Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1278/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 QSC və İddiaçı2 sanatoriyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs qismində X4 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2, 3-cü şəxsin vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 QSC və İddiaçı2 sanatoriyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs qismində X4 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçılar İddiaçı1 QSC və İddiaçı2 sanatoriyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1280.0 kv.m torpaq sahəsinin və üzərində tikili olan hissəsinin qanunsuz olaraq başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə sənədlərin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı2 Sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə ayrılmış və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrəli ilə uçota alınmış 4300 kv.m torpaq sahəsinə, torpağın üzərində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Şurasının müraciətinə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 74/1833 saylı qərarı ilə İddiaçı2 sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə 4300 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 4/275 saylı aktla yerində naturada təhvil verilmişdir. Həmin sahəyə aid xx.xx.1985-ci ildə 6010 saylı Tikinti Pasportu hazırlanıb təsdiq edilmişdir. Torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmış və indiyədək sanatoriya tərəfindən istifdə edilir .xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrə ilə uçota alınmışdır. 1992-ci ildə sanatoriyada qaçqınlar və məcburi köçkünlər məskunlaşmış, 2019cu ildə qaçqınlar və məcburi köçkünlər sanatoriyanı boşaltdıqdan dərhal sonra orada abadlıq işlərinə başlanılmışdır. Torpağın daimi istifadə hüququ ilə verilməsini nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına və torpaq sahəsinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, sözügedən torpaq sahəsinin koordinatlar daxilində istifadədə olan 1280.0 kv.m torpaq sahəsinin və üzərində tikililər olan hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlak ilə üst-üstə düşməsi səbəbindən ərizəsinin icrası mümkün hesab edilməmiş və icradan imtina edilmişdir. 4300 kv.m torpaq sahəsinin xx.xx.1985-ci ildən İddiaçı2 sanatoriyasının qanuni və daimi istifadəsində olduğu halda 1280.0 kv.m torapq sahəsinin və üzərində tikililər olan hissəsinin başqa fiziki şəxsin adına daşınaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə onların məlumatları və qanunvericiliklə müəyyən edilmiş qaydada razılığı olmamışdır. Məsələnin qanun müstəvisində həll edilməsi üçün həmin fiziki şəxsin adı, soyadı, qeydiyyat ünvanı, torpaq sahəsinin qeydiyyat nömrəsi və tarixi barədə məlumat verilməsini xahiş etmələrinə baxmayaraq, indiyədək onlar heç bir məlumat ala bilməmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət edə bilməmişlər. Dəfələrlə cavabdehə müraciətlər etmişlər, lakin, nəticəsi olmamışdır. Yalnız xx.xx.2023-cü il tarixli məktubla ilk cavab məktubunda qeyd edilənləri təkrarlayaraq yenə də, 1280.0 kv.m torpaq sahəsinin və üzərində tikili olan hissəsinin hansı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat verilməmişdir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsi əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsində təsbit edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyibdir. Cavabdeh tərəfindən qanuna zidd qərar qəbul edilməsi nəticəsində iddiaçıların istifadə hüquqları pozulmuşdur.
3. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb edilməsi və Xidmətin ünvan 2 ünvanında yerləşən 7 saylı mağazanın hərraca ayrılmasına dair 111 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Məhkəmənin 2-1(112)-1278/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı1 QSC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m təşkil edən 7 saylı mağazanın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə bağlı 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2- 6084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətə cavab verilərək, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 7 saylı mağazanın xx.xx.2016-cı il tarixdə özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Belə ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 7 nömrəli mağaza İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin balansında olmuş və yuxarıda qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq balansssaxlayıcı qurumun təqdim etdiyi sənədlər əsasında həmin əmlaka dair dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamı ilə 7 nömrəli mağazanın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2016-cı il tarixli 18/01 nömrəli hərrac protokoluna əsasən hərracın qaibi X4 olmuşdur və onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2016-cı il tarixli 3082 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı bildirilir ki, Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Göründüyü kimi, mübahisənin predmeti olan qeyri-yaşayış binasının özəlləşdirilməsi özəlləşdirmə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və özəlləşdirmə zamanı iddiaçının hər hansı hüquqları pozulmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, bşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, iddiaçılar tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində hüquqlara malik olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıların mübahisə predmeti olan əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması onun həmin sahə üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Göründüyü kimi, mübahisə predmeti olan əmlak dövlət mülkiyyətində olmaqla iddiaçıların sözügedən əmlakla bağlı hər hansı hüquqları qeydiyyata alınmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisələndirilən sərəncam qəbul edilən zaman iddiaçıların həmin sahə ilə bağlı hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda bildirilir ki, iddiaçılar tərəfindən iddia tələbi üzrə iddia müddəti də, ötürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və 1 saylı Bakık Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciət ərizələrindən və cavab məktublarından görünür ki, iddiaçılar mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi və digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestridən qeydiyyatdan keçməsindən məlumatlı olmuşlar.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayənədsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin vəkili iddiaya qarşı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı2 sanatoriyasının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edilərək yazılı etirazlarını müdafiə etdikləri bildirilməklə işə onların nümayədələrinin iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə digər İddiaçı2 sanatoriyasının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. iş materiallarına iddiaçıların cavabdeh inzibati orqan və onun tabeliyindəki qurumlarına çoxsaylı müraciətləri və onlara verilmiş müvafiq cavab məktubları əlavə edilmişdir.
10. Azərbaycan Respubliksının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən 11 iyun 2012-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarından çıxarışa əsasən dövlət qeydiyyatına alınmış və hazırki dövlət qeydiyyat nömrəsi (VÖEN) olan ********** İddiaçı1 səhmdar cəmiyyətinin bazasında yaradılır və onun hüquqi varisidir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş D-719 nömrəli xx.xx.1995-ci il tarixli şəhadətnamə əsasında təsdiq edilmiş İddiaçı2 Sanatoriyasının Nizamnaməsinə əsasən İddiaçı2 Sanatoriyasının təsisçisi və əmlakının mülkiyyətçisi Azərbaycan Respublikasının İddiaçı1 Səhmdar Cəmiyyətidir.
12. İş materiallarına Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 74/1833 nömrəli qərarı və ona əlavə edilmiş torpaq ayırma və inşaat pasportu əlavə edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-29232/2023 **********32 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və iddiaçıların iddia etdiyi A № 450350 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsi və üzərindəki tikililərə dair sənədlərin surətinin verilməsi ilə bağlı məhkəmə sorğusuna əsasən İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 9/401 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 43624 kv.m torpaq sahəsi ilə bağlı X5 kitabında xx.xx.2013-cü il tarixdə 35074 nömrə ilə uçota alınmış A № 450349 nömrəli və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 74/183 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 4300 kv.m torpaq sahəsi ilə bağlı X5 kitabında xx.xx.2013-cü il tarixdə 35075 nömrə ilə uçota alınmış A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən dövlətə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buovna qəsəbəsində yerləşən, ölçüsü 4.3073 ha təşkil edən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olan torpaq sahə üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları 2.10.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3082 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən alıcı ünvan 2 ünvanında yerləşən 7 saylı mağazanı hərracdan satış qiyməti ilə 350000 manata satın almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m olan qeyri-yaşayış sahəsinə dair obyektin xx.xx.2017-ci il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib olunmuşdur.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-43722/2023 **********2 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza ünvanına dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə sorğusuna əsasən İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 906 nömrə ilə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin (qeydiyyat № 1521) balansında olan daşınmaz dövlət əmlak haqqında registrdən çıxarışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansında olmuşdur.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 111 nömrəli xx.xx.2016-cı il tarixli sərəncam və həmin sərəncama əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilmişdir. 1 nömrəli Əlavədə 10-cı sırada ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza qeyd edilmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin “ünvan 4 ünvanında yerləşən 7 nömrəli mağazaya dair 111 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamın, həmçinin xx.xx.2016-cı il tarixli keçmiş İstehsal ə Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə” sorğusuna əsasən xx.xx.2016-cı il tarixli 18/01 nömrəli hərrac protokolunun, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 26 nömrəli Sərəncamından və həmin obyektin tabeliyə qəbul edilməsi barədə keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin xx.xx.2010-cu il tarixi 63 nömrəli əmrindən və qoşmasından çıxarışların əsli ilə düzgünlüyünün təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 26 nömrəli sərəncamından çıxarışa əsasən Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 ünvanında yerləşən müəssisə Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuşdur. - Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin xx.xx.2010-cu il tarixli 26 nömrəli sərəncamına əlavədə göstərilən müəssisələrin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar həmin sərəncamın icrasını təmin etmək tapşırılmışdır. Verilmiş tapşırığın icrası ilə əlaqədar sərəncama əlavədə qeyd olunmuş 61 müəssisə üzrə təhvil-qəbul işləri aparılaraq yekunlaşdırılmış və nəticələri aktlaşdırılmışdır. Göstərilənlərə əsasən bu əmrə 1 və 2 nömrəli əlavələrdə qeyd edilmiş 61 müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin tabeliyinə qəbul edilmişdir. Həmin əmrin qoşmasından çıxarışda ünvan 7 ünvanında yerləşən İdarənin 7 nömrəli mağazası qeyd edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malikdir.
21. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
22. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
23. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçılar tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iddiaçılar mübahisəli sərəncamdan məhkəmə araşdırması dövründə məlumatlı olmuş, bundan sonra məhkəmənin göstərdiyi hüquqi yardıma əsasən sözügedən sərəncamı mübahisələndirmişlər.
24. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
26. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti İddiaçı2 sanatoriyasının təsisçisidir və hər iki müəssisə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 9/401 saylı və xx.xx.1985-ci il tarixli 74/183 saylı qərarları ilə Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 43624 kv.m və 4300 kv.m ölçüdə torpaq sahələri “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün İddiaçı2 sanatoriyasının daimi istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 450349 nömrəli və A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 43624 kv.m torpaq sahəsi üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçılar hazırki iddia tələbi ilə istifadələrində olan Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 4300 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən ünvan 2 ünvanında yerləşən 7 saylı mağazanın onlara məxsus olmasını iddia edərək həmin mağazanın dövlət əmlakı kimi özəlləşdirilməsi haqqında cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən həmin qeyri-yaşayış sahəsinin onların mülkiyyətində, icarəsində və ya istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəlki yerləşdiyi ünvan Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 olmaqla Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuş, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansına verilmişdir. Bundan sonra müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansında olduğundan həmin əmlaka dair xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən registrdən çıxarış verilmişdir. Həmin registrdən çıxarış əsasında isə Əmlak Məsələləri Dövlət Xidməti 111 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamla sözügedən daşınmaz əmlakın özəlləşdirilməsi haqqında sərəncam qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıların mülkiyyətində, icarəsində və istifadəsində olmasına dair hər hansı bir sənəd, dəlil məhkəməyə təqdim edilməmiş, əksinə iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla iddiaçıların istifadəsində olan torpaq sahəsi və hüdudlarında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır.
27. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; Maddə 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; Maddə 3. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. Maddə 6. Dövlət əmlakının təsnifatı 6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: 6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak; 6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; 6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; 6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. 6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır: 6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları; 6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri; 6.2.3. Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu; 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlak; 6.2.5. sanitar-epidemioloji, meşə idarələri; 6.2.6. patent xidməti; 6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları; 6.2.8. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər; 6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr; 6.2.10. toksiki və ionizə şüaları verən maddələri, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər; 6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və təşkilatları; 6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri; 6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri; 6.1.14. qəbirstanlıq və krematoriyalar; 6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri; 6.2.16. dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla); 6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları; 6.2.18. psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV-na yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri. 6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı; 6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri. Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır
29. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq özəlləşdirilməyə çıxarılması müəyyən edildiyindən özəlləşdirilməyə çıxarılma barədə sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanuni inzibati akt hesab olunmalı və iddiaçıların tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva