Məhkəmə qərarları › İş №2-1(112)-1276/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1276/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1276/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın nümayəndəsi Vəkil cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi göstərilməklə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “xxxxx” kiçik müəssisəsinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8.0433 hektar olan torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət edilmiş, həmin mübahisənin nəticəsi olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi bağlanmış və həmin iş üzrə iddiaçı tərəfə dəymiş zərərin müqabilində Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha boş torpaq sahəsi cavabdeh tərəfindən təklif edilmiş, bundan əlavə gələcəkdə yerdə qalan 6.433 ha. boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqsədilə veriləcəyinə dair öhdəlik götürülmüşdür. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(88)-3705/2016 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti ilə yaranmış mübahisənin nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti yuxarıda qeyd edilən torpaq sahəsinin ayrılması üçün xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı qəbul etmişdir. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə xx.xx.2017-ci il tarixli 1350 saylı icra müqaviləsi bağlanmış və torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlamaq üçün bütün sənədləşmə işləri tamamlanmış, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 13256 saylı inşaat pasportu, 17/38 saylı xx.xx.2017-ci il tarixli 38 saylı ayrıc aktı, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.03.18-ci il tarixli 18/03-8/761 nömrəli məktubu və 02.03.18-ci il tarixli xx/xx- 00278 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə Nəzarət Dövlət Agentliyi tərəfindən, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 18/04-188 saylı məktubu ilə təsdiq olunmuş eskiz layihəsi əldə edilmişdir. Bundan sonra, yəni 2017-ci ildə 60% pay Səbinə Ağayevaya, yerdə qalan 40% pay isə Azərbaycan vətəndaşlarına məxsus olan İddiaçı MTK şirkəti təsis edilmiş və Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi üzərində çoxmərtəbəli binanın inşa edilməsi məqsədilə və bu istiqamətdə lazımi sənədlərin əldə edilməsi üçün külli miqdarda vəsait xərclənmişdir. Nəhayət bütün sənədləşmələr başa çatdıqdan sonra tikintiyə başlanılmışdır. Lakin ərazini təhlükəsizlik qaydalarına müvafiq olaraq hasarladıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən işlərə müdaxilələr olunmuş, iddiaçı tərəfindən tikintiyə dair bütün sənədlərin nüsxələri komitənin səlahiyyətli şəxslərinə təqdim olunmasına baxmayaraq heç bir məhkəmə qərarı olmadan iddiaçı tərəfin inşa etdiyi hasarlar sökülməyə başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında “xxxxxxxxxxxxxxxxxxxx” MTK-nın və İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 111 və 112 saylı sərəncamlarının müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 415 və 414 saylı sərəncamları ilə ləğv edildiyi bildirilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli bildirişində də həmin sərəncamın ləğvi ilə əlaqədar 1350 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verildiyi qeyd edilmişdir. Hesab edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 414 saylı sərəncam tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamları qəbul edərkən Bakı şəhər İcra Hakimiyyəti iddiaçı tərəfin hüquqlarını pozmuş, bu barədə heç bir xəbərdarlıq etmədən və heç bir əsas olmadan, müvafiq barışıq sazişinin və məhkəmə qərarının şərtlərini pozaraq, əvvəlki sərəncamları ləğv etmişdir. Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, torpaq sahəsinə dair aparılmış hərəkətlərdən Bakı şəhər İcra Hakimiyyəti məlumatlı olmuş, ən əsası da həmin torpaq sahəsini sonuncunun razılığı ilə təqdim etmişdir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 109.8ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraicət edərək, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017- ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, xx.xx.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və xx.xx.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layhəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-768/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-768/2019 nömrəli, xx.xx.2019cu il tarixli digər qərardadı ilə İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi işə cəlb edilməklə Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017- ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, xx.xx.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və xx.xx.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layhəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair 2-1(81)-768/2019 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aidiyyəti üzrə baxılması üçün göndərilmiş iş materialları xx xxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Sərəncam qəbul edilərək, qanunvericiliyin tələblərinə tam olaraq riayət edilmiş, heç bir pozuntuya yol verilməmişdir. Nümayəndə izahatının sonunda göstərilənlərinə nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı MTK Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ona ********** saylı VÖEN verilmiş, hüquqi ünvanı ünvan 3 məhəllə 1188, mənzil 183-dür. Koopertavin qanuni təmsilçisi X9r; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərardadının surətindən müəyyən edilir ki, X1 və “xxxxx” Kiçik Müəssisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx xxxxxxxx 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir: “2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin icraatında olan 2-1(82)-3705 nömrəli X1 və “xxxxx” kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx xxxxxxxx 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati işin tərəfləri (Bu sazişdə cəm halda “Tərəflər”, tək halda isə “Tərəf adlandırılacaq: İddiaçı - X20; İddiaçı - “xxxxx” kiçik müəssisəsinin direktoru X10 şəxsində; Cavabdeh - Bakı şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 şəxsində); İddiaçıların cavabdehə qarşı qaldırdığı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2009-cu il tarixli 355 №-li Sərəncamının ləğv edilməsinə dair” iddiası üzrə inzibati işin məhkəmə araşdırmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15 və 66-cı maddələrinə əsasən, barışıq sazişi ilə tamamlamaq niyyətində və qərarında olduqlarını bəyan edərək, aşağıdakı şərtlər barədə ümumi razılığa gəlirlər: Bakı şəhər İcra Hakimiyyəti hazırki iddia tələbinin predmeti olan hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "xxxxx” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X13 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürür. X20 hazırki iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “xxxxx" kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X13 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2009-cu il tarixli 355 №-li Sərəncamının mübahisələndirilməsindən imtina edir. “xxxxx" kiçik müəssisəsi hazırki iddia tələbinin predmeti olan hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “xxxxx’’ kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha. olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin (Bakı şəhər İcra Hakimiyyəti və X20) qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X13 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir. “xxxxx’’ kiçik müəssisəsi Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “xxxxx” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin X13 müəssisənin 100% payçısı olduğu müddətdə ona məxsus olduğunu nəzərə alaraq həmin torpaq sahəsi ilə bağlı X15 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiadan imtina edir. X28 eyni zamanda Tərəflərin işin barışıq sazişi bağlanması yolu ilə tamamlanması haqqında məhkəməyə ərizələrini, o cümlədən barışıq sazişinin bütün şərtlərini ifadə edir. Hazırkı Saziş məhkəmə qərardadı ilə təsdiq olunduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Barışıq Saişi 4 (dörd) nüsxədə tərtib olunur, hər Tərəfdə bir nüsxə saxlanılır, bir nüsxə isə Məhkəməyə təqdim olunur." Qərardada əsasən X1 və “xxxxx” Kiçik Müəssisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx xxxxxxxx 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsinin cizgisi 1:1500 miqyasda tərtib edilərək, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarı A.Abdullayev və şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəis əvəzi İ.Əliyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir; - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarı A.Abdullayev və şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəis əvəzi İ.Əliyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 17/38 nömrəli, xx.xx.2017-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı”ndan müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi cizgidə göstərilən sərhədlər daxilində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Akt 5 (beş) nüsxədən ibarət tərtib edilib. Onun 3 (üç) nüsxəsi torpaq sahəsinin istifadəçisi İddiaçı MTK-ya verilib. İki nüsxəsi isə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində saxlanılır. Ayrıc aktlarının qeydiyyatı kitabında 17/38 sayla qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında “xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin sərəncama əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli, 03 saylı müraciəti nəzərə alınaraq, Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Sərəncamda, həmçinin, aşağıdakılar göstərilmişdir: “2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. 3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını təmin etməlidir. 4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 6. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının «Torpaq Məcəlləsi»nin 73-cü maddəsi ilə tənzimlənir. 7. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət rayon icra hakimiyyətinə tapşırılsın”; - Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1122 nömrəli məktubda aşağıdakıları bildirilmişdir: “Müdafiə Nazirliyinin istifadəsi üçün ayrılmış hərbi şəhərciklərin bəzilərində xidməti zərurətlə əlaqədar hərbi hissələr dislokasiya olunmamışdır. Sözügedən hərbi şəhərciklərin gələcəkdə istifadəsinə ehtiyac olmadığından, onların təmiri və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil. Qeyd olunanları nəzərə alaraq həmin hərbi şəhərciklərin səmərəli istifadəsinin təşkil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbir görülməsi Sizdən xahiş edilir”; - Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli 1122 nömrəli məktubuna əlavə edilmiş siyahıda torpaq sahəsi 4,14 ha. təşkil edən “xxxxxxxxxxxa” hərbi şəhərciyinin adı 17-ci sırada qeyd olunmuşdur; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0168 nömrəli məktubuna əlavə edilmiş “xxxxxxxxxxxa” hərbi şəhərciyinin baş planının təsdiq edilmiş surətindən müəyyən edilir ki, “xxxxxxxxxxxa” hərbi şəhərciyinin torpaq sahəsi 4,14 ha. təşkil edir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun “Təhvil-qəbul haqqında” 60 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən aydın olur ki, bu əmrə əlavə edilmiş siyahıda göstərilən 96 (doxsan altı) hərbi şəhərciyin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin balansına qəbul edilməsi üçün təhvil-qəbul işlərinin aparılması həmin obyektlərin yerləşdiyi ünvan nəzərə alınmaqla ƏMDK-nin aidiyyəti ərazi şöbələrinə həvalə edilmişdir; - xx xxxx 2018-ci il tarixli təhvil-qəbul aktı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru arasında aşağıdakı məzmunda təsdiq edilmişdir: “Biz aşağıda imza edənlər: Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli, 60 nömrəli əmri ilə yaradılmış komissiyanın üzvləri: İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Müəssisə və obyektlərin idarəedilməsi və özəlləşdirilməsinin təşkili şöbəsinin aparıcı mühəndisi X3, mütəxəssis X4, Əmlak Məsələləri Dövlət Komitəsinin 4 saylı Sabunçu ərazi şöbəsinin məsləhətçisi X16 bir tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, X/01450 nömrəli məktubuna əsasən yaradılmış komissiyanın üzvləri: Müdafiə Nazirliyinin Mənzilistismar İdarəsinin planlaşdirma bölməsinin rəisi vəzifəsini icra edən - X17, Abşeron rayon mənzil-istismar hissəsinin rəisi - mayor X11, Abşeron rayon mənzil-istismar hissəsinin baş mühəndisi - X6, digər tərəfdən bu aktı tərtib edirik ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, ********** nömrəli məktubunda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 1122 nömrəli məktubuna əsasən nazirliyin istifadəsinə ayrılmış və məktuba əlavə edilmiş siyahıda göstərilən (17-ci sırada qeyd olunan “xxxxxxxxxxxa”) hərbi şəhərciklərin gələçəkdə səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşən Əmlak kompleksinin ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilməsi üçün təhvil-qəbul işləri aparıldı”; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 2909 nömrəli məktubuna əlavə edilmiş təhvil-qəbul sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru arasında aparılmış təhvil qəbul zamanı aşağıdakı əsas vəsaitlər aşkar edilmişdir: “tikilialtı torpaq sahəsi 704.8 kv.metr olan 1969-cu ildə istismara verilmiş yeraltı tikili, tikilialtı torpaq sahəsi 28.1 kv.metr olan 1969-cu ildə istismara verilmiş tikanlı məftildən tor hasar, 732.9 kv.metr sahəsi olan ümumi tikilialtı sahə, 1969-cu ildə istismara verilmiş 1500.0 kv.metr yaşıllıq sahəsi, 39215.0 kv.metr ərazinin ümumi torpaq sahəsi. Qeyd: “1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli 1122 nömrəli məktubuna əlavə edilmiş siyahıda 17-ci sırada qeyd olunan “xxxxxxxxxxxa” hərbi şəhərciyinin torpaq sahəsi 4,14 ha qeyd olunmuşdur, faktiki olaraq tərtib olunmuş baş plana əsasən ərazinin ümumi torpaq sahəsi 39215,0 kv.m təşkil edir. 0,2185 ha ərazi vətəndaşlar tərəfindən zəbt edilmiş və həmin ərazidə qəbirsanlıq salınmışdır. 2. Elektron kadastr məlumat bazasına əsasən baş plan çəkilən sahənin bir hissəsi xx.xx.2008-ci il tarixli Komitə sifarişi kimi “xxxxxxxxxxxxxxxxxx” MMC adına qeydə alınıb. 3.Torpaq sahəsinin 1920 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür”; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********88 saylı məktubda aşağıdakılar göstərilmişdir: “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edİlməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsi, 35 ünvanında yerləşən, Müdafiə Nazirliyinin "xxxxxxxxxxx” hərbi şəhərciyinin istifadəsində olmuş və Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 və 112 saylı sərəncamları və xx.xx.2017-cı il tarixli, 38 saylı və xx.xx.2017-ci il tarixli 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “xxxxxxxxxxxxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə və “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılması müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “xxxxxxxxxxxxxxxxxxxx” MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirik”; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********90 saylı məktubda aşağıdakılar göstərilmişdir: “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edİlməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsi, 35 ünvanında yerləşən, Müdafiə Nazirliyinin "xxxxxxxxxxx” hərbi şəhərciyinin istifadəsində olmuş və komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 və 112 saylı sərəncamları və xx.xx.2017-cı il tarixli, 38 saylı və xx.xx.2017-ci il tarixli 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “xxxxxxxxxxxxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə və “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılması müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “xxxxxxxxxxxxxxxxxxxx” MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş veriməyinizi xahiş edirik”; - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair tərtib edilmiş 13256 saylı inşaat pasportunun surətindən müəyyən edilir ki, razılaşdırmalar və texniki şərtlər müvafiq ardıcıllıqla aşağıdakılardır: “1. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (xx.xx.2017, 04-30/27-25), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (xx.xx.2017, YTNƏŞ-0076), 3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi (xx.xx.2017, ER- 15/266), 4. “xxxxxxxx” ASC (xx.xx.2017, TMX-17/0366), 5. “xxxxxx” ASC (xx.xx.2017, 04/03-3/6/14630), 6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi (xx.xx.2017, 28076), 7. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (xx.xx.2017, BTRİB-T/Ş- 3/3153), “xxxxxxxxxxxxxxxxxxx” ASC (xx.xx.2017, 0754-15); - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə İddiaçı MTK-ayrılmış Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən torpaq sahəsinin memarlıq-planlaşdırma göstərişləri cəmi 13, sahə qurğularının şəhər şəbəkə və mühəndisi qurğularına birləşməsinin texniki göstərişləri isə cəmi 7 bənddə tərtib edilməklə Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin baş mühəndisi, memar, mühəndisi təminat şöbəsinin rəisi, topogeodeziya şöbəsinin rəisi və mühəndis tərəfindən imzalanmışdır; - İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İş materiallarına, eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 415 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2017-ci il tarixli, 04-30/27-25 saylı rəyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2017-ci il tarixli, YTNƏŞ-0076 nömrəli rəyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2017-ci il tarixli, ER-15/266 saylı rəyinin, “xxxxxxxx” ASC-nin xx.xx.2017, TMX-17/0366 saylı məktubunun, “xxxxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, 04/03-3/6/14630 saylı texniki tapşırığının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli, 28076 nömrəli texniki şərtinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli, BTRİB-T/Ş-3/3153 saylı məktubunun, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, 0754-15 nömrəli texniki şərtinin surətləri və digər sənədlər də əlavə edilmişdir. İş materiallarından və işin faktiki hallarından məlum olur ki, X1 və “xxxxx” Kiçik Müəssisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx xxxxxxxx 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə tərəflər arasında bağlanmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir.“İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının qanuni olub-olmadığının yoxlanılması üçün məhkəmə iki istiqamət üzrə araşdırma aparır: 1) sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi və 2) sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrində isə təsbit olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncam qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamışdır. Halbuki, qanunda inzibati aktın qəbul edilməsindən əvvəl mütləq qaydada inzibati icraatın aparılmalı olduğu, bu zaman marağına toxunan şəxslərin həmin icraata cəlb edilməli olduğu, inzibati orqanın işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmalı olduğu və bunun üçün zəruri sübutları toplamalı olduğu, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilməli olduğu və nəhayət, qəbul edilmiş inzibati aktın qanunda nəzərdə tutulmuq qaydada əsaslandırılmalı olduğu təsbit edilmişdir. Ona görə də, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. Cavabdehin xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi məsələsinə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. Sərəncamın verildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə isə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Sərəncamın verildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il tarixli 29 iyun tarixli 392-İVQ nömərli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 04 sentyabr tarixli 695 nömrəli Fərmanında müəyyən edilmişdir ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 82.1-ci (birinci halda) maddəsində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 101.2-ci maddəsində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə).” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndində yerli icra hakimiyyəti başçılarının Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində malik olduğu səlahiyyətlər təsbit edilmişdir: 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; Həmin Əsasnamənin 4.18-ci bəndində isə aşağıdakılar təsbit olunmuşdur: Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər: 4.18.1. Bu Əsasnamənin 3.16.3-cü bəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17- ci, 4.13.6- cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 saylı, xx xxxxxxxx 2008-ci il qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Orada hər bir tikintinin ölçüləri və həcmi dəqiq göstərilməklə onun məhz hansı məsuliyyət səviyyəli bina və qurğuya aid ediləcəyi dəqiq göstərilmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi sərəncamın verildiyi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri İH sənədlərdə göstərilən binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. İş materiallarında da bütün bu sənədlər mövcuddur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsaslanaraq, aşağıdakı səbəblərə görə cavabdehin 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını qanuni və əsaslı hesab etmir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamı cavabdehin 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin "xxxxxxxxxxx” hərbi şəhərciyinin istifadəsində olmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha. ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 və 112 saylı sərəncamları və xx.xx.2017-cı il tarixli, 38 saylı və xx.xx.2017-ci il tarixli 49 saylı ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “xxxxxxxxxxxxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə və “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılması əsası ilə ləğv edilmişdir. Buna baxmayaraq, müvafiq halın müəyyən edilməsi ilə bağlı sərəncamda açıqlama verilməmiş və aparılmış icraatın nəticələrinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla baglı məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3705/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərardadında ondan apelyasiya şikayətinin verilməsi müddəti və qaydası haqqında tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah verilmiş, “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən və iş materiallarından da göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərardadından apelyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Lakin həmin iş üzrə cavabdeh tərəf qanuni qüvvəsini almış məhkəmə qərardadının şərtlərinə uyğun olaraq verdiyi sərəncamı bu barədə məhkəməyə müraciət etmədən qanunvericiliyin tələblərinə zidd olaraq ləğv etmişdir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyətinin başçısına öz sərəncamlarını ləğv etmək səlahiyyəti verilməmişdir. Mübahisələndirilən sərəncamda heç bir normaya istinad edilməmiş, sərəncamın hüquqi əsası göstərilməmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.5.1, 6.5.2-ci bəndlərində yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktının (onun struktur elementinin) öz qüvvəsini itirdiyi hallardan bəhs edilir. 6.5. Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktı (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir: 6.5.1. normativ xarakterli aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda; 6.5.2. normativ xarakterli akt (onun struktur elementi) ləğv edildikdə. Əsasnamənin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. 6.2. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir. 6.3. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Həmin Əsasnamənin 6.8-ci bəndində isə qeyd edilmişdir ki, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 4.17.3-cü maddəsində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrlərini ləğv etmək rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətlərinə daxil edilmişdir. Bundan əlavə, “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununun 68.4cü maddəsinin tələbinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırki iş üzrə mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamı qəbul edilərkən imperativ norma kimi qanunvericiliyə daxil edilmiş tələblərə riayət edilməmişdir. Göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, mübahisənin hərtərəfli araşdırılması və mübahisə predmetinə obyektiv baxılmasını təmin etmək məqsədilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşirmi? 2) “xxxxxxxxxxxa” hərbi şəhərciyi İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşirmi? 3) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən ölçülər və texniki göstəricilər İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üst-üstə düşürmü? Ekspertizanın keçirilməsinə cəlb edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş 116 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş sualları üzrə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlərin müəyyən edildiyi göstərilmişdir: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmir. 2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktına əsasən “Qaraçuxur” hərbi şəhərciyinin torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmir. 3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş 26257 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş sualları üzrə aparılmış tədqiqatın nəticəsi olaraq aşağıdakıları göstərilmişdir: Qərardadın birinci sualı üzrə: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktına əsasən “xxxxxxxxxxxa” hərbi şəhərciyinin torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26257 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi müvafiq sərəncamın ləğv edilməsi üçün əsas kimi götürmüş hal iş materiallarında olan mütəxəssis və ekspert rəyləri ilə də inkar edilir. Məhkəmə, həmçinin, qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında “xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacağı ilə əlaqədar həmin sərəncamın 5-ci bəndində göstərilmiş şərtin mövcudluğuna, yəni sözügedən sərəncamın 2-ci, 3-cü və 4-cü bəndlərində təsbit edilmiş şərtlərə sifarişçi tərəfindən riayət edilməməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir, əksinə olaraq, yuxarıda göstərilmiş bəndlərdə qeyd edilmiş şərtlərə uyğun olaraq ayrılmış torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması iş materialları ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Papamichalopoulos və başqaları Yunanistana qarşı (Avropa Məhkəməsinin xx xxxx 1993-cü il tarixli qərarı) işdə 1967-ci ildə Yunanıstanda həmin zamanın hərbi hökumətinin qəbul etdiyi qanuna görə, Dənizçilik Fondu ərizəçilərin torpaqları da daxil olmaqla geniş torpaq ərazisinin sahibi olmuş və orda dənizçilik bazası və zabit və ailələri üçün istirahət mərkəzi yaratmışdır. Həmin tarixdən başlayaraq, ərizəçilər əmlakları barədə sərəncam verə, onu sata, vəsiyyət edə, girov qoya və ya bağışlaya bilməmişlər. Hərbi Dənizçiliyə əmlakını ona geri qaytarmağı əmr edən yekun məhkəmə qərarı əldə edən yeganə şəxs, X2 öz əmlakına girişdən belə imtina edilmişdir (bax: paraqraf 11-12). Lakin Avropa Məhkəməsi qeyd etdi ki, 1969-cu ildən dövlət orqanları Hərbi Dəniz qüvvələrinin diqqətini, torpaqların həmin hissəsinin onların sərəncamında olmaması faktına çəkmişdir (bax: paraqraf 7), onlar ərizəçilərə dəyən ziyanı ödəmək üçün vasitələr axtarmışlar. Bu təşəbbüs, Kassasiya Məhkəməsinin x xxxxxx 1988-ci il qərarında deyildiyi kimi, 1967-ci ildə yaradılan problemləri mümkün qədər tez həll etmək üçün nəzərdə tutulan 1341/1983 saylı Qanunun qəbul edilməsinə səbəb olmuşdur (bax: paraqraf 21). X5 Heyəti 1983-cü ildə onların hamısını mülkiyyətçi olaraq tanımış (bax: paraqrafs 18-21, yuxarıda) və ərizəçilər bundan sonra onlara vəd edilən torpaqların verilməsini gözləmişlər. Bununla belə, nə Attikadakı, nə də Pieriadakı torpaqlar təklif olunan sxem üçün istifadə edilə bilməmişlər. 1992-ci ildə ərizəçilər "Semeli mülkü"nün bir hissəsini tələb etmişlər, lakin yenə də uğur qazanmamışlar (bax: paraqraf 27). Məhkəmə hesab etdi ki, həmin torpağa sərəncam vermək imkanlarını tamamilə itirmələri, bu zamanadək vəziyyəti düzəltmək üçün cəhdlərin iflası ilə birgə götürülməklə, ərizəçilərə əmlaklarından maneəsiz istifadə hüquqlarına zidd şəkildə əmlaklarından məhrum edilmiş hesab olunması üçün de facto kifayət qədər ciddi nəticələr yaratmışdır. Nəticədə, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir və pozuntu davam etməkdədir. Sporronq və Lönrot İsveçə qarşı (xx xxxxxxxx 1982-ci il tarixli qərar) Avropa Məhkəməsi təbii olaraq hesab etdi ki, böyük şəhərlərin yenidən qurulması kimi mürəkkəb və çətin bir sahədə Konvensiyaya üzv Dövlətlər şəhərsalma siyasətini aparmaq üçün geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, Məhkəmə öz nəzarətetmə səlahiyyətindən imtina edə bilməz. 1-ci maddənin (P1-1) birinci cümləsinə əsasən tələb edilən tarazlığın ərizəçilərin "(öz) mülkiyyətindən maneəsiz istifadə" hüququna uyğun olaraq təmin edilib-edilmədiyinə nəzarət etmək Məhkəmənin səlahiyyətindədir. Məhkəmə qeyd etdr ki, Stokholm bələdiyyəsinə verilmiş icazələr Sporronq əmlakı işində beş il üçün nəzərdə tutulmuş, sonra üç il, sonra beş il və nəhayət on il müddətinə uzadılmış, və xanım Lönrot işində isə on il üçün nəzərdə tutulmuşdu. Təcrübədə bu icazələr müvafiq olaraq iyirmi üç il və səkkiz il qüvvədə qalmışdır. Bütün bu vaxt ərzində ərizəçilər öz mülkiyyətlərinin taleyindən qətiyyən əmin olmamış və qarşılaşa biləcəkləri çətinliklərin Hökumət tərəfindən nəzərə alınması hüququna malik olmamışlar. Məhkəmə layihələrlə bağlı Stokholm bələdiyyəsinin maraqlarını nəzərə aldı. Bununla belə, Məhkəməyə qeyd etdi ki, aydın deyil, hər bir icazənin verildiyi və qüvvədə qaldığı uzun müddət ərzində İsveç qanunvericiliyi nə üçün bələdiyyənin və mülkiyyətçilərin maraqlarını ağlabatan zaman dilimi keçdikdən sonra yenidən dəyərləndirmək imkanını istisna etmışdır. Hazırki işdə belə bir imkanın olmaması əsassızdır, belə ki, milliləşmə icazələrinin əsasında duran şəhərsalma layihələri və bunlarla yanaşı ərizəçilərin mülkiyyətlərindən istifadə planları dəfələrlə dəyişmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, bütün bu vaxt ərzində tikinti ilə bağlı qadağalar icazələrin etibarlılıq müddətinin uzunluğunun zərərli nəticələrini daha da gücləndirmişdir. Ərizəçilərin öz mülkiyyətlərindən tam istifadə hüququ Sporronq Əmlakı ilə bağlı tam iyirmi beş il, xanım Lönrot işində isə on iki il məhdudlaşdırılmışdır. Bu şəkildə birləşdirilmiş iki tədbir mülkiyyət hüququnun müdafiəsi ilə ümumi maraqların tələbləri arasındakı ədalətli tarazlığı pozan bir vəziyyət meydana gətirmişdir: Sporronq Əmlakı və xanım Lönrot fərdi və həddindən artıq ağır bir yükə məruz qalmışdır və bu yükü qanuniləşdirəcək yeganə yol müddətlərin qısaldılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etmək imkanıdır. Beləliklə, tikinti işlərinin qadağan edilməsi ilə nəticələri daha da ağırlaşmış bu icazələr, xüsusilə iki ərizəçi ilə bağlı 1-ci maddəni (P1-1) pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin olunmalı, İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ləğv edilməli və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri bərpa edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26257 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə, üçüncü şəxsə münasibətdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.4-cü maddəsində göstərilən hallarından hər hansı biri müəyyən edilmədiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ləğv edilsin və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri bərpa edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar