailə qurduğu vaxtdan, 2000-ci ildən həmin evdə yaşamır. Həyat yoldaşının və həmin evdə yaşayan digər sakinlərin 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı "yaşayış binasının balansa götürülməsi”nə dair iddiası 10 iyul 2013-cü il tarixli qərar ilə təmin edilərək Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən 6 saylı yaşayış binasının mövcud vəziyyətdə Sabunçu rayonu Mənzil- Kommunal Təsərrüfat götürülməsi vəzifəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Birgə nikahından uşağı yoxdur. Həmin mənzilə görə bütün kommunal xidmətlər öz adlarından ödənilir. Faktiki yaşadığı və həyat yoldaşının da qeydiyyatda olduğu Sabunçu rayonu, Əfəndiyev küçəsi, ev 6, mənzil 27-yə pasport qeydiyyatına alınması üçün cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən əsassız olaraq xx.xx.2022-ci il tarixli 073-53859 R saylı məktubla imtina edilmişdir. Həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Həmin mənzildə hazırda yaşamaqda davam edir və başqa yaşayış yeri yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsas olduğundan məhkəmə qaydasında bu imtina qanunsuz hesab edilməli və həmin mənzildə faktiki 19 il olaraq yaşamağı nəzərə alınmaqla həmin mənzilə qeydiyyatı icazə xarakteri daşımır. Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 24. 07.2023-cıi il tarixli arayışından da görünür ki, o, vəfat etmiş həyat yoldaşı X3 ilə birlikdə ünvan 1-də qeydiyyatsız yaşamış və hazırda da yaşayır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-ci il tarixli məktubda bildirilmişdir: “Sizin ailə üzvləriniz ilə birlikdə (İddiaçı və X2) qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov 56) imüraciət etməyiniz məqsədə müvafiq hesab edilir”.

4. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

9. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

10. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Vİİ-JQ 355573 sayı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və İddiaçı arasında bağlanmış nikah xx.xx.2000-ci il tarixdə qeydə alınmışdır.

13. Sabunçu rayon Məhkəməsinin 19 yanvar 2006-cı il tarixli 2-51/06 saylı qətnaməsinə əsasən X1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6, 27 saylı mənzilə pasport qeydiyyatına alınması qət edilmişdir.

14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1445/2013 saylı 10 iyul 2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən 6 saylı yaşayış binasının mövcud vəziyyətdə əvəzsiz olaraq Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına götürülməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır.

15. AZ-İİ 358050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

16. Bakı Şəhəri İcra Hakimiyyəti Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin 318 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixdə vəfat edib. Vəfat etdiyi gündən sonra evin kommunal xidmətlərini İddiaçı ödəyib. Hazırda heç bir borcu yoxdur.

IV. Məhkəmənin mövqeyi

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

18. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

20. Yuxarıda qeyd olunan qanunvericilik normasından da göründüyü kimi, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair mülkiyyət hüququnu təsdiq edən və ya digər qanuni əsaslarla yaşamasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

22. Eyni zamanda, sözügdən ünvana pasport qeydiyyatına alınmış şəxslərin iddiaçının həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmaqla yaşayış sahəsi vermək niyyəti ifadə olunmadığından və orada qeydiyyatda qalan mərhum əri X3 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçının göstərdiyi hallar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” hesab oluna bilməz.

23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçılara münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, bu səbəbdən iddia rədd edilməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar