Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12759/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək pensiyası təyin ediləndə istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş 7868,00 manat kompensasiya nəzərə alınmamışdır. Vəsaitdən Milli Gəlirlər Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanaraq tutulmuşdur. Əmək pensiyası hesablanarkən dövlət qulluqçusunun son 24 aya aid aldığı dövlət məvacibindən deyil, son 24 ay ərzində aldığı dövlət məvacibi nəzərə alınmalıdır. Buna görə son 24 aya aid ödənilmiş 2697,60 manat yox, son 24 ay ərzində ödənilmiş 10565,60 manat götürülməlidir. Eyni zamanda, iddia ərizəsinə əlavələr təqdim edilmişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyası hesablanarkən nəzərə alınmamış 7868,0 manat kompensasiya məbləğinin nəzərə alınmaqla əmək pensiyasınınyenidən hesablanaraq artırılmasını və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği 10565,60 manat istifadə edilməmiş məzuniyyət üzrə olsa da, bu məbləğdən aid olmamış, 2697,60 manat aid olmuşdur. Bu səbəbdən 7686 manat iddiaçının qulluq keçdiyi orqanda son 24 aya dair orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alına bilməz. Əmək pensiyasının məbləğinin müəyyən edilməsi zamanı da istifadə oluna bilməz. İddiaçının istinad etdiyi kompensasiya məbləği dövlət qulluğunun son 24 ayının əmək haqqı və digər əlavələrinə aid deyildir. Qanunvericilikdə isə dövlət qulluğunun son 24 ayı ərzində alınan bütün əmək haqqı, kompensasiya və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən hesablanması nəzərdə tutulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 02 avqust 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin son 24 ay üzrə ödənilməyən 7868,00 hissəsi çıxıldıqdan sonra sonra qalan vəsait əsasında hesablama aparılmaqla 1222,78 manat məbləğ müəyyən edilir. Arayışdan görünür ki, son haqq hesab üzrə kompensasiya işəgötürən tərəfindən büdcə vəsaiti hesabı üzrə 10565,60 manat hesablanmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında 01 iyul 2024-cü il tarixli qərarda qeyd edilmişdir, iddiaçıya dövlət qulluqçusu kimi 16 may 2024-cü il tarixdən müddətsiz 1222,78 manat pensiya ödənişi aparılır. Dövlət məvacibinin cəmi 1528,48 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında”Qanunun: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının dövlət qulluğuna xitam verilərkən işəgötürən tərəfindən ona istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləğinin dövlət qulluğunun son 24 ayı üzrə dövlət məvacibinin tərkibində nəzərə alınmaqla əmək pensiyasının hesablanması ilə əlaqədardır. İddiaçı qeyd edir ki, ümumilikdə 10565,60 manat kompensasiya məbləği məhz son 24 ay üzrə ödənilmiş, sığorta haqqları tutulmuş, işəgötürən tərəfindən verilmiş arayışda da son 24 ay üzrə dövlət məvacibinə dair cədvəldə öz əksini tapmışdır ki, həmin kompensasiya məbləği bütünlükdə nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq artırılmalıdır. Cavabdeh tərəf isə həmin kompensasiyanın bir qismini nəzərə alsa da, 7868 manat kompensasiya məbləğini əmək pensiyasının təyinatı üzrə dövlət məvacibinin orta aylıq məbləğində nəzərə almamış, imtinanı onunla əsaslandırmışdır ki, həmin hissədə kompensasiya orta aylıq əmək haqqı hesablanan dövr üzrə yox, əvvəlki dövrə aid olan ödənişdir. Məhkəmə cavabdehin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına görə iddiaçının vəziyyətində olan şəxslərin əmək pensiyasına əlavələr dövlət orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə məbləğin bir qismi, 2697,60 manat kompensasiya məbləği iddiaçının dövlət orqanında qulluğun son 24 ayı dövlət məvacibinin orta aylıq məbləği ilə əlaqədar olsa da, iddiaçının nəzərə alınmasını tələb etdiyi digər hissə olan 7868,00 hissə həmin son 24 aylıq dövrə aid olmamış, həmin dövrə aid olmayan ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, göstərilən məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi xx.xx.2024-cü ilə qədər son 24 ay üzrə əmək haqqının tərkibinə daxil olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən hesablanır. 10565,60 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin bir qismi isə adıçəkilən son 24 aya aid olmaqla pensiya təyinatı zamanı nəzərə alınsa da, 7868,00 manat məbləğ qanuni və əsaslı olaraq son 24 aya aid olmadığından əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-659/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi oxşar mübahisə üzrə də analoji mövqedən çıxış etmişdir. Qərarda qeyd edilmişdir ki, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1208/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən çıxış edilərək qeyd edilmişdir ki, iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12759/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12759/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver