Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12774/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X5, X6, X11, X7 və X2) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X5, X6, X7, X2, yetkinlik yaşına çatmayan X12 və X8 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi haqqında qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə Əmlak Məsələsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Üçüncü şəxslər X5, X6, X7, X2, yetkinlik yaşına çatmayan X12 və X11 iddiaçı evi alandan demək olar ki, bir gün də olsun iddiaçının mülkiyyətində olan mənzildə yaşamayıblar. Üçüncü şəxslərin mənzildə pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə iddiaçı mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu isə mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. İdddiaçı üçüncü şəxslərin ünvan 1-dan qeydiyyatdan çıxarılmaları barədə ərizə ilə cavabdeh Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-ci il tarixli imtina məktubunda üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının Nəsimi RPİ QMB-nin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə edilmiş imtina qanunsuz və əsassızdır. Məhz buna görə də, iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əks halda, həmin əmlak barəsində sərəncam verə, habelə alqı-satqı, bağışlama və sair əməliyyatlar apara bilməyəcəkdir.
3. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X5, X6, X11, X9 və X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər.
4. Cavabdeh Nəsimi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən (xx.xx.1989-cu il təvəllüdlü) X5; (xx.xx.1987-cu il təvəllüdlü) X6; (xx.xx.2020-ci il təvəllüdlü) X11; (xx.xx.2022-ci il təvəllüdlü) X12; (xx.xx.1957-ci il təvəllüdlü) X10; (xx.xx.1958-ci il təvəllüdlü) X1 rayonu, Masazır Ə/D, Masazır kəndi, Füzuli küçəsi, ev 202A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
7. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
9. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, üçüncü şəxslər qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdıqlarından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva