Məhkəmə qərarları › İş №2-1(112)-12775/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12775/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12775/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin bərpa edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehnə qarşı xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Qafan rayounda anadan olan həyat yoldaşı X5 doğum haqqında akt qeydinin bərpa edilməsi və onun doğum haqqında şəhadətnaməsinin yenidən verilməsi, eləcə də X5 və X6 eyni şəxs olmasının təsdiq edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X7 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Qafan raynunda anadan olmuşdur və Ermənistan Respublikasının Qafan rayonundan doğum haqqında şəhadətnamə almışdır. Belə ki, əri X7 xx.xx.2025-ci ildə “Durğunluq ürək çatışmazlığı” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Onun “Ölüm haqqında şəhadətnamə”ni isə 29 aprel 2025-ci ildə əldə etmişlər. O, ərinin vərəsəlik işinin açılması üçün müraciət etmək istəyir, lakin ondan onun doğum haqında şəhadətnaməsi tələb edilir. X2 doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının Qafan rayonunda qalmışdır. Belə ki, əri Ermənistan Respublikasının Qafan rayonunda yerləşən kollecdə 3 il təhsil almışdır və təhsil alan zaman doğum haqqında şəhadətnaməsini həmin kollecə təhvil vermişdir. X7 həmin kollecdəki təhsilini bitirəndə onun doğum haqqında şəahdətnaməsinin itdiyini bildiriblər və geri qaytarmayıblar. Bu səbəblə də, o, X5 doğum haqqında şəhadətnamənin yenidən alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona vermiş olduğu xx.xx.2025-i il tarixli iimtian məktubunda ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarının 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəldər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmçinin bildirir ki, X2 doğum haqqında akt qeydinin bərpası ilə yanaşı digər bir məsələ də, ərinin soyadı ilə bağlıdır. Belə ki, X1 onun atasının soyadı ilə üst-üstə düşmür. Belə ki, qaynatasının soyadı demək olar ki, hər yerdə “Cəfərov” qeyd edilmişdir – X8. Qaynatasının sadəcə bir yerdə - dövlət tərəfindən verilən medalda soyadı Cabbarovdur. Ərinin soyadının Cabbarov, onun atasının isə bütün sənədlərdə Cəfərov olaraq yazılması ərinin vərəsəlik işinin açılmasında maneə törədir. Həmçinin, bildirir ki, ərinin bacısı və qardaşlarının soyadları da, fərqlidir. Belə ki, bəzilərində soyad – Cəfərov, bəzilərində isə soyad – Cabbarov yazılmışdır. Ərinin 2 qardaşı, biri Zəngilan rayonunda, digəri isə Ağdam rayonunda şəhid olmuşlar. Onların da, soyadları Cabbarov kimi qeyd edilmişdir. Həmçinin, əri ilə birgə nikahlarından doğulan hər iki övladlarının doğum haqqında şəhadətnaməsində onların soyadı “Cabbarova” kimi yazılmışdır. Qeyd edir ki, ərinin şəxsiyyət vəsiqəsində və onların nikah haqqında şəhadətnamələrində onun soyad, ad və ata adı – X3 yazılmışdır. Məhkəməyə müraciət etməkdə məqsədi əri – X5 doğum haqqında akt qeydinin bərpa edilməsi və onun doğum haqqında şəahdətnaməsinin yenidən verilməsi, həmçinin, X5 və X6 eyni şəxs olmasının təsdiq edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 15955213 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X7 xx.xx.1964-cü ildə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. - Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 502454 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə, 338 nömrə ilə qeyd edilmişdir. - “Nikahın bağlanması haqqında” İV-ЖГ seriyalı, 356217 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1964-cü il təvəllüdlü X7 ilə xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 27 yanvar 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə, 99 nömrə ilə qeyd aparılmışdır. - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025ci il tarixli, 3-16-5/8-1xx-xx/2025 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən xx.xx.2001-ci il tarixli 52 saylı qərarının 16-cı bəndinə əsasən “Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir”. Bu Qaydanın 14-cü bəndinə uyğun olaraq VVAQ qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci l tarixli, 3-16-5/8-472/75 nömrəli məktubla inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin hallarını aşağıda qeyd edilən qanunvericilik normaları ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşılq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsin ixahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə hesab edir ki, qeydiyyat şöbəsinin doğum akt qeydindən imtina etməsi nəticəsində iddiaçı göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, eləcə də, iddiaçıda doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307 və 308-ci maddələrinə müvafiq olaraq doğum akt qeydinin bərpa olunması barədə müvafiq ərizə ilə ümumi (rayon) məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməsi mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar