Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1275/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müraciətinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-D-8994/2024 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, əlillik vəziyyətinə dair göndərişdə (F-88) X1 uyğun olaraq iddiaçıya F 070,0 (üzvi mənşəli şəxsiyyət pozuntusu), M79.5 (Yumşaq toxumalarda qalmış yad cisim) və T90.5 (Kəllədaxili travmaların nəticələri) diaqnozları göstərilmişdir. Adıçəkilən diaqnozlar isə əlillik əlaməti təyin edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14856 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin sağ yarısının dəlib-keçən plevra boşluğuna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Sol budun və sağ döş nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumsaq toxumaların yad cismi. Sol diz nahiyəsinin yumşaq toumalarının yad cismi(metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit,ikitərəfli neyrosensor ağıreşitmə,pıçıltı nitqinin sol qulaqda 2,5 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə”diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır ”kimi müəyyənləşdirilmişdir. “Sol gözün sadə miopik astiqmatizmi Em və M0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip su, nümayişkar davranışla. Anamnezində (aprel 2023-cü il) dərman vasitəsi işərək intihar cəhdi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, iddiaçı barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, əsas diaqnoz T90.5 - Kəllədaxili travmaların nəticələri, baş beyinin üzvi xəstəliyi (2 Qarabağ müharibəsi zamanı alınmış QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; ağırlaşma F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu; ağırlaşma F06.3 - Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; yanaşı xəstəliklər Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, daimi ağrı sindromu; yanaşı xəstəliklər M24.5 - Oynaqların kontrakturası, oynaqların kontrakturası; yanaşı xəstəliklər M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, yumşaq toxumalarda qalmış yad cisim; yanaşı xəstəliklər R52.1 - Müalicəyə tabe olmayan daimi ağrı, müalicəyə tabe olmayan daimi ağrı; yanaşı xəstəliklər Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol diz oynağının yumşaq toxumalarında metal qəlpələri, daimi ağrı sindromu; yanaşı xəstəliklər L91.0 - Hipertrofik çapıq, hipertrofik çapıq diaqnozu müəyyən etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 3-17-4/3-3-2091/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə əyani müayinə olunan Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü X4 (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14856 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalqik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin saq yarısının dəlib-keçən plevra boşluquna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Sol budun və saq döş nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi. Sol diz nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2,5 (iki tam onda beş) metr, saq qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Sol gözün sadə miopik astiqmatizmi Em və M 0.75D nəticəsində görmə itiliyinin 0,8ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-ci il tarixli 1/2289 nömrəli Tibbi rəyində diaqnoz "Baş-beynin üzvi xəstəliyi (keçirilmiş qapalı kəllə-beyin travması mənşəli) nəticəsində emosional-labil pozuntusu, yaddaşın enməsi ilə. Uzun qedişli posttravmatik stress pozuntusu.”kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 5764/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Baş-beynin üzvi xəstəliyi (keçirilmiş qapalı kəllə-beyin travması mənşəli) nəticəsində emosional-labil pozuntusu, yaddaşın enməsi ilə. Uzun qedişli posttravmatik stress pozuntusu. ” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10461 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar və intihar fikirləri ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 8393/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Baş-beynin üzvi xəstəliyi (keçirilmiş qapalı kəllə-beyin travması mənşəli) nəticəsində affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri yaddaşın enməsi ilə. Uzun qedişli posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, aşağı ətraflarda olan ağrılardan, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı suallara həvəssiz, əsəbi cavab vermiş, zahirən narahat, əhvalı dəyişkən, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu (depressiv epizod)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda barəsində qəbul edilmiş bu qərarı mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə: - əsas diaqnoz T90.5 - Kəllədaxili travmaların nəticələri, baş beyinin üzvi xəstəliyi (2 Qarabağ müharibəsi zamanı alınmış QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; -ağırlaşma F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu; -ağırlaşma F06.3 - Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; -yanaşı xəstəliklər Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, daimi ağrı sindromu; -yanaşı xəstəliklər M24.5 - Oynaqların kontrakturası, oynaqların kontrakturası; -yanaşı xəstəliklər M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, yumşaq toxumalarda qalmış yad cisim; -yanaşı xəstəliklər R52.1 - Müalicəyə tabe olmayan daimi ağrı, müalicəyə tabe olmayan daimi ağrı; -yanaşı xəstəliklər Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol diz oynağının yumşaq toxumalarında metal qəlpələri, daimi ağrı sindromu; -yanaşı xəstəliklər L91.0 - Hipertrofik çapıq, hipertrofik çapıq diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 6.1-ci bəndinə əsasən T90- Başın travmalarının nəticələri diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: - ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; -ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; -baş beynin əzilməsi, kontuziyası; -psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; -vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; -vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə; -beyin maddəsində yad cismin olması; -ventrikuloperitoneal şuntlama; -müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik); Meyarların 7.6.2-ci bəndinə əsasən F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Meyarların 7.7.1-ci bəndinə əsasən isə F62.0- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3319 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epizodlar və intihar cəhdləri ilə. Posttravmatik stress pozunsutu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0 və F43.1) müəyyən edilir. Ekspert rəydə göstərmişdir ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epizodlar və intihar cəhdləri ilə. Posttravmatik stress pozunsutu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0 və F43.1) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə İİ Qarabağ döyüşləri zamanı əvvəl xx.xx.2020-ci il tarixdə partlayış travması nəticəsində travma alması, daha sonra xx.xx.2020-ci ildə mərmi partlaması nəticəsində huşunu itirməklə başından travma alması, həmçinin qəlpə yaraları alması, huşsuz vəziyyətdə neçə müddət qaldığını bilməməsi, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsində “Döş qəfəsinin sağ yuxarı 1/3-nin dəlib keçən güllə yarası, sol diz oynağının yuxarı nahiyyəsinin qəlpə yarası. Sağ tərəfli dərialtı enfizema” diaqnozu ilə stasionar müalicədə olması, 2022-ci ilin dekabr ayında təxris edilməsi, tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik, intihara cəhd etməsi halları meydana gəldiyi üçün MN BKH-nın hərbi poliklinikasında şəhadətləndirilərək “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı milayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə. Mülayim-dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması (baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən posftravmatik ensefalopafiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin sağ yarısını dəlib keçən plevra boşluğuna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, Sol budun və sağ döş nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi. Sol diz nahiyyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə), Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sol qulaqda 2.5 (ki tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol gözün sadə sadə miopik astiqmatizmi. Em və M 0,75 D nəticəsində gömə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozunun müəyyən edilməsi, "Xəstəliklər cədvəli"nin 14b, 17b, 23b maddəsinin İİİ qrafasına əsasən, sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır qərarı verilməsi, Bakı şəhər 2 saylı X3 xx.xx.2022 - xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023 xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QHBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin və AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar cəhdləri ilə” diaqnozu stasionar müalicədə olması, Akad. M.Ə.Mirqasımov adına “Respublika Klinik Xəstəxanasında müayinədə olduğu zaman onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar cəhdləri ilə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsindən sonrakı vəziyyət, qıcolma sindromu ilə” diaqnozu təyin edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, başında uğultulu səslərin olmasını, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşməsi, həmçinin hazırki müayinə zamanı bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda əsəbilik, heysizlik, aldığı müalicələrə baxmayaraq vəziyyətinin yaxşılaşmaması, əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşməsi, sorğu-sual gedişatında emosional gərginliyinin artması, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi, tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan həyəcanlı oyanması, sonra isə əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi, aldığı müalicələrə baxmayaraq yuxarıda göstərilən psixi pozuntuların təzahür etməsi və s.) sübut edir. Göründüyü kimi, göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olması ekspert tərəfindən təsdiq edilir. Bundan əlavə, işdə olan Xəzər rayon Polis İdarəsinin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli 613 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixində Xəzər rayon Polis İdarəsinin 2-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində yaşadığı ünvanda olan zaman bir neçə dərman həbi içərək intihara cəhd etmişdir. Mövcud məsələ ilə bağlı araşdırma aparılır. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən diaqnozun əlillik təyin etməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova