Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12756/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və digərlərinə qarşı “kompensasiya və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təxribat, şər və böhtan xarakterli illərdir bilərəkdən davam edən özlərinə cinayətlərinə aid olan hərəkətlərə görə hələ də siyahısı onlara aid olmayan əməllərini hələ də Seçki məntəqələrinədək bulaşdırdıqları üçün siyasi informasiyanı bilərəkdən nəzarət etmədiyi üçün Bəylər Əyyubov tənbeh olunmaqla 10 AZN və Xalik Məmmədov, Arzu Nağıyev və Aydın Mirzəzadədən hər birindən ümumilikdə bir milyard, Ziya Məmmədovun siyasi, şər və böhtan xarakterli oyunu Quba İcra hakimi oyunu bu zamanadək davam etdiyi, xalası oğlanlarını illərdir vəzifəyə təyin edərək, şər və böhtan və siyasiləşmiş oyununu bugünədək ölkə üzrə gənclərin və əhalinin başına respublika üzrə radar və telefon izləmə əməllərin davam etdirdiyi üçün iki yüz milyard heç bir halda qızıl və silah sursat alınmamaq şərt və tələbi ilə dövlət büdcəsinə ödənişlər və s., səba yurdunda adı keçən Gəlindaşa iftiradan dönmüş halı və müqəddəs torpağın məbədi və hüdud məntəqəsi ilə həmin yerfida adı keçən X2 eyni Hududa daxil olunsun və ümumiyyətlə belə olmalıdır. SOCAR-da (ARDNŞ-də) illərdir rüşvətlə işə düzəlmə əməllərinə görə və s. bu siyasi hərəkətləri illərdir davam etdirdiyi üçün **********00 yüz milyard Qubanın bütün hüdudlarının namizəd seçki hesablarına ödənilməsi, Qubanın bütün hüdudları bir dairəyə verilsin, 2020-ci il X3 qutuya total saxta səslər səbəbindən, yəni səslərlə yekun protokollar səbəbindən, yəni gəlməməsi və həmin problemlərin hələ də maddi və mənəvi siyasi və iqtisadi səbəbləri hələ də araşdırılmadan və ya siyasəti Qubada doğulanlara bulaşdıra bilmədikləri üçün Hududlarıda davam etdirildiyi üçün bir milyard onun seçki hesabına, dövlət büdcəsindən və ya cavabdehlər tərəfindən ödənilməsi barəsində öhdəliyin qoyulması və heç bir halda silah sursat və s. alınmamaq şərtilə və ancaq Qubanın daha da gözəlləşməsi və inkişafına yönəltməsi üçün 2020 saxta məhkəmə keçirməyi və ona külli miqdar maddi və mənəvi ziyanlar vurduğuna görə və siyasi bulaşmanı əsassız olaraq hələ də davam etdirdiyi və s. səbəblərə görə seçki hesabına daha da gec olmadan ödənilməsini, MSK və Quba Seçki dairəsinin protokol sənədlərində onun məşğuliyyəti soruşulub və onda 2011-ci ildən ümumi respublika üzrə 290 məhkəmə işi üzrə inzibati və mülki işləri hələ də davam etməsinə baxmayaraq onun işi barəsində işləmir yazılmışdır, rəsmi sənədlərə baxılmalıdır, bütün yuxarıda qeyd edilən böhtan və şər xarakterli hələ də davam edən hallar məntəqələrədək və seçki məntəqəsinədək bulaşdığı üçün seçki təbliğat və təşviqat vaxtı uzadılsın və seçkinin vaxtının ən azı 10 gün dəyişdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini göstərməklə təxribat, şər və böhtan xarakterli illərdir bilərəkdən davam edən özlərinin cinayətlərinə aid olan hərəkət və hərəkətsizliyə görə hələ də Seçki məntəqələrinədək özlərinə aid əməllərini bilərəkdən təxribat xarakterli bulaşdırdıqları üçün siyasi informasiya oyununa bilərəkdən nəzarət etmədiyi üçün Bəylər Əyyubov tənbeh olunmaqla 10 (on) AZN, Xalik Məmmədov, Arzu Nağıyev və Aydın Hüseynovdan hər birindən ümumilikdə 1.000.000.000 (bir milyard), Ziya Məmmədovun siyasi, şər böhtan xarakterli oyunu, Quba İcra Hakimi oyunu bugünədək ölkə üzrə gənclərin və əhalinin başına Respublika üzrə radar və telefon izləmə əməllərin davam etdirdiyi üçün iki yüz milyarda və telefon izləmə əməllərin davam etdirdiyi üçün 200.000.000.000 (iki yüz milyard) heç bir halda qızıl və silah sursat alınmamaq şərt və tələbi ilə Dövlət büdcəsinə ödənilməsi barəsində və Qubanın SƏBA yurdunda adı keçən GƏLİNin iftiradan daşa dönmüş halı və müqəddəs torpağın məbədi və Hüdud məntəqəsi ilə həmin Yerfidə adı keçən X1 eyni hüduda daxil olunması barəsində və SOCAR (ARDNŞ) da illərdir rüşvətlə işə düzəlmə əməllərinə görə və s. bu siyasi hərəkətləri illərdir davam etdirdikləri üçün hələ də seçki məntəqələrinədək illərdir davam etdirdikləri üçün 100.000.000.000 (yüz milyard) Qubanın bütün hüdudlarından həqiqətən seçilmək istəyən Namizəd seçki hesablarına ödənilməsi barəsində və Qubanın bütün Hüdudları bir Dairəyə verilməsi, 2020-ci il və 2024-cü ildə Milli Məclisə Seçkilər X3 Qutuya total saxta səslər səbəbindən, yəni səslərlə yekun protokollara uyğun gəlməməsi səbəbindən və həmin problemlərin hələ də maddi və mənəvi siyasi və iqtisadi səbəbləri hələ də araşdırmadığı və ya araşdırıldığı halda elan olunmadığı üçün 1.000.000.000 (bir milyarda) onun X4 büdcəsindən və cavabdehlər tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barəsində və heç bir halda silah sürsat və s. alınmamaq şərti ilə ancaq Qubanın və digər rayonların daha da gözəlləşməsi və inkişafına yönəltməyi üçün 2020-ci il və 2024ci il Milli Məclisə saxta seçkilər keçirdikləri səbəbindən və ona bilərəkdən külli miqdarda maddi və mənəvi borc ziyan vurduğuna görə və siyasi bulaşmanı əsassız olaraq hələ də davam etdirdikləri və s. səbəblərə görə Seçki hesabına daha da gec olmadan cavabdehlər bu hissədə əsl cavabdeh olan şəxslərdən, yəni bu hissədə əsl cavabdeh orqanlardan alınması və ona və özlərini marağlı şəxs öhdəliyi qoyulması barəsində tam ədalətli qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı müxtəlif cavabdehlərə qarşı müxtəlif iddia tələblərini bir iddia ərizəsində birləşdirmiş, iddiaçıların hər birinə qarşı yönələn tələbi göstərməmiş, iddia ərizəsinin başlığında cavabdeh kimi göstərilməyən şəxslərə qarşı tələbləri də iddia ərizəsinin xahiş hissəsinə daxil etmiş, ümumiyyətlə iddiaçının tələbinin nədən ibarət olması, cavabdeh kimi göstərilən inzibati orqanların hansı hərəkət və hərəktsizlikləri nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərilən tələblərlə əvvəlcə cavabdeh kimi göstərilən inzibati orqanlara müraciət etməsi müəyyən edilməmişdir. İPM-in 13-cü madəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, İPM-də məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsi əsas prinsiplərdən biri kimi göstərilsə də, yuxarıda qeyd edilən səbəblərdən iddiaçının iddia tələbinin məhkəmənin yardımı ilə düzəldilməsi mümkün deyildir. Bu səbəbdən iddia tələbi qeyri-mümkün hesab edilməlidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və digərlərinə qarşı “kompensasiya və digər” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-12756/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12756/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver