Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12795/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən X2 və X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 və X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistem vasitəsilə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbində adları qeyd olunmuş şəxslər X5 və X1 şəxsiyyət vəsiqələrində qeydiyyatda olduqları ünvan kimi ünvan 2 şəxslər dünənki tarixədək mübahisəli ünvanda yaşamışlar. Lakin Binəqədi Rayon Məhkəməsinin iş üzrə müvafiq qətnaməsi dünən könüllü olaraq icra edilmiş, qeyd olunan şəxslər mənzili boşaltmış, əlavə olaraq, şəxsiyyət vəsiqələrində qeyd olunan ünvandan da könüllü olaraq qeydiyyatdan çıxmışlar. Əlavə olaraq, iddiaçı mülkiyyətində olan mənzili xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirmişdir. Odur ki, hesab edirik ki, hazırda mübahisə qalmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi üçüncü şəxslərin könüllü olaraq qeydiyyatdan çıxdıqlarını bildirərək, işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda üçüncü şəxslərin 4 saylı mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırsa da, işdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, M.Quliyev və S.Quliyeva hazırda ünvan 5 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, üçüncü şəxslər artıq ünvan 4 ünvanında yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxmış, digər ünvana qeydiyyata alınmışlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunaraq üçüncü şəxslər mübahisəli ünvandan qeydiyyatdan çıxdığına və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7
Məhkəmə qərarları › İş №2-1(112)-12795/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12795/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver