Məhkəmə qərarları › İş №2-1(112)-1275/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1275/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1275/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X9 kаtibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X4 Bakı regional Bölməsinə qarşı “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin 15 may 2023-cü il tarixli 051 saylı qərarının ləğv edilməsi və 12.2022 istehsal tarixli 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticarət” şirkətinin istehsalı olan “BİO4N” kapsul 60 adlı bioloji məhsulu ilə bağlı qida təhlükəsizlik sertifikatının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası X4 Bakı regional Bölməsinə qarşı iddia qaldıraraq “cavabdehin “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 15 may 2023-cü il tarixli 051 saylı qərarının ləğv edilməsi ni xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin 15 may 2023-cü il tarixli 051 saylı qərarının ləğv edilməsi və 12.2022 istehsal tarixli 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticarət” şirkətinin istehsalı olan “BİO4N” kapsul 60 adlı bioloji məhsulu ilə bağlı qida təhlükəsizlik sertifikatının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Türkiyə Respublikasının hüquqi şəxsi “İlaçsan Medikal Sanayi və Dış Ticarət” şirkəti arasında müvafiq alqı-satqı müqaviləsi bağlanılmış, müqavilənin icrası ilə əlaqədar 3000 ədəd “Bİ04N” kapsul W60 adlı bioloji aktiv qida məhsulunun Azərvbaycan Respublikasına gətirilməsi təmin edilmişdir. Qeyd olunan bioloji qida məhsulunun ölkə ərazisinə idxalı ilə əlaqədar X4 Bakı Regional Bölməsinə müraciət edilmiş, həmin Bölmə tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli 051 saylı qərar əsasında İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 12.2022 istehsal tarixli 12.2025 ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticaret” şirkətinin istehsalı olan ümumi sayı 3000 ədəd olan “Bİ04N” kapsul 60 adlı bioloji qida məhsulunun partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün əzində məhv edilməsi qərara alınmışdır. İdxal olunan qeyd olunan bioloji aktiv qida məhsulu qardaş Türkiyə Respublikasının hüquqi şəxsi “İlaçsan Medikal Sanayi və Diş Ticaret” şirkəti tərəfindən istehsal olunmaqla, dünyanın bir çox dövlətlərinə ixrac olunur və həmin qida əlavəsinin satışı üzrə heç bir məhdudiyyət yoxdur. İdxalçı şirkətin özü tərəfindən də qida əlavəsinin tərkibi barədə analizin nəticələri təqdim edilmiş, eləcə də qeyd olunan qida əlavəsinin Azərbaycan Respublikasına idxal olunmamışdan əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli B/142/2023 saylı ekspertiza rəyi alınmışdır. Həmin rəydən müəyyən olunur ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “Bİ04N, kapsul 60” adlı məhsul dəri, saç və dırnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Halbuki, X4 “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydalarının təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixli 20 saylı təlimatın 3.1.22-ci bəndinə görə X12 qida əlavələrində Qurğuşun (Pb) miqdarı 3,0 qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarına və Azərbaycan Respublikasının Qida X1 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na əsasən aparılır. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 12.2022-ci il istehsal tarixli 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited” şirkətinin istehsal etdiyi ümumi sayı 3000 ədəd olan “BİO4N, Kapsul Ne 60” adlı bioloji aktiv qida məhsullarından Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan Qida Təhlükəsizliyi institutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Qurğuşunun (Pb) elementinin miqdarı normadan yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verməmişdir. Bundan əlavə, X12 qida əlavələrində aparılan ağır metal analizləri beynəlxalq (NMKL, AOAC) metodlar əsasında həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi institutunun X2 sınağı aparılan X12 qida əlavələri nümunələrində toksikoloji göstəricilər üzrə uyğunsuzluq aşkar edildikdə, laboratoriyanın daxili yoxlama proseduruna əsasən planlı şəkildə müqayisəli analizlər həyata keçirilir. Belə ki, uyğunsuzluq aşkar edilmiş nümunələrin analizi ilə bağlı, sınaqdan öncə fərqli mütəxəssislər tərəfindən, fərqli çəkilərdə və fərqli günlərdə CRMs-lə (X7) aparılan yoxlama baş verə biləcək mümkün xətaların qarşısını alır. Həmçinin, tərkibindəki ağır elementin miqdarı məlum olan PT (Proficiency test) nümunələri analizin həyata keçirildiyi cihaza oxutdurularaq metodun düzgün işlədiyi yoxlanılır. Aparılmış daxili yoxlamalarda metodun yol verilən xətası xaricində hər hansı şübhəli nəticələr yaranmadıqda, uyğunsuzluq aşkar edilmiş nümunə 2 mütəxəssis tərəfindən analiz edilir və alınmış nəticələrin orta göstəriciləri yekun protokola yazılır. Nəticədə, Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 15 may tarixli № 051 saylı Qərarı qəbul edərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, bu icra edilmədikdə isə həmin məhsulların 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsini tələb etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 6.Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəməyə təqdim edilmiş: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********912200 nömrəli çıxarışından görünür ki, İddiaçı xx.xx.2020-ci ildə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. İD ********** nömrəli müraciətdən görünür ki, X11 ve X16 Şırketı tərəfindən göndərilmiş və İddiaçı MMC tərəfindən idxal edilmiş BİO4N, kapsula dair Qida Təhlükəsizliyi setifikatının verilməsi üçün müraciət edilmişdir. İD OK ******* nömrəli “Məhsul nümunələrinin götürülməsi” barədə AKT-dan görünür ki, İddiaçı MMC-dən BİO4N 60 kapsul nümunə üçün İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə götürülmüşdür. AZ-21011441/LAB05-23011-T-011 nömrəli sınaq protokolundan görünür ki, 0001. BİO4N. kapsul A«60.0002. BİO4N. kapsul .4*60.0003. BİO4N. kapsul ЛебО . 0004. BİO4N. kapsul ffz60.0005 BİO4N, kapsul №60 nümunədə qurğuşunun miqdarının uyğun olmaması qeyd edilmişdir. X12 Qida əlavəsinə dair xx.xx.2023-cü il tarixli, B/142/2023 saylı ekspert rəyindən görünür ki, Bio4N, kapsul №60 adlı məhsul dəri, saç və dırnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsinin olmaması qənaətinə gəlinmişdir. X4 Bakı Regional Bölməsinin “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 051 nömrəli, 15 may 2023-cü il tarixli Qərarına əsasən, GDP Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciəti əsasında idxal olunmuş 12.2022-ci il istehsal tarixli, 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “X13 və X16” şirkətinin istehsalı olan ümumi sayı 3000 ədəd olan “BİO4N, KAPSUL №60” adlı bioloji aktiv qida məhsulu partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. X8 Bakı Regional Bölməsinin iddiaçıya ünvanladığı 16 may 2023-cü il tarixli, 3-44-1/21- 4841/23 saylı məktubuna əsasən, Azərbaycan Respublikasının X4 Bakı regional bölməsinin 051 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilməsi üçün göndərilmişdir. Məhkəmənin 18 dekabr 2023-cü il tarixli Qərardadı ilə, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 12.2022 istehsal tarixli 12.2025 ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticaret” şirkətinin istehsalı olan “BİO4N” kapsul 60 adlı bioloji məhsulunda qurğuşunun miqdarının nə qədər olması barədə sual göstərilməklə məhkəmə fiziki -kimyəvi ekspertizası təyin edilmişdir. Səhiyyə Nazirliyi “Respublikas Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 68/13 nömrəli, 19 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bioloji aktiv əlavələrdə qurğuşunun yol verilən maksimum həddinin 5,0 mq/kq-dan çox olmamasını nəzərə alaraq aparılmış laborator müayinələr nəticəsində “BİO4N” adlı bioloji aktiv qida əlavəsində (kapsullar) qurğuşunun miqdarı 3,9 mq/kq olmuşdur. İV.Məhkəmənin mövqeyi

9. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı deyil.

10. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

1.1.9. bioloji aktiv qida məhsulları - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu; 1.1.26. qida təhlükəsizliyi göstəriciləri - sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilər; 1.1.29. çirkləndirici maddə - qida və yem məhsullarının təhlükəsizliyinə və ya minimum keyfiyyətinə təhlükə yarada bilən, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi zamanı məhsulların tərkibinə məqsədli şəkildə daxil edilməyən və ya ətraf mühitdən keçən maddə; 10.1. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır. 10.2. Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir: 10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda; 10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda; 10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda. 31.9. Aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. 31.10. Bu Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir. 31.11. Bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir.

11. Azərbaycan Respublikası Qida X1 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarinda çirkləndirici maddələrin yolverilən maksimum miqdarina dair sanitariya normaları və Qaydaları”na əsasən:

1.1. “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” (bundan sonra - Qaydalar) qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını (bundan sonra - YMM) müəyyənləşdirir. - 1.2. Qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının “Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193- 1995) və “Qida məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin müəyyənləşdirilməsi” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilmişdir. 2.1.1. çirkləndirici maddə - qida və yem məhsullarının təhlükəsizliyinə və ya minimum keyfiyyətinə təhlükə yarada bilən, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi zamanı məhsulların tərkibinə məqsədli şəkildə daxil edilməyən və ya ətraf mühitdən keçən maddə; 4.1.1. Qaydalara 1 nömrəli əlavədə (bundan sonra - 1 nömrəli əlavə) göstərilən və tərkibindəki çirkləndirici maddənin miqdarı YMM-dən yuxarı olan qida məhsulları dövriyyəyə buraxıla bilməz.

12. “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsinin (Qida məhsullarındakı çirkləndiricilərin yolverilən maksimum miqdarı) 3.1.22-ci yarımbəndinə əsasən, Qurğuşunun (Pb) X12 qida əlavələri üzrə yolverilən maksimum miqdarı 3,0 (mq/kq yaş çəki) təhlükəsizlik göstəricisi olaraq müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən, İddiaçı MMC tərəfindən 12.2022 istehsal tarixli 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticarət” şirkətinin istehsalı olan “BİO4N” kapsul 60 adlı bioloji məhsul idxal olunmuş, Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülmüş və ekspertiza üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmiş, Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasın AZ-21011441/LAB05-23011-T-011 nömrəli sınaq protokolunda bioloji aktiv qida məhsullarının tərkibində qurğuşunun kütlə payı 21.132 (mq/kq) müəyyən edilmişdir. Nəticədə təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Qurğuşunun (Pb) elementinin miqdarı normadan yüksək olması səbəbi ilə cavabdehin 2023-cü il 17 aprel tarixli № 043 saylı qərarı ilə məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərara alınmışdır. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Sanitariya-Karantin Mərkəzi»nin 68/13 nömrəli, 19 fevral 2024-cü il tarixli rəyi təqdim edilmiş və rəydə “BİO4N” adlı bioloji aktiv qida əlavəsində (kapsullar) qurğuşunun miqdarı 3,9 mq/kq olması müəyyən edilmişdir.

13. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Prezident Fərmanının 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının X8 tərəfindən bu Qanunla müəyyən olunmuş tələblər və qida təhlükəsizliyinin prinsipləri nəzərə alınmaqla hazırlanır və qəbul edilir. Hazırkı halda “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” ictimai münasibətlərin müvafiq sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilmiş X8 tərəfindən qəbul edilmişdir. Üstəlik adıçəkilən Qaydalar konkret münasibətlərə tətbiq edilən sahə normativ akt olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş tələblərdən sonra qəbul edilmiş aktdır. Məhkəmə xüsusən o halı nəzərə alır ki, “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” X14 Reyestrinə daxil edildiyi halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” X14 Reyestrinə ümumiyyətlə daxil edilməmişdir. Sadalananlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş tələblər hazırkı mübahisə edilən inzibati işin predmetini təşkil edən mövcud hüquqi münasibətlərə şamil edilə bilməz. Azərbaycan Respublikasının Qida X1 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsinin 3.1.22-ci yarımbəndinə əsasən, X12 qida əlavələri üzrə Qurğuşunun (Pb) yolverilən maksimum miqdarı 3,0 (mq/kq yaş çəki), hazırkı halda isə idxal olunmuş bioloji aktiv maddələrdə qurğuşunun miqdarı 3,0 mq-dan artıq olduğu aşkar olunduğundan məhkəmə hesab edir ki, məhsulların təhlükəsizlik göstəricisi onların istifadəyə yararsız olduğu qənaətinə gəlməyə əsas verir. Beləliklə, cavabdehin mübahisə predmeti olan məhsulların qida təhlükəsizliyi sertifikatı verməkdən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İddiaçının istinad etdiyi cavabdehin digər şəxslərin idxal etdiyi məhsullarla bağlı bundan əvvəl müəyyən vaxtlarda Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş tələblərə əsasında qiymətləndirmə aparıldığı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati praktikası məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrinə əsasən yalnız qanuna əsaslanan hüquq və inzibati praktikaya münasibətdə bərabərlik və etimad hüququ qorunur.

14. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1.maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1.inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X4 Bakı regional Bölməsinə qarşı “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin 15 may 2023-cü il tarixli 051 saylı qərarının ləğv edilməsi və 12.2022 istehsal tarixli 12.2025-ci il son istifadə tarixli 908343 partiya nömrəli “İlaçsan Medikal Sanayi və Diş Ticarət” şirkətinin istehsalı olan “BİO4N” kapsul 60 adlı bioloji məhsulu ilə bağlı qida təhlükəsizlik sertifikatının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddiası təmin edilməməlidir. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 3568, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar